Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6543/2019 10.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, iddiaçının vəkili X3, cavabdehin vəkili X7 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmək haqqına hesablanmış faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Avstriya şirkətinin Az ərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.Niyazlı) iddia tələbinin qismən təmin edilmiş, Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqının gecikdirilməsinə görə 5,187.60 (beş min yüz səksən yeddi manat, altmış qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən F.Talışinski, hakimlər Z.Əliyev və R.Eyvazov) İddiaçı apelliyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin apelliyasiya şikayəti təmi n edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2018-ci il tarixli qətnaməsi mənəvi zərərin rədd edilməsi hissəsində ləğv edilmiş, İddiaçı dəyən mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işə yenidən baxılması üçün apelliyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı əmək haqqına hesablanmış faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh arasında 02 fevral 2014-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmçinin 11 may 2016-ci il tarixli əmrlə İddiaçı ilə “cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi arasında bağlanmış 0 2 fevral 2014-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04.10.2016-cı tarixli qətnaməsi iləCavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 11.05.2016-ci il tarixli əmrinin ləğv olunması, İddiaçı tibbi müayinədə vəzifəsinə bərpa edilməsi, İddiaçı 11.05.2016-cı il tarixdən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 07.07.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16.02.2017-c i il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17 oktyabr 2017-ci il tarixdə İddiaçı tutduğu vəzifəsinə bərpa edilmiş. Eyni zamanda o da mübahisə olunmur ki,. İddiaçı Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən 11.05.2016-cı il tarixdən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilmişdir. İddiaçı bildirir ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 04.10.2016-cı tarixli qətnaməsi ilə onun Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı işə bərpa, işdən azad olunan gündən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsinə dair iddiası təmin edilərək, Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 11.05.2016-ci il tarixli əmrinin ləğv olunması, onun tibbi müayinədə vəzifəsinə bərpa edilməsi, ona 11.05.2016-cı il tarixdən işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 07.07.2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 17 oktyabr 2017-ci il tarixdə o tutduğu vəzifəsinə bərpa edilmiş, məcburi işburaxmaya görə ona əmək haqqı ödənilsə də, əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc verilməm işdir. Onun əmək haqqısı 1100 manat olmuşdur və işdən azad edilməsi tarixindən işə bərpa olunma tarixinə kimi əmək haqqısı 524 gün (17.10.2017-11.05.2016=524 gün) gecikdirilmişdir. Qanunvericiliyin tələbinə əsasən ona əmək haqqının gecikdirilməsi üçün hər gecikdirilmiş günə 2 faiz hesablanmaqla 11528 manat (1100/100x2x524=11528manat) ödənilməlidir. Cavabdeh tərəfindən əmək müqavilələri barədə elektron sistemə daxil edilən məlumatlarda onun əmək qanunvericiliyinin pozulması ilə işdən çıxarılması barədə qeyd, daha sonra məhkəmə qətnaməsi əsasında onu işə bərpa edilməsinə dair qeyd daxil edilmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, işəgötürənlər əvvəlki iş yerlərində əmək mübahisəsi olmuş şəxsləri işə qəbul etməkdən yayınırlar. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin ç) yarımbəndin ə əsasən, “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək” intizam tənbehi sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3.3-cü bəndinə əsasən, mükafatlandırmalar, həvəsləndirmələr və əmək intizamının pozulmasına görə işçiyə verilmiş tənbehlər əmək kitabçasına yazılmır. Hüquqlarının bərpa edilməsi ilə əlaqədar işəgötürən onun hüquqlarını tam bərpa edərək, qanunsuz olaraq işdən azad edilməsi və işə məhkəmə qətnaməsinə əsasən bərpa edilməsi barədə qeydlər daxil edilməyən yeni əmək kitabçası verməli, bu məlumatları əmək müqavilələri barədə məlumatların daxil edildiyi elektron sistemdən çıxarmalıdır. Cavabdehin vəzifəli şəxslər i tərəfindən onun istifadə etdiyi avtomobilində quraşdırılmış video-qeydedicidəki görüntülər yayımlanaraq, digər şəxslərə də nümayiş etdirilmişdir. Bu görüntülər şəxsi xarakterli idi, bu səbəbdən o stress yaşamışdır. Bundan başqa, cavabdehin vəzifəli şəxsi onu işdən azad edən zaman kobud ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bunun nəticəsində də ona böyük mənəvi zərər dəymişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 172-ci maddələrinə; Azərbaycan Respublikası MPM-in 386-cı maddəsinə istinadən qətnamə iddia tələbinin təmin edilən hissəsində qanunsuz və əsassızdır. Məhkəmə iddia tələbini sözügedən hissədə təmin edərkən, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə istinad etmişdir (maddə məhkəmə tərəfindən səhv təfsir olunmuşdur). Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi gecikdirilməsinə görə faizin ödənilməsi üçün 2 şərt mövcud olmalıdır. Birinci şərt işəgötürənin təqsiri üzündən əmək haqqının ödənilməsinin gecikdirilməsi halının mövcud olmasıdır. Həmin maddənin (AR ƏM-nin 172-ci maddə) “Qeyd” hissəsində göstərilir ki, «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi nəzərdə tutulur. Lakin onların vəziyyətdə hətta əmək haqqının ödənişi gecikdirilmiş olsa idi belə, bu cavabdehin iradəsi daxilində baş vermiş hal kimi qiymətləndirilə bilməzdi. Axı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı çıxmayana qədər cavabdeh iddiaçıya əmək haqqı vermək imkanın a malik deyildi və bu onun iradəsi xaricində baş verirdi. Çünki həmin dövrdə iddiaçı cavabdehin işçisi deyildi. Heç bir işəgötürən isə işçisi olmayan şəxsə əmək haqqı ödəyə bilməz. Əmək haqqını ödəyə bilmək üçün tərəflər arasında mütləq rəsmi əmək münasibəti və əmək fəaliyyəti olmalıdır. İkinci şərtə isə işçi ilə işəgötürən arasında fərdi əmək mübahisəsinin olmamasıdır. Daha əvvəllər onlar arasında fərdi əmək mübahisəsi olmuş və hazırki mübahisə də elə həmin fərdi əmək mübahisəsindən törəmişdir. Qanunverici isə bu halı istisna edərək bildirir ki, işəgötürən işçiyə gecikdirilmiş əmək haqqına görə ödəncləri fərdi əmək mübahisəsi yaranmadığı halda ödəməlidir. İndiki halda isə tərəflər arasında fərdi əmək mübahisəsi olduğu üçün iddiaçının bu tələbi qanunsuz hesab olunaraq rədd edilməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Digər tərəfdən qanuni qüvvəsini almış Yasamal rayon Məhkəməsinin 04.10.2016-cı il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qətnaməsi (iddiaçının nümayəndəsi X1nun izahatı, şahidlər X4, X2, X9, X5 ifadələri) ilə şəxsi məlumatların daşıyıcısı olan videoqeydedicinin cavabdeh tərəfindən özündə saxlanılması və iddiaçının razılı ğı olmadan ona aid görüntülərin yayımlanması (başqa şəxslər tərəfindən baxılması) artıq şəxsi həyata müdaxilədir və bu hissədə əlavə sübuta ehtiyac yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi tam ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Çünki apelliyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarından göründüyü kimi apelliyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə cavabdehə göndərilmiş bildiriş çatdırılmamış, cavabdehin vəkili X2ə göndərilmiş SMS bild irişdə isə prosesin vaxtı düzgün qeyd edilməmişdir. Belə ki, məhkəmə baxışı 13.05.2019-cu il tarixinə, saat 10:30 təyin olunmasına baxmayaraq, iş materiallarında olan “SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə” bildirişdən də göründüyü kimi cavabdehin vəkili X2ə göndərilmiş SMS-də məhkəmə iclasının vaxtı 13.05.2019, saat 13:30 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 138.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi haqqında məhkəmə bildirişi vasitəsilə xəbərdar edilirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 134.1.4-cü maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bil dirişini rəsmi qaydada verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində qeyd olunur ki, məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 138.3-cü maddəsində nəzərdə tutulur ki, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri cavabdehə göndərməmiş, bununla da cavabdehin prose ssual hüququnu pozmaqla onu apellyasiya instansiyası məhkəməsində aparılan icraata hazırlaşmaq imkanlarından məhrum etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 367.1-ci maddəsində qeyd olunur ki, əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir. Həmçinin apellyasiya instansiyası məhkəməsi cavabdehə məhkəmə bildirişinin çatdırılmadığını nəzərə alaraq işə baxılmasını təxirə salmalı olduğu halda işə cavabdehin iştirakı olmadan baxaraq daha bir prosesual pozuntuya yol vermişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.2-ci maddəsinə görə İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqd a, işə baxılması təxirə salınır. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusu ilə yanaşı mübahisəyə maddi hüquq normasının tətbiqində də səhvə yol vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə görə fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsinə görə verilən ödənci yalnız fərdi əmək mübahisəsinin olmadığı hallara şamil edir. Hazırkı işdə isə belə bir hal mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin tutulmasının təmin edilməsi hissəsində də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, qeyd edilən hissədə iddiaçı hüquqlarının pozulmasını onunla əsaslandırmışdır ki, istifadə etdiyi avtomobildə olan şəxsi xarakterli məlumatlar işəgötürən tərəfindən kollektiv arasında yayıl mışdır. Lakin, iş materiallarında iddiaçının hüquqlarını pozan hansı şəxsi xarakterli məlumatların yayılmasına dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh Avstriya şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 may 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6543/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6543/2019
10.10.2019 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver