Məhkəmə qərarları › İş №2(102)-6577/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6577/2021

23.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6577/2021 23.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: azyaşlı uşağın yaşayış yerinin müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1636/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 dekabr 2021-ci il tarixdə Ali Məhkəməni n binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Doğum haqqında 21.12.2013-cü il tarixli AZ-İ № 233149 saylı şəhadətnamənin surətindən görünür ki, 16.04.2007-ci ildə Şəmkir şəhərində doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında 21.12.2013-cü il tarixli AZ-İ № 233150 saylı şəhadətnamənin surətindən görünür ki, 28.03.2010-cu ildə Şəmkir şəhərində doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının rəyində 16.04.2007-ci il təvəllüdlü X2 və 28.03.2010-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmalarını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab edilmişdir. Goranboy rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının rəyində 16.04.2007-ci il təvəllüdlü X 2 və 28.03.2010-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmalarını və himayəsinə verilməsini məqsədəmüvafiq hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “azyaşlı uşağın yaşayış yerinin müəyyən olunması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, azyaşlı uşaqlardan, 16.04.2007-ci il təvəllüdlü X2 və 28.03.2010-cu il təvəllüdlü X1 yaşayış yerinin iddiaçı ilə qalmasının müəyyən edilməsi, cavabdehdən, azyaşlı uşaqlardan 16.04.2007-ci il təvəllüdlü X2 və 28.03.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə m üraciət edərək, 16.04.2007-ci il təvəllüdlü X2 və 28.03.2010-cu il təvəllüdlü X1 onun himayəsinə verilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 16.11.2005-ci il tarixdə el adəti ilə qeyri-rəsmi, nikaha daxil olmadan toy edib ailə qurmuşlar. Qeyri rəsmi nikahdan 16.04.2007-ci ildə X6 və 28.03.2010-cu ildə X5 adlı uşaqları doğulmuşdur. Hər ikisinin atalığı müəyyən edilmişdir. Belə ki, 16.04.2007-ci ildə doğulmuş X4 21.12.2013-cü ildə Şəmkir rayon Qeydiyyat şöbəsindən AZ-İ 238846 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. 28.03.2010-cu ildə doğulmuş qızı X3 da həmin tarixdə Şəmkir rayon qeydiyyat şöbəsindən AZ-İ 238847 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Ailə zəminində yaran an münaqişə ilə əlaqədar olaraq cavabdehlə bir yerdə yaşamaları baş tutmamış və aralarında olan ər-arvad münasibətləri 01.09.2019-cu il tarixdən kəsilmiş və həmin vaxtdan da təsərrüfatı idarə etmirlər. Cavabdehlə barışmaları, gələcəkdə birgə ailə həyatlarının və ailənin qorunub saxlanması mümkün deyil. 01.09.2019-cu il tarixdən atasının Goranboy rayonunun Qaradağlı kəndində hər-cür şəraiti olan yaşayış evində uşağı ilə birlikdə yaşayır, həm də atasının təsərrüfatında qeydiyyatdadır. Uşaqlarının yaşayış yeri və saxlanması barədə cavabdehlə razılaşma əldə olunmayıb, atasının yaşayış evi, orta məktəbə yaxındır, uşaqların öz valideynlərinə və ailə üzvlərinə bağlılığı yaxındır, az yaşlı uşaqlarından qardaş və bacı birbirlərinə mehribandırlar, atası və özü atasının fərdi təsərrüfatında işləyir lər, fəaliyyət növü tərəvəzçiliklə məşğuldurlar, cavabdeh heç yerdə işləmir, maddi və ailə vəziyyəti aşağı səviyyədədir, qayınanasının 82 yaşı var, özü-özünü idarə edə bilmədiyi halda az yaşlı uşaqlarına da baxa bilməz, təhsili və tərbiyə, əxlaqı ilə məşğul ola bilməz, bu səbəblərə görə az yaşlı uşaqlarının özü ilə birlikdə yaşaması məqsədə uyğundur. Goranboy Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Mayılov, iş № 2(045)-199/2020) iddia təmin edilərək, 16.04.2007-ci il təvəllüdlü X2 və 28.03.2010-cu il təvəllüdlü X1 İddiaçı himayəsinə verilməsi, 16.04.2007-ci il təvəllüdlü X6 Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında fikri dinlənilmiş 16.04.2007-ci il təvəllüdlü X6 atasının yanında qalmaq istəyir. Məhkəmə 16.04.2007-ci il təvəllüdlü Rəvan Zeynalovun atasının yanında qalmaq barəsindəki fikrinin nəzərə alınmasının mümkün olmadığı nəticəsinə gəlir. Belə ki, iş üzrə olan sübutlarla tərəflərin birgə yaşayışından doğulmuş uşaqlarının analarından və biri-birindən ayrılmalarına əsas ola biləcək müstəsna şəraitin mövcudluğu təsdiq edilməmişdir. Bundan başqa, iş üzrə olan sübutlarla müəyyən edilmişdir ki, Rəvan Zeynalova cavabdeh tərəfindən qulluq və qayğının həyata keçirilməsi istənilən halda iddiaçının həyata keçirə biləcəyindən keyfiyyətcə aşağıdır. Eyni zamanda, Rəvan Zeynalovun atasının yanında qalmaq istəyinə dair fikri onların ayrılmaları üçün müstəsna şərait olmadığı halda doğma bacı-qardaşın birlikdə yaşamaları istisna etməklə, onun özünün də üstün tutulmalı və daha yaxşı tə min edilməli olan maraqlarına ziddir. Uşağın maraqlarının müdafiəçisi olan qəyyumluq və himayə orqanı da Rəvan Zeynalovun atasının yanında qalmaq istəyinə dair fikrini onun üstün tutulmalı və daha yaxşı təmin edilməli olan maraqlarına zidd hesab etmiş, hər iki uşağın o cümlədən Rəvan Zeynalovun iddiaçı ilə qalmasını və himayəsinə verilməsini məqsədəmüvafiq saymışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim L.Süleymanov (sədrlik edən və məruzəçi), hakimlər Ş.Rzaquliyev və A.Hüseynzadə, 2(104)-1636/2021) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli, 2(045)-199/2020 qətnaməsi 16.04.2007-ci il təvəllüdlü X2 İddiaçı hi mayəsinə verilməsi və həmin uşağın Cavabdeh alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflərin birgə nikahlarından doğulmuş Rəvan adlı uşağın 14 yaşı olmaqla, o, artıq yeniyetmə dövrünə qədəm qoymuşdur və onun bu həssas yaş dövründə ana qayğısına, həmçinin onun təhsili və tərbiyəsi ilə bağlı xüsusi diqqət göstərilməsinə ehtiyacı vardır. Onların hazırkı dövrdə anasının himayəsindən alınması və ana qayğısından, nəzarətindən kənarda saxlanılması uşağın mənafeyi, həmçinin psixoloji vəziyyətinə mənfi təsir baxımından əlverişli deyildir. İş materialları ilə müəyyən edilir ki, Rəvan adlı uşağı atası məktəbdən götürərək özü ilə apardığı günədək o, daim bacısı Aylin ilə birlikdə yaşamış və bir məktəbə getmişlər. Rəvan adlı uşaq kollegiyanın iclasında dinlənilərkən o, bacısını və anasını çox istədiyini, lakin anası ilə qalmaq istəmədiyi göstərmişdir. Kollegiya qardaş- bacının biri-birindən ayrı yaşamalarının onların mənəvi inkişafına, psixi və fiziki sağlamlığına xələl yetirə biləcəyini nəzərə alır və eyni zamanda qeyd edir ki, Rəvan adlı uşaq anası ilə qalmaq istəmədiyin göstərsə də, bu fikrini əsaslandıra bilməmiş, yalnız atasının ona telefon və velosiped almasını, ona görə də onu çox istəməsini göstərmişdir ki, bu hal da cavabdehin uşağın xoşladığı əşyaları almaqla, həmçinin ona sərbəstlik verməklə ona təsir etməsi görüntüsü yaradır. Belə olan halda məhkəmə kollegiyası mübahisəyə uşağın mənafeyinin (maraqlarının) qorunması, uşağa daha yaxşı, daha sağlam gələcək təmin edə cək valideynin seçilməsi kontekstindən yanaşaraq, hesab edir ki, Rəvan adlı uşağın atasının himayəsinə verilməsi onun mənafeyinə və maraqlarına uyğun hesab edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(104)-1636/2021 nömrəli qətnaməsinin tamamilə ləğv olunması, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məh kəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2021-ci il tarixli 2(104)-1636/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermiş, qətnaməni tam mübahisələnd irmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində irəli sürülən dəlillər həddində tam yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 1 0 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz. 60.2-ci maddəsinə əsasən, valideyinlik hüquqlarını həyata keçirərkən valideyinlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər... 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 saylı qərarında göstərilir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair ş əxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalmasının təmin olunması üçün mütləq (həlledici) əsas ola bilməz. Nikahın pozulması tələbinə dair işə baxılarkən yetkinlik yaşına çatmayan ümumi uşaqların hansı valideynin yanında qalmaları ilə bağlı mübahisə yaranarsa, eləcə də uşaqların kimin yanında qalması ilə bağlı ər-arvad arasında bağlanmış saziş uşaqların və ya tərəflərdən birinin ma rağını pozarsa məhkəmə iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq uşağın maraqlarının müdafiəsi üçün AM-in 73-cü maddəsində nəzərdə tutulmuş qaydada qəyyumluq və himayə orqanını işdə iştirak etməyə cəlb etməlidir. Həmin orqan mübahisə ilə bağlı uşağın və ayrı yaşayan valideynlərin həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair əsaslandırılmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Zərurət olduqda, MPM-nin 97-ci maddəsinin tələbinə müvafiq olaraq məhkəmə-psixoloji ekspertizası da təyin edilə bilər. Alınan rəylər məhkəmə üçün məcburi əhəmiyyətə malik deyil və onlar məhkəmə tərəfindən uşağın üstün mənafeyi əsas götürülməklə MPM-nin 88ci maddəsi ilə müəyyən edilmiş qaydada qiymətləndirilir. Uşağın mənafeyinin tələb etdiyi bütün hallarda onun məhkəmə iclasınd a dinlənilmək hüququ təmin olunmalıdır. Uşaq hüquqları haqqında Konvensiyanın 12-ci və AM-in 52-ci maddələrinin tələbinə müvafiq olaraq maraqlarına toxunulan istənilən məsələnin həlli zamanı uşaq öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Uşağın fikrinin obyektiv qiymətləndirilməsini təmin etmək üçün onun pedaqoqun, təhsil müəssisəsinin nümayəndəsinin (tərbiyəçinin), yaxud uşaq psixoloqunun və ya qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı ilə dinlənilməsi məqsədəmüvafiqdir. Maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafeylərinin mühafizəsi vaideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəs inə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bi lər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hall ara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1636/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar