Məhkəmə qərarları › İş №2(102)-664/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-664/2019

28.01.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-664/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ “28” yanvar 2019-cu il iş № 2(102)-664/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh və vəkili X3 iştrakları ilə, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli (hakim:T.B.Axundov; 2(004)-7987/2017) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 30 dekabr 2006-cı il təvəllüdlü X5 və 02 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 68 manat 50 qəpik olmaqla, cəmi 137 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi, alimentin tutulma müddətinin 24 avqust 2017-ci il tarixdən müəyyən edilməsi, iddianın qalan hissədə təmin olunmaması, qətnamənin dərhal icra olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2018-ci tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.N.İmanov, 2(103)-1660/2018) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, hazı rki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixliqətnaməsi dəyişdirilmiş, 30 dekabr 2006-cı il təvəllüdlü X1 və 02 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaqa görə sabit pul məbləğində 137 manat, cəmi 274 manat alimentin hər ay Cavabdeh Nadir qızından tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2018-ci tarixli qərarı ilə (hakimlər: Ə.A.Mirzəyev (sərlik edən və məruzəçi), G.A.Quliyev, T.A.Qoldman iş 2(102)-4252/2018)Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2018-ci tarixli qətnaməsi ləğv edilmiş,iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkə məsinin Mülki Kollegiyasının 27 sentyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: V.Ə.Baxışova,(sərlik edən və məruzəçi), V.T.Həsənov, N.Ş.Cəfərov; 2(103)-9541/2018)İddiaçı və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilmiş, Yasamal rayon Məhkəməsinin 25 sentyabr 2017-ci il tarixli 2(004)7987/2017 saylı qətnaməsi dəyişdirilmiş, 30 dekabr 2006-cı il təvəllüdlü X5 və 02 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (bütün gəlirləri daxil olmaqla) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı İddiaçı verilməsi, Alimentin tutulmasının əvvəli 24 avqust 2017-ci il tarixdən müəyyən edilməsi,qətnamə dərhal icra edilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 dekabr 2006-cı il təvəllüdlü X1 və 02 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödənilməli olan sabit pul məbləği hərəsinə 136 manat aliment tutulub iddaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh, 30 dekabr 2006-cı il təvəllüdlü X5 və 02 oktyabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ödənilməli olan sabit pul məbləğində hər uşağa 137 manat, cəmi 274 aliment tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin fevral ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinəəsasən Cavabdeh ilə bağlanmış nikahları pozulmuş, nikahlarında n olan, iki azyaşlı uşaqları 30 dekabr 2006-cı il təvəllüdlü X5 və 02 oktyabr 2008-ci il təvəllüdlü X6 vardır. Cavabdeh, uşaqların anası olsa da, məhkəmə qaydasında uşaqlarından imtina etmiş, uşaqlara baxmaqdan boyun qaçırmış və uzun müddətdir ki, uşaqlar onun himayəsində qalmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdilər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.1.2, 76.2-ci, 78-ci maddələrinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinin tələblərinin pozulması ilə çıxarılmış, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X8 kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və vəkili X7 apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahişetdilər. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və pros essual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən Yasamal rayon Məhkəməsinin 01 dekabr 2016-ci tarixli 2(004)-942/2016-cı il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqların ataları İddiaçı yanında qalmaları qət edilmişdir. 23 avqust 2017-ci il tarixli AZ-İ serialı, ******** nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nigahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında 11 fevral 2017-ci il tarixdən nigah ləğv edilmiş və bu barədə nigahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 68 nömrə qeyd edilmişdir.Nigah pozulduqdan sonra kişiyə Qasımov, qadına Qasımova soyadı verilmişdir. 22 avqust 2017-ci il tarixli ****** nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X6 02 oktyabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. 22 avqust 2017-ci il tarixli ******* nömrəli Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın təsdiq olunmuş surətindən görünür ki, X5 30 dekabr 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd edilmişdir. 19.12.2017-ci il tarixdə “Braunberg S.A” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həmin şirkətdə müştəri xidmətləri üzrə mütəxəssi s vəzifəsində sınaq müddətində çalışmış və aylıq əmək haqqı 250 manat təşkil etmişdir. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçının aylıq gəliri 300-400 manat olduğu halda, uşaqların saxlanması üçün dayəyə verilən əmək haqqı ilə birlikdə ayda 600 manat pul xərclənməli olur. Cavabdeh tərəfindən məhkəməyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron hökümət portalından iş yeri barədə 27.09.2018-ci il tarixli arayış təqdim edilmiş, həmin arayışa əsasən cavabdehin 01.08.2018-ci il tarixdən “xxxx” MMCdə təlimçi vəzifəsində işlədiyi və aylıq əmək haqqının 250 manat olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflərin maddi vəziyyətini, cavabdeh in müntəzəm aylıq gəliri olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin istinad edilən normalarının tələblərinə əsasən cavabdehdən 2 uşağın saxlanılması üçün aylıq aliment sabit pul məbləğində deyil, qazancının (bütün gəlirləri daxil olmaqla) üçdə bir hissəsi miqdarında tutulmalıdır. Beləliklə, apellyasiya qaydasında işə baxmış məhkəmə kollegiyası tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə tam əməl olunmuş, maddi və prosessual hüquq normalar düzgün tətbiq olunaraq birinci instansiya məhkəməsinin qətnaməsində yuxarıda göstərilən dəyişiklik edilməklə iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq n ormaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 27 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əli Rüstəmov Hakimlər: Mehparə Əhmədova Əhməd Nurməmmədov Əsli ilə düzdür: Azərbaycan Respub

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar