Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-67/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızının iştirakları ilə, İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızının Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)-8263/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tari xli qətnaməsi ilə (hakim R.A.Xəlilov, iş № 2(006)-1900/2019) İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehdən 900 (doqquz yüz) manat borc və 1 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 901 (doqquz yüz bir) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)8263/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cav abdeh qarşı «borcun qaytarılması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında yaxın qohumluq münasibətləri var, cavabdeh iddiaçının qardaşı Ədalət Muradovun qızıdır. 2015ci ilin əvvəllərində cavabdehlə iddiaçı arasında belə bir razılaşma olmuşdur: iddiaçı cavabdehə pul verəcək, o, həmin pulu ərinin vasitəsilə dövriyyəyə buraxacaq, pulun dövriyyəsindən əldə olunacaq gəlirdən iddiaçıya da pul verəcək. İddiaçı onunla razılaşaraq, həmin ilin yanvar-fevral ayları ərzində, müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 24.000 manat pul vermişdir. Razılaşmaya uyğun olaraq, Cavabdeh 2015-ci ilin yay aylarında pulun dövriyyəsindən əldə edilmiş məbləğdən iddiaçıya 3000 ma nat vermişdir. Lakin cavabdeh sonradan aradakı razılaşmanın şərtlərini pozaraq, pulun dövriyyəsindən əldə edilmiş məbləğdən iddiaçıya pul vəsaiti verməmiş, razılaşmanın şərtlərinə əməl etmədiyi üçün ona müraciət edərək, pulu tələb etdikdə isə müxtəlif bəhanələrlə bundan yayınmışdır. Belə ki, cavabdeh əvvəlcə pulu Siyəzən rayonunun Dağquşçu kəndində yaşayan T adlı şəxsə verdiyini, T adlı qadının isə xəstə olduğu üçün pulu ondan geri ala bilmədiyini demişdir. İddiaçı cavabdehə T adlı qadından pulunu tələb etmək üçün birlikdə onun yaşadığı ünvana getməyə hazır olduğunu dedikdə isə, cavabdeh bundan da yayınaraq, pulu Siyəzən rayonunun “Dəmir yolu altında” yaşayan Bahar adlı şəxsə verdiyini, onun da xəstə olduğunu və eyni səbəbdən pulu ondan ala bilmədiyini öyrənmişdir. İddiaçı həmin qadından d a pulu tələb etmək üçün cavabdehlə birlikdə onun yaşadığı ünvana getməyə hazır olduğunu yenidən bildirdikdə isə, o, bu dəfə də iddiaçını aldadaraq, 15 kiloqram qızılı olduğunu və onları sataraq pulu qaytaracağını demişdir. Lakin hal-hazırda o, borcu qaytarmamışdır və bundan yayınmaqdadır. Əlavə olaraq iddiaçı 2016-cı ilin əvvəllərində cavabdehə uşağı xəstə olduğu üçün iki ay müddətində qaytarmaq şərtilə 400 manat borc pul da vermişdir. 2016-cı ilin sentyabr-oktyabr aylarında Cavabdeh ərinin işə düzəlməsi ilə əlaqədar yenidən iddiaçıdan 2.100 manat borc pul almış, ərinin işləyib borcu qaytaracağını demişdir. Həmin puldan 1000 manatını ayda 100 manat olmaqla hissə-hissə iddiaçıya qaytarsa da, qalan 1100 manat pulu hələ də qaytarmamışdır. Eyni zamanda ona borcu verəndə borcun qaytarılmasının təminatı olaraq cavabdeh iddiaçıya qızıl sırğa, 2 cüt üzük (sarı rus qızılı) da girov vermişdir və bu qızıllar hazırda da iddiaçıdadır. Sonuncu dəfə cavabdehdən pulu qaytarmasını tələb etdikdə isə, o, iddiaçıya şər ataraq, guya narkotik maddə alverçisi olduğunu, ona verdiyi pulu, ümumiyyətlə bütün var-dövlətini narkotik maddə satmaqla qazandığını, eyni zamanda Siyəzən şəhərində hamının hörmət etdiyi ağsaqqal şəxs olan həyat yoldaşı Bahadır İsgəndərovun da ünvanına xoşagəlməz ifadələr işlədərək, guya onun narkotik maddələrdən istifadə etdiyini də bildirməklə, ailə şərəfini, ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar bildirmişdir. Halbuki iddiaçının hazırda 55 yaşı var, iki oğul böyüdüb, ailəli, evdar qadındır, iddiaçı və ailə üzvləri narkotik maddə istifadə etməkdən və satmaqdan çox uzaqdırlar. Qardaşı qızından eşitdiyi həqiqətəuyğun olmayan, şər-böhtan xarakterli bu sözlər 55 yaşlı, ailəli və iki övlad anası olan bir qadın kimi iddiaçıya çox pis təsir etmişdir. Göstərilənlərə əsasən, Cavabdeh 25.500 manat borcun, 2000 manat mənəvi ziyanın və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun, ümumilikdə 275031 manat pulun məcburi qayda alınıb iddiaçıya qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin qismən, iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, əlavə sübutların təqdim olunması üçün şərait yaratmamış, təqdim olunan sübutları isə qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsu z və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı və vəkili Quliyeva Kamilə Şiraslan qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı v ə vəkili Quliyeva Kamilə Şiraslan qızının izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, 1100 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi aşağıdakı kimi əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarından görünür ki, cavabdeh iddiaçının qardaşı qızıdır. Tərəflər özləri də etiraf edirlər ki, aralarında borc münasibətləri olmuşdur. İddiaçı bildirməsinə görə 20152016-cı illərdə o, Cavabdeh üç dəfəyə cəmi 26.500 manat (24.000+400+2.100) borc vermiş, cavabdeh həmin puldan 1000 manatı geri qaytarmış, 25.500 manat pulu isə bu günədək qaytarmamışdır. Cavabdeh isə izahatında və birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində iddiaçıya 900 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, İddiaçı Cavabdeh 26.500 manat məbləğində borc verməsinə dair məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya cəmi 900 manat məbləğində borclu olmasını etiraf etmişdir. İddiaçı iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı cavabdehin etiraf etdiyi həcmdə təmin etmişdir. Apelyator öz şikayətində birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsini bildirsə də, bu pozuntuların nədən ibarət olmasını göstərməmişdir. Əksinə, iş materialları öyrənilərkən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması müəyyənolunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 739.1 və prosessual hüquq norması kimi MPM-nin 77.1-ci maddəsinə düzgün istinad etsə də, iddiaçı və cavabdehin birinci instansiya məhkəməsində verdikləri izahatlarına tam düzgün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaçıdan 2100 manat məbləğində borc pul aldığını, həmin puldan 1100 manat qaytarıldığını, iddiaçı isə 2100 manat məbləğində alınmış borc dan cavabdehin 1000 manat qaytardığını bildirmişdir. Bu kimi halda isə cavabdehin 900 manat deyil, 1100 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Ona görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməklə cavabdehdən tutulmalı olan borc məbləği 1100 manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.2-ci və 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2019-cu il tarixli, 2(103)-8263/2019 saylı qətnaməsi dəyişdirilsin. 1100 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-67/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-67/2020
10.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver