Məhkəmə qərarları › İş №2(102)-6727/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6727/2021

20.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6727/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Tikinti Şirkətinə və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, podrat müqaviləsi üzrə öhdəliyin icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Tikinti Şirkətinə və Cavabdeh2 qarşı pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6559/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 deka br 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə X1 (beh alan) arasında "xxxx" Daşınmaz Əmlak Agentliyinin vasitəçiliyi ilə bağlanmış beh müqaviləsinin şərtinə görə, beh alan mülkiyyət hüququ ilə ona məxsus olan "xxxx" MMC, Yeni Günəşli “V” massivi ünvanında yerləşən və ümumi sahəsi 71,6 kv.m olan daşınmaz əmlakı 48.000 manata 01.04.2018-ci il tarixdən gec olmayaraq beh verənə satmağı, beh alan isə həmin əmlakı almağı öhdəsinə götürmüşdür. 25.12.2018-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə əsasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 71 kv.m-dən ibarət 1 otaqlı mənzil iddiaçıya satılmışdır. İddiaçı ilə "xxx x" Tikinti Şirkətinin sahibi Cavabdeh2 (bundan sonra – cavabdeh) arasında 03.04.2019-cu il tarixdə qeyd olunan mənzilin təmirinə dair xidmət müqaviləsi bağlanmış və müqavilə üzrə görüləcək işlərin dəyəri 10.000 manat müəyyən edilmişdir. Müqavilənin şərtinə görə, sifarişçi (iddiaçı) ona məxsus olan köhnə avadanlıqların əsaslı təmirini və modernləşdirilməsini icraçıya (cavabdehə) sifariş vermiş, icraçı isə sifarişi mütəmadi olaraq yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Tikinti Şirkətindən və həmin şirkətin icraçı direktoru Cavabdeh2 mənzilin təmiri üçün ödədiyi 12.000 manat pulun, cavabdehin real imkanları nəzərə alınmaqla ona dəyən 5000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildə mənzil almaq məqsədilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 14 ünvanında yerləşən "xxxx" Daşınmaz Əmlak Agentliyinə müraciət etmiş və onların vasitəsilə "xxxx" MMC-dən 48.000 manata mənzil almışdır. Həmin mənzili alandan sonra "xxxx" Daşınmaz Əmlak Agentliyindən ona bildirmişlər ki, əlavə 10.000 manat da versə, evi ona təmirli vəziyyətdə verərlər. Təklifi qəbul edərək ilkin olaraq 03.04.2019-cu il tarixdə 10.000 manat məbləğində pulu cavabdehə ödəmiş, sonradan isə əlavə olaraq 2000 manat ödəmişdir. Bir müddət sonra məlum olmuşdur ki, "xxxx" MMC həmin mənzili başqa adama satmışdır. Bu səbəbdən cavabdeh bildi rmişdir ki, problemlər həll olunduqdan sonra mənzili təmir edəcəklər. Bundan sonra, onun şikayəti əsasında "xxxx" MMC-nin rəhbərliyi barəsində cinayət işi başlanılmış, sonradan ona həmin mənzilin əvəzinə Bakı şəhəri, Telnov küçəsində "xxxx" MTK-nın inşa etdiyi binadan yeni mənzil verilmişdir. Bundan sonra, cavabdehə bağladıqları müqaviləyə uyğun olaraq yeni mənzili təmir etmələrini bildirmiş, hətta yeni mənzilin sahəsi əvvəlki mənzilin sahəsindən az olduğundan, hesab etmişdir ki, pulun bir hissəsi ona qaytarılacaq. Lakin cavabdeh hal-hazıradək nə mənzili təmir etməmiş, nə də ki onun pulunu geri qaytarmamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2338/2020 nömrəli iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim P.Zamanlı) iddia q ismən təmin edilmiş, 10.000 manat məbləğində pul və 30 manat dövlət rüsumunun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh Şirkətin sahibi kimi Cavabdeh2 ilə iddiaçı arasında podrat müqaviləsi bağlanmış, iddiaçı alacağı mənzildə təmir işlərinin aparılmasını cavabdehə sifariş etmişdir. Müqavilə bağlandığı andan 3 ay müddətində qüvvədə olmaqla, cavabdeh 10.000 manat ödəniş qarşılığında müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Ona görə də iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 752.1-ci təşkil edir. Məhkəmə işin hallarından və iddiaçının məhkə mə baxışı zamanı verdiyi izahatından müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsinə uyğun olaraq iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək razılaşdırılmış muzdu – 10.000 manat pulu ödəsə də, Cavabdeh2 öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə nəzərdə tutulmuş işi icra etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi 12.000 manat pulun qaytarılması hissəsində qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə 10.000 manat muzdun ödənilməsi müqavilədə əks olunmuşdur. İddiaçı 2000 manat pulun sonradan Cavabdeh2 verdiyini bildirsə də, bu dəlili ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, podrat müqaviləsi Cavabdeh2 özü ilə bağlanmış, sonuncu, fərdi s ahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, "xxxx" Tikinti Şirkəti isə hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. İddiaçı da 10.000 manat məbləğində pulu Cavabdeh2 ödəmişdir. Ona görə də, Cavabdeh2 iddiaçı ilə podrat müqaviləsini şəxsən bağladığından və razılaşdırılmış muzd da ona ödənildiyindən, müqavilə üzrə öhdəlik götürən şəxs o olmuşdur. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işin icra edilməməsinin onda mənəvi sarsıntılar yaratdığını və sağlamlığının pozulması ilə əlaqədar halları sübuta yetirə bilməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 752.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 218.3 -cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə ədalətli qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətində qeyd etmişdir ki, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" adlı Daşınmaz Əmlak Agentlyi olaraq iddiaçıya mənzil alınmasında köməklik edilməsi istiqamətində münasibətlər qurulmuş və "xxxx" MMC tərəfindən Yeni Günəşli “V” massivi ünvanında inşa olunan binadan ümumi sahəsi 71,6 kv.m olan təmirsiz mənzilin alınması iddiaçıya təklif olunmuşdur. İddiaçı alıcı olaraq mənzili bəyənmiş, satıcı ilə özü müqavilə bağlamış və hər kvadratı 700 manat olmaqla ümumilikdə mənzilə görə 50.400 manat ödən ilməsini qəbul etmişdir. İddiaçı ilk ödəniş olaraq mənzilə görə 38.000 manat ödəniləcəyini bildirmiş, qalan məbləğin isə hissə-hissə aylar ərzində ödəniləcəyinə razılaşmışdır. Bundan əlavə də, həmin mənzilin təmiri üçün 10.000 manat xərc tələb olunduğunu tərəfə bildirdikdə o, qiymətlə razılaşmış və müqaviləni imzalamışdır. Lakin sonradan alınmış mənzillə bağlı problem yarandığından, tikinti şirkəti başqa ərazidən iddiaçıya mənzil verəcəyini bildirmiş və bu dəfə iddiaçıya "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri, Telnov küçəsində yerləşən binadan yeni təmirli mənzil verilmişdir. Yeni mənzilin sahəsi 54 kv.m olsa da, təmirli olaraq alıcıya təklif olunmuş və hər kvadratı 1200 manatdan hesablanmışdır. Belə olan halda, iddiaçının ödəmiş olduğu 38.000 manata 10.000 manat pulu da əlavə edilmiş, cəm i 48.000 manat pulun hamısı mənzilin alınmasına sərf olunmuşdur. Beləliklə, iddiaçının vəsaiti mənzilin alınmasına sərf olunmuşdur və aralarında heç bir öhdəlik qalmamışdır. Şirkətin və konkret olaraq onun alıcıya - iş üzrə iddiaçıya borcu qalmamışdır. O, heç bir məbləği özünə götürməmiş və iddiaçıya ziyan vurmamışdır. Aralarında razılaşma üzrə nəticə əldə olunmuşdur. İddiaçı öz tələbində və məhkəmədəki izahatlarında birtərəfli informasiya verməklə əsl həqiqəti məhkəmədən gizlətmişdir. Məhkəmə isə işdə onun izahatı alınmadığından və faktiki hallar müəyyən olunmadığından birtərəfli qaydada araşdırma aparmış və işə baxılan zaman üçüncü şəxs olaraq və ya şahid qismində tikinti şirkətini dəvət etmədən həqiqətin üzə çıxarılmasına çalışmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6559/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyil. Cavabdeh apellyasiya şikayətində ziddiyyətli dəlillər irəli sürərək alınan pulun başqa mənzilin alınmasına sərf edilməsini, habelə pulun ümumiyyətlə alınmamasını qeyd etmişdir. Lakin dəlillərin əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a ) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin hallarını araşdırmamış, qətnamə işin hallarına uyğun deyildir, məhkəmənin gedişindən cavabdehin məlumatı olmamışdır, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla məhkəməyə verilsə də, məhkəmə bu pozuntuya əhəmiyyət verməmişdir. Şikayətin əsası kimi, MPM-in 6, 8, 14, 35.1, 77.1, 88, 106, 175, 217.3, 217.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilmə mişdir. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən anlayışlar: istehlakçı — şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı — mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; icraçı — iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar... MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (maddə 36.9). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəli llər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyi şdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının və yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını əsaslandırmamışdır. İş üzrə ərazi aidiyyətinin pozulması barədə dəlilə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı "xxxx" firma adı altında peşəkarlıq qaydasında mənzillərin alqı-satqısı və təmiri ilə məşğul olan cavabdehlə podrat hüquq münasibətlərinə mənzilinin təmiri ilə bağlı şəxsi tələbatını ödəmək üçün istehlakçı qismində daxil olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti ol an şəxs; icraçı isə - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkardır. Bu baxımdan məhkəmələr MPM-in 36.9-cu maddəsinə əsasən işə alternativ aidiyyət qaydasında istehlakçı olan iddiaçının yaşadığı görə baxmaqda haqlı olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6559/2021 nömrəli iş üzrə 12 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar