Məhkəmə qərarları › İş №2(102)-667/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-667/2020

30.01.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-667/2020 30.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X8 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili X11 və iddiaçı X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(012)55/2019, hakim S.M.Quliyeva) iddiaçı X2 Cavabdeh qarşı iddiası qismən təmin edimiş, cavabde hin xx xxxx 2012-ci il tarixdə doğulmuş X9 atası olmasının müəyyən edilməsi, xx xxxx 2012-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2017-cı il tarixdən hesablanması və dərhal icra edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3053/2019, hakimlər A.Ə.Abbasov, Ş.R.Abasov və T.Q.Məmmədov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmə sini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2017-ci il tarixdə X1 Kənan Telman oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2012-ci il təvəllüdlü X6 atası olmasının müəyyən edilməsi və uşaq 18 yaşına çatanadək hər ay 200 manat alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçı ilə münasibətdə olduğunu, iddiaçı hamilə olduğunu bildirdikdə iddiaçıya bu məsələni həll etməsini bildirdiyini, uşağın ondan olmasını dəqiq bilmədiyi üçün iddia tələbini etiraf etmədiyini göstərmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsas landırmışdır ki, apellyasiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, mötəbər sübut hesab edilə bilməyən bioloji ekspert rəyinə istinad edərək iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını tərəflərin faktiki nikah münasibətindən doğulmuş uşağın atasının cavabdehin olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin tutulması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. xx xxxx 2012-ci i l tarixdə doğulmuş X9 doğum haqqında şəhadətnaməsində ata qrafasında cavabdehin adı və atasının adı, lakin iddiaçının soyadı yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsi ilə məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Birinci instansiya məhkəməsi tərəfind ən alınmış biloji ekspert rəyi ilə, anası X3 olan X12 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehin 2011-ci ilin avqust ayından qeyrirəsmi ər-arvad münasibətlərində olmasını, onların faktiki nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü Sübhan adlı oğlunun anadan olmasını, Cavabdeh həmin uşağın atası olmasının ekspert rəyi ilə təsdiq edilməsini, iddiaçının atalıq faktını təsdiq edə biləcək sənədləri başqa qaydada ala bilməməsini müəyyən edərək cavabdehin həmin uşağın atası olmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci in stansiya məhkəməsinin cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Sübhan adlı uşağın atası olması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin qeyd edilən ekspert rəyi ilə razı olmadığını bildirmiş, genetik ekspertiza təyin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi cavabdehin etirazının əsasını təşkil edən dəlillərinə münasibətdə hesab etmişdir ki, cavabdeh özü də iddiaçı və uşaqla yanaşı, ekspertiza tədqiqatında iştirak etmişdir. Bundan başqa, iddiaçı bu sahədə daha mötəbər ekspertiza növü olan genetik ekspertizanın keçirilməməsini bildirsə də, həmin ekspertiza keçirilməsi üçün tələb edilən məbləği də ödəyə bilməyəcəyini demişdir. Bir halda ki, bioloji rəylə cavabdehin uşağın atası olması faktı inkar edilmir, belə olan halda daha mötəbər ekspertizanın keçirilməsi xərcini də bu barədə vəsatət verən cavabdeh ödəməlidir. Cavabdeh isə bioloji ekspertizanın rəyini qəbul etməməklə genetik ekspertizanın keçirilməsini istəmiş, digər tərəfdən də genetik ekspertizanın keçirilməsi xərcini ödəyə bilməyəcəyini deməklə, bundan yayınmışdır. Uşaqların saxlanılması üçün sabit pul məbləğində alimentin tutulmasının əsaslarını müəyyən edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazan cın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki t əminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2019-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci bəndinə əsasən 2019-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıql ı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılqılı münasibətinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar