Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-676/2022 14.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə qarşı “ödənilməmiş əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək haqqı tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2 021-ci il tarixli, 2(103)6947/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı 01 noyabr 2005-ci il tarixdən "xxxx" ASC-nin Şəmkir filialının Gədəbəy şöbəsinə 3 aylıq sınaq müddəti ilə aparıcı mütəxəssis vəzifəsində, 05 oktyabr 2007-ci il tarixdən həmin bankın Şəmkir filialının Gədəbəy şöbəsinin müdiri vəzifəsində, 14 may 2008-ci il tarixdən Ağstafa şöbəsində aparıcı mütəxəssis (xəzinədar əməliyyatçı) vəzifəsində, 12 dekabr 2008-ci il tarixdən 26 avqust 2019-cu il tarixədək "xxxx" ASC-nin Gədəbəy şöbəsinin müdiri vəzifəsində işləmişdir. "xxxx" ASC və İddiaçı arasında bağlanmış “10 dekabr 2008-ci il tarixli əm ək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavəyə əsasən, işəgötürən iddiaçıya əmək funksiyasını dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə olan iş yerində icra etdiyi üçün (xüsusi şəraitdə) əmək haqqına 20% məbləğində əlavənin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 35106,4 manat məbləğində ödə nilməmiş əmək haqqının tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı işlədiyi dövrdə əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarına uyğun olaraq Gədəbəy şəhərində (1500 metrdən 2000 metrədək) işləməsi ilə əlaqədar əmək haqqına minimum 20% əlavə edilməli olduğuna baxmayaraq, həmin əlavə ona verilməmişdir. Birinci instansiya məhkəməsində cavabdeh "xxxx" ASC ərizə verərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə müvafiq olaraq iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-217/2021 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 2353 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 30 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4cü maddəsinə, Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli və “R.Sala movun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 oktyabr 2007-ci il tarixli qərarına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent qərarlarına istinad edərək hesab etmişdir ki, iddiaçı 16 dekabr 2019-cü il tarixdə, yəni, ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddətini keçirməklə (buraxmaqla) məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə iddia müddəti ilə bağlı ərizəni qismən qəbul edərək, iddiaçının tələbi əmək qanunverciliyində göstərildiyi kimi onun hüququn un pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etdiyi vaxta kimi, yəni 16 dekabr 2018-ci il tarixindən 16 dekabr 2019-cu il tarixə olan dövrün nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Daha sonra məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 2-ci hissəsinin “ə” bəndinə, 46-cı maddəsinin 1 və 6-cı hissələrinə, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarının 5 və 6-ci bəndlərinə, “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 met rdən yüksəklikdə yerləşən müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməyinin stimullaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli 461 №-li Fərmanına, habelə iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 26 fevral 2021-ci il tarixli rəyinə istinad edərək müəyyən etmişdir ki, iddiaçı 01 noyabr 2005 – 07 mart 2008-ci il tarixlərini və 12 dekabr 2008 – 26 avqust 2019-cu il tarixlərini əhatə edən dövrlərdə Azərbaycan Respublikasında dəniz səviyyəsindən dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək yüksəklikdə yerləşən "xxxx" ASC-nin Gədəbəy rayon şöbəsində işləmişdir. Lakin qanunvericiliyin iddia müddəti ilə bağlı müddəaları nəzərə alındıqda iddiaçının 16 dekabr 2018-ci il tarixdən 16 dekabr 2019-cu il tarixə olan döv r üzrə ödənilməmiş əmək haqqını tələb etmək hüququ yaranmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən bank tərəfindən ona hər ay 20% ödənilməli olan əlavənin verilməsi nəzərdə tutulsa da, həmin öhdəlik bank tərəfindən tam yerinə yetirilməmiş, yalnız 01 iyul 2019 – 26 avqust 2019-ci il tarixlərində 20% əlavə ödəniş edilmiş, qalan 16 dekabr 2018-ci il tarixdən 01 iyul 2019-cü il tarixədək olan dövr üçün (yəni 6 ay 15 gün) hesablanmış 20% ödənilməli olan əlavənin verilməsi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-217/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı A pellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)-6947/2021 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(006)-217/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 1 illik iddia müddəti üzrsüz səbəbdən ötürülmüşdür (buraxılmışdır). Belə ki, iddiaçı apellyasiya şikayətində iddia müddətinin ötürülmədiyini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. İd diaçının tələbi əmək qanunverciliyində göstərildiyi kimi onun hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etdiyi vaxta kimi, yəni 16 dekabr 2018-ci il tarixindən 16 dekabr 2019-cu il tarixə olan dövrün nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)-6947/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkə məsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddia müddətini tətbiq etməklə səhv nəticəyə gəlmiş, hazırki əmək mübahisəsinin mediasiya qaydasında həll edilib-edilməməsini araşdırmamışdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilməklə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya baxışının predmetini iddianın təmin edilməyən hissəsi təşkil etmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən eyni əsaslarla mü bahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işç i, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına əsasən: İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasə n məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyekt iv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçıya cavabdeh Cəmiyyətdə işlədiyi müddətdə 01 iyul 2019-cu ilədək olan dövr üç ün “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı Qərarının tələblərinə uyğun olaraq əmək haqqısına 20% əlavənin ödənilməməsi işin mübahisəsiz halıdır. Hazırda araşdırılmalı olan məsələ həmin əlavənin tələb olunmasında iddia müddətinin tətbiq edilməli olmasıdır. İddiaçının bu məsələ üzrə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki tələbə iddia verildiyi tarixdən əvvəlki dövr üçün 1 illik iddia müddətinin tətbiq edilməli olmasına dair işin faktiki hallarını araşdıran məhkəmə lərin mövqeləri Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olmuşdur. Belə ki, həmin maddədə birmənalı olaraq işçinin işəgötürənə qarşı pul, əmlak və ziyan tələbləri üzrə 1 illik iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı 2019-cu ilin dekabr ayında məhkəməyə iddia ilə müraciət etdiyindən və 2019-cu ilin iyul ayından artıq işəgötürən tərəfindən həmin əlavənin verilməsi müəyyən olunduğundan, tələb olunan vəsaitin 2018-ci ilin dekabr ayından 2019cu ilin iyun ayı daxil iddiaçının xeyrinə tutulmasına dair məhkəmənin mövqeyi əsaslı olmuşdur. Kassasiya şikayətinin digər dəlili ilə bağlı qeyd olunmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 01 iyul 2020-ci il tarixdən qüvvəyə minmiş, hazırki iddia isə məhkəməyə 16 dekabr 2019-cu il tarixdə verilmişdir. İddia verilərkən qüvvəyə minməmiş qanuna istinad edərək, mübahisənin ilkin olaraq mediasiya qaydasında həll edilməməsi əsası ilə qətnamənin ləğv edilməli olmasına dair kassasiya şikayətinin dəlili əsassızdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2(103)-6947/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-676/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-676/2022
14.02.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver