Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6752/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qızıl-zinət əşyaları tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1560/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair i şə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) 19.04.2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahından 1 uşaq - 19.10.2014-cü il təvəllüdlü XXXanadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin 07.08.2020-ci il tarixli, 2(066)-775/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xxxx anasının himayəsində saxlanması və cavabdehdən aliment tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1 ədəd 585 əyarlı, 39 qram çəkidə, 2.535 manat dəyərində boyunbağı, 1 ədəd, 585 əyarlı, 4.4 qram çəkidə, 450 manat dəyərində brilyant nişan üzüyü, 1 ədəd 585 əyarlı, 20 qram çəkidə, 1.300 manat dəyərində qolbağ və 1 ədəd 583 əyarlı, 10 qram çəkidə, 650 manat dəyərində komplekt (üzük və sırğa), cəmi 4.935 manat dəyərində qızıl-zinət əşyalarının naturada, özləri olmadıqda isə onların dəyəri və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiasında göstərdiyi qızıllar toy zamanı cavabdeh tərəfindən ona hədiyyə edilmişdir. O, həmin qızıl-zinət əşyalarını yataq otağında mücrüdə saxlamış, cavabdeh də bunu bilmişdir. Onlar 2020-ci il aprel ayının 22-i mübahisə etmişlər. Səhəri gün evdən getmək istəyən zaman mücrünü açdıqda görmüşdür ki, orada yalnı z oğluna kiçik toy zamanı taxılan sep, onun cavabdehə hədiyyə etdiyi nişan üzüyü və qayınatası tərəfindən ona hədiyyə edilmiş köhnə üzük qalmış, ona toy zamanı alınmış qızılları isə cavabdeh götürmüşdür. O da mücrüdə qalan qızılları götürərək evdən getmişdir. Sonradan onun valideynləri cehiz əşyalarını götürərkən qızılları cavabdehdən istəsələr də, cavabdeh bundan imtina edərək, atası tərəfindən verilmiş köhnə üzüyün və uşağa taxılan sepin qaytarılmasını tələb etmiş, əks təqdirdə cehiz əşyalarını da verməyəcəyini bildirmişdir. Buna görə də, həmin 2 ədəd qızılı cavabdehə qaytararaq, cehiz əşyalarını evdən çıxarmışlar. Qızıllar isə cavabdehdə qalmışdır. Məhkəmədə tədqiq edilmiş "xxxx" MMC-nin 04.09.2020-ci il tarixli, 099 saylı rəyində qeyd olunmuşdur ki, 1 ədəd 585 əyarlı, 39 qram çəkili bo yunbağının dəyəri 2.535 manat, 1 ədəd 585 əyyarlı 4.4 qram çəkili nişan üzüyünün dəyəri 450 manat, 1 ədəd 585 əyarlı, 20 qram çəkili qolbağın dəyəri 1.300 manat və 1 ədəd 583 əyarlı 10 qram çəkili komplektin (üzük və sırğanın) dəyəri 650 manat, həmin qızıl-zinət əşyalarının cəmi dəyəri 4.935 manat təşkil edir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X1, X3 və X2 öz ifadələrində cehiz əşyaları götürülən zaman cavabdehin qızılları qaytarmadığını göstərmişlər. Göygöl Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)1243/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia təmin olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının izahatını, şahidlərin ifadələrini və təqdim edilmiş sübutları nəzərə alaraq belə qənaətə gəlmişd ir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 225.2-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını хаhiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, evlənərkən iddiaçıya hədiyyə edilmiş qızıllar daima onun özünün istifadəsində və sahibliyində olmuşdur. O, həmin qızıl əşyalarının harad a saxlanmasından belə məlumatlı olmamışdır. İddiaçı evdən gedərkən evdə olan bütün qızıl əşyalarını və cehiz əşyalarını aparmışdır. Artıq ailə münasibətlərinin bərpa olunmayacağını bildiyindən iddiaçıya zəng edərək, digər qızılların onsuz da onun olduğunu, heç olmazsa rəhmətlik anasının yadigarı olan üzüyü ona qaytarmasını xahiş etmiş, iddiaçı isə həmin üzüyü və onun tələb etmədiyi, oğluna taxılan sepi ona qaytarmışdır. Əgər iddiaçı qızıl-zinət əşyalarını aparmamış olsaydı, anasının yadigarı olan üzüyü ona qaytarmazdı. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1560/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Süleymanov (sədrlik edən və məruzəçi), A.Hüseynzadə və Ş.Rzaquliyev) apellyasiya şikay əti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən iddiada tələb edilən qızıl-zinət əşyalarının mövcudluğu, cavabdeh tərəfindən iddiaçıya hədiyyə edilməsi, göstərilən çəki, əyar və dəyərdə olması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh həm birinci instansiya məhkəməsinə ünvanladığı etirazında, həm apellyasiya şikayətinin dəlillərində, həm də məhkəmə iclasında verdiyi izahatında göstərilən qızıl-zinət əşyalarının iddiaçının özü ilə aparmasını göstərmişdir. Lakin cavabdehin dəlilləri əsassızdır. Belə ki, iddiaçı öz izahatında qızıl-zinət əşyalarını yataq otağında mücrüdə saxladığını və cavabdehin də bunu bildiyini göstərmişdir. Onlar 2020-ci il aprel ayının 22-i mübahisə etmişlər. O, səhəri gün evdən getmək istəyən zaman mücrünü açdıqda görmüşdür ki, orada yalnız oğluna kiçik toy zamanı taxılan sep, onun cavabdehə hədiyyə etdiyi nişan üzüyü və qayınatası tərəfindən ona hədiyyə edilmiş köhnə üzük qalmış, ona toy zamanı alınmış qızılları isə cavabdeh götürmüşdür. O da mücrüdə qalan qızılları götürərək evdən getmişdir. Sonradan onun valideynləri cehiz əşyalarını götürərkən qızılları cavabdehdən istəsələr də, cavabdeh bundan imtina edərək, atası tərəfindən verilmiş köhnə üzüyün və uşağa taxılan sepin qaytarılmasını tələb etmiş, əks təqdirdə cehiz əşyalarını da verməyəcəyini bildirmişdir. Buna görə də, həmin 2 ədəd qızılı cavabdehə qaytararaq, cehiz əşyalarını evdən çıxarmışlar. Qızıllar isə cavabdehdə qalmışdır. Birinci instansiya məhkəməsində dindirilmiş şahi dlər də öz ifadələrində cehiz əşyalarını götürən zaman cavabdehin qızılları qaytarmadığını göstərmişlər. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Şikayətdə qeyd olunmuşdur ki, iddiaçının göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və iddiaçının izahatı əsasında iddianın təmin olunması əsaslı deyildir. Məhkəmə Mülki Məcəllənin 157, 560.1-ci maddələrinin tələblərini mübahisəyə düzgün tətbiq etməmişdir. Şikayətin əsası kimi, həmçinin MPM-in 76.1, 77.1, 76.2, 80, 88-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-nin 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). Ailə Məcəlləsi Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır) (maddə 34.1). MPM Hər bir tərəf öz tələblərinin əsası ki mi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğu qeyd edilsə də, maddi və prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1560/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6752/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6752/2021
13.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver