Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6607/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kassasiya şikayətindən imtina, kassasiya icraatına xitam verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1004/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-yə məxsus 805 nömrəli drezində maşinist işləmiş X1 05 oktyabr 2017-ci il tarixdə Keşlə-Biləcəri mənzilinin 2652-ci km piket 4-də baş vermiş istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirməsinə görə sığorta məbləğinin hesablanaraq, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı ödənilməsi vəzifəsinin "xxxx" ASC-nin və Cavabdeh2 MMCnin üzərinə qoyulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4055/2019 saylı, 04 oktyabr 2019cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia qismən təmin edilərək, Cavabdeh2 MMC-dən 25.661 manat 37 qəpik sığort a məbləği zərərçəkmiş şəxsin hüquqi varisi olan İddiaçı xeyrinə tutulmuş, cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1512/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov) İddiaçı apelyasiya şikayəti qismən, Cavabdeh2 MMC-nin apellyasiya şikayəti tam təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4055/2019 saylı, 04 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməklə cavabdeh "xxxx" ASC-dən 23.830,27 manat sığorta məbləğinin zərərçəkmiş şəxsin ailə üzvü olan İddiaçı xeyrinə tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azər baycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3734/2020 saylı, 21 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və A.Ə.Abbasov) İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli, 2(103)-1512/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1004/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) iddiaçı və Cavabdeh2 MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin in hazırkı iş üzrə 04 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxılarkən İddiaçı məhkəməyə kassasiya şikayətindən imtina edilməsi barədə ərizə təqdim edərək kassasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni araşdıraraq hesab edir ki, kassasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. (410.1) Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. (410.2) Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. (410.3) Göstərilən Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1004/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tar ixli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina təsdiq edilsin və kassasiya icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6607/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6607/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver