Məhkəmə qərarları › İş №2(102)-673/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-673/2022

23.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-673/2022 23.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Birinci iş üzrə: İddiaçı cavabdehlər Bakı Şəhəri 31-ci Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı; mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 eyni cavabdehlərə və Cavabdeh6 Mənzil Tikinti Kooperativinə qarşı; İkinci iş üzrə: İddiaçı cavabdehlər (Cavabdeh6 MTK-nın hüquqi varisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişi, müqavilənin ləğv edilməsi, əqdin etibarsız sayılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabi l oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı və X5 vəkili Vəkil4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-303/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı və X11 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər aralarında olan mülki mübahisələr, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” Ticarət Mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində inşa edilmiş 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarındakı mənzillərin satışından əldə olunacaq xalis gəlirlərin bölünməsi ilə bağlı mübahisələrin “Barışıq sazişinin” bağlanması yolu ilə həlli barədə razılığa gəlmiş və şərtlərini öz aralarında razılaşdırılmaqla 30.12.2016-cı il tarixdə 31-ci notariat kontorunda saziş bağlamışdır.

2. Bundan əlavə, həmin saziş mülki işə baxan məhkəməyə də təqdim olunmuş və Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli, 2(001)-1484/2017 №-li qərardadı ilə həmin saziş təsdiq edərək, iş üzrə icraata xitam vermişdir. Sonradan İddiaçı 06.01.2017-ci il tarixli qərardadı yuxarı məhkəmə instansiyalarında mübahisələndirsə də şikayətlər təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Birinci iş üzrə İddiaçı cavabdehlər Bakı Şəhəri 31-ci Dövlət Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin ona aid olan hissəsinin və aparılmış notariat hərəkətlərinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair qətnamə çıxarılmasını, cavabdehlərin əməllərində Azərbaycan Respublikası CM-nin müvafiq maddələrinin tərkib əlamətləri olduğundan xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, səhhətindəki ağır xəstəliklərin olmasından istifadə edərək ona imzalatdırılan 30 dekabr 2016-cı il tarixli barışıq sazişi qanunsuz olduğu üçün ləğv olunmalıdır. O, 29.11.2016-cı il tarixdə qızı Aytə nlə birlikdə İsveçrədə işləyən və yaşayan oğlu Yadigarın dəvəti ilə Cenevrə şəhərinə getmiş, Jenolye şəhərində artıq onun səhhəti qəfildən kəskin pisləşmiş, Genolier Clinique tibb müəssisəsində müayinə olunarkən onun qanında çox ağır formalı mikrob olması aşkar olunmuş, səhhətinin də pisləşməsi həmin bu mikrobların onun qanını zəhərləməsi ilə bağlı olmuşdur. 15 gün klinikada müalicə olunduqdan sonra Bakı şəhərinə qayıtmış, Mərkəzi Klinikada müalicələri davam etdirilmişdir. Onun səhhətində olan problemlərdən istifadə edən cavabdehlər oğlu Yadigarı aldatmış və barışıq üçün onun razılığını almış, özləri barışıq sazişini hazırlamış, 30 dekabr 2016-cı il tarixdə barışıq sazişini ona imzaladan şəxs notarius deyil, şəxsiyyətini bilmədiyi kənar şəxs olmuşdur. Həmin şəxs ona imzalatdırdığı sənədlər barəsində heç bir məlumat verməmişdir. O, notariat kontoruna ərizə ilə müraciət etməmiş, nə də ona notariat kontorundan kənarda xidmət göstərilməsi ilə bağlı rüsum ödəməmişdir. 31.12.2016-cı il tarixdə onun səhhəti pisləşdiyindən Mərkəzi Klinikaya müalicəyə götürülmüş, iki gün ağır vəziyyətdə koma vəziyyətində orada qalmış, 2017-cı ilin yanvar ayının 2-də o, həkim müşaiyəti ilə İstanbulun Memorial xəstəxanasına göndərilmişdir. Həmin xəstəxanada onun ürəyində açıq əməliyyat aparılmış, bir aya yaxın həmin xəstəxanada müalicə olunmuşdur. Barışıq sazişi bağlanarkən xəstəliyinin kəskin olması onu doğru düşünməsinin qarşısını almış, onun sağlam olması barədə heç bir həkim rəyi olmamışdır. Beləliklə də barışıq sazişi bağlanarkən onun bütün hüquqları pozulmuşdur. Son 2 il müddətində o, 2 dəfə, 20 17-ci ilin yanvar ayında və 2018-ci ilin yanvar ayında, X3 əməliyyat olunmuşdur.

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər 31 saylı Dövlət Notariat Kontoruna, Məkan MTK-ya, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş reyestrdə 3M-241 nömrəsi ilə qeyd edilən 30 dekabr 2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Üçüncü şəxs X11 tələbini belə əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Bakı şəhəri 31 saylı notariat kontoruna və qeyrilərinə qarşı 30.12.2016-cı il tarixli barışıq sazişinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsi ilə İddiaçı və qeyrilərinin cavabdehlər Məkan MTK və qeyrilərinə qarşı qarşılıqlı iddiaları qismən təmin edilərək Məkan MTK-dan 2983775,58 manat məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçılara verilməsi, ünvan 1 ünvanında yerləşən əmlak barədə alqı-satqı müqaviləsi bağlanmış hesab edilərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması AR ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd edilən işə baxılarkən cavabdehlərin verdiyi qarşılıqlı iddia ərizəsinə əsasən, X11 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə qərarları il ə bütün əmlakları üzərinə həbs qoyulmuşdur. A.C.Muradova uzun müddət əmlakları üzərində sərəncam verə bilməmiş, nəticədə konstitutsion hüquqları pozulmuş, maddi və mənəvi ziyan çəkmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təsdiq olunur ki, A.C.Muradova 2(001)-1341/2015 saylı mülki işdə tərəf olmuş, iddia ərizəsi üzrə A.C.Muradovadan əmlaklar tələb edilmiş, o, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilmişdir. Lakin tərəflər barışıq sazişi bağlayarkən A.C.Muradovanı nəzərə almamış, onun adı müqaviləyə daxil edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsi ilə Cavabdeh3, Cavabdeh2, X16 və Cavabdeh4 Məkan MTK-nın öhdəliklərinə görə cavabdeh olmadıqlarına görə cavabdeh kimi statusları ləğv edilmişdir. Məhkəmə aktından v erilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, proses iştirakçısı, maraqlı şəxs olduğu halda A.C.Muradovanın adı müqaviləyə daxil edilməmiş, əksinə işdə tərəf olmayan şəxslər isə barışıq sazişi üzrə ikinci tərəf kimi iştirak etmiş, məsələni mənafelərinə uyğun başa çatdırmış, qanunsuz akta imza atmışlar. Belə olan halda barışıq sazişi qüvvəsində qala bilməz.

7. Cavabdeh Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu R.K. Hümmətovun nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinin iclasında iddia ərizələrini qəbul etməyərək bildirmişdir ki, 30 dekabr 2016-cı il tarixdə İddiaçı Hüseyin oğlunun oğlu X12 və Məkan MTK-nın təsisçiləri Bakı şəhər 31 saylı notariat ofisinə gələrək aralarında olan mülki mübahisəyə görə barışıq sazişinin və İddia çı Hüseyin oğlunun ərizəsində imzasının təsdiqi ilə bağlı müraciət etmişlər. Yadigar atasının xəstəliyi ilə bağlı notariat ofisinə gələ bilmədiyinə görə, ofisdən kənar atası yaşadığı ünvan 2 ünvanında ona imza etdirilməsini xahiş etmişdir. Notariusun İddiaçı böyük hörməti olmuş, onu Abşeron rayonunda polis rəisi işlədiyi, millət vəkili olduğu vaxtdan tanıyır. Tərəflərin fəaliyyət qabiliyyətləri yoxlanıldıqdan sonra barışıq sazişi, İddiaçı və X6 ərizələri hazırlandıqdan sonra Barışıq sazişi 3M-241, ərizələr 7E-13179/13180 reyestr nömrə ilə reyestr kitabında qeydə alınaraq İddiaçı, onun oğlu Yadigar və Məkan MTK-nın təsisçiləri tərəfindən şəxsən imzalanmışdır. İşdən sonra notarius Yadigarla birlikdə atasının yaşadığı ünvana getmiş, barışıq sazişi, ərizə, reyestr kitabları şəxsən Cahangir tər əfindən də imzalanmış, notarius tərəfindən təsdiq olunmuşdur. Sazişlə müəyyən olunan məbləğləri Cahangirin və oğlu Yadigarın alması bir daha təsdiq edir ki, iddiaçıya sazişin şərtləri məlum olmuşdur. Bütün sənədləşmədə iddiaçının və oğlu Yadigarın iştirak etməsi cavabdehlərin iddiaçını aldatmalarını istisna edir. Barışıq sazişi iddiaçının qızı olan A.C.Muradovanın maraqlarına toxuna bilməz. A.C.Muradovanın əmlakı barədə iddianın təmini tədbiri seçilərkən ona ziyan vurulmuşdursa o, barışıq sazişinin etibarsız hesab edilməsini deyil, dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

8. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddiaları qəbul etməyərək bildirmişdir ki, tərəflər arasında olan mübahisələrin sülh yolu ilə həll edilməsi üçün təklif İddiaçı və Y.C.Hüseyn tərəfindən təklif ol unmuş, daha sonra İddiaçı, tərəflərin, tərəflərin vəkillərinin iştirakı ilə barışıq sazişinin şərtləri müzakirə olunmuş və razılıq əldə olunmuşdur. O, 30.12.2016-cı il tarixli barışıq sazişinin şəxsən İddiaçı tərəfindən imzalanmasını tələb etdiyindən notarius Y.C.Hüseynlə birlikdə İddiaçı evinə getmiş barışıq sazişini şəxsən Cahangir oğlu Yadigarın və notariusun iştirakı ilə imzalamışdır. Sazişə əsasən Hüseynovlara verilməli olan pulun vaxtını da Cahangir və Yadigar müəyyən etmişlər, pulun köçürülməsi üçün hesab nömrəsini də onlara Cahangir vermişdir. Daha sonra X12 və Hüseynov X9 Rayon Məhkəməsinə müraciət edərək əmlakların üzərinə həbsin qoyulması ilə bağlı qəbul edilmiş qərardadların ləğv edilməsini xahiş etmişlər. Binəqədi Rayon Məhkəməsinin müvafiq qərardadları ilə iş üzrə icraata xit am verilərək, iddianın təmin etmə tədbirləri ləğv edilmiş və əmlakların üzərinə qoyulmuş həbs götürülmüşdür. İddiaçı iki il yarım müddət keçdikdən sonra Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməkdə məqsədi əsassız varlanmaqdır. Belə ki, Cahangir dəfələrlə ondan iddia tələblərindən geri çəkilməsi üçün pul tələb etmişdir. Tərəflər arasında bağlanan barışıq sazişi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(001)- 1484/2017 saylı qərardadına əsasən bir daha qanuniliyi yoxlanılmaqla təsdiq olunmuş, həmin qərardaddan İddiaçı tərəfindən verilən şikayətlər təmin edilməmişdir. İddiaçı barışıq sazişini mübahisələndirmək üçün iddia müddətini də ötürmüşdür. Ona görə də onun iddia tələbləri bu əsasdan da təmin edilə bilməz. İddiaçı qızı olan 3-cü şəxs A.İddiaçı nın isə barışıq sazişi heç bir maraqlarına toxunmur.

9. Cavabdeh4 nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsində iddiaları qəbul etməyərək bildirmişdir ki, 30.12.2016-cı il tarixli barışıq sazişinin şərtləri tərəflər arasında müzakirə olunub razılıq əldə edildikdən sonra qanunun tələblərinə uyğun tərtib olunan saziş imzalanmaqla təsdiq olunmuş, sazişin şərtlərinə əsasən Y.C.Hüseyn və İddiaçı hər birinə 200 000 ABŞ dolları olmaqla cəmi 400 000 ABŞ dolları pul vəsaitini almışlar. İddiaçı 2 ildən çox müddət keçdikdən sonra barışıq sazişini mübahisələndirməklə yenidən pul vəsaiti əldə etmək niyyəti daşıyır. 3-cü şəxs A.C.Muradovanın barışıq sazişinə heç bir aidiyyəti olmadığından onun iddia ərizəsi də əsassızdır.

10. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclasında iddia ərizələrini qəbul etməyərək bildirmişdir ki, 30.12.2016-cı il tarixli barışıq sazişinin şərtləri müzakirə olunub razılıq əldə edildikdən sonra saziş imzalanmaqla təsdiq olunmuş və məhkəməyə təqdim olunmuşdur. Barışıq sazişinin şərtlərinə əsasən Y.C.Hüseyn və İddiaçı hər biri 200 000 ABŞ dolları pul vəsaitini almışlar. A.C.Muradovanın barışıq sazişinə heç bir aidiyyəti olmadığından onun iddia ərizəsi də əsassızdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) 25 dekabr 2019-cu il tarixli, 2(001)-6224/2019 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, barışıq sazişi təsdiq olunarkən tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılmış, İddiaçı barışıq sazişini, aparılmış notariat hərəkətlərini oğlu Y.Hüseynin iştirakı ilə imzalamış, məhk əmə iclasında verdiyi izahatında notariusun onun evinə gəlmədiyini qeyd edən İddiaçı iddia ərizəsində barışıq sazişinin ona notariat kontorunun notariusu tərəfindən gətirilməsini yazaraq imzası ilə təsdiq etmişdir. Ona görə də, “Barışıq sazişinin” qanunsuz hesab edilməklə ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur, iddiaçı C.Hüsçeynovun iddiası əsassızdır.

13. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs A.Muradovanın iddiası ilə bağlı hesab etmişdir ki, A.Muradovanın tərəfi olmadığı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” bağlanması ilə uzun müddət əmlakları üzərində sərəncam verə bilməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulması, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilməsi, adının müqaviləyə daxil edilməməsi hallarının mövcudluğu və ya mövcud olmaması “Barışıq sazişinin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən A.Muradovanın da iddiası əsassızdır.

14. İkinci iş üzrə İddiaçı cavabdehlər (Cavabdeh6 MTK-nın hüquqi varisi) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 170.000 manat, əsas borca görə 1 (bir) ilə əlavə 10% hesablanmaqla, 17.000 manat məbləğində əlavə vəsaiti, 500.000 manat mənəvi ziyanın, ümumilikdə 687.000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbinin həcmi artırılmışdır).

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər onun və oğlunun ümumi paylı mülkiyyətində olan ünvan 3 ünvanında ye rləşən “Zeytun” mağazasını sökərək orada Cavabdeh6 MTK tərəfindən çoxmənzilli bina inşa edilmişdir. Həmin binanın satışından əldə edilən xüsusi gəlirin hamısı 4 yerə bölünərək, hər birinə 25% ödənilmək barədə şifahi razılıqları olmuşudur. Lakin cavabdehlər mənzil satışından əldə olunan gəliri ona vermədiklərindən aralarında mübahisə yaranmış və iddiaçı 2013-cü ilə qədər satılmış mənzillərdən və qeyri-yaşayış sahələrindən gələn gəlirin onlara çatmalı olan əmlakların verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehlərdən 2.983,577 manat pulun iddiaçıya ödənilməsi qət edilmişdir. 2013-cü ildə həmin binadan satılmamış 4-cü blok 336 saylı 146 kv.m olan mənzil, 5-ci blok 488 saylı 149 kv.m olan mənzil və 3-cü blokda olan 119 kv.m mə nzil olmaqla, ümumilikdə 411 kv.m mənzillər satılmadığından onlara münasibət bildirilməmişdir. Sonradan tərəflər arasında 30.12.2016-cı il tarixdə “Barışıq Sazişi” imzalanmışdır. Daha sonra münasibətlər yenidən korlanmış və iddiaçı “Barışıq Sazişinin” ləğvi ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. İddiaçıya məlum olmuşdur ki, 2013-cü ilə qədər satılmayan mənzillər 2018- 2019-cu illərdə satılmış və mənzillərin satışından ona verilməli olan 100.000 ABŞ dolları ona verməyərək öz aralarında bölmüşlər.

16. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim G.Abbasova) 07 fevral 2020-ci il tarixli, 2(001)-412/2020 nömrəli qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin e dilməsi, 54.403 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsini qət edilmişdir.

18. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, mübahisələndirilən mənzillər müvafiq siyahıda öz əksini tapmamışdır, yəni həmin mənzillərin satışından əldə edilmiş gəlir iddiaçının payına uyğun olaraq (25 %) ona ödənilməmişdir. Cavabdeh2 həmin pul məbləğinin MTK-nın digər təmir-tikinti işlərinə sərf olunması barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehlər bununla bağlı heç bir sübut təqdim etməmiş, həmin xərclərin nədə ifadə olunduğu və həmin pul məbləğinin hansı təmir-tikinti, abadlıq və s. işlərə sərf olunması məhkəmədə heç bir sübutla öz təsdiqini tapmamışdır. İddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddiası əsassızdır. İddiaçının iztirab və sarsıntı keçirməsi iş materialları ilə təsdiq olunmur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(103)-433/21 nömrəli qərardadı ilə qeyd edilən mülki işlər bir icraatda birləşdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) 16 iyul 2021-ci il tarixli, 2(103)-303/21 nömrəli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayətinin təmin olunmuş, Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin hissədə iddia rədd edilmiş, Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qətnaməsi qalan hissədə, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi Binəqədi Rayon Məhkəməsinin 25.12.2019-cu il tarixli qətnaməsinin nəticə və əsaslandırma ilə razılaşmışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ikinci iş üzrə rayon məhkəməsinin gəldiyi nəticə işi n hallarına uyğun deyildir. Çünki, tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində Cavabdeh6 MTK tərəfindən inşa edilmiş 5 girişli və 1 girişli çox mərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı mübahisə tərəflər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişi” ilə həll edilmiş, İddiaçı və onun oğlu Y.Hüseynova hər birinə 200.000 ABŞ dolları ödənilmiş, həmin şəxslər bu vəsaiti qəbul etmişlər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən eidlmişdir ki, İddiaçı cavabdehlərə qarşı iddiası müzakirə olunan hissədə əsassızdır. Kassasiya şikayətləri nin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri

23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə layihəsi cavabdehlər tərəfindən təqdim edilmiş və təqdim edildiyi şəkildə də imzalanmışdır. MM-in 420.2-ci maddəsində deyilir: Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır”. İddiaçı ilə sazişi bağlayarkən cavabdehlər məhz vicdansızlıq nümunəsi göstərərək iddiaçının etimadı ndan sui-istifadə etmişlər. Ona görə də bu əsasla da müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-1341/2015 saylı mülki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş və iddia irəli sürülməklə işə aid olmayan əmlaklarına həbs qoyulmuş X5 barışıq sazişinin tərəfi kimi cəlb edilməməsinə və qanun pozuntusuna yol verilməsinə də obyektiv hüquqi qiymət verilməmişdir. Bundan başqa, məhkəmələrin barışıq sazişinin təsdiqinə dair 2 (001)-1484/2017 saylı mülki iş üzrə 06.01.2017-ci il tarixli qərardada istinad edərək iddiaçı tərəfindən məhkəmə aktını 2017-ci ilin yanvar ayının 21-də almasını əsas tutub hazırkı tələb üzrə iddia müddətinin ötürülməsi qənaətinə gəlmələri kökündən yanlışdır və mülki işin materialları ilə ziddiyyət təşkil edir. Əvvəla başqa bir iş üzrə qəbul edilmiş qərardadın hazırkı mülki iş üzrə heç bir preyudisial əhəmiyyəti yoxdur. Bundan başqa Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına, o cümlədən tibbi sənədlərə əsasən İddiaçı 2017-ci il yanvar ayından fevral ayına kimi ölkə hüdüdlarından kənarda müalicədə olmuşdur (o biri aylarda da davam edibdir). Habelə, 2 (001)-1484/2017 saylı mülki işdəki məhkəmə qərardadının 21.01.2017-ci il tarixdə alınmasına dair xəbərnamədəki imza ona aid deyildir. Xəbərnamənin ünvanla bağlı hissəsi ağardılmaqla silinmiş və gözlə görünəcək dərəcədə düzəlişlər edilmiş, yaşayış yerim səhv göstərilmişdir (sənəd işə əlavə edilmişdir). Beləliklə, qeyd edilən mülki iş üzrə aparılmış araşdırmanın hazırkı işə aid edilməsi qəbuledilməzdir. Çünki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əs asən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həm də nəzərə almaq lazımdır ki, hazırkı mülki işin materiallarında barışıq sazişinin İddiaçı rəsmi verilməsinə dair heç bir sübut yoxdur. Fakt odur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-1341/2015 saylı və 2(001)-1484/2017 saylı mülki işlərin gedişatında heç bir razılaşma və ya barışıq olmamışdır (Qeyd olunan hər iki iş tələb edilib öyrənilə bilər). Ümumiyyətlə, 30.12.2016-cı il tarixə kimi tərəflərin barışıq əldə etmələrinə dair işdə heç bir sübut yoxdur. Əvvəlcədən ərizə verilmədiyini də nəzərə alınsa, notariusun «Notariat haqqında» AR Qanununun müddəaları na uyğun deyil, AR MPM-in tələblərinə əsasən notariat hərəkətlərini aparması və sazişi təsdiq etməsi qanuna zidd olub. Qeyd olunanlar araşdırılıb, notariat əməliyyatları öyrənilib, bundan sonra 30.12.2016-cı il tarixdə, qeyri-iş vaxtında iddiaçının mənzilinə gedilməməsinin hansı zərurətdən irəli gəlməsinə obyektiv hüquqi qiymət verilməli idi. Bundan başqa, məhkəmələrin barışıq sazişinin qanuniliyi, hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığı qanuni qüvvəsini alan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli, 2(001)-1484/2017 saylı qərardadı ilə təsdiq olunması və iddia tələblərinin əsassız olması barədə gəldikləri nəticələr qanunsuzdur, çünki, hazırkı mülki işlə əvvəlki mülki işlər eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əs aslar üzrə mübahisə olmadığı üçün məhkəmə tərəfindən belə bir nəticəyə gəlinməsi yanlışdır. Sazişin qərardadla təsdiq edilməsi iddiaçını hazırkı tələblərlə çıxış etmək hüququndan məhrum edə bilməz. Nəzərə almaq lazım idi ki, 06.01.2017-ci il tarixdə keçirilmiş məhkəmə iclasında tərəflər iştirak etməyibdir və sözügedən qərardadın iddiaçıya göndərilməsi özü mübahisəlidir. 2(001)1341/2015 saylı mülki iş üzrə razılığa gələn tərəflərin müqaviləsinin 2(001)-1484/2017 saylı işdə təsdiq olunması da mübahisəlidir. Fakt isə odur ki, 2016-cı ilin dekabr ayından etibarən İddiaçı səhhətində ciddi problemlər yaranmış və o, müxtəlif xəstəxanalara yerləşdirilmişdir. İddialarından imtina edilməsi müqabilində isə ona demək olar ki, heç nə verilməmişdir. Aparılmış notariat əməliyyatları qanunsuz olmuşdur və s. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. İşdəki tibbi və digər sənədlərə əsasən xəstəliyin 2016-cı ilin dekabr ayının əvvəllərindən başlayaraq xeyli müddət davam etmiş, kəskinləşdiyi üçün 2017-ci ilin yanvar ayının 1-də X13 X27 xidmətinin avtomaşını ilə hava limanına, oradan isə xarici ölkəyə aparılmışam (DSX-nin Sərhəd Nəzarətinin arayışı işdə var). Orada intensiv şəkildə müalicə almış, ağır əməliyyatlar keçirmişdir. Bu cür ciddi səbəb və əsaslar olduğu vaxtda və halda məhkəmə işləri və ya barışıq sazişi onun yadına dü şə bilməzdi. Tərəflər arasında mübahisə predmeti olmuş ünvan 4 ünvanında yerləşən torpaq sahəsinin şəhadətnaməsi bu günə qədər İddiaçı saxlanılır. Bu da onunla qarşı tərəf arasında heç bir razılaşma, heç bir barışıq olmadığını təsdiq edir. Qanuni qüvvəsini almış qətnamələrə əsasən İddiaçı ödənilməli olan məbləğdən və digər tələblərdən imtina edib, atası H.Hüseynova məxsus olan torpaq sahəsini cavabdehlərə nəyə görə bağışlamalı idi? O, saxta barışıq sazişindən həqiqətən də xəbərsiz olmuşdur. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir.

25. Aytən Muradova kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələblərinin tam təmin edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəlki mülki işlər üzrə iddia ərizələrində A.C.Muradova üçüncü şəxs qismində qoyulsa da, faktiki cavabdeh kimi işə cəlb edilmiş, iddialar irəli sürülmüş, bu səbəbdən heç bir qanuni əsas olmadan və mübahisəyə aidiyyəti olmayan əmlaklarına həbs qoyulması tələb edilmiş, bununla da konstitutsion hüquqları pozulmuşdur. İddiaçılar A.C.Muradovanın əslində cavabdeh olduğunu bildirmişlər, uzunmüddətli araşdırma dövründə A.C.Muradovanın əmlak hüquqları pozulmuş, ondan əsassız şikayətlər edilmiş və mübahisə açmışlar. Sonda mübahisəli məqamlarla, tələblərlə bağlı barışıq əldə edilmişdir, barışıq zamanı qanuna və məntiqə zidd olaraq A.C.Muradova nəzərə alınmamışdır, işdə tərəf olmayan şəxslər isə müqaviləni imzalamış, hüquqlar əldə etmişlər. Mövcud qanunvericilikdə A.Muradovaya vurulmuş zərəri tələb etməyi və ya işdə tərəf olmağı, prosessual hüquq larının olması istisna edilməmişdir. Qarşı tərəfin tutarlı əsas olmadan A.Muradovanın məhkəmə çəkişmələrinə cəlb etmələri, narahatlıq, stres, əsəb yaratmaları və şəxsi mülkiyyətimdə olan və işə heç bir aidiyyəti olmayan Bakı şəhəri, Seyidov küçəsindəki 10 saylı evin 20 nömrəli mənzilinə, Bakı şəhəri, M.Cəlal küçəsindəki 72a saylı binada yerləşən qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Vidadi küçəsindəki 144 saylı evin 5 nömrəli mənzilinə iddianın təmini tədbiri kimi həbs qoyulmasını tələb etmələri faktdır. Cavabdehlər qarşılıqlı iddia ərizələrində tərəf olmadığı üçün A.C.Muradovaya qarşı hər hansı tələblə çıxış edə bilmədiklərini göstərmişlər. Beləliklə, cavabdehlərin əsassız ərizə və vəsatətləri nəticəsində A.Muradovaya maddi və mənəvi zərər vurulmuş, cavabdehlərə qarşı iddia qaldırmaq hüq uqu yaranmışdır. Buna baxmayaraq 30.12.2016-cı il tarixdə barışıq sazişi imzalanarkən bu xususatlar da nəzərə alınmamış, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə olan halda cavabdeh və yaxud proses iştirakçısı olmuş şəxslə barışmamaq qanuni, əsaslı və ədalətli hesab edilə bilməz. Bundan başqa, 30.12.2016-cı il tarixli müqavilədə pul məbləği dollarla ifadə olunmuşdur. Bu isə, tamamilə qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsində deyilir: “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğumu yoxlanılması və həmin maddələrin bə zi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli Qərarının 2-ci bəndində Konstitusiyanın sözügedən müddəası belə şərh edilir: “Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin ödəniş vasitəsi müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur”. Bundan başqa, barışıq sazişində göstərilmişdir ki: “tərəflər Azərbaycan Respublikası MPM-in 52 və 191-ci maddələrinin tələbləri rəhbər tutub müqaviləni imzalamaq barədə razılaşmışlar”. Lakin belə bir sazişin nə zaman, kimlər arasında, hansı mübahisələrlə əlaqədar və hansı səbəblərdən razılaşdırıldığı bəlli deyildi r. O da bəlli deyildir ki, 2(001)-1341/2015 saylı mülki iş üzrə tərəf olmayan şəxslər hansı əsasla müqavilənin tərtib edilməsində iştirak etmişlər? Məhkəmələr yuxarıda göstərilən xüsusatlara hüquqi qiymət verməmiş, səthi araşdırma aparmaqla cavabdehlərin mənafeyinə uyğun qərarlar qəbul etmişlər, illərlə davam məhkəmə prosesi zamanı şikayətin dəlilləri öyrənilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

27. Cavabdeh2 kassasiya şikayətlərinə qarşı etiraz göndərərək, onların təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 16.07.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında iştirak edən İddiaçı və X5 vəkili Vəkil4 kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək, onun təm in olunmasını xahiş etdi.

29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

31. Maddə 421.1 və 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələ bi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

32. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

33. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyrimüəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan as ılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

34. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

37. Kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansi yası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

41. Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli qətnaməsindən (İş №-li 2(001)1341/2015) görünür ki, həmin qətnamə ilə (hazırki iş üzrə iddiaçının övladı) iddiaçı Y.Hüseynovun və (hazırki iş üzrə iddiaçı) müstəqil tələb irəli sürən İddiaçı birgə iddiaları qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə Cavabdeh6 MTK tərəfindən tikilmiş 5 girişli çoxmənzilli yaşayış binasının tikintisindən əldə edilən xalis gəlirin 25%-dən ödənilməli olan qalıq məbləğ, 2.983.775,58 manatın cavabdeh MTK-dan tutularaq Y.Hüseynov və İddiaçı ödənilməsi, MTK-nın qarşılıqlı iddiasının qismən təmin edilməsi, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 21.602 kv.m torpaq sahəsi barəsində "xxxx" bir tərəfdən İddiaçı və Y.Hüseynov, digər tərəfdən isə MTK arasında bağlanmış hesab edilməsi, qeyd edilən ünvanda yerləşən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazanın İddiaçı və Y.Hüseynova məxsus olmasına dair 010762 nömrəli şəhadətnamənin və həmin mağazanın yerləşdiyi 2.160 kv.m torpaq sahəsi ilə bağlı 04.11.2004cü il tarixli 000257 q eydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin ləğv edilməsi, qeyd olunan torpaq sahəsinə MTK-nın mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququnun qeydiyyata alınmasının DƏDRX-nin Ərazi İdarəsinə həvalə edilməsi, icra hərəkətlərinin eyni vaxtda icra edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

42. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.02.2016-cı il tarixli qətnaməsi ilə Y.Hüseynov, İddiaçı və MTK-nın ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

43. Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 20.09.2016-cı il tarixli qərarı ilə Y.Hüseynov, İddiaçı və Cavabdeh6 MTK-nın ayrı-ayrılıqda verd ikləri kassasiya şikayətləri təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

44. Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər F.Baxışov, N.Kazımov və başqalarına qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə İddiaçı və Y.Hüseyn ilə Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, F.Baxışov, Nümayəndə, N.Kazımov, Cavabdeh4, A.İsayev, T.İsayeva və M.Kazımova arasında bağlanmış aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir: “Tərəflər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddələrinin tələblərini rəhbər tutaraq aşağıdakı məzmunda barışıq sazişini imzalamaq barə də razılaşmışlar: Barışıq sazişinin bağlanması üçün əsaslar: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 və ilk iddia üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birgə iddiası qismən təmin edilərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 Mənzil Tikinti Kooperativindən Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 3246-cı məhəllədə 1410-cu keçiddə həmin kooperativ tərəfindən tikilmiş 5 girişli çoxmərtəbəli binanın tikintisindən əldə edilən xalis gəlirin 25%-dən ödənilməli olan qalıq məbləğ 2983775.58 manat tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X2 və ilk iddia üzrə iddiaç ı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xeyrinə birgə qaydada ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmənin eyni qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh6 Mənzil Tikinti Kooperativinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4 və ilk iddia üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, natura şəklində verilmiş əmlakların, mümkün olmadıqda dəyərinin geri qaytarılması barədə” qarşılıqlı iddiası qismən təmin edilərək, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 2160 kv.m torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin İddiaçı və X8 ilə Cavabdeh6 MTK arasında bağlanmış hesab edilm əklə, ünvan 6 ünvanında yerləsən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazasının X19 oğlu və X4 məxsus olmasına dair 010762 nömrəli (reyestr kitabı 26, səhifə 25, qeydiyyat nömrəsi10762) şəhadətnamə və həmin mağazanın yerləşdiyi 2160 kv.m torpaq sahəsi ilə bağlı 04.11.2004-cü il tarixli 000257 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ləğv edilərək, qeyd olunan torpaq sahəsinə Cavabdeh6 Mənzil Tikinti Kooperativinin mülkiyyət hüququ tanınaraq, mülkiyyət hüququnun qeydiyyata alınması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmə dən saxlanılmış və hal-hazırda Binəqədi Rayon İcra şöbəsində icra mərhələsindədir.

1. Ümumi müddəalar: 1.1. Tərəflər, aralarında yaranmış mübahisələrin barışıq yolu ilə həll edilməsini bəyan edirlər. 1.2. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri bütün tərəflər üçün tam və aydın şəkildə izah edilmişdir.

2. Tərəflərin öhdəlikləri: 2.1.1. İddiaçı və X8 Cavabdeh6 MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində tikilmiş 5 girişli və 1 girişli çoxmərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı, Zeytun ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə bağlı, eyni zamanda bu mübahisələrlə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı barışıq sazişinin digər tərəflərinə qarşı Azərbaycan Respublikası ərazisindəki bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və bu mübahisələrlə bağlı gələcəkdə heç bir məhkəmə orqanlarına müraciət etməməyi öhdəsinə götürürlər. Həmçinin öhdələrinə götürürlər ki, digər tərəflərin əmlaklarının üzərinə qoyulmuş həbslərin götürülməsi üçün Binəqədi Rayon Məhkəməsinə ərizə verirlər. 2.1.2. İddiaçı və X8 öz öhdələrinə götürürlər ki, Azərbaycan Respublikasında olan bütün hüquq mühafizə orqanlarına yuxarıda qeyd edilən mübahisə ilə bağlı digər tərəflərə qarşı verdiyi şikayətlərdən imtina edirlər. 2.1.3. İddiaçı və X8 Bakı ş əhər Binəqədi Rayonu Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)1341/2015 saylı qətnaməsi ilə onların xeyrinə Cavabdeh6 Mənzil Tikinti Kooperativi tərəfindən ödənilməli olan 2.983.775,58 manat hissəsi ilə bağlı həmin qətnamənin icrasından imtina edirlər. 2.1.4. İddiaçı və X1 Rayon Məhkəməsinin 21.07.2015-ci il tarixli 2(001)-1341/2015 saylı qətnaməsinin “ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 2160 kv.m torpaq sahəsi barəsində alqı-satqı müqaviləsinin İddiaçı və X8 ilə Cavabdeh6 MTK arasında bağlanmış hesab edilsin, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət olan “Zeytun” mağazasının X10 və X4 məxsus olmasına dair 010762 nömrəli (reyestr kitabı 26, səhifə 25, qeydiyyat nömrəsi 10762) şəhadətnamə və həmin mağazanın yerləşdiyi 2160 kv.m torpaq sahə si ilə bağlı 04.11.2004-cü il tarixli 000257 qeydiyyat nömrəli torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə ləğv edilsin, qeyd olunan torpaq sahəsinə Cavabdeh6 MTK-nın mülkiyyət hüququ tanınsın və mülkiyyət hüququnun qeydiyyata alınması Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə həvalə edilsin” hissəsində qəbul edir və qətnamənin həmin hissə üzrə icra olunması üçün Binəqədi rayon İcra şöbəsinə ərizə ilə müraciət etməyi öz öhdələrinə götürürlər. 2.2.1. Digər tərəf olan Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X16, X14, X18, X22, Nümayəndə, X15 öz öhdələrinə götürürlər ki, İddiaçı və X4 qarşı Cavabdeh6 MTK tərəfindən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin y erləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində tikilmiş 5 girişli və 1 girişli çox mərtəbəli binaların tikintisindən əldə edilən xalis gəlirin bölgüsü ilə bağlı, Zeytun ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə əlaqədar, eyni zamanda bu mübahisələrlə bağlı vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı barışıq sazişinin digər tərəflərinə qarşı Azərbaycan Respublikası ərazisindəki bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və bu mübahisələrlə bağlı gələcəkdə heç bir məhkəmə orqanlarına müraciət etməyəcəklər. 2.2.2. Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X16, X14, X18, X22, Nümayəndə, X15 öz öhdələrinə götürürlər ki, İddiaçı və X4 qarşı Azərbaycan Respublikasında olan bütün hüquq mühafizə orqanlarına yuxarıda qeyd edilən mübahisə ilə bağlı verdiyi şikayətlərdən imtina edirlər. 2.2.3. Cavabdeh6 MTK, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X16, X14, X18, X22, Nümayəndə, X15 öz öhdələrinə götürürlər ki, İddiaçı və X2 hər birinə nağd şəkildə və ya hər birinin adına açılacaq bank hesabına müştərək qaydada 200.000 ABŞ dollarının həmin günə Azərbaycan manatına nisbətində olan məbləği 06.01.2017-ci il tarixədək ödəməyi təmin edəcəklər, əks halda saziş etibarsızdır.

3. Digər şərtlər: 3.1. Tərəflər götürdükləri öhdəlikləri icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə qarşı tərəfə dəyən maddi və mənəvi zərərə görə qanunla müəyyən edilən məsuliyyət daşıyır.

4. Barışıq sazişin in müddəti: 4.1. Bu barışıq sazişi notariat kontoru tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir və tərəflərin saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Tərəflər arasındakı gələcək münasibətlər yalnız bu saziş ilə tənzimlənir. 5.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri: 5.1. Barışıq sazişi Azərbaycan dilində, 22 nüsxədə tərtib olunmuşdur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladığı andan qüvvəyə minir. Barışıq sazişinin müddəaları tərəflər tərəfindən dəyişdirilə bilməz. Sazişin nüsxələri tərəflərin hər birində 1 nüsxə saxlanılır, 1 nüsxə notariat kontorunda saxlanılır, digər 3 nüsxə Binəqədi Rayon Məhkəməsinə, 1 nüsxə Səbail Rayon Məhkəməsinə, 1 nüsxə Azərbaycan Respublikası Ali Məhkəməsinə, 1 nüsxə Binəqədi rayon İcra şöbəsinə, 1 nüsxə Binəqədi rayon polis idarəsinə, 1 nüsxə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə təqdim ediləcəkdir. Azərbaycan Respublikası məhkəmələrinə, hüquq mühafizə orqanlarına, Binəqədi rayon İcra şöbəsinə təqdim ediləcək nüsxələr Cavabdeh6 MTK-da saxlanılır və Cavabdeh6 MTK tərəfindən təqdim edilir”. 45. "xxxx" ASC-nin Yasamal filialının bank əməliyyat sənədindən görünür ki, tərəflər arasındakı 30.12.2016-cı il tarixli “Barışıq sazişinə” əsasən 200.000 ABŞ dolları İddiaçı şəxsi hesabına köçürülmüşdür.

46. Sonradan İddiaçı Barışıq sazişinin” təsdiq edilməsi barədə Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadını apellyasiya qaydasında mübahisələndirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.08.2019-cu il tarixli qərardad ı ilə İddiaçı şikayəti üzrə apellyasiya (qərardaddan şikayət vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan ötürülməsi əsası ilə) qeyri-mümkün hesab edilmişdir.

47. Apellyasiya instansiyası məhkəməsinin bu qərardadından İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 09.12.2019-cu il tarixli qərardadı (İş № 2(102)7035/19) ilə təmin edilməmişdir.

48. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən 18.07.2019-cu il tarixdə verilən çıxarışdan görünür ki, "xxxx" MMC Cavabdeh6 MTK-nın hüquqi varisidir.

49. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, barışıq sazişi təsdiq olunarkən tərəflərin fəaliyyət qabiliyyəti yoxlanılmış, İddiaçı barışıq sazişini, aparılmış notariat hərəkətlərini oğlu Y.Hüseynin i ştirakı ilə imzalamış, məhkəmə iclasında verdiyi izahatında notariusun onun evinə gəlmədiyini qeyd edən İddiaçı iddia ərizəsində barışıq sazişinin ona notariat kontorunun notariusu tərəfindən gətirilməsini yazaraq imzası ilə təsdiq etmişdir. Bunları nəzərə alan rayon məhkəməsi, hesab etmişdir ki, “Barışıq sazişinin” qanunsuz hesab edilməklə ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur, iddiaçı C.Hüsçeynovun iddiası əsassızdır.

50. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür. Lakin, İddiaçı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” səhhətində olan problemlərdən istifadə edilməklə ona imza etdirilməsi, “Barışıq sazişinin” hüquqi nəticələrinin ona izah olunmaması, “Barışıq sazişini” təsdiq edən notariusun onun evinə gəlməməsi, habelə “Barışıq sazişinin” təsdiq olunduğu günün qeyri-iş günü olması və sazişdə pul vahidinin ABŞ dolları ilə qeyd olunmasının qanunsuz olduğunu bildirən və buna görə bu sazişin ona aid hissəsini qanunsuz hesab etməklə ləğv edilməsini tələb edən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə və təmin edilə bilməz.

51. Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası ilə bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, A.Muradova “Barışıq sazişinin” bağlanmasına əsas olan və Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-1341/2015 №-li iş üzrə iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilir (MPM; maddə 50.). Üçüncü şəxslər işdə iştirak edən şəxslər sayılır (maddə 46). Barışıq sazişi isə iş üzrə tərəflər arasında bağlanır (maddə 52.3., 191.1. və bir sıra başqa maddələr). Qanunverici iş üzrə üçüncü şəxslərin barışıq sazişinin bağlanmasında mütləq iştirakını nəzərdə tutumamışdır.

52. Odur ki, A.Muradovanın tərəfi olmadığı 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” bağlanması ilə uzun müddət əmlakları üzərində sərəncam verə bilməməsi nəticəsində ona maddi və mənəvi ziyan vurulması, 3 il ərzində məhkəmə çəkişmələrinə cəlb edilməsi, adının “Barışıq sazişinə” daxil edilməməsi hallarının mövcudluğu və ya mövcud olmaması “Sazişin” etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən A.Muradovanın da iddiası əsassızdır.

53. Ape llyasiya kollegiyası ikinci mülki iş üzrə iddiaya münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə cavabdehlər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişinin” 2.1.1-ci maddəsinə görə, İddiaçı və onun övladı Y.Hüseynov öz üzərinə öhdəlik götürmüşlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” Ticarət Mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində inşa edilmiş 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarının tikintisindən əldə ediləcək xalis gəlirin bölgüsü ilə bağlı, “Zeytun” ticarət mərkəzinin və altındakı torpaq sahəsinin dəyərinin ödənilməməsi ilə bağlı, eyni zamanda bu mübahisələrlə əlaqədar vurulmuş maddi və mənəvi ziyanla bağlı yaranmış mübahisələrlə bağlı “Barışıq sazişinin” digər tərəflərinə qarşı bütün məhkəmə instansiyalarında verdiyi iddialardan, şikayətlərdən, ərizələrdən imtina edir və iddianın təmini tədbiri kimi əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün müvafiq ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edirlər. Barışıq sazişi Binəqədi Rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadı ilə də təsdiq edilmiş və qərardad qanuni qüvvəsini almışdır. 54. “Barışıq sazişinin” yuxarıda qeyd olunan 2.1.1-ci maddəsindən də aydın şəkildə görünür ki, hazırda mübahisəsi gedən 336 və 438 nömrəli mənzillər də daxil olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 3246-cı məhəllə, 1410-cu keçiddə “Zeytun” ticarət mərkəzinin yerləşdiyi 0.216 ha torpaq sahəsi və ona bitişik 0.634 ha torpaq sahəsi i lə birlikdə ümumi sahəsi 0.85 ha olan torpaq sahəsində Cavabdeh6 MTK-nın inşa etdiyi 5 girişli və 1 girişlə çoxmənzilli yaşayış binalarında yerləşən mənzillərə dair münasibətlər tərəflər arasında bağlanmış “Barışıq sazişi” ilə tam şəkildə tənzimlənmişdir.

55. Cavabdehlər “Barışıq sazişinin” şərtlərini tam şəkildə icra etmiş, İddiaçı və Y.Hüseynova hər birinə ayrı-ayrılıqda 200.000 ABŞ dolları məbləğində pul ödənilmişdir.

56. Binəqədi Rayon Məhkəməsinin 06.12.2013-cü il tarixli qərardadı (İş № 2-(001)- 4396/13) ilə ünvan 9 ünvanda yerləşən və Cavabdeh6 MTK-ya məxsus 336 №-li və 438 №-li mənzillər üzərinə həbs qoyulmaqla, həmin əmlakların özgəninkiləşdirilməsinin cavabdehlərə qadağan edilməsi və sair qərara alınmışdır.

57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı notarial qaydada təsdiq olunmuş 30.12.2016-cı il tarixli ərizəsindən görünür ki, həmin ərizə ilə İddiaçı Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında məhkəmə mübahisəsi ilə bağlı barışıq sazişi bağlandığı üçün barəsində iddianın təmini tədbiri görülmüş əmlaklar üzərində həbsin saxlanılmasına zərurət qalmamışdır. Ona görə də həmin əmlaklar üzərinə həbsin qoyulması barədə qərardadın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, iş üzrə tərəflər arasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 3246-cı məhəllə, 1410-cu keçiddə Zeytun ticarət mərkəzinin yerləşdiyi 0,216 ha torpaq sahəsi və ona bitişik 0,634 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 0,85 ha olan torpaq sahəsində Cavabdeh6 MTK tərəfindən inşa edilmiş 5 girişli və 1 girişli çox mərtəbəli binaların tikintisindən əl də edilən xalis gəlirin bölgüsü ilə bağlı mübahisə tərəflər arasında bağlanmış 30.12.2016-cı il tarixli “Barışıq sazişi” ilə həll edilmiş, İddiaçı və onun oğlu Y.Hüseynova hər birinə 200.000 ABŞ dolları ödənilmiş, həmin şəxslər bu vəsaiti qəbul etmişlər. İddiaçı 200.000 ABŞ dolları məbləğində pulun onun tərəfindən alınmasını məhkəmə baxışı zamanı təkzib etməmişdir. Beləliklə də, ikinci iş üzrə İddiaçı cavabdehlərə qarşı iddiası müzakirə olunan hissədə əsassızdır.

58. Kollegiya kassasiya şikayətlərinin dəlillərini əsaslı saymır, ona görə ki, mübahisələndirilən barışıq sazişinin ləğv edilməsi və ya etibarsız sayılması üçün qanunda nəzərdə tutulmuş əsaslar iddiaçılar tərəfindən sübut edilmədiyinə görə həmin iddia tələblərinin təmin olunmamasına dair işə mahiyyəti üzrə baxan məhkəmələrin gəldi kləri qənaət əsaslıdır.

59. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Kollegiya ikinci iş üzrə də iddianın həllinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Belə ki, tərəflər sözügedən çoxmərtəbəli binaların tikintisindən əldə olunan gəlirlərlə və digər hallarla bağlı aralarında yaranmış mübahisələri barışıq sazişi bağlamaqla həll etmişlər. Həmin saziş qüvvəsini almış, hətta sonradan məhkəmə tərəfindən də təsdiq olunmuş və bu qərardaddan verilən şikayət mümkün sayılmamışdır. Üstəlik MTK tərəfindən saziş üzrə verilməli olan pul məbləği də önədilmişdir. Bundan sonra həmin binada yerləşən mənzillərə dair gəlirlərlə bağlı yeni iddianın irəli sürülmməsi (barışıq sazişinə görə) hüquqi baxımdan yolverilməz sayılır.

61. Nəzərə alınmalıdır ki, tərəflər barışıq sazişi ilə özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar. Ona görə də, həmin sazişdən sonra qabaqkı mübahisəli münasibətlərə istinad oluna bilməz. Yəni, barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur (MM, 881.1, 881.2).

62. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-303/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar