Məhkəmə qərarları › İş №2(102)-6729/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-6729/2018

15.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6729/2018 15.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-6729/2018 Bakı şəhəri 15 oktyabr 2018-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, Cavabdeh1 və vəkili Mənsurova Lalə Nadir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(107)526/2018 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Göyç ay rayon Məhkəməsinin (hakim Z.Quliyev) 12.10.2017-ci il tarixli 2(046)1488/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, Cavabdeh1 torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə Cavabdeh1 arasında 03.03.2017-ci ildə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, onun əsasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilmiş, Göyçay rayonu *** ******** kəndində yerləşən 1,69 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 məxsusluğuna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın bərpa edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 aid olunması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov, M.Əsədli, İ.Quliyev) 21.02.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən sаxlаnılmışdır. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayət vermişlər. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İdd iaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab olunması, Cavabdeh1 torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə 27.03.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 ilə Cavabdeh1 arasında 03.03.2017-ci ildə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi və Cavabdeh1 həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 mülkiyyət hüququ əsasında özlərinə məxsus olan Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 1.69 ha torpaq sahəsini Cavabdeh2 bağlanmış 03.03.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmışlar. 10.03.2017-ci tarixdə torpaq sahəsi xüsusi mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsində Cavabdeh1 adına qeydiyyata alınmış və bu barədə ona çıxarış verilmişdir. İddiaçı2 1.69 ha torpaq sahəsini iş üzrə Cavabdeh1 mərhum atası Ə6 satmış və ondan 2.030 mana t pul vəsaiti almış, bu barədə Göyçay rayon Məhkəməsinin 24.05.2013-cü il tarixli 2(046)-532/2013 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi var. İddiaçılar 24.05.2013-cü il tarixli qətnamə üzrə 2.030 manat pulun əvəzində mübahisəli torpaq sahəsinin Ə6 vermiş, bu səbəbdən tələbkar qətnamənin icrasını tələb etməmiş, 03.03.2017-ci il tarixdə mərhum Ə6 oğlu Cavabdeh1la iddiaçıların arasında torpaq sahəsinə dair alğı-satqı müqaviləsi imzalanmışdır. Əgər tərəflər arasında torpaq sahəsinin alğı-satqısı ilə bağlı hər hansı bir razılaşma olmasaydı, 4 ildən keçən vaxt ərzində iddiaçılar 2030 manat pulu mərhuma və ya hazırkı cavabdehə qaytarardılar. Mübahisə 2013-cü ildə olmasına baxmayaraq iddiaçılar 3 il 8 ay keçdikdən sonra 27.03.2017-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 3 illik iddia müddətini də ötürmüşlər. İddiaçı2 mübahisəli 1.69 ha torpaq sahəsi üçün mərhum Ə6 2.030 manat pul almasını anası İddiaçı1, İddiaçı4 və bacısı İddiaçı3 2013-cü ildən bilirdilər, 2013-cü ildən bu günə kimi mübahisəli 1.69 ha torpaq sahəsindən əvvələr mərhum Ə6 istifadə etmiş və onun vəfatından sonra isə oğlu Cavabdeh1 mütəmadi olaraq istifadə edir. Alğı-satqı müqaviləsi bağlanarkən iddiaçılara heç bir təzyiq və təsir olmamış, iddiaçılar öz iradələri ilə torpaq sahəsinə dair cavabdehlə bağlanmış alğı-satqı müqaviləsini imzalamışlar. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Mə hkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı3, cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı1 cavabdehin kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azə rbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçü n işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 ilə Cavabdeh1 arasında Cavabdeh2 bağlanmış 03.03.2017-ci il tarixli ********** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı2 25.02.2017-ci il tarixli çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə özlərinə məxsus olan Göyçay rayonu Potu kəndində yerləşən 1,69 ha torpaq sahəsini Cavabdeh1 4000 manata satmışlar. Müqaviləni satıcılar (paylı mülkiyyətçilər) və alıcı imzalamışlar. Mülki Məcəllənin 568, 646, 647-ci, habelə Vergi Məcəlləsinin 150, 220-ci maddələrinin, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəz ifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən Satıcı və Alıcıya izah edilmişdir. Bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyə t hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 03.03.2017-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Göyçay rayonu ******** kəndində yerləşən 1,69 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona 10.03.2017-ci il tarixli ************** nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahis ə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqd i bağlamalıdırlar. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış əqd (alğı-satqı müqaviləsi) qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış və mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi üçün qanuni əsaslar mövcud olmadığı halda, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik etmədən saxlayarkən səhvə yol vermiş, cavabdehin mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etməklə, cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, iddiaçılarla cavab dehin mərhum atasının arasında mövcud olmuş borc məbləğinin əvəzləşdirilməsi barədə razılaşmanın olub-olmaması məsələsini təsdiq və ya təkzib edən bütün məlumatları, sübutları tam və hərtərəfli araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları ə saslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşər hediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X1rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.02.2018-ci il tarixli 2(107)-526/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılmas ı üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar