Məhkəmə qərarları › İş №2(102)-6628/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6628/2021

06.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6628/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qism ində cəlb edilməklə) mənəvi zərərə görə kompensasiyanın tutulması tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5435/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2015-ci il tarixli, 1(101)-930/2015 nömrəli hökmünə əsasən, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 222.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən hökm ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK-nın (bundan sonra – cavabdeh) işçisi kimi X5 tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan bir nəfər (X3) zərər çəkmiş şəxsin ölümünə və digərinin sağlamlığına az ağır zərər vurmaya səbəb olmuşdur. X3 07.04.2015-ci il tarixdə Bakı şəhərinin Binəqədi rayonunda vəfat etmişdir. İddiaçı (bundan sonra – iddiaçı) X1 atasıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 (bundan sonra – üçüncü şəxs)) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xeyrinə 2.000.000 manat mənəvi zərərə görə kompensasiyanın tutul ması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı X4 07 aprel 2015-ci il tarixdə Cavabdeh MTK tərəfindən Bakı şəhərinin Azadlıq prospekti ilə S.S.Axundov küçəsinin kəsişməsində inşa olunan qeyri-yaşayış binasında inşaat işləri aparılan zaman 6-cı mərtəbədən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılmış, hadisənin Cavabdeh MTK-nın icraçı direktoru olan üçüncü şəxs tərəfindən tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verməsi sübuta yetirilmişdir. Sonuncu məhkəmə hökmü ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məhkum edilmişdir. Cavabdeh MTK-nın əməkdaşının qanunsuz hərəkətləri ilə əlaqədar ol araq baş vermiş hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində yeganə oğlunun ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və iddiaçının vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3301/2020 nömrəli iş üzrə 18 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia qismən təmin edilmiş, cavabdehdən 5000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 dekabr 2015-ci il tarixli, 1(101)930/201 5 saylı hökmünə əsasən cavabdeh MTK-da icraçı direktor vəzifəsində çalışan üçüncü şəxsin əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair qərar çıxarılmışdır. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən mənəvi zərərə görə 5000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 23, 1096, 1097.1, 1097.3, 1099, 1114.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3, 83.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plen umunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. Qətnamədən tərəflər apellyasiya şikayətləri vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunaraq iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə mənəvi zərərə görə 5000 manat təzminat müəyyən edərkən sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsa sında aparmamışdır. Belə ki, məhkəmə mərhumun iddiaçının yeganə oğlu olmasını, onunla həyat yoldaşının yenidən dünyaya uşaq gətirəcək yaşda olmadığını, onların oğullarına möhtac yaşda olmağını, oğlunun ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə almamışdır. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmə cavabdehin maddi durumunu nəzərə almamışdır. Cavabdehin nizamnamə kapitalından maddi durumunun kifayət qədər yüksək olması açıq-aşkar görünür. Məhkəmə dəymiş mənəvi zərərə görə təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Cavabdeh isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddia tələbindən də göründüyü kimi, delikti üçüncü şəxs törətmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 5000 manat p ulun MTK-dan tutulması nəticəsinə gəlməklə Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulmuş maddi hüquq normasını pozmuşdur. 07 aprel 2015-ci il tarixdə baş vermiş hadisə nəticəsində X1 ölümündə təqsirli şəxs qismində icraçı direktor X6 olduğundan, deliktə görə o, məsuliyyət daşıyır. Bununla belə, hadisə ilə bağlı mərhumun ailəsinə Cavabdeh MTK tərəfindən maddi yardım göstərilmişdir. Belə ki, 08 aprel 2015-ci il tarixdə mərhumun nəşinin Cəlilabad rayonunun Soltankəndinə aparılması üçün 1350 manat, 10 aprel 2015-ci il tarixdə yas mərasiminin verilməsi üçün XXX və digər şəxslər yasda iştirak etməklə ona 2000 manat, 23 aprel 2015-ci il tarixdə 1000 manat, 25 aprel 2015-ci il tarixdə özünün və qızının müalicəsi üçün 5000 manat, 14 may 2015-ci il tarixdə qırx mərasiminin keçirilməsi üçün 10 00 manat ödənilməklə iddiaçıya maddi və mənəvi köməklik göstərilmişdir. Bundan əlavə, Mülki Məcəllənin 384-cü maddəsinə əsasən, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan 3 il keçdikdən sonra irəli sürülmüş tələblər ən çox iddia irəli sürülənədək əvvəlki üç il üçün ödənilir. Məhkəmə qeyd olunanları nəzərə almadan maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5435/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının övladı X2 07 aprel 2015-ci il tarixdə Cavabdeh MTK-nın icraçı direktoru XXX tərəfindən tikintidə işlərin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində tikinti sahəsində yıxılaraq ölməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübuta yetirildiyindən, hadisə nəticəsində iddiaçının mənəvi zərərə məruz qalması şəksizdir. Buna görə də Cavabdeh MTK öz işçisinin təqsiri üzündən baş vermiş hadisə nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzini ödəməlidir. Bununla belə, məhkəmə qeyd etmişdir ki, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi 2.000.000 manat mənəvi ziyan məbləği də ağlabatan deyildir. İddiaçıya dəymiş mənəvi zərərin 5000 manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə mənəvi ziyanın əvəzinin üçüncü şəxs tərəfindən ödənilməli olması barədə cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin dəlil Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından əsaslı deyildir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Mülki Məcəllənin 384-cü maddəsinin tələblərinin nəzərə alınmaması barədə dəlil də əsassızdır. Belə ki, həmin maddə fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələblər üzrə iddia müddə tlərini tənzimləyir. Qətnamədən tərəflər kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmiş, qeyri-obyektiv və ədalətsiz qətnamə qəbul etmişdir. Şikayətin əsası kimi MPM-in 14.2, 217-ci, Mülki Məcəllənin 1096-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli Qərarına istinad olunmuşdur. b) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məh kəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdehin vəkili cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdır mır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları nı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir (maddə 1099.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarı Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; — ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; — ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan mə hkəmə tərəfindən həll edilməlidir; — məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir (maddə 82.4). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətlərinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara al dı: İddiaçı və Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5435/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar