Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6709/2021 24.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işə bərpa ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7809/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh şirkətinin Azərbaycan Respublikasındakı filialında maili qazma üzrə sahə mütəxəssisi vəzifəsində işləyərkən cavabdehin 18 mart 2021-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə 18 mart 2021-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2021-ci ilin mart ayının 6-da növbəti dəfə dənizə işə getməmişdən əvvəl filial rəhbərliyinin qərarına əsasən iş yoldaşları ilə birlikdə Bakı şəhərində yerləşən “Hilton” mehmanxanasına yerləşdirilməsini, mart ayının 7-nə keçən gecə dostlarından birinin mehmanxananın mühafizə xidmətinin nəzarətindən yayınaraq onun olduğu otağa girməsini, təhlükəsizlik xidmətinin ora gələn işçilərinə iradını bildirdikdən sonra sərxoş vəziyyətdə olan dostunun qaldığı otaqdan çıxarılmasını, dostunun karantin rejimi şəraitində mehmanxanaya girməsində hər hansı bir təqsirinin olmamasına baxmayaraq həmin hadisəyə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsini, işlədiyi 17 il ərzində heç bir zaman əmək intizamını pozmamasını, onun əmək funksiyasını yerinə yetirməməsinin həmin əmrdə əsaslandırılmamasını və s. əsas göstərməklə 18 mart 2021-ci il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməklə işə bərpa olunmasını, ona dəymiş maddi ziyana görə 10.000 manat, mənəvi ziyana görə 15.000 manatın cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xa hiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1363/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim:F.Ə.Hüseynov) İddiaçı iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun apellyasiya şikayəti verərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7809/2021 saylı, 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədə n saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbayc an Respublikasının Əmək Məcəlləsi Maddə 70, “ç” bəndi İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı ma ddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh şirkətin Azərbaycan Respublikasındakı filialında işləyərkən şirkətlə onun arasında 17 avqust 2020-ci il tarixdə COVİD-19 işçi heyətinin iş öncəsi karantin razılığı imzalamış və həmin r azılıqda göstərilən şərtlərə və xüsusi plana əməl etməyi öhdəsinə götürmüş, əməl etmədiyi təqdirdə intizam tənbehi tədbirinin tətbiqi ilə bağlı xəbərdar edilmişdir. İddiaçı karantin qaydalarını pozmasını inkar edib, dostunun onun mehmanxanada qaldığı otağa gəlməsinin mehmanxananın mühafizə xidməti işçilərinin təqsiri üzündən baş verməsini iddia etsə də, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, 07 mart 2021-ci il tarixdə saat 01:10 radələrində adı sonradan məlum olmuş N mehmanxanaya daxil olaraq özünü 19-cu mərtəbədə yaşayan qonaqlardan bir kimi təqdim edərək iddiaçının qaldığı 1808 saylı otağa daxil olmuş və nəzarətçilər otaqdan çıxmasını tələb etdikdə iddiaçı nəzarətçilərdən H.Ələkbərova ilə söhbət etməsi üçün üç-dörd dəqiqə vaxt istəmiş v ə saat 01:21 radələrində qonaq mehmanxananı tərk etmişdir. Məhkəmə tərəfindən mehmanxanada quraşdırılmış kamera görüntülərinə baxış keçirilməklə müəyyən olunmuşdur ki, həqiqətən də iddiaçı tərəfindən karantin qaydaları bilərəkdən pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı ilə bağlanmış 03 mart 2010-cu il tarixli Əmək Müqavilənin 3.1.3 və 3.1.4-cü bəndlərinə əsasən işçi işəgötürənin bütün yazılı və şifahi təlimatlarına əməl etmək, işdə hər kəsə hörmət və dost münasibəti bəsləmək barədə üzərinə öhdəlik götürmüşdür. Göstərilənlərlə əlaqədar işəgötürəni iddiaçının əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi qənaətinə gələrək onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İşin yuxarıda göstərilən hallarına əsaslanan apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə əmək müqaviləsinin pozulmasını qanuni və əsaslı hesab etmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7809/2021 nömrəli iş üzrə 04 avqust 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6709/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6709/2021
24.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək münasibətləri üzrə sair
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver