Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6684/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili X5 oğlunun, Cavabdeh və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1629/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 22 noyabr 2007-ci il tarixli nikah akt qeydinin pozulması, eyin zamanda 20.07.2009-cu il təvəllüdlü X1, 12.10.2010-cu il təvəllüdlü X3 və 19.09.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 510 manat alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 22 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Birgə nikahlarından 20 iyul 2009-cu il tarixdə X6, 12 oktyabr 2010-cu il tarixdə X7 və 19 sentyabr 2016-cı il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Cavabdeh anası yataq xəstəsi olduğundan ona qulluq etmişdir. Bu səbəbdən də onun səhhətində problemlər yaranmış, onurğa sütunu xəstəliyindən əziyyət çəkmişdir. Ağır iş görə bilmədiyindən ailəyə maddi kömək etmək üçün mağazada satıcı işləməyə başlamışdır. Lakin o, evdə olmadığı, işdə olduğu müddət ərzində uşaqları ona qarşı soyutmuşlar. Buna görə də o, məcbur qalıb uşağı ilə birlikdə evdən çıxmışdır. Hazırda aralarında olan bütün münasibətlər pozulmuşdur. Bundan sonra barışıb bir yerdə yaşamaları qeyri-mümkündür. Nikahları formal xarakter daşıyır. Hesab edir ki, aralarında olan nukahları pozularkən onların birgə nikahdan olan uşaqları onun yan ında saxlanılmalıdır. Belə ki, onların hər üçü də azyaşlı olmalarına görə onların ana qayğısına daha çox ehtiyacı vardır. Həmçinin Cavabdeh gündəlik işləməklə, onun uşaqların tərbiyəsi ilə məşğul olmaq imkanı da yoxdur. Həmçinin Cavabdeh anası yaşlı və xəstə olmaqla uşaqlara baxa bilməz. Astara Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 02 fevral 2021-ci il tarixli, 2(018)-154/2021 nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2007-ci il tarixində Astara rayon Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 107 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, nikah pozulduqdan sonra 20 iyul 2009-cu il təvəllüdlü X6, 12 oktyabr 2010-cu il təvəllüdlü X7 və 19 sen tyabr 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, 20 iyul 2009-cu il təvəllüdlü X2, 12 oktyabr 2010-cu il təvəllüdlü X3 və 19 sentyabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 noyabr 2020-ci il tarixindən başlayaraq Cavabdeh oğlundan hər ay 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu, cavabdehin isə təqsirli hərəkətlərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyrimümkündür. Məhkəmə uşаqların yaşını, həmin azyaşlı uşaqların ana qayğısına daha çox ehtiyacları olduğunu nəzərə alıb hesab edir ki, nikahın pozul masından sonra uşaqlar analarının (iddiaçının) yanında qalmalıdır. Məhkəmə hesab edir ki, tərəflərin bir yerdə yaşamaları mümkün olmadığından onlar arasındakı nikah pozulmalı və onların birgə nikahlarından olan uşaqları anaları İddiaçı yanında saxlanılmalıdır. Məsələnin bu cür həlli qardaş və bacıların bir ailədə psixoloji cəhətdən sağlam böyümələrinə səbəb olar. Məhkəmə həmçinin hesab edir ki, 20 iyul 2009-cu il təvəllüdlü X2 və 12 oktyabr 2010-cu il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalmaq istəməsi onların uzun müddət analarından ayrı qalması səbəbindəndir. Məhkəmə hesab edir ki, Cavabdeh hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin təyin olunması qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmadığından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayış üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. O cümlədən BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli, 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyə t daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay 300 manat miqdarında aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Konstitusiyasınını 17, 34-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1, 22.2.122.2.3, 75.1, 75.4, 76.1, 78.1, 78.2, 100.2-ci, “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddələri və «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericil iyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib 20 iyul 2009-cu il təvəllüdlü X2 və 12 oktyabr 2010-cu il təvəllüdlü X3 onun himayəsində saxlanması barədə yeni qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Samir Mayılov, İlham Əsədov) 2(106)-1629/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Astara Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(018)-154/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin nikah pozulduqdan sonra 20 iyul 2009-cu il təvəllüdlü X6, 12 oktyabr 2010-cu il təvəllüdlü X7 və 19 sentyabr 2016-cı il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırkı işdə uşaqların azyaşlı olması, bu yaşda uşaqların daha çox ana tərbiyəsinə və qayğısına ehtiyacı olmasını, eyni zamanda uşaqlardan 19 sentyabr 2016-cı il tarixdə anadan olmuş X4 hazırda anası İddiaçı yanınıda yaşaması nəzərə alınarsa, doğma bacı və qardaşların biri-birindən ayrı yaşaması onların mənafeinə uyğun hesab edilə bilməz. Apelyasiya şikayəti üzrə məhkəmə iclasında dindirilmiş 20 iyul 2009-cu il təvəllüdlü X6 və 12 oktyabr 2010-cu il təvəllüdlü X7 atalarının yanında yaşamaq istədiklərini bildirsələr də, analarının yanında yaşayan 19 sentyabr 2016-cı il təvəllüdlü Mələk adlı bacılarını görmək istədiklərini, onunla birlikdə bir yerdə yaşamaq istədiklərini göstərmişlər. Cavabdeh iddiaçının valideyn kimi öz üzərinə düşən vəzifələri yerinə yetirmədiyini göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, hazırda 20 iyul 2009-cu il təvəllüdlü X6 və 12 oktyabr 2010-cu il təvəllüdlü X3 ana himayəsindən kənarda qalması və bacıları Mələyə bağlılığı nəzərə alınmaqla ondan ayrı yaşamaları uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Kasasi ya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 noyabr 2007-ci il tarixdə İddiaçı ilə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşdur. Bu münasibətdən onların 20 iyul 2007-ci il təvəllüdlü İsmayıl, 12 oktyabr 2010-cu il təvəllüdlü Humay və 19 sentyabr 2016-cı il təvəllüdlü Mələk adlı üç uşaqları doğulmuşdur. Ər-arvad kimi birlikdə yaşadıqdan sonra iddiaçının günahı ucbatından İddiaçı 19 oktyabr 2020-ci il tarixdə kiçik uşaq Mələk ilə birlikdə evini tərk edərək valideynlərinə məxsus evinə getmişdir. Digər uşaqlar isə indiyədək onun himayəsindədir. Artıq bir ilə yaxındır ki, iddiaçı evdən getmişdir və uşaqları ilə maraqlanmamışdır. İddiaçı evdən gedəndən sonra da uşaqlar İsmayıl və Humay onunla qalırlar. Uşaqlar onun himayəsində qalmaqla çox mehriban və xoşbəxtdilər. Oğlu İsmayılın 13 yaşı, qızı Humayın isə 10 yaşı vardır. Onlar atalarının himayəsində qalmaq arzusundadırlar. Bununla bağlı Astara rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayə” komissiyası tərəfindən rəy də verilmişdir. Bundan başqa 02 fevral 2021-ci il tarixdə də keçirilən məhkəmə iclasında İsmayıl və Humay da iştirak etmişlər, məhkəmə iclasında uşaqlar hansı valideyn ilə qalmalarını bildirmişlər. Uşaqlar ataları Cavabdeh çox bağlıdırlar. Çünki o, valide yn kimi onların bütün ehtiyaclarını həyata keçirir. Uşaqlar atasız bir gün belə qala bilməzlər. Uşaqlar analarına verilərsə onlar psixoloji zərbə almış olacaqlar. İş materiallarına əlavə edilmiş Astara rayon İH başçısının yanında “Qəyyumluq və Himayə komissiyası tərəfindən verilmiş 10 dekabr 2020- ci il tarixli, 301 nömrəli rəyindən aydın görünür ki, X2 və X3 izahatları nəzərə alınaraq ataları Cavabdeh, azyaşlı X4 isə İddiaçı yanında qalması məqsədəmüvafiq hesab edilmişdir. Hesab edir ki, məhkəmə qüvvədə olan hüquq normalarına, prosessual hüquq normalarına və ədalət prinsiplərinə, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan, yəni uşaqların atalarından alınıb analarına verilərkən onlara psixoloji təsir edib-etməyəcəyini dəqiqləşdir mədən qərar qəbul etmişdir. Qeyd edilən nəticələrin hansı sübutlar əsasında gəlindiyi aydın olmamaqla iş üzrə gəldiyi nəticələr işin hallarına uyğun deyildir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 3-cü şəxs Astara Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası məhkəməyə yazılı müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə 3-cü şəxsin səlahiyyətli nümayənhdəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən İddiaçı və və kili X5 oğlu kasasiya şikayətinə etriaz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 22.2.1. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzə rə almaqla həll edir. «Uşaq hüquqları haqqında» BMT Konvensiyası: Maddə
3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Maddə 5. dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş “Uşaq hüquqları Bəyannamə”nin 6-cı prinsipinə görə azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşın a çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla, eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də, yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərai t yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edi lmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə əsasən 20 iyul 2009-cu il təvəllüdlü X6 və 12 oktyabr 2010-cu il təvəllüdlü X3 ana himayəsinə verilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələnd irilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kasasiya şikayətini əsasən 20 iyul 2009-cu il təvəllüdlü X6 və 12 oktyabr 2010cu il təvəllüdlü X3 ananın himayəsində saxlanmasını məqsədəuyğun olmaması və uşaqların anasına verilməsinin onlara psixoloji cəhətdən mənfi təsir edəcəyi, özünün uşaqların tələbatlarını qarşıladığı ilə əsaslandırmağa çalışmış, əsas kimi də Qəyyumluq və Himayəçilik komissiyasının rəyinə və uşaqların istəyinə istinad etmişdir. Kasasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında münasibətlər gərgin formada olmuş, onlar faktiki ayrıldıqları zamandan sonra tərəflər arasında yaranmış münasibətdən doğan vəziyyətdən elə hal yaranmışdır ki, iddiaçı göstərilən və atalarının yanında qalmış uşaqları ilə normal şəraitdə ünsiyyətdə ola bilməmiş, onlara ana məhəbbətini, qayğısını və diqqətini hiss edə bilmək imkanında olmamışdır. Uşaqların mövqeyi və analarına münasibətləri ilə əlaqədar bildirilməlidir ki, uşaqların hazırki vəziyyətdə anasına olan hər hansı neqativ münasibəti işin icra mərhələsində icra məmurunun həyata keçirəcəyi icra tədbirləri (psixoloqun və ananın iştirakı ilə onlar arasında pozulmuş münsibətlərin bərpasına yönələcək hərəkətlər edilməsi) nəticəsində aradan qaldırılmış olacaqdır. Uşaqlar hazırda elə bir yaş dövründədirlər ki, onlar daha çox ana qayğısına möhtacdırlar, ana nəvazişi altında qidalanmaq, dərslərinə hazırlaşmaq, cəmiyyətə yararlı vətənda ş kimi böyüməlidirlər. Bu yaş həddinin tələbi bundan ibarətdir. Hətta uşaqlar kiçik bacıları ilə birgə birgə yaşamq istədiklərini də xüsusən vurğulamışlar. Odur ki, cavabdehin dəlil olaraq göstərmiş olduğu xüsusatlar hazırki qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmi ş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1629/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.