Məhkəmə qərarları › İş №2(102)-6681/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6681/2019

24.10.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6681/2019 24.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli, 2(103)-7694/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 25.07.2018-ci il tarixli, 2(006)4216/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanəti müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddiası qismən təmin edilərək, tərəflər arasında bağlanmış 20.02.2015-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh Əmanətlərin Sığortalanması Fondundan 6731 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) əmanət məbləğinin alınaraq İddiaçı verilməsi, illik 11% hesabı ilə 20.05.2015-ci il tarixdən “xxxx” ASC-nin müflis elan olunması barədə məhkəmə qərarının qanuni qüvvəyə minənədək, yəni 27.12.2017-ci il tarixinədək illik faiz hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 31.10.2018-ci il tarixli, 2(103)-11236/2018 nömrəli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli, 2(006)-4216/2018 nömrəli qətnaməsinin cavabdehdən faizlərin tutulması hissəsində dəyişdirilərək 20.05.2015-ci il tarixdən “xxxx” ASC-nin müflis elan olunması barədə məhkəmə qərarının qanuni qüvvəyə minənədək, yəni 27.12.2017-ci il tarixinədək illik 11% hesablanmaqla 1912.7 ABŞ dolları məbləğində depozit faizinin (qətnamənin icra olunduğu gün manata olan məzənnə ilə) cavabdeh Əmanətlərin Sığortalanması Fondundan İddiaçı xeyrinə tutulması, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilmiş dö vlət rüsumunun ona aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Mülki Kollegiyasının (hakimlər T.Qoldman, Ə.Mirzəliyev, G.Quliyev) 28.03.2019-cu il tarixli qərarı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli, 2(103)-11236/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.Mərdanova, E.Həsənov, F.Babayev) 18.06.2019-cu il tarixli, 2(103)-7694/2019 nömrəli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməs inin 25.07.2018-ci il tarixli, 2(006)-4216/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “bank əmanəti müqaviləsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə 31.05.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış, 20.02.2015-ci il tarixli, 70017052 saylı bank əmanəti müqaviləsinin ləğv edilməsi, 6731 ABŞ dolları həcmində əmanətin qətnamə icra edilən an Azərbaycan manatına məzənnə ilə 20.02.2015-ci ildən başlayaraq qətnamə icra edilən ana qədər, hər aya görə 740.41 ABŞ dollarının Azərba ycan manatına məzənnə ilə (yəni aylıq faizlərin), vurulmuş mənəvi zərərə görə 3000 manat təzminatın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Abbaszadə Ziyad İsax oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməyərkən belə qənaətə gəlmişdir ki, iddiaçı mübahisəli müqaviləni bağlayarkən, yəni 20.02.2015-ci il tarixində qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi X2 01.08.2013-cü il tarixli qərarı ilə 10% olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilənin müddətinin uzadılmasına dair tərəflər arasında hər hansı bir razılaşma müəyyə n edilməmişdir. Belə olan halda 20.02.2015-ci il tarixli bank əmanəti müqaviləsinin müddəti bitdiyindən müqavilənin ləğv edilməsinə lüzum qalmamışdır. Lakin ilk növbədə qeyd edilməlidir ki, iddiaçı 20.02.2015-ci il tarixdə bank əmanəti müqaviləsini imzaladıqdan sonra Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 24.02.2015-ci il tarixli qərarı ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-ə qaldırılmışdır. Bu halda, yəniu müqavilə imzalandıqdan 4 gün sonra faiz dərəcəsinin artırılması üçün yenidən müqavilə imzalanması lüzumsuz olardı. Belə ki, həmin qərarla faiz dərəcəsi aşağı deyil, yuxarı qaldırılmışdır. Yəni 24.02.2015-ci il tarixdən iddiaçının əmanəti qorunan əmanətlər çərçivəsində olmuşdur. Digər tərəfdən həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin sonuncu gününədək əmanət geri götürülmədikdə müqavilə eyni müddətə uzadılmalıdır. Beləliklə də müqavilə 2016, 2017 və 2018-ci illərdə uzadılmışdır. Lakin cavabdeh 3 il 3 ay ərzində iddiaçının qoyduğu vəsaitdən faydalansa da, iddiaçının müraciətinə baxmayaraq, sığortalanmış əmanəti və faizləri geri qaytarmaqdan imtina etmişdir. İddiaçı bankdan bank mülfis olana qədər müqavilənin ləğv olunmasını və pulunu tələb etsə də, buna nail ola bilməmişdir. Bank iddiaçının pulunu qəbul edərkən həmin pul vəsaitindən mənfəət əldə etməklə ondan yararlanmışdır. Bununla da apellyasiya kollegiyası tətbiq edilməli olmayan maddi hüquq normalarını mübahisəyə tətbiq etmiş, tətbiq edilməli olan normalara düzgün şərh verməmiş, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu nun hüquqi mövqeyini nəzərə almamış, bununla da qanunvericiliyin tələblərinə cavab verməyən qətnamə qəbul etməklə iddiaçının Konstitusion hüquqlarını pozmuşdur. Qanunvericiliyin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə iddiaçının banka qoyduğu əmanət Müşhidə Şurasının 24.02.2015-ci il tarixli qərarına əsasən qorunan əmanətlər siyahısına daxil edilmişdir. Bu əmanətlər sığortalandığı üçün həmin əmanət həcmində bank Əmanətlərin Sığortalanması Fonduna ödənişlər etmişdir. Bu ödənişlərin ödənilməsinin həcminə, vaxtında ödənilməsinə və s. nəzarət ilk növbədə Fond və digər orqanlar tərəfindən həyata keçirilir. Buna görə də banka əmanət qoymuş vətəndaşın bu proseslərə nəzarət etməsi qeyri-mümkündür. Göstərilənləri nəzərə alaraq müflis olan bankın əmanətçi lərinə kompensasiyanın ödənilməsi də Əmanətlərin Sığortalanması Fondunun əsas vəzifəsidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı və vəkili Abbaszadə Ziyad İsax oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, “xxxx” ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsinə əsasən Bank əmanətçidən daxil olmuş pul məbləğini 12 ay müddətinə, illik 11% olmaqla 6731 ABŞ dolları məbləğində əmanəti qəbul etmişdir. “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun2.1.1-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və qanunvericiliyə və ya müqaviləyə əsasən, geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə əsasən qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Həmin Qanunun 25.1.4-cü maddəsinə əsasən əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüquqları vardır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödə nilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq m üəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə. X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. Qeyd olunmalıdır ki, X5 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 02 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 2016-cı il 1 6 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 (üç) il müddətinə tam sığortalanması müəyyən edilmişdir. İş materiallarında olan 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsinin 6.6cı bəndinin “f” yarım bəndinə əsasən, cəlb edildiyi günə Fond tərəfindən Mərkəzi Bankla razılaşmaqla müəyyən edilmiş həddən, yəni 9% faizdən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə predmeti olan 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsi üzrə iddiaçı tərəfindən 12 ay müddətinə banka qoyulan 6731 ABŞ dolları məbləğində əmanət üzrə faiz dərəcəsi 11% müəyyən edildiyindən, həmin ə manət qorunan əmanətlərə aid edilməmişdir. Belə ki, iddiaçı tərəfindən əmanət banka qoyularkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10% müəyyən edilmişdir. 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsi bağlandığı zaman banka qoyulmuş əmanətin illik faiz dərəcəsinin isə 11% müəyyən edilməsini nəzərə alaraq, banka qoyulmuş əmanət qorunan əmanətlərə aid edilməmiş və iddiaçı müqaviləni imzalamaqla bunu qəbul etmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki iş kollegiya tərəfindən araşdırılarkən 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsini müddətinin uzadılmasına dair tərəflər arasında hər-hansı razılaşma müəyyən edilməmişdir. Belə olan halda 20.02.2015-ci il tarixli 70017052 saylı Bank əmanəti müqaviləsinin müddət i bitdiyindən, müqavilənin ləğv edilməsinə lüzum qalmır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab etməmiş, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya baxışı zamanı apelyasiya instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessua l hüquq normalarının pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Beləliklə kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bİlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.06.2019-cu il tarixli, 2(103)7694/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar