Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-653/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), X3 və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7229/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında 07.12.201.8-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsində nikah bağlanmış, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Güntən Məhərrəmova və xx.xx.2021-cİ il təvəllüdlü Mənsurə Məhərrəmova doğulmuşdur.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)232/2023 saylı qətnaməsi iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında nikah pozularaq, tərəflərin birgə nikahlarından doğulan yetkinlik yaşma çatmayan xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2021-cİ il təvəllüdlü X1 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş, xx.xx.2019-cu il təvəllüdlü Güntən Məhərrəmovanın və xx.xx.2021-ci il təvəllüdlü Mənsurə Məhərrəmovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay aylıq qazancının və (və ya) başqa gəlirlərinin 1/3(üçdə bir) hissəsi miqdarında alimentin, xx.xx.2021-cİ il təvəllüdlü Mənsurə Məhərrəmova üç yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində pulun cavabdeh İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
3. İddiaçı Azərbaycan X5 Nazirliyinin əməkdaşıdır, 2021-ci ilin aprel ayından 2022-ci ilin iyun ayınadək əmək haqqı 52706,28 manat təşkil etmişdir. Həmin işə baxılarkən İddiaçı nümayəndəsi bildirmişdir ki, təmsil etdiyi şəxsin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi təxminən 1200 manat təşkil edir və təmsil etdiyi şəxs bu məbləğin tam şəkildə iddiaçıya ödənilməsi nə razı olmamaqla bu vəsaitin ½ hissəsinin bankda uşaqlar üçün açılacaq hesaba köçürülməsini, ½ hissəsinin isə iddiaçıya verilməsini xahiş edir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 fevral 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-2207/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) mülki iş üzrə icraata xitam verilməsi qərara alınmı şdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı alimentin 50 faizinin uşaqların adına açılacaq bank hesabına köçürülməsi tələbinə məhkəmədə baxılmalı deyildir.
8. Məhkəmə hesab edir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 231.1, 261.0.1 və 262.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Birinci instansiya məhkəməsinin e-2(005)-2207/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7229/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) apellyasiya şikayət i təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hüquq və azadlıqların məhkəmə müdafiəsi müvafiq məhkəmə aktının qəbul edilməsi ilə yanaşı onun icra edilməsi ilə təmin olunur. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmuru tərəfindən icra sənədi əsasında icraata başlanılır. Məhkəmə aktları ilə icra məmuru icraata başlayır və icra hərəkətləri aparılmaqla şəxsin pozulmuş hüquqlarının müdafiəsi təmin edilir. Məhz bu səbəbdən də mülki prosessual qanunvericiliyə əsasən pozulmuş hüququn məhkəmədənkənar müdafiəsi mümkündürsə, belə bir qayda qanunvericilikdə nəzərdə tutulmuşdursa o zaman həmin qaydaya uyğun, məhkəmədənkə nar həyata keçirilir. Hazırda baxılan mülki iş materiallarından aydın olur ki, qeyd edilən məsələ icra mərhələsində həll edilməlidir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, tənzimləyən maddi hüquq normasında aliment məbləğinin bir hissəsini uşağın adına açılmış bank hesabına köçürmək imkanı verilsə də, bu məsələyə hansı qaydada (iddia icraatı və ya icra icraatı) baxılması təsbit olunmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq daha sonra qeyd etmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Belə ki, bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müə yyən edilmir. Yalnız alimentin hansı qaydada ödəniləcəyi müəyyən olunur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
15. Qanuni qüvvədə olan məhkəmə aktları mövcud olduğundan, hazırki tələbə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin tələblərinə, habelə hüquqi müəyyənlik prinsipinə uyğun olmadığndan birinci instansiya məhkəməsi hazırkı iş üzrə MPM-in 261.0.1-ci maddəsinə əsasən icraata xitam verməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı (Vəkil Nümayəndə) kas sasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti işin hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, uşaqların gələcəkdə maddi təminatlarının yaxşılaşdırılması üçün ödəniləcək vəsaitin ½ hissəsinin banka, yəni uşaqlar üçün açılacaq hesaba, ½ hissəsi isə uşaqların saxlanılması üçün cavabdehə ödənilməlidir. Apellyasiya məhkəməsi cavabdehin özünün də işlədiyini və uşaqları ailə qanunvericiliyinin tələbləri baxımından onun özünün də təmin etməli olduğunu, iddiaçı tərəfindən ödənilən aliment məbləğinin yalnız uşaqların saxlanmasına, tərbiyə və təhsilinə deyil, həm də cavabdehin öz xərclərinə sərf edildiyini nəzərə almamışdır.
18. İddiaçı daha so nra qeyd etmişdir ki, qanunvericiliyə görə müəyyən edilmiş alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi ayrı iddianın predmetidir və müstəqil tələblə şərtləndirilmişdir. Cavabdehin etirazında qeyd edilənlər hazırki iddia tələbi çərçivəsində həll edilməli olan məsələ deyildir və bu səbəbdən nəzərə alınmamalı, iş üzrə iddiaçının tələbinə məhkəmədə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
20. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Kassasiya baxışının hədləri
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən baxılan zaman və apellyasiya şikayətin də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
25. Apel lyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, alimentin tutulması barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi halda, onun bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi məhkəmə qətnaməsinin icra üsulu və qaydasıdır. Bu məsələyə baxılarkən aliment tutulmur və onun məbləği müəyyən edilmir. Alimentin tutulması və tutulacaq alimentin məbləği artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7229/2023 nömrəli iş üzrə 30 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə min