Məhkəmə qərarları › İş №2(102)-6600/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6600/2019

11.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6600/2019 11.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Rüstəmov Əli Məhəmməd oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, məhkəmə iclas katibi Xnın katibliyi, iddiaçı X5 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı nikah dövründə birgə vəsait hesabina tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xət ai rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Misirzadə) iddiaçı X2 Cavabdeh qarşı nikah dövründə birgə vəsait hesabina tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 2 saylı torpaq sahəsində yerləşən, ümumi sahəsi 286 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri olan 100000 (yüz min) manat məbləğində pul vəsaiti İddiaçı ilə Cavabdeh arasında bərabər bölünməklə İddiaçı payı 1/2 hissə müəyyən edilmiş, qalan 1/2 hissəsi isə Cavabdeh payı hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X7 2 saylı torpaq sahəsində yerləşən, ümumi sahəsi 286 kv.m olan fərdi yaşayış evinin bazar dəyərinin yarısı olan 50000 (əlli min) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaç ı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər X.Cəmilova və İ.Xəlilov) Xətai rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi dəyiştirilmədən saxlanılmışdır. Ali Məhkəməsinin MK-nın 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən G.Quliyev, hakimlər Ə.Mirzəliyev və T.Qoldman) Baki Apellyasiya Məhkəməsinin 21 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər Ş.Məmmədova və V.Həsənov) Xətai rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, evin t ikilməsinə ər-arvadın ümumi qazancı hesabına sərf edilmiş 50.000 manat vəsaitin yarısı - 25.00Q (iyirmi beş min) manat pulun Cavabdeh alınaraq alınaraq X3 verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh X1 kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı X5 Cavabdeh qarşı nikah dövründə birgə vəsait hesabina tikilmiş əmlakın dəyərinin tərəflər arasında bölünməsi tələbinə dair iddia vermişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görtünür ki, tərəflər keçmiş ər-arvaddır. Onların arasındakı nikah 08.11.2008-ci ildə qeydə alınıb. Həmin tarixdən 2017-ci ilin sentyabr ayına kimi tərəflər birlikdə yaşayıblar. 2017-ci ilin sentyabr ayında nikah pozulub. Onların uşaqları yoxdur. Tərəflərin hər iksinin bildirdiyinə nikahın pozulmasının təşəbbüskarı cavab deh olub, buna səbəb uşağın olmamasıdır. Hazırda tərəflərin arasında mübahisə nikah müddətində fərdi yaşayış evinin tikilməsinə sərf olunmuş maliyyə vəsaitində iddiaçının payının müəyyən edilməsi və onun özünə verilməsi barədədir. Həmin ev Xəzər rayonu, Binə qəsəbəsi, “X6” adlandırılan ərazidə, sahəsi 0,06 ha təşkil edən 2 saylı torpaq sahəsində yerləşir. Ev reyestrdə qeydiyyatdan keçməyib. Ona görə də iddiaçı evə deyil, evin tikilməsinə sərf edilmiş vəsaitə dair iddia irəli sürüb. İddiaçı iddia edir ki, evin dəyəri 100.000 manatdır. İddia ərizəsində tələb olunub ki, evin dəyəri olan 100.000 manat tərəflərin •asında bölünsün, həmin pulun yarısı olan 50.000 manat cavabdehdən alınaraq ddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, evin dəyəri olan i 00.000 manat pulda tər əflərin hər birinin payı1/2 hissə müəyyən edilsin, iddiaçının payı olan 50.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya instansiyası məhkəməs hesab etmişdir ki, evin tikilməsinə nikah müddətində tərəflərin ümumi vəsaiti hesabına sərf edilmiş 50.000 manat pul vəsaitinin yarısı - 25.000 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, tərəflər 9 il birlikdə yaşayıblar. Bu müddətdə onların hər ikisi işləyib və evə qazanc gətirib. İddiaçı bildirir ki, evi öz ailələri üçün tikirdilər, evin tikilməsinə özlərinin (ərarvadın) ümumi vəsaiti hesabına 50.000 manat pul sərf ediblər. İddiaçının bildirdiklərini onun atası - şahid qismində dindirilmiş Sabir Həsənov da təsdi q edib. Cavabdeh bu məlumatın həqiqi olmadığını bildirir, evin tikilməsində özünün və iddiaçının hər hansı formada iştirak etmədiyini, evin qardaşı üçün tikildiyini bildirir. Cavabdehin etirazı həqiqi hesab olunmur. Belə ki, evə dair “xxxx” MMC tərəfindən tərtib olunmuş hesabat cədvəlində tikilinin sahibi kimi cavabdeh qeyd olunub (iş v.9). Ona görə də məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini və hesabat cədvəlini əsas tutaraq hesab edir ki, ev tərəflərin ailəsi üçün inşa olunub, tərəflərin ümumi qazancından ora vəsait sərf edilib. Qiymətləndirmə hesabatından görünür ki, evin dəyəri 100.000 manatdır (iş v. 60). Lakin iddiaçı bildirir ki, o və əri birgə yaşadıqları müddətdə ümumi qazancları hesabına evin inşa olunmasına 50.000 manat pul sərf ediblər. İddiaçı məhkəməyə bu barədə ərizə də vermişdir. İddiaçı - uşağı olmadığına görə 9 ildən sonra nikahı pozulmuş qadındır. Belə vəziyyətdə onun 9 illik əməyinin nəticəsindən - əmlak hüququndan da məhrum edilməsi ədalətli deyil. Odur ki, evin tikilməsinə sərf edilmiş 50.000 manat vəsaitə münasibətdə iddiaçının hüquqları müdafiə olunmalıdır. Evin tikilməsinə sərf edilmiş ümumi vəsaitin tərəflərin arasında bu qaydada bölünməsi Ailə Məcəlləsinin 32- ci maddəsinin və Mülki Məcəllənin 225-ci maddəsinin mənasına uyğundur. Belə ki həmin maddələrin tələblərinə görə nikah müddətində ər-arvadın birgə vəsait hesabına əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar