Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6648/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızının cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1240/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı qızı (bundan sonra - iddiaçı) ilə cavabdeh X5 ilə 2006-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş və birgə nikahlarından 25 iyun 2007-ci il təvəllüdlü Ruhi adlı uşaqları doğulmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı ərizəsi, sonradan iddianın həcminin azaldılmasına dair ərizələr ilə məhkəməyə mürtaciət edərək cavabdehlərdən 2500 manat dəyərində 1 dəst 14 qramlıq brilliyant (zümrüd qaşlı) qaşlı üzük-sırğa dəsti, 2000 manat dəyərində 1 ədəd 32 qramlıq ər əb boyunbağısı, 1500 manat dəyərində 1 ədəd 30 qramlıq brilliyant qaşlı qızıl saat (qolbağı ilə birlikdə), 700 manat dəyərində 1 ədəd onluq qızıl və 1200 manat dəyərində 1 ədəd 8 qramlıq brilliyant qaşlı paxlava formalı qızıl üzüyün alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, gəlin köçərkən valideyinləri tərəfindən ona qızıl-zinət əşyaları verilmişdir. Bundan başqa toy günü oğlan evi tərəfindən də iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı ailə qurduqdan sonra bir müddət Cəlilabad şəhərində yaşamışlar və sonra Rusiya Federasiyasının Astarxan şəhərinə getmişlər. Rusiya Federasiyasına gedən zaman iddiaçı özünə məxsus qızıl əşyalarını özü ilə aparmış və bir müddət Rusiya Federasyiasında yaşadıqdan sonra A zərbaycana qayıdaraq gəlin köçdüyü evdə yaşamış və sonra atası evinə gəlmiş və uşaq da atası evində yaşadığı dövrdə doğulmuşdur. İddiaçının qızı Ruhi 7 aylıq olan zaman cavabdehlər onu (iddiaçını) gəlib aparmış və yenidən birlikdə yaşamağa başlamışlar. Bir neçə ay birlikdə yaşadıqdan sonra isə 2008-ci ilin oktyabr ayında yenidən RF-a getmişlər. Rusiya Federasiyasına gedən zaman isə iddiaçının qaynanası iddiaçıya məxsus qızıl-zinət əşyalarını ondan alaraq özündə saxlamışdır. İddiaçı da buna etiraz etməmiş və qızıllarını saxlaması üçün qaynanasına vermişdir. Sonradan aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və nikahları pozulmuşdur. İddiaçıya valideynləri tərəfindən verilmiş iddia ərizəsində göstərdiyi qızıl-zinət əşyaları cavabehlərin evində qalmışdır. Hazırda iddiaçı ancaq v alideynləri tərəfindən ona verilmiş qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh tərəfindən verilmiş qızılzinət əşyalarını isə tələb etmir. İddiaçı dəfələrlə cavabehlərdən qızıl-zinət əşyalarını tələb etsə də, cavabdehlər həmin əşyalarını ona qaytarmamışlar. Cavabdehlər iddia tələbini qəbul etməyib, tələbə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbinə qarşı etirazı onunla əsaslandırmışlar ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar tam əsassız və yalandır. Belə ki, iddiaçı RF-nın Astarxan şəhərinə gedərkən özünə məxsus qızılların heç bir maneə və təsir olmadan tam rahat şəkildə özü ilə aparmış və həmin qızıl-zinət əşyalarını da orada yaşayarkən istifadə etmişdir. Həmçinin iddiaçı RF-də olarkən qızıl-zinət əşyaları ilə fotoşəkillə r çəkdirmişdir. Bu fakt etiraza əlavə edilən və RF-nın Astarxan şəhərində keçirilən toyda çəkilən 1 ədəd fotoşəkillə və həmin şəhərdəki kilsənin qarşısında çəkilən 3 ədəd fotoşəkillə də öz təsdiqini tapır. X10 iddiaçı ilə iki dəfə toy etmişdir. Birinci toy Cəlilabad rayonunda, ikinci toy isə Rusiya Federasiyasının Astarxan şəhərində keçirilmişdir. Cavabdeh olaraq sübutlar təqdim etdikləri halda iddiaçı istinad etdiyi halları təsdiq edəcək heç bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir. Bundan əlavə iddiaçı bildirir ki, öz qızıl-zinət əşyalarını 2006-cı ildə özü ilə onların evinə gətirmişdir. Qeyd edilən tələb üzrə iddiaçı iddia müddətini də ötürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmi şdir ki, iddiaçı onun qızıdır. İddiaçı gəlin köçərkən valideyinləri tərəfindən ona qızıl-zinət əşyaları verilmişdir. Bundan başqa toy günü oğlan evi tərəfindən də iddiaçıya qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İddiaçı X5 ailə qurduqdan sonra bir müddət Cəlilabad şəhərində yaşamışlar və sonra Rusiya Federasiyasının Astarxan şəhərinə getmişlər. Rusiya Federasiyasına gedən zaman iddiaçı özünə məxsus qızıl əşyalarını özü ilə aparmış və bir müddət Rusiya Federasyiasında yaşadıqdan sonra Azərbaycana qayıdaraq gəlin köçdüyü evdə yaşamış və sonra atası evinə gəlmiş və uşaq da atası evində yaşadığı dövrdə doğulmuşdur. İddiaçının qızı Ruhi 7 aylıq olan zaman cavabdehlər onu (iddiaçını) gəlib aparmış və yenidən birlikdə yaşamağa başlamışlar. Bir neçə ay birlikdə yaşadıqdan sonra isə 2008-ci ilin oktyabr ayında yenidən RF-a getmişlər. Rusiya Federasiyasına gedən zaman isə iddiaçının qaynanası iddiaçıya məxsus qızılzinət əşyalarını ondan alaraq özündə saxlamışdır. İddiaçı da buna etiraz etməmiş və qızıllarını saxlaması üçün qaynanasına vermişdir. Sonradan aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və Cəlilabad Rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsi ilə nikahları bozulmuşdur. İddiaçıya valideynləri tərəfindən verilmiş 2500 manat dəyirndə 1 dəst 14 qramlıq brilliyant (zümrüd qaşlı) qaşlı üzük-sırğa dəsti, 2000 manat dəyərində 1 ədəd 32 qramlıq ərəb boyunbağısı, 1500 manat dəyərində 1 ədəd 30 qramlıq brilliyant qaşlı qızıl saat (qolbağı ilə birlikdə), 700 manat dəyərində 1 ədəd onluq qızıl və 1200 manat dəyərində 1 ədəd 8 qramlıq brilliyant qaşlı paxlava üzük cavabehlərin evində qalmışdır. Hazırda iddiaçı ancaq valideynləri tərəfindən ona verilmiş qızıl-zinət əşyalarını tələb edir. Cavabdeh tərəfindən verilmiş qızıl-zinət əşyalarını isə tələb etmir. İddiaçı dəfələrlə cavabehlərdən qızıl-zinət əşyalarını tələb etsə də, cavabdehlər həmin əşyalarını ona qaytarmamışlar. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət emək məcburiyyətində qalmışdır. Cəlilabad Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 2(073)-1320/2019 saylı, 29 avqust 2019-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tələb edilən əşyalar həqiqətən də mövcud olmuş və iddiaçıya hədiyyə edilmişdir. Həmin hal iddiaçının nümayəndəsinin izahatı, şahid ifadəsi, həmçinin cavabdehlərin iddiaya etiraz ə rizəsi ilə təsdiq olunur. Belə ki, cavabdehlər etiraz ərizəsində iddiaçıya hədiyyə edilmiş qızılların mövcudluğunu, dəyərini və çəkisini mübahisələndirməmişlər. Həmin qızıl-zinət əşyalarının tərəflərdən hansında qalması ilə bağlı məsələyə qiymət verərək, məhkəmə belə nəticəyə gəlmişdir ki, həmin əşyalar həqiqətən də cavabdehlərdə qalmışdır. Belə ki, cavabdehlər etiraz ərizəsində iddiaçının Rusiya Federasiyasına gedən zaman qızılları özü ilə aparığını göstərsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı birinci dəfə RF-a gedən zaman qızılları özü ilə aparsa da, Rusiya Federasiyasından qayıtdıqdan sonra ikinci dəfə gedən zaman həmin qızılları aparmamış və qeyd edilən qızıl-zinət əşyaları qavabdehlərdə qalmışdır. Cavabdehlər qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya inst ansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilən hissəsi ilə əlaqədar nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş sübutları tərəflərin qarşılıqlı münasibətinə uyğun qiymət verməmiş, işin faktiki halları halları arasındakı ziddiyyətləri düzgün araşdırmayıb, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hü quq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apellyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, istər nikaha daxil olana kimi iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyaları hədiyyəni qəbul edən, yəni iddiaçının mülkiyyəti olmaqla, həmin qızıl-zinət əşyaları onun sahiblik, istifadə və sərəncamında olur və həmin əmlaklar əgər iradəsinə zidd olaraq başqa şəxslərdə, o cümlədən cavabdehdə olarsa mülkiyyət hüququnun bərpa edilməsini tələb edərək, həmin əmlakları geri tələb edə bilər. Bunun üçün ilk növbədə iddiaçı həmin əmlakların cavabdehin qanunsuz sahibliyində olmasının, bunun onun mülkiyyət hüququnu pozmasını sübut etməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən qızıl-zin ət əşyalarının mövcudluğunun mübahisələndirilmədiyini cavabdehlərin etiraz ərizəsində iddiaçının Rusiya Federasiyasına gedən zaman qızılları özü ilə aparığını göstərsə də, məhkəmə iclasında iddiaçının birinci dəfə RF-a gedən zaman qızılları özü ilə aparsa da, Rusiya Federasiyasından qayıtdıqdan sonra ikinci dəfə gedən zaman həmin qızılları aparmadığını və qeyd edilən qızıl-zinət əşyaları cavabdehlərdə qaldığının müəyyən edildiyi qənaətinə gəlsə də, həmin qənaəti əsaslandırmamış, cavabdeh tərəfin etirazında göstərilən xüsusatlar üzrə dəyərləndirilmə aparılmamışdır. Mövcudiyyəti mübahisələndirilməyən əmlakın qarşı tərəfdə olması hansı sübutlara əsasən müəyyən edildiyi göstərilməmişdir. Məhkəmə qeyd etmişdir ki, ailə münasibətlərində problem olan birinin ona məxsus qızıl-zinət əşyalarının qar şı tərəfdə saxlaması inandırıcı olmur. Çünki iddiaçının əri Rusiya Federasiyasının Astarxan şəhərində yaşayır, iddiaçı da ərinin yanına müvəqqəti deyil, daimi yaşamaq üçün gedir. Daimi yaşamaq üçün başqa bir ünvana (Rusiya Federasiyasının Astarxan şəhəri) gedən şəxsin özünə məxsus əmlakın (konkret halda qızıl-zinət əşyalarının) Cəlilabad rayonunda saxlamaq üçün qoyması, hətta onlar arasında narazılığın olmasına baxmayaraq, qızıllların münasibətləri yaxşı olmayan qaynanasına saxlaması üçün verməsini bildirməsi inandırıcı görünmür. Həmçinin qeyd edilən qənaətin əksinə dair hər hansı əsaslı şübhə yaratmayan sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. İddia tələbinin əsası kimi şahid qismində iddiaçının anasının ifadəsi əsas götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin əsaslılığına dair sübut kimi tədqiq edilmiş şahid ifadəsi də tələbin təmini üçün mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki şahid qismində dindirilən şəxs iddiaçının anası olmaqla, qarşı tərəf isə onun qudalarıdır ki, onlar arasında da münasibətlər pozulmuşdur ki, bu da milli mentalitet və formalaşmış adət-ənənə nəzərə alınarsa onun övladının xeyrinə ifadə verməsi qaçılmazdır və bu hal məhkəmənin diqqətindən qaçmamalıdır. Qeyd edilənərə əsaəsn apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin əsası kimi istinad etdiyi halların əsaslılığına dair təqdim etdiyi sübutlar tələbin təmin edilməsi üçün yetərli olmadığından, cavabdehlərin iddia tələbinə qarşı etirazlarının əsasları kimi istinad etdiyi halları əsaslı hesab edərək birinci instansiya məhkəməsinin iddia tə ləbinin təmin edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmişdir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, onun cavabdehdən istədiyi qızıl-zinət əşyaları nikahdan əvvəl işlədiyi vaxtlarda aldığı əşyalarıdır, cavadehlərin ona toy vaxtı verdikləri həddiyyələr deyil. Şəkildə göstərdikləri qızıl-zinət və ge yim əşyaları hələ də Astarxan şəhərində ər evində qalmışdır. O, həmin qızılları tələb etmir. Onun tələbi valideynlarinin ona hədiyyə etdikləri və onun nikahdan əvvəl işləyib aldığı qızıl-zinət əşyalarıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehlər məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada mə lumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən mikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərb aycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının t ələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Hazırki işdə iddiaçının tələbi sübutetmə yükü ilə bağlıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İddiaçı isə iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair nə birinci instansiya məhkəməsinə, nədəki apellyasiya instansiyası məhkəməsinə hər hansı bir sübut təqdim edə bilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-1240/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6648/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6648/2021
20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver