Məhkəmə qərarları › İş №2(102)-6684/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6684/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6684/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, İddiaçı Cavabdeh2 x7 qızına qarşı “borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 x7 qızının cavabdeh İddiaçı qarşı “borc müqaviləs inin və sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin yüklülükdən azad olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-962/2019 nömrəli iş üzrə 02 aprel 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 x7 qızı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12.02.2015-ci il tarixdə notarial qaydada rəsmiləşdirilmiş və 3M-113 nömrə ilə qeydə alınmış borc (kredit) müqaviləsi əsasında 12.09.2015-ci il tarixdə faizsiz olmaqla qaytarılması şərti ilə verilmiş 305.000 (üç yüz beş min) ABŞ dolları pulun, həmin borc m üqaviləsindən yaranmış borc öhdəliyinin icrasına görə tələbin 12.02.2015-ci il tarixli 3M-115 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsi əsasında yüklü olunmuş ipoteka predmetinə yönəldilməsi, əldə olunacaq məbləğdən borc öhdəliyinin vaxtında və tam ödənilmədiyi səbəbindən adi mülki dövriyyə şəraitində 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində pulun 12 ay müddətinə əldə edəcəyi aylıq 30.000 (otuz min) ABŞ dolları pul olmaqla, cəmi 335.000 (üç yüz otuz beş min) manat pulun Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh2 x7 qızına qarşı “borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 x7 qızına 06.10.2015-ci il tarixdə notarial q aydada rəsmləşdirilmiş və 3M-815 nömrə ilə qeydə alınmış borc (kredit) müqaviləsi əsasında 06.03.2016-cı il tarixdə faizsiz olmaqla qaytarılması şərti ilə verilmiş 204.000 (iki yüz dörd min) ABŞ dolları pulun, həmin borc müqaviləsindən yaranmış borc öhdəliyinin icrasına görə tələbin 06.10.2015-ci il tarixli 3M-816 nömrə ilə qeydə alınmış sonrakı ipoteka müqaviləsi əsasında yüklü olunmuş ipoteka predmetinə yönəldilməsi, əldə olunacaq məbləğdən borc öhdəliyinin vaxtında və tam ödənilmədiyi səbəbindən adi mülki dövriyyə şəraitində 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində pulun 12 ay müddətinə əldə edəcəyi aylıq 20.000 (iyirmi min) ABŞ dolları pul olmaqla, cəmi 224.000 (iki yüz iyirmi dörd min) manat pulun Cavabdeh2 x7 qızından alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahi ş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2016-cı il tarixli qərardadına əsasən hər iki iddia tələbi bir icraatda birləşdirilmişdir. İddiaçılar Cavabdeh1 və Cavabdeh2 x7 qızı cavabdeh İddiaçı qarşı borc müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 12 fevral 2015-ci il tarixli borc müqaviləsinin və Cavabdeh2 x7 qızı ilə qarşılıqlı iddia üzrə cavabdeh X3 arasında bağlanmış 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinin etibarsız-əhəmiyyətsiz əqdlər hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-4391/2017 nömrəli, 19 okt yabr 2017-ci il tarixli Qərardadı ilə iddiaçı Cavabdeh2 x7 qızının cavabdeh İddiaçı qarşı 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi və 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsızəhəmiyyətsiz əqdlər hesab edilməsi və iddiaçıya məxsus x7 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin yüklülükdən azad olunması tələbinə dair mülki iş hazırki mülki işə birləşdirilmişdir. İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 305.000 ABŞ dolları borc pulun gecikdirilmiş 2 il 9 ay müddətindəki 5% həcmində əldən İlkin iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 305.000 ABŞ dolları borc pulun gecikdirilmiş 2 il 9 ay müddəti ndəki 5% həcmində əldən çıxmış faydanın məbləğini, yəni 44.225 ABŞ dolları və Cavabdeh2 x7 qızından 204.000 ABŞ dolları borc pulun gecikdirilmiş 2 il 3 ay müddətindəki 5% həcmində əldən çıxmış faydanın, yəni 23.460 ABŞ dolları tutulmasını və tutmanın ipoteka ilə yüklü olunmuş ipoteka predmetinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 2(005)-10/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablan mış əldən çıxmış faydanın məbləği 44.225 (qırx dörd min iki yüz iyirmi beş) ABŞ dolları, cəmi 345.225 (üç yüz qırx beş min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 x7 qızına məxsus x7 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, x7 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 x7 qızına qaytarılması, İddiaçı Cavabdeh2 x7 qızına qarşı “borc pul un və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh2 x7 qızından 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 (iyirmi üç min dörd yüz altmış) ABŞ dolları, cəmi 227.460 (iki yüz iyirmi yeddi min dörd yüz altmış) ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 x7 qızına məxsus x7 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilsin və həmin torpaq sahəsi açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməsi, x7 ünvanında yer ləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 170.000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsinin Cavabdeh2 x7 qızına qaytarılması, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 x7 qızının cavabdeh İddiaçı qarşı borc müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh2 x7 qızının cavabdeh İddiaçı qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və torpaq sahəsinin yüklülükdən azad olunması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər V.Həsənov sədrlik edən və məruzəçi, Ş.Məmmədova, N.Cəfərov) 02 aprel 2019-cu il tarixli 2(103)-962/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-10/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi “x7 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170.000 (yüz yetmiş min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilərək x7 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat müəyyən edilmiş, qətnamənin Cavabdeh2 x7 qızına münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin aparılması ilə bağlı hesablanmış 200 manat Cavabdeh2 x7 qızından tutularaq «xxxx» MMC-in hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh2 Əİ liyar qızı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02.02.2019-cu il tarixli 2(103)-962/2019 nömrəli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə əlaqəsi olmayan bəzi müddəaları tətbiq edərək birinci instansiya məhkəməsinin yol verdiyi ciddi qanun pozulması hallarını aradan qaldırmaq əvəzinə bu pozuntuları təkrarlamaqla Binəqədi rayon məhkəməsinin qətnaməsini qismən əmlakın qiymətləndirilməsi hissəsində dəyişdirməklə digər hissədə dəyişdirmədən saxlamışdır. Apellyasiya instansiyası zamanı keçirilmiş qi ymətləndirmə zamanı qiymətləndirici əmlakın tikilməsi ilə bağlı tələb edilən smeta sənədləri və s. sənədləri qəbul etməmiş, sadəcə əmlaka kənardan baxmaqla rəy təqdim etmişdir. Yenidən qiymətləndirmənin keçirilməsi ilə bağlı apellyasiya instansiyasında verilən vəsatət isə nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı araşdırma aparmamış, qarşılıqlı iddia tələbinin əsaslılığına dair təqdim edilən sübutlara qiymət verməmişdir. Apellyasiya Məhkəməsinin qəbul etdiyi qətnamə “ədalətlilik” prinsipinə zidd olaraq Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki mühakimə icraatının fundamental prinsipini pozaraq yalnız və yalnız tərəflərin çəkişmə prinsipi əsasında təqdim etdikl əri sübut və dəlillərə qiymət verməli olduğu halda, belə bir iradə ifadəsi olmadan, yalnız İddiaçı iradə ifadəçisi rolunda çıxış etməsi aşkar olaraq mülki işin materialları ilə sübuta yetirilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin normalarının pozulması, həmçinin bəzi normaların düzgün tətbiq edilməməsi nəticədə apellyasiya instansiya məhkəməsinin düzgün olmayan qətnamə qəbul etməsinə gətirib çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPMnin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Digər şəxslərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlm əmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 240.000 (iki yüz qırx min) manat (ekvivalenti 305.000 (üç yüz beş min) ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini, 7 (yeddi) ay müddətinə Cavabdeh1 borc vermiş, sonuncu isə həmin pulu 12.09.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış borc (kredit) müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 12 fevral 2015-ci il tarixli i poteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 x7 qızına məxsus olan x7 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsi İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı müəyyən olunmuşdur ki, 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində pul vəsaitini, Cavabdeh2 x7 qızına borc vermiş, sonuncu isə həmin pulu 06.03.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 x7 qızı arasında bağlanmış borc (kredit) müqaviləsi üzrə yaranan borc öhdəliyinin icrasını təmin etmək məqsədi ilə 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 x7 qızına məxsus olan x7 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsi İddiaçı xeyrinə ipoteka ilə yüklü ed ilmişdir. İddiaçı həmin pul məbləğlərini cavabdehlərə verməklə öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər borcunu vaxtında qaytarmamaqla müqavilələrin şərtlərini pozmuşlar və üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirməmişlər. «xxxx» MMC-nin 25.12.2017-ci il tarixli 380 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0,276117 ha torpaq sahəsinin və yarımçıq tikilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 0,276117 ha torpaq sahəsinin 170.000 (yüz yetmiş min) manat, yarımçıq tikilinin qiyməti isə 522.200 (beş yüz iyirmi min iki yüz) manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 x7 qı zının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 x7 qızı İddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmişlər, iddiaçıya olan borcu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də onlar, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdırlar. İddiaçı iddia tələblərinin cavabdehlər Cavabdeh1 305.000 ABŞ dolları borc pulun gecikdirilmiş 2 il 9 ay müddətindəki 5% həcmində əldən çıxmış faydanın məbləğini, yəni 44.225 ABŞ dolları və Cavabdeh2 x7 qızından 204.000 ABŞ dolları borc pulun gecikdirilmiş 2 il 3 ay müddətindəki 5% həcm ində əldən çıxmış faydanın, yəni 23.460 ABŞ dolları tutulması hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını t ənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. X2 X1 və Cavabdeh1 ilə bağladığı 12.02.2015-ci il tarixli borc, eyni tarixli ipoteka, 06.10.2015-ci il tarixli borc və eyni tarixli sonrakı ipoteka müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmi şdir. İddiaçılar şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqavilələri imzalamışlar. İddiaçılar bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskar olmuşlar. Mübahisələndirilən müqavilələr yazılı şəkildə tərtib olunmuş və təsdiq edilmişdir. Müqavilənin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, keçirilmiş qiymətləndirmə zamanı mübahisəli torpaq sahəsinin bazar dəyəri müəyyən olunmuşdur. İpoteka predmetinin dəyərinin göstərilən məbləğdən daha artıq olması işin araşdırılmış hər hansı bir halı ilə təsdiq olunmur. Cavabdeh tərəf apellyasiya şikayətində ipoteka predmetinin dəyərinin daha çox olmasını gös tərmiş olsa da, bununla bağlı hər hansı mötəbər sübuta istinad etmir. Belə olan halda isə qiymətləndirmə rəyinin şübhə altına alınması üçün hər hansı əsas müəyyən edilməmiş olur. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilərək, apellyasiya icraatı zamanı alınmış qiymətləndirmə rəyində müəyyən olunmuş qiymət əsas götürülməklə ipoteka predmetinin ilkin satış qiyməti 230000 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətd ə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlər Cavabdeh1 və C avabdeh2 x7 qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 x7 qızı İddiaçı qarşısında müqavilə ilə üzərinə götürdükləri öhdəlikləri vaxtında icra etməmişlər, iddiaçıya olan borcu vaxtında və lazımı qaydada ödəməyərək, bununla da müqavilələrin şərtlərini pozmuşlar. Buna görə də onlar, onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdılar. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. «İpoteka haqqında » Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmış «xxxx» MMC-nin 25.12.2017-ci il tarixli 380 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsi 0,276117 ha torpaq sahəsinin və yarımçıq tikilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkü l tapan qiyməti 0,276117 ha torpaq sahəsinin 170.000 (yüz yetmiş min) manat, yarımçıq tikilinin qiyməti isə 522.200 (beş yüz iyirmi min iki yüz) manat təşkil edir. Cavabdehin apellyasiya şikayətinin dəlillərini yoxlamaq üçün apellyasiya məhkəməsi tərəfindən təyin edilərək xxxxndən alınmış 11 fevral 2019-cu il tarixli qiymətləndirmə rəyindən görünür ki, ipoteka predmeti olan torpaq sahəsinin dəyərinin 230.000 manat olması müəyyən olunmuşdur. Cavabdeh kassasiya şikayətində bu rəylə də razı olmadığını, məhkəməyə torpaq sahəsi üzərində olan tikiliyə dair sənədləri təqdim edilməsinə baxmayaraq, onların nəzərə alınmadığını göstərmişdir. Cavabdehin kassasiya şikayətinin bu dəlili ilə bağlı apellyasiya şikayətinin oxşar dəlilə verdiyi qiymətlə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, torpaq s ahəsinin üzərində olan tikili yarımçıq, başa çatmayan tikilidir və reyestrdə qeydə alınmamışdır, həmin tikili ipotekanın predmeti deyildir. Bu işin araşdırılmış halları baxımından mübahisəsizdir. Həmin tikili mövcud vəziyyətdə və qabaqcadan qeydiyyata alınması ilə bağlı qanunvericiliyin müəyyən etdiyi hər hansı əsasda qeydə alınmamışdır. Belə olan halda rəsmi dövlət reyestrində qeydə alınmayan əmlaka ipoteka predmeti olaraq tələb yönəldilməsi və ilkin satış qiymətinin müəyyən edilməsi mümkün hesab edilə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, tərəflər sonradan aralarında öhdəlik müqaviləsi adlanan müqavilə bağlamışlar. Lakin həmin müqaviləyə hər hansı şərtin daxil edilməsi yarımçıq tikilinin ipoteka predmeti kimi qəbul edilməsi və ona tələb yönəldilməsini mümkün etmir. Bu baxımdan məhk əmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi yalnız ipotekaya qoyulmuş torpaq sahəsinə tələb yönəldilməsi ilə məhdudlaşır. Belə olan halda isə başa çatmayan tikiliyə tələbin yönəldilməsi mümkünsüz olduğundan onun qiymətləndirilməsinin də əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası borc müqaviləsinin və kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı, iddiaçı Cavabdeh2 x7 qızının cavabdeh İddiaçı qarşı ipoteka müqavilələrin etibarsız hesab edilməsi və torpaq sahəsinin yüklülükdən azad olunması tələbinə dair iddiaların təmin edilməməsi ilə bağlı hissələrdə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibars ızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilənin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə sə bəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. X2 Cavabdeh2 x7 qızı və Cavabdeh1 ilə bağladığı 12.02.2015-ci il tarixli borc, eyni tarixli ipoteka, 06.10.2015-ci il tarixli borc və eyni tarixli sonrakı ipoteka müqavilələrinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmələr tərəfindən müəyyən edilməmişdir. İddiaçılar şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə q eyd edilən müqavilələri imzalamışlar. İddiaçılar bu müqavilənin bağlanmasına məcbur edilməmiş, əksinə təşəbbüskar olmuşlar. Mübahisələndirilən müqavilələr yazılı şəkildə tərtib olunmuş və təsdiq edilmişdir. Müqavilənin şərtləri aydın şəkildə göstərilmiş və tərəflər müqavilə şərtləri ilə razı olduqlarını və müqavilənin bağlanıldığını öz imzaları ilə təsdiq etmişlər. Cavabdeh kassasiya şikayətində məhkəmənin bu tələbləri üzrə hər hansı araşdırma aparmadığını qeyd etsə də, göründüyü kimi bu dəlil iş materialları ilə təkzib edilir, cavabdeh müqavilələrin etibarsızlığına və ya əmlakın girovdan azad edilməsinə əsas verən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başq a qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlillər i də əsassız hesab edir. Kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 x7 qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.04.2019-cu il tarixli 2(103)-962/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar