Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-655/2025 05.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər, hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntuya görə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5679/2024 nömrəli, 14 okty abr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 5 mart 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 31 avqust 2012-ci ildə, Qaradağ rayonu ərazisindəki Heybət-Puta mənzilinin 513cü km-də yerləşən qorunan dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş vermişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin keçid növbətçisi X6 dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyini təmin etmək üçün qanunlara uyğun olaraq, Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşdığını siqnal verərək xəbərdar etmişdir. Lakin X2 təhlükəsizliyi üçün tələb olunan tədbirləri görməyərək şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolundakı nəqliyyat vasitələrinin keçidə girişinə icazə vermişdir. Bu vaxtda "xxxx" MMC-də sürücü işləyən X18 idarə etdiyi “Daewoo” markalı avtobusla şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq, qatarın yaxınlaşdığına əmin olmadan keçidi keçmişdir. Qatarın yaxınlaşdığını görən sərnişinlər qışqıraraq sürücünü xəbərdar etmiş, keçiddəki digər insanlar da təhlükə barədə xəbər vermişdir. X10, qatarın həyacan siqnalına və ətrafdakı xəbərdarlıqlara baxmayaraq, avtobusu dayandırmayaraq keçidə daxil olmuş və saat 07:28-də sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuşdur. Hadisə nəticəsində avtobusdakı olan sərnişinlərdən bir qismi müxtəlif dərəcəli bədən xəsarətləri almış və həlak olmuş, o cümlədən iddiaçının doğma bacısı X9 ölmüşdür.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 201 3-cü il tarixli, 1(101)-248/2013 nömrəli hökmü ilə İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi göstərilmiş, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və s. hökm edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1686/15 nömrəli, xx.xx.2015-ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli hökmü dəyişdirilmiş, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 1 (bir) il artırılaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hadisə zamanı X1 ağır zərər vuran xəsarətlər alaraq ölməsi işin mübahisəsiz halı olmuş, kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə m üraciət edərək, mənəvi zərərə görə 30000 (otuz min) manat və dövlət rüsumuna görə ödənilmiş 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pulun "xxxx" QSC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq qeyd etdilmişdir ki, o, avtobusla qatarın toqquşması nəticəsində doğma bacısı X8 itirmişdir. Belə ki, mərhum Mətanət İskəndərova iddiaçının həyatındakı ən dəyərli varlıq olmuşdur. İnsanın öz doğmasını itirməsi, hələ belə bir faciəvi qəzada itirməsi nəticəsində keçirdiyi sarsıntını yalnız bu hissi yaşayanlar bilə bilər. İddiaçının ürəyi sızlayır, yaşadığı iztirabları bu acını yaşamayan heç bir insan hiss edə bilməz. İddiaçı bacısı ilə birlikdə yaşamışdır. Mətanət İskəndəro va xasiyyətcə deyib-gülən, istiqanlı biri olmuş və onların münasibətləri bacı-qardaş kimi çox yaxşı olmuşdur. O, həyatının hər anında iddiaçıya dəstək olmuş, onu itirməklə ailədə dərin bir boşluq yaranmışdır. Həyatlarının hər anında Mətanət İskəndərovanın yoxluğu ilə qarşılaşmaq daxildəki iztirabları artırır. İddiaçı hər gün avtobus görəndə bu dəhşətli hadisəni xatırlayır. Bacısının təqsirləndirilən şəxslərin təqsiri ucbatından belə bir dəhşətli qəzada həyatını itirməsi, bu qəzanın qurbanı olması onun üçün dözülməzdir.
6. Cavabdeh "xxxx" QSC iddia ərizəsinə qarşı etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, bacısı Mətanət İskəndərovanın baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etməsi işin mübahisəsiz halıdır. İddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. İddiaçı mənəvi ziyana görə 30000 (otuz min) manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları əsaslandırmır. Həmçinin, hadisənin xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq, iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Təqsirkarın təqsirinin dərəcəsi də təzminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Bundan əlavə, baş vermiş hadisədə təkcə "xxxx" QSC-nin işçisinin deyil, həmçinin iş materiallarına əlavə olunmuş hökmün surətinə əsasən məhkum olunmuş "xxxx" MMC-də sürücü işləyən X14 təqsirkar hərəkətləri səbəb olmuşdur. Hazırki iddia ərizəsinin verilməsinə səbəb olan hal – 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirkar olan şəxslərin dairəsi düzgün müəyyən edilməmişdir. Belə ki, mənəvi ziyan tələbi üzrə iddiaçının bacısının həlak olmasında təqsirli olan bütün subyektlər ca vabdeh qismində cəlb olunmalıdırlar.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2161/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun alınaraq İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 180 manat dövlət rüsumunun 61 manat hissəsinin cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı verilməsi, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" QSC-nin və "xxxx" MMCnin işçilərinin təqsirinin müəyyən edildiyi hadisə səbəbindən iddiaçının bacısının ölməsi və bunun nəticəsində iddiaçının iztirab çəkməsi, ona mənəvi zərər dəyməsi hazırkı işin mübahisəsiz halını təşkil edir. Lakin məhkəmə hesab edir ki, bu hadisədə iş üzrə cavabdeh olan "xxxx" QSC-nin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin 30000 manat qiymətləndirilməsi ədalətli və ağlabatan deyildir. Belə ki, məhkəmə iş üzrə diqqətəlayiq olan bütün halları – hadisənin baş verməsindən uzun zaman keçməsini, hadisə üzrə müxtəlif işəgötürənləri olan iki təqsirləndirilən şəxsin olmasını və iddiaçının, eyni zamanda təqsiri müəyyən edilmiş digər şəxsin işəgötürəninə qarşı da eyni əsaslarla eyni predmet barəsində olan iddia ərizəsinin aidiyyəti məhkəmənin icraatında olmasını və s. halları nəzərə alaraq hesab edir ki, iddiaçıya məhz cavabdehin işçisi olmuş şəxsin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş mənəvi zərərin 10000 manat məbləği ndə qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" QSC-dən mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1099.1, 1108.1, 1108.3, 1113.1 və 1115-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1 və 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci i l tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh "xxxx" QSC apellyasiya şikayəti verərək, birini instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlik prinsipləri əsasında aparmalıdırlar. Hadisə xx.xx.2012-ci il tarixdə baş verməsinə baxmayaraq iddiaçı baş vermiş hadisədən keçən ağlabatan müddət ərzində deyil, 12 il sonra mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Təqsirkarın təqsirinin dərəcəsi də təminatın miqdarının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Çünki ehtiyatsızlıqla cinayət törətmiş şəxsdən tutulan zərərin məbləği, qəsdən cinayət törətmiş şəxsdən tutulan zərərin məbləğindən fərqləndirilməlidir. Hazırki mübahisədə İddiaçı baş vermiş hadisənin şahidi olmamışdır. Buna baxmayaraq, məhkəmə qeyd edilən xüsusata heç bir qiymət verməmiş, Konstitusiya Məhkəməsinin bu mövqeyinə zidd olaraq və iş materiallarında kifayət qədər sübut olmadığı halda iddiaçının mənəvi iztirab keçirtməsi qənaətinə gəlmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. İş materiallarında qeyd edilən yanaşma tamamilə formal mülahizəyə söykənir. Belə ki, işin mübahisəsiz halı İddiaçı bacısının 2012-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsində həlak olmasıdır. Bu hadisə nəticəsində İddiaçı mənəvi sarsıntı keçirtməsi isə konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Bacısının həlak olması ilə bağlı iddiaçının qəmlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirtməsinə dəlalət etmir.
20. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, bacısının ölümü nəticəsində dərin iztirab və üzüntü keçirərək mənəvi zərər çəkməyim (zərərin ölümlə səbəbli əlaqəsi) həyatın normal axarının şərtlərinə uyğundur. Bacısının ölməsi faktı ona mənəvi zərər vurması qənaətinə gəlinməsi üçün kifayət edir və bu faktın başqa sübutlarla təsdiqinə ehtiyac yoxdur. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmu n və dəyər kəsb etməyən hüquq pozuntusudur. Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumun itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Digər tərəfdən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziy anın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Cəmiyyətdə baş verən qanun pozuntuları nəticəsində insanın ölümü nəinki onun yaxınları üçün, hətta bütün cəmiyyət və dövlət üçün ağır itgi və məhrumiyyət hesab olunur. Çünki insan, bütün varlıqlar içərisində ən ali dəyərdir. İddiaçı bacısının ölümünün ona dərin psixoloji təsir etdiyini və bu səbəbdən mənəvi zərərin təzminatını tələb etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, hadisə baş verəndə "xxxx" QSC-nin əməkdaşı, digər təqsirkar "xxxx" MMC-nin sürücüsü olub. Bu hadisə 12 il əvvəl baş verib. V əfat etmiş şəxsin indiyə qədər qardaşı müraciət etməyib. Lakin 12 il sonra “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia qaldırıb. Həmin hadisənin şahidi olmayıb. İddiaçı Nərimanov Rayon Məhkəməsinə "xxxx" MMC-yə qarşı iddia qaldırmışdır. Hesab edir ki, onlardan da tutulmuş 10.000 manat pul şişirdilmişdir. İddiaçının sarsıntı keçirtməsinə dair hər hansı bir sübut da yoxdur. İddiaçının mövqeyinə görə digər cavabdehin büdcəsi aşağı olduğu üçün 5000 manat pul, amma cavabdeh 10000 manat pul ödəməlidir. Bu isə ədalətsizlikdir. Digər işdə 5000 manat pul tutulmuşdursa hazırkı işdə də bərabər şəkildə pul tutulmalıdır. Tutulan pulun məbləği mütənasib olmalıdır.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)5679/2024 saylı qətnaməsi ilə (hakimlər G. Axundova ( sədrlik edən və məruzəçi), X. Sarıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərin məbləğinə aid hissədə dəyişdirilərək, "xxxx" QSC-dən dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, mənəvi zərərin məbləğini müəyyən edərkən, zərərçəkənin keçirdiyi mənəvi iztirab, təqsirin dərəcəsi, zərərvuran şəxsin vəziyyəti və işin digər halları nəzərə alınmalıdır. İddiaçının bacısının qəza nəticəsində ölməsindən uzun müddət, 12 il keçməsi, həmçinin iddiaçının eyni tələblə yolnəqliyyat hadisəsinin törədilməsində digər təqsirli şəxs olan avtobus sürücüsünün işəgötürəni olan AYNA-ya qarşı da iddia qaldırması nəzərə alınmaqla ödəniləcək mənəvi zərərin məbləğinin 5000 manat müəyyən olunması qanuni və əsaslıdır, bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
24. Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1 və 1099.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarına, Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətin in dəlilləri
25. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr mənəvi zərərin təzminatını müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamamışdır. Hadisənin baş verməsindən 12 il keçmiş olmasına baxmayaraq, iddiaçı mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da zərərin təsirinin azalması və zərərçəkənin şüuruna təsir edən mənfi psixoloji reaksiyanın zəiflədiyini göstərir.
27. Bu hadisə nəticəsində İddiaçı mənəvi sarsıntı keçirtməsi isə konkret formada sübut olunmalıdır. İş materiallarında bu halın mübahisəsiz ol masını təsdiq edən heç bir sənəd mövcud deyildir. Bacısının həlak olması ilə bağlı iddiaçının kədərlənməsi təbiidir. Lakin şəxsin yaxın qohumunu itirməsi, hələ onun mənəvi sarsıntı keçirtməsinə dəlalət etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi mənəvi zərərin məbləğinin azaldılması hissəsində ədalətsizdir və mülki qanunvericiliyə ziddir. İddiaçı, bacısının faciəvi şəkildə itirilməsinin onun üzərindəki mənəvi təsirinin davam etdiyini və bu səbəbdən zərərin tam miqdarda ödənilməsini tələb etdiyini vurğulamışdır. Qətnamə mənəvi zərərin ağırlığını və çəkdiyi iztirabları nəzərə almamışdır, cavabdehin böyük əmlak (806 milyon 61 min 960 manat dəyərində) vəziyyətinə baxmayaraq, az miqdarda təzminatın ödənməsi ədalətsizdir, lakin o, maddiyat davası güdmədiyindən şikayət verməmişdir. Həmçinin, o, insanın mənəvi və emosional zədələrinin yalnız maddi təzminatla ödənə bilməyəcəyini, bu səbəbdən məbləğin azaldılmasının zərərlə düzgün balanslaşmadığını iddia edir. İddiaçı, təzminatın yalnız maddi aspektdən deyil, eyni zamanda insani tərəfdən də nəzərə alınaraq qiymətləndirilməsini vacib hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 29.Maddə
25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtl ə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
31. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
32. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Maddə 1099.1 Hüquqi və ya fiziki şəxs öz işç isinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrasızamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı
34. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar v ə digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haq qında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndi
35. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X12 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
46. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinin dəlilləri iddiaya etirazda və apellyasiya şikayətində sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
47. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunve riciliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5679/2024 nömrəli iş üzrə 14 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdiri lmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.