Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-671/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Şamayev Elşad Yaquboviçin və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2402/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə iş ə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2017-ci il tarixli, 2(102)-6943/2017 saylı qərarından görünür ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı iddia qaldıraraq, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzilinin qiymətləndirilməsinə dair «xxxx» MMC-nin 15 may 2009-cu il tarixli 09-569 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə 05.11.2010-cu il tarixli, Y-397 nömrəli protokol un etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.05.2017-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.02.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırki iş üzrə 16.05.2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığor talanması Fonduna qarşı "ipoteka müqaviləsinə xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2008-ci il tarixli qətnaməsi ilə cavabdeh «xxxx» MKM-dən QSC «Bank Standart» KBnın xeyrinə ümumilikdə 121306,77 manat borcun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilə yönəldilməsi, həmin yaşayış evinin hərracda satılması qət edilmişdir. Bundan sonra Yasamal rayon İcra Şöbəsinin 17/72-1334 № 558/6 saylı, 17 iyun 2009-cu il tarixli sifariş məktubu əsasında «xxxx» MMC tərəfindən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzili açıq hərra ca çıxarılmışdır. Həmin mənzilin açıq hərracda satılması üçün ilk hərrac əmlakın ilkin satış dəyəri 60 000 manat olmaqla, 29 iyul 2009-cu il tarixdə keçirilmiş, ilkin hərracda mənzil satılmadığı üçün təkrar hərrac 29 avqust 2009-cu il tarixdə keçirilmişdir. Buna baxmayaraq, qeyd olunan tarixə təyin olunmuş açıq hərracda da həmin əmlak satılmadığı üçün təkrar hərracın keçirilməsindən bir il iki ay keçdikdən sonra həmin mənzilin 38 250 manat qiymətə QSC «Bank Standard» KB-na satılmasına dair «hərracın yekunları barədə» 05 noyabr 2010-cu il tarixli, Y-397 saylı protokol tərtib edilmişdir. Həmçinin, iddia tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilin açıq hərracda satılmasına dai r olan «hərracın yekunları barədə» 05 noyabr 2010-cu il tarixli, Y-397 saylı protokol etibarsız hesab edilmişdir. Göstərilənlərə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilinin 10.10.2006-cı il tarixli, KMHŞ ********** saylı kredit müqaviləsinin təminatı kimi QSC «Bank Standard» KB qarşısında olan ipotekasına xitam verilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilin ipotekadan azad edilməsi üçün Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Ra yon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş 2(006)-1225/2019) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilinin 10.10.2006-cı il tarixli, KMHŞ ********** saylı kredit müqaviləsinin təminatı kimi QSC «Bank Standard» KB qarşısında olan ipotekasına xitam verilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, ev 4, 197 saylı mənzilin ipotekadan azad edilməsi üçün Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın (məktubun) verilməsi vəzifəsinin ləğv prosesində olan QSC «Bank Standard» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əvvəllər eyni tərəflər arasında hazırda mübahisəl əndirilən ipoteka yüklülüyünün əsasını təşkil edən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzilinin qiymətləndirilməsinə dair «xxxx» MMC-nin 15 may 2009-cu il tarixli 09-569 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat və həmin mənzilin açıq hərracda satılmasına dair hərracın yekunları üzrə 05.11.2010-cu il tarixli, Y-397 nömrəli protokol qanuni qüvvəsini almış məhkəmə aktına əsasən etibarsız hesab edildiyindən sözügedən ipoteka müqaviləsinin predmetini təşkil edən əmlakın ipotekadan azad edilm əsi qanunamüvafiqdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh ləğv prosesində olan QSC «Bank Standard» KB- apellyasiya şikayəti verərək Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli 2(006)1225/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər R.Eyvazovdan və F.Talışinskidən ibarət tərkibdə, iş 2(103)-9515/2019 saylı) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2019-ci il tarixli 2(006)1225/2019 saylı qətnaməsi ləğv olunaraq, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır. Apellyasiya instansiya məhkəməs i hesab etmişdir ki, hərrac protokolunun etibarsız sayılması ipotekanın xitamına səbəb olan hal deyil, çünki hərrac və ipoteka bir-birindən ayrı hüquqi nəticələr yaradan müxtəlif institutlardır. Hərrac protokolu əşyanın auksiondan alıcıya satılmasının hüquqi əsası olan müqavilədir. İpoteka isə öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İddiaçının ipoteka ilə yüklü etdiyi mənzili məhkəmə qətnaməsinin icrası çərçivəsində məcburi satılmasına dair hərrac protokolunun etibarsız sayılması girovu deyil, alqı-satqı müqaviləsini keçərsiz edir. Bu fakt ipotekanın hüquqi qüvvəsinə təsir etmir və ipoteka saxlayanın girov hüququnu aradan qaldırmır. Hərrac protokolu etibarsız sayıldıqdan s onra müvafiq şərtlər mövcud olduğu halda girovla yüklü edilmiş əşyanın məhkəmə qətnaməsi əsasında yenidən hərracdan satılması istisna deyil. Hərrac qanuni qüvvəsini almış məhkəmə aktı ilə etibarsız sayıldığı üçün belə auksion hər hansı hüquqi nəticə yaratmır, faktiki olaraq hərrac ümumiyyətlə keçirilməmiş sayılır. Hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi halda ipotekaya xitam verilməsi qaydası tətbiq oluna bilməz. Çünki həmin müddəa etibarlı şəkildə keçirilən hərraca şamil edilir. Hazırkı halda isə hərrac etibarsız sayıldığı üçün cavabdehin 30 gün ərzində ipoteka predmetini əldə etmək vəzifəsi yaranmamışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyas ının 03 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-7802/2019) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(103)-9515/2019 saylı qətnaməsi ləğv olunmuş və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tələblərini pozaraq, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsinə diqqət yetirmədən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ipoteka predmetinə dair «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında» hesabat və ipoteka predm etinin açıq hərracdan satılmasına dair «hərracın yekunları barədə» protokol etibarsız hesab edildikdən sonra ötən müddət ərzində ipoteka predmetinə dair hər hansı icra hərəkətlərinin aparılıb-aparılmamasını araşdırmadan, zərurət yarandığı halda icra işini tələb edib ona baxış keçirmədən, iddia tələblərini rədd etməklə əslində iddiaçının mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb etmək hüququnu pozmuşdur. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2 (103)-2402/2020 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 mart 2019-ci il tarixli 2(006)-1225/2019 saylı qətna məsi ləğv olunaraq, yeni qətnamə qəbul edilərək iddia təmin olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında ipoteka predmetini təşkil edən mənzilin açıq hərracdan satılmasına dair 05.11.2010-cu il tarixli Y397 №-li yekun protokolun etibarsız hesab edilməsinin faktiki əsasını həmin mənzilin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi təşkil etmişdir. Qeyd edilən məhkəmə aktları ilə 05.11.2010-cu il tarixli Y-397 №-li yekun protokol təkcə ipoteka predmetinin tələbkar QSC Bank Standart KB-na satılması hissəsində deyil, bütünlükdə həmin əmlakın düzgün müəyyən edilməmiş ilkin satış qiyməti əsasında həyata keçirilmiş ilkin və təkrar hərraclarla bağlı hissədə etibarsız hesab edilmişdir. Bu hal isə mülki-hüquqi mənada o, anlama gəlir ki, Bakı şəhəri Yasam al rayon məhkəməsinin 11 mart 2008-ci il tarixli 2(004)-653/08 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsində yerləşən 4 nömrəli binanın 197 nömrəli mənzilinin açıq hərracdan satılması ilə bağlı nə ilkin, nə də təkrar hərrac keçirilməmişdir. Belə olan halda «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından, həmin maddəyə istinad etməklə ipoteka predmeti olan əmlakın tələbkar tərəfindən təkrar hərracdan keçən 30 təqvim günü ərzində əldə edilməməsi səbəbindən ipoteka predmetinə xitam verilməsi və bu əsasla iddia tələbinin təmin edilməsi yolverilməzdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarını n izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2(103) - 2402/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Qanuni qüvvəsini almış Ali Məhkəmənin 18 oktyabr 2017-ci il tarixli qərarı ilə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən «İpoteka Haqqında» Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində deyil, təkrar hərracın baş tutmamış elan edilməsindən bir il iki ay keçdikdən sonra qəbul edilməsi müəyyən edilmişdir ki, bu isə yolverilməzdir, ipotekaya xitam verilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8- ci maddəsində nəzərdə tutulmuş əsas, yəni ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsin ə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən sax laya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka isə öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. İddiaçının ipoteka ilə yüklü et diyi mənzili məhkəmə qətnaməsinin icrası çərçivəsində məcburi satılmasına dair hərrac protokolunun etibarsız sayılması girovu deyil, alqı-satqı müqaviləsini keçərsiz edir. Bu fakt ipotekanın hüquqi qüvvəsinə təsir etmir və ipoteka saxlayanın girov hüququnu aradan qaldırmır. Hərrac protokolu etibarsız sayıldıqdan sonra müvafiq şərtlər mövcud olduğu halda girovla yüklü edilmiş əşyanın məhkəmə qətnaməsi əsasında yenidən hərracdan satılması istisna deyil. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni v ə əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2402/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.