Məhkəmə qərarları › İş №2(102)-6627/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6627/2021

20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6627/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı a İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi Nəcad-X2, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6535/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X10 qızı ilə Cavabdeh2 arasında 11.03.2020-ci il tarixdə Səadət Sarayında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə, arvada a soyadı verilmişdir. Tərəflərin uşaqları olmamışdır. Ailə qurduqdan sonra İddiaçı cavabdehlərin yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 197/199, 20 saylı mənzilə gəlin köçmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan 11545 manat dəyərində cehiz əmlaklarının və 14000 manat dəyərində qızıl-zinət əşyalarını n cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan "Elegance" adlı ağ mebel dəstinin (şifoner, taxt,iki tumbo,trumo); dəyəri 289 manat olan “Samsung” markalı tozsoranın; dəyəri 229 manat olan “Tefal” markalı buxarlı ütünün; dəyəri 102 manat olan “GARMENT STEAMER” markalı buxarlı ütünün; dəyəri 120 manat olan Türkiyə istehsalı “Elif” markalı duxovkanın (tok peçi); dəyəri 267 manat olan “TEFAL” markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan “MOULİNEXX HV” 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan ütü stolunun (açıq mavi rəngində); dəyəri 110 manat olan Qızı l gül naxışlı nahar servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 16 manat olan 6 ədəd su bakalının; dəyəri 15 manat olan 6 ədəd kofe bakalının; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabının; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın; dəyəri 95 manat olan 2 ədəd tavanın (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazanın (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan “Blu marin” (şhanpan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan qırmızı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəst; dəyəri 70 manat olan sarı yaşıllı dəst pastel dəstlər inin; dəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ (“Blu Marin”) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 85 manat olan çaynikin (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çaynikinin; dəyəri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy qiyafətinin; dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boy, dəyəri 6 manat olan 2 ədəd balaca, dəyəri 5 manat olan 1 ədəd yığılan tort bişirən qabların; dəyəri 50 manat olan çay dəsmallarının; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabının; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının; dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qab ının; dəyəri 100 manat olan 1 ədəd meyvə qabının; cəmi 13024 manat dəyərində cehiz əmlaklarının və dəyəri 14000 manat olan “De Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin, ümumilikdə 27024 manat dəyərində cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə ilk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan pozulmuşdur. Hazırda valideynlərinin yanında yaşayır. Birgə yaşamaları mümkün olmadığından nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cehiz və qızıl-zinət əşyaları cavabdehlərdə qalmış, həmin əmlakı onlardan tələb etməyinə baxmayaraq vermirlər. İddia ərizəsin ə əlavə edilmiş Zəmanət talonuna əsasən X13 oğlu tərəfindən 10.12.2017-ci il tarixdə alınmış satış qiyməti 229 manat olan 1 ədəd “Tefal” buxarlı ütü və satış qiyməti 379 manat olan “Moulinexx” markalı ət çəkən maşın üçün 2 illik zəmanət verilmişdir. Əlavə edilmiş zəmanət talonuna əsasən X13 oğlu tərəfindən 16.03.2020-ci il tarixdə alınmış satış qiyməti 289 manat olan 1 ədəd Samsung tozsoran üçün 1 illik zəmanət verilmişdir. "xxxx" MMC-nin 26.02.2020-ci il tarixli sifariş formundan görünür ki, Nəcad-İslam İddiaçı qızı dəyəri 3044 manat olan 1 ədəd “Elegance” elit çarpayı və dəyəri 288 manat olan “Rio” matrasını sifariş verərək, ümumilikdə 3332 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 qızı iddia tələbini müdafiə etmiş və əlavə olaraq bildirmi şdir ki, tərəflər arasında nikah 2020-ci ilin mart ayında bağlanmış və qızı İddiaçı cavabdehlərə məxsus mənzili 2020-ci ilin avqust ayında tərk eləmişdir. Yusif iki ayın gəlini olan qızını döymüş, ona qarşı kobud davranmışdır. Qızı cavabdehlərlə birlikdə eyni mənzildə yaşamışdır. Cavabdeh1 ona zəng edərək, qızının aparmağını, oğlunun isə düzəlməyəcəyini bildirmişdir. Qızına məxsus qızıl-zinət əşyalarını Cavabdeh1 özünə məxsus xüsusi seyfdə saxlayırdı. O, qızını cavabdehlərə məxsus mənzildən apararkən qızının üzərində gündəlik taxdığı qızıllar və 2-3 paket şəxsi geyim əşyaları olmuşdur. Qızı evi tərk edərkən, özü ilə başqa əşyalar götürməmişdir. Belə ki, iddiaçı evi boşanmaq niyyəti ilə tərk etməmişdir. Qızı ilə yoldaşı arasında əvvəllər də sözsöhbətlər olmuş, cavabdeh barışmaq məqsədi ilə onu götürərək Novxanı kəndində bağ evinə aparmış, orada da aralarında olan münasibət düzəlmədiyindən iddiaçı birbaşa ata evinə qayıtmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X7 iddiaçının nümayəndəsi ilə oxşar məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı gəlin köçməmişdən qabaq da, cavadbehlərə məxsus mənzilə cehiz əşyalarını gətirmişdir. İddia ərizəsində qeyd edilmiş cehiz əşyalar iddiaçının valideynləri tərəfindən alınmış və onlara külli miqdarda pul xərclənmişdir. Lakin həmin malların alınmasına dair bütün qəbzlər iddiaçı tərəfindən saxlanılmamışdır. Belə ki, heç bir insan boşanmaq üçün ailə qurmur və gəlin gəldiyi mənzilə cehiz əşyalarını akt tərtib edərək yerləşdirmir, eləcə də, iddiaçı gətirdiyi cehiz əşyalarının alınma qə bzlərini saxlamamışdır. Bundan başqa iddiaçı anasıgilə qayıdarkən onun üzərində gündəlik istifadə etdiyi qızıl-zinət əşyaları olmuşdur. Digər hədiyyəlik kimi verilmiş bahalı zinət əşyaları cavabdehlərə məxsus mənzildə olan seyfdə saxlanılmışdır. Bütün bu dediklərini onların məhkəməyə təqdim etdikləri şahidlər də öz ifadələri ilə təsdiq edə bilərlər. Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli akta əsasən cavabdehlərə məxsus mənzildə məhkəmə qərardadında qeyd edilmiş iddiaçıya məxsus “Samsung” markalı tozsoran, “Tefal” markalı buxarlı ütü, dəyəri 102 manat olan “Garment Steamer” markalı buxarlı ütü, Türkiyə istehsalı Elif markalı duxovka (tok peçi), “Tefal” markalı blender naboru, mikser (tort), “Moulinexx Hv” 10 markalı ətçəkən maşın, Qızıl gül naxışlı nahar serviz (mətbəx), 12 ədəd xrustal böyük stəkan, 12 ədəd xrustal armudu stəkanı, 6 ədəd göy rəngli fujer bakal, 6 ədəd kofe bakalı, 12 ədəd böyük nəlbəki (qızılı), 12 ədəd armudu nəlbəki (qızılı), 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı), 6 ədəd şüşə mürəbbə nəlbəki, 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları, 1 ədəd yorğan, dəyəri 15 manat olan 1 ədəd dəm çayniki, dəyəri 200 manat olan əl sumkası (üstü mexli qara ), dəyəri 1000 manat olan uzun qırmızı-qəh vəyi rəngində toy qiyafəti, dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafəti, dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı, dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı, dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 10 manat olan 1 ədəd blinçik tavası, dəyəri 180 manat olan şamlı şüşə qazan tava, dəyəri 30 manat olan 2 ədəd domaşnik, dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmə, dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzi (açıq yaşıl rəngində), dəyəri 250 manat olan 2 ədəd ləpə qabı, dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabı, dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabı, dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabı, dəyəri 100 manat olan 1 ədəd meyvə qabı, dəyəri 14000 manat olan De “Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının qonşusudur və eyni binada yaşayırlar. İddiaçının cehizi gəlin köçdüyü evə aparılarkən iştirak etmiş, 166 daşınma xidmətinin maşınında o da getmişdir. Qutuların, çemodanların evə daşınmasında köməlik etmişdir. Lakin iddiaçıya məxsus cehiz əşyalarının açılmasında iştirak etməmişdir. İddiaçının atası evinə qayıtması barədə məlumatı vardır. Cavabdehlər iddiaçıya məxsus cehiz əşyalarını qaytarmamışdır. Əgər iddiaçıya məxsus cehiz əşyaları qaytarılsa idi, bundan məlumatı olardı. Şahid ona verilən əlavə suallarla bağlı bildirdi ki, iddiaçının gəlin getdiyi evin dəqiq ünvanını xatırlamır. Belə ki, həmin evə cəmi бир dəfə getmişdir. İddiaçıya məxsus cehizlər toydan təxminən 1 həftə, 10 gün qabaq cavabdehlərə məxsus mənzilə aparılmışdır. Tərəflərin toyları 2020-ci ilin mart ayında olmuşdur. İddiaçıya məxsus cehiz əşyalarının olduğu bağlamaları evin dəhlizinə qədər daşımışdır. Əşyalar bağlı qutularda olduğu üçün içində nə olduğunu bilmir, lakin tozsoran və ütünü xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, iddiaçı ilə qonşudur. İddiaçı üçün bütün cehiz əşyaları anası Fəxriyyə xanımla birlikdə almışlar. Fəxriyyə xanım qızı üçün ən bahalı əşyaları almışdır. Deyirdi ki, onun bir qızı vardır və onun üçün hər şeyin ən bahalısını almalıdır. Texniki əşyaların hamısını “İrşad Telekom”dan almışlar. Lakin markaları yadında deyildir. Qab qacağın əksəriyyətini isə “Sədərək Ticarət Mərkəzi”ndən almışdır. Bütün əşyalar nişandan sonra, toydan əvvəl alınmışdır. Cehiz əmlakları iddiaçının gəlin köçdüyü evə aparılarkən həyat yoldaşı da, iştirak etmişdir. 166 daşınma xidmətinin maşınında yoldaşı da getmiş və yüklərin evə daşınmasında köməlik etmişdir. Cehiz əşyalar toydan təxminən 1 həftə, 10 gün qabaq 166 daşınma xidmətinin maşınında aparılaraq cavabdehə məxsus mənzildə yerləşdirilmişdir. İddiaçıya alınmış cehiz əşyalarının heç biri yerli istehsal olmamışdır. O, həmin əşyaların qablaşdırılmasında və cavabdehlərə məxsus mənzildə açılıb yerləşdirilərkən şəxsən iştirak etmişdir. İddiaçıya xınayaxdı mərasimində qızıllar hədiyyə edilmiş, qız toyunda isə ağ qızıl brilliyant taxılmışdır. Lakin iddiaçı atası evin ə qayıdan zaman qızılları sonuncuda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, iddiaçı ilə qonşudur və gediş-gəlişləri vardır. İddiaçının toyunda iştirak etməmiş, lakin evində olmuşdur. Toydan 3-4 gün qabaq evdə hazırlıq işləri görülərkən iştirak etmişdir. Cehiz əşyaların qablaşdırılmasında iştirak etmiş, lakin əşyalar alınan zaman iştirak etməmişdir. 2020-ci ilin avqust ayında İddiaçı döyülərək atası evinə qayıtmışdır. İddiaçını valideynləri evə gətirmişdir. Həmin vaxt o da, iddiaçının valideynlərinin evində idi. İddiaçıin qablarını, ütüsünü və digər əşyalarını görmüşdür. Mətbəxdə istifadə olunan qabları bəzəkli qablar idi. İddiaçı evdən gəlin çıxarkən o da, onların evində olmuş və İddiaçıin qaynanasının yolka şəklində olan qızılları nümayi ş etdirərək İddiaçıin üzərinə taxdığının şahidi olmuşdur. O iddia ərizəsi ilə tanışdır və ərizədə qeyd edilən əşyaların həqiqətəndə alındığını təsdiq edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili X3 iddia tələbini qismən etiraf edərək göstərmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi kimi hazırlıq iclasında bildirdiyi kimi tərəflərindən iddia qismən qəbul edilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan 62 adda müxtəlif məişət əşyalarından Yasamal icra və Probasiya şöbəsinin əməkdaşının tərtib etdiyi 05.02.2021-ci il tarixli aktı ilə müəyyənləşən (akta daxil olmayan) ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalı iddiaçı tərəfindən cavabdehin yaşayış yerini tərk edən zaman götürülməmişdir və iddiaçıya məxsusdur. Məhkəmədə iddia qaldıranadək evdə yer tutduğu üçün dəfələrlə iddiaçıdan əşyaların götürülməsi xahiş olunsa da, iddiaçı bu istiqamətdə heç bir addım atmamışdır. Cavabdeh isə sözügedən əşyaları ilkin yerləşdirildikləri otaqda toxunmadan saxlamış, istifadə etməmişdir. Lakin əşyaların əksəriyyəti iddiaçı evi tərk etməzdən öncə onun istifadəsində olmasına, qeyd olunan əşyaların həm yararlı, həm də yarar sız olduğu halda, amartizasiya dəyərlərini nəzərə almadan onlara xəyali qiymət müəyyənləşdirilmişdir. İddiaçı ərizədə qeyd olunan 63 adda əşyalar üçün müəyyənləşdirdiyi 13024 manat məbləğində dəyərdə olduğunu sübut edəcək heç bir qəbz, sənəd və başqa sübutu məhkəməyə təqdim etməmişdir. Bu barədə sual yönəltdikdə isə “bütün aldıqları bahalı mallardı, mən qızıma nacaq brend mallar almışam” deyə mücərrəd cavabla kifayətlənməkdədir. Habelə iddiaçı ərizədə qeyd olunan lakin cavabdehlərin yaşayış yerində və sərəncamında olmayan, onlar tərəfindən saxlnılmayan əşyaların iddiaçı tərəfindən həqiqətən satın alınması və ya nikahdan öncə onun mülkiyyətində olması barədə məhkəməyə heç bir maddi sübut təqdim etməmişdir. Yenə də, iddiaçı sözügedən əşyaların (akta daxil olmayan) cavabdehin ünvanında olması və ya onlar tərəfindən istifadə olması barədə də, məhkəməyə maddi sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycanın toy adətlərinə “ev bəzədilməsi” kimi bir adətdə daxildir. Hansında ki, “qız evi” qızın cehizlərini “oğlan evi”ndə yerləşdirir, evi bəzəyir və təbii ki, müasir dövrdə bu zaman foto-video çəkilişdən istifadə olunur və ya ən azından iştirakçılardan kimsə şəxsi telefonu ilə foto çəkir. Belə olan təqdirdə, iddiaçıdan ən azından bir belə fotonu məhkəməyə təqdim etməsini tələb etdikləri halda iddiaçı bunu edə bilməmişdir. Bunun səsəbi isə Cavabdeh1 və həmin zaman evdə olan digər şahidlər bildirdiyi kimi əşyalar (akta daxil olmayan) cavabdehlərin ünvanına iddiaçı və onun anası tərəfindən gətirilmişdir, onların yanında başqa heç kəs olmamış, əşyalar bu şəxslər tərəfindən otağa yerləşdi rilmişdir. Əgər iddiaçı bunun əksini iddia edirsə MPM-yə uyğun olaraq sübutların məhkəməyə təqdim olunmasını xahiş edir. İddia ərizəsində yer alan dəyəri 14000 manat dəyərində zinət əşyalarına dair isə bildirmək istəyir ki, sözügedən zinət əşyaları (bazar dəyəri iddia ərizəsində göstərilən qiymətdən çox aşağıdır) həqiqətən də cavabdeh tərəfindən iddiaçıya toy, nişan və doğum günü hədiyyəsi kimi verilmişdir. Hədiyyə verildiyi andan sözügedən bütün zinət əşyaları cavbdehlərin istifadəsində olmamış və onlar tərəfindən saxlanılmamışdır. İddiaçı bunun əksini iddia etsə də, məhkəməyə bununla bağlı sübut təqdim edə bilməməkdədir. Məhkəmənin diqqətini xüsusi ilə iddaçının evi tərk etdiyi məqamə kəçmək istəyir. İddiaçı evi tərk edən zaman evdə heç kəs olmamış, hər iki cavabdeh iş yerlərində olduğ undan iddiaçı evdə tək olmuşdur. Yenə də, iddiaçının nümayəndəsinin öz izahatında bildirdiyi kimi iddiaçını evdən valideyinləri götürmüşdür və iddiaçı evi tərk edən zaman özünün şəxsi geyim əşyalarını da, özüylə götürmüşdür. Göründüyü kimi iddiaçı sərbəst surətdə heç bir maneə ilə qarşılaşmadan evi tək etmişdir və şəxsi əşyalarını da, özü ilə aparmaq imkanına malik olmuşdur. Belə olan halda təbii olaraq ortaya sual çıxır ki, əgər zinət əşyaları evdəydisə niyə iddiaçı evi tərk edən zaman zinət əşyalarını da digərləri ilə birlikdə götürməmişdir ?! Bu suala cavab olaraq isə iddiaçının nümayəndəsi “Cavabdeh1 toydan sonra ziynət əşyalarını İddiaçıdən alaraq evdə ki, seyfdə saxlayırdı və açarı İddiaçıdə yox idi.” cavabını verməkdədir. Lakin iddianı həmişəki kimi MPM-in tələblərini kənara qoyaraq evdə seyf olduğunu və Cavabdeh1 ziynət əşyalarını orada saxladığını sübut etmək vəzifəsindən imtina edir. Şahidlərlə əlaqədar bildirmək istəyir ki, şahid kimi məhkəmədə izahat verən heç bir şahid iddiaçının iddiasını təsdiq etməmiş və iddiaçı kimi konkret hallarla bağlı mücərrəd və qeyri-dəqiq cavablar vermişlər. Belə ki şahid Roman Nəsirov izahatında, iddiaçının qonşusu olduğunu, cehiz əşyalarını 166 xidmətindən istifadə edərək cavabdehlərin ünvanına apardığını, mənzilin dəhlizində yerləşdirdiyini, evin ünvan 1nın ikinci mərtəbəsində sağ tərəfdə yerləşdiyini bildirir. Lakin onun tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmiş dir. Şahid təxminən neçə sayda əşyaların olduğunu xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana gəldiyini bildirsə də, avtomobilin kuza ölçüsünü xatırlamır, ərizədə qeyd olunan televizor, tozsoran, duxovka (soba), mikrodalğalı soba kimi mənzilə yerləşdirdiyi əşyaların növü barədə karobkalarda olduqları üçün barədə dəqiq məlumat verə bilmədiyini qeyd edir. Halbu ki, qeyd olunan əşyalar xüsusi forma və ölçüyə malik qutularda yerləşdirilirlər və onların üzrərində müvafiq fotoları təsvir olunur. X15 izahatında iddiaçının qonşusu və şahid arvadı olduğunu, iddia ərizəsində qeyd olunan əşyaların bəzi tekstil məhsullarının “Sədərək” TM-dən alınmasında iştirak etdiyini, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini, ərizədə qeyd olunan b ütün əşyaları xatırlamadığını, amma televizor, tozsoran, duxovka (soba), 2 ütü və tekstil məhsullarının qablaşdırılmasında iştirak etdiyini, habelə evin bəzdilməsi üçün cavabdehin ünvanın olduğunu təsdiq edir. Lakin tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmiş, mənzildə əşyaların yerləşdirildiyi otağın quruluşunu, mənzildəki yerini və əşyaların otaqda necə yerləşdirildiyini təsvir edə bilmir, xatırlamır. Şahid təxminən neçə sayda əşyaların olduğunu və markalarını xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana göndərildiyini bildirsə də, avtomobilin kuza ölçüsünü təsvir edə bilmir, əşyların arasında televizorun olduğunu bil dirsə də, iddia ərizəsində televizor qeyd edilməmişdir. Digər şahid Arzu ova izahatında iddiaçının qonşusu olduğunu, iki ilə yaxın müddətdə qonşuluqda kirayə tutduğu evdə yaşadığını, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini bildirmişdir. Lakin ona ünvanlanan suala cavab olaraq iddia ərizəsi ilə məhkəmədə izahat verməmişdən öncə tanış olduğunu, əşyaların siyahısını və növünü gördüyünü bildirmişdir. Belə olan halda şahidin bitərəfliyinə və məhkəməyə ona məlum olan faktiki hallar barədə dürüst məlumat verdiyinə etibar edilə bilməz. Qeyd edilənlərə əsasən ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 2(004)-803/2021 saylı, 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd “Elif” markalı soba; 3 ədəd əlüz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakının alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə iddia tələbinin iddiaçının gəlin köçərkən apardığı cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılmasını hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə cavabdehlərin eti raf etdiyi miqdarda tutulmalıdır. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən, həmçinin Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli akta da qiymət verərək qeyd etmişdir ki, göstərilən mənzildə iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş və müvafiq məhkəmə qərardadında göstərilmiş əmlaklar aşkar edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə də tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etməmişdir. Məhkəmə iddia tələbinin dəyəri 14000 manat olan “De Grisoqono” markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsinə qiymət verərək hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində evi ani olaraq tərk etmədiyindən, sonuncu qeyd olunan şəraitdə qızıl-zinyət əşyalarının götürmək imkanına malik olmuşdur, ona görə də qızəl-zinət əşyalarının cavabdehlərdə qalması ehtimal olunmur. Belə ki, məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehlərin evdə olmadığı vaxt öz valideynlərinə zəng edərək, onu gəlib götürmələrini xahiş etmiş və valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıtmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnaməni iddia tələbinin təmin olunmayan h issəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin rədd edilməsi hissəsdə işin faktiki hallarına qiymət verməyib, iddiaçının dəlillərinə münasibət bildirməyib, sübutetmə barədə qanunvericiliyin tələbləri pozulub. Cavabdehin mübahisə predmeti olan qızıl-zinat əşyalarını aparması barədə subyektiv mülahizəsi aşağıda göstərilənlərlə təkzib edilir. İşin faktiki hallarına əsasən cavabdehdan alınması tələb edilən əşyaların, o cümlədən qızıl-zinət əşyalarının mövcud olması, sayı, çeşidi, dəyəri mübahisəsizdir. Cavabdeh tərəf həmin adda va çeşiddə qızıl-zinət əşyalarının mövcudluğunu təkzib etmir. Cavabdeh tərəf bildirir ki, iddia ərizəsində göstəril ən adda və dəyərdə qızıl-zinət əşyaları mövcud olub, lakin iddiaçı cavabdehdən ayrılarkən, yəni onun yaşadığı mənzili tərk edərkən qızıl-zinət əşyalarını özü ilə aparıb. Birinci instansiya məhkəməsi qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmadığını, yəni həmin qızıl-zinət əşyalarının cavabdehdə qalmasını sübut etmək vəzifəsinin iddaçının üzərinə düşməsi və iddiaçının bunu sübut edə bilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə səhvdir və sübutetmə prinsiplərinə ziddir. Belə ki, iddiaçı tərəf tələb etdiyi qızıl-zinət əşyalarının mövcud olmasını, cavabdeh tərəf isə həmin qızıl zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını sübut etmək vəzifəsini daşıyır. Bundan başqa məhkəmənin iddiaçı tərəfindən təqdim olunmuş şahid ifadələrinə tənqidi münasibətini başa düşmək olmur. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Anar Tanrıverdiyev - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin təmin olunmayan hissəsində birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə qismən təmin edərkən, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş 05.02.2021-ci il tarixli aktı nəzərə almışdır. Belə ki, sözü gedən mənzildə iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş və müvafiq məhkəm ə qərardadında göstərilmiş əmlakların aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin rədd edilməsi barədə əsaslandırıcı hissəsində işin faktiki hallarına qiymət verilmədiyini, iddiaçının dəlillərinə münasibət bildirilmədiyini, sübutetmə barədə qanunvericiliyin tələblərinin pozulduğunu bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə hər bir tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verilmişdir. İddiaçın aplleyasiya şikayətində əsaslandığı hallarla bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və iş materialları ilə belə sübutlar aşkar edilməmişdir. Bu baxımdan apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır və qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas o la bilməz. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Repsublikasının Mülki Məcəlləsi: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zəngin ləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiy yətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu po zuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 666-cı və 157.2-ci maddələri təşkil edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcud luğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçı Cavabdeh2lə nikaha daxil olarkən ona iddia ərisəzində göstərilən qızıl-zinət və cehiz əmlakların hədiyyə kimi verildiyini bildirir və həmin əşyaların cavabdehlərdə olduğunu göstərərək tələb edir. Mülki Məcəllənin 225.2-ci və Ailə Məcəlləsinin 34.1-ci maddələrinin tələblərinə görə nikaha girənədək ər-arvaddan birinin hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. İddiaçı tələbin rədd edilən hissələrində iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyalarının və cehiz əmlakların cavabdehlərdə olduğunu qeyd edir. Cavabdehlər i sə iddia tələbinə bu hissədə etiraz etərərək iddiaçının həmin əmlakları özü ilə gedərkən apardığını bildirmişlər. Birinci instansiya məhkəməsi rədd edilən hissədə iddiaçının tələbinin sübut olunmadığını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsi isə bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə ətraflı qiymət verməyərək prosessual normaların tələblərini pozmuşdur. Qətnamədən şikayət verən iddiaçı işdə olan sübutların (şahid ifadələrinin, icra məmurunun tərtib etdiyi aktın və digər subatların) məhkəmə tərəfindənh tam, hərtərəfli və obyketiv araşdırılmadığını qeyd etmiş, lakin apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini formal mülahizələr hesab edərək hər hansı bir araşdırma a parmamışdır. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi şahidlərin ifadələrini sübut kimi qəbul etməyərkən onların ifadələrinə tənqidi yanaşdığını qeyd etmişdir. Lakin məhkəmə bu qənaətəni əsaslandırmamış, şahid ifadələrinə nə üçün tənqidini yanaşdığını göstərməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi məhkəmədə tətqiq edilmiş icra məmurunun aktına da düzgün qiymət verməmiş, təqdim edilmiş həmin sübutu MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir. Belə ki, həmin aktla bağlı ziddiyətli məqamlar olmuş, həmin aktda əksini tapmış əmlakların mübahisəli ünvanda olan və yaxud olmayan, aşkar edilən və ya aşkar edilməyən əmlaklar olması müəyyən edilməmişdir. Cavabdehlərin etirafına əsasən qət edilmiş əmlaklar arasında həmin aktda əksini tapmamış əmlaklar da olmuşdur. Lakin işə baxan məhkəmələr bu halı nəzərə almayaraq təqdim edilən sübutuun qiymətləndirilməsində MPM-nin 88-ci madəsinin tələblərini pozmuşlar. Həmin normaya görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.anın şikayəti ilə əlaqədar Azərbayca n Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qə tnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Bundan başqa iddiaçı məhkəməyə mübahisəli məsələ ilə bağlı tərəflər arasında aparıldığını iddia etdiyi “WhatsApp” mobil tətbiqetmə vasitəsi ilə aparılan yazışmaları təqdim etmişdir. İşə baxan məhkəmər isə həmin yazışmaları nə üçün qiymət vermədiyini qətnamədə əsaslandırmamışlar. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Qərarındakı hüquqi mövqeyinə görə, “...mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə e dilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər ara sında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bundan başqa birinci instansiya məhkəməsi qət etdiyi əmlakların dəyərini qətnamədə göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu halı diqqətdən qaçırmışdır. MPM-nin 222.1-ci maddəsinə görə, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsini n mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qanuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə gör ə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6535/2021 nömrəli iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar