Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-676/2024 01.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment borcundan azad edilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5937/2023 nömrəli, 4 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 1 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxa raq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Tərəflər 3 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan 24 fevral 2009-cu il təvəllüdlü X5 anadan olmuşdur.
2. Tovuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulması, birgə nikahlarından olan 2009-cu il təvəllüdlü X2 anasının yanında saxlanılması, uşağın saxlanması üçün hər ay 100 manat alimentin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. 3. 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi iddiaçı yenidən arvadı ilə barışaraq ər-arvad kimi Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ünvanında olan evdə yaşamış, uşaqların onların hər ikisinin himayəsində olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci ins tansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh ( bundan sonra cavabdeh) qarşı aliment borcundan azad edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 2009-cu il təvəllüdlü X1 üçün 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi olan dövr üçün 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tərəflərin nikahlarına 2014-cü ildə məhkəmə qətnaməsi ilə xitam verilsə də, qətnamə qəbul edildikdən sonra ilk 5 ay ərzində onlar ayrı yaşamış, 2014-cü ilin noyabr ayından isə iddiaçı yenidən keçmiş həyat yoldaşı və qızı ilə bilikdə yaşamağa başlamışdır. 2022-ci ilin sentyabr ayına kimi iddiaçı cavabdeh və övladı ilə birlikdə Binəqədi rayonu Rəsulzadə qəsəbəsi ünvanında olan evdə yaşamış, birgə yaşadıqları dövr ərzində heç bir söz-söhbətləri olmamış və nikahın pozulmasına baxmayaraq bir ailə kimi yaşamışlar. Nikah pozulduqdan sonra ilk 5 ay ərzində iddiaçı cavabdehin X16 hesabına hər ay 100 manat aliment üçün kəsilmiş pulu ödəmiş, lakin 2014-cü ilin noyabr ayından birgə yaşadıqlarından alimentin ödənişini dayandırmışdır. Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesi sakinləri X13, X8 və X12 tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan müəyyən olunur ki, İddiaçı həqiqətəndə 2010-cu il tarixdən Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Zəngəzur şossesində yerləşən fərdi evdə 2010-cu il tarixdən ailəsi birlikdə yaşamış, qeyd olunan ünvanda yerləşən fərdi ev İddiaçı şəxsi vəsait i hesabına tikilmiş və akta imza atan şəxslər buna şahid olmuşlar. İddia ərizəsinə əlavə olunmuş müxtəlif vaxtlarda çəkilmiş fotoşəkillərdən müəyyən olunur ki, iddiaçı qeyd olunan dövr ərzində ailəsi ilə birlikdə yaşamışdır. Həmçinin cavabdeh tərəfindən iddiaçıya ona məxsus olan avtomobili idarə etmək üçün iki dəfə notarius vasitəsilə etibarnamə verilmişdir. Yuxarıda qeyd olunan xüsusatlarla sübuta yetirir ki, tərəflər 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi birlikdə yaşamışlar. Tovuz rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının işlədiyi X7 göndərilmiş 277499/2022 saylı icra sənədinə əsasən, 6823 manat məbləğində aliment borcunun tutulması xahiş edilmişdir. İddiaçı hesab edir ki, nikahın pozulmasından sonra birgə yaşadıqları və birgə tə sərrüfat apardıqları dövr üçün alimentin tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, onlar 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi bir yerdə ailə kimi yaşamış və ailənin bütün ehtiyacları iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də iddiaçının 2009-cu il təvəllüdlü X1 üçün 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş olunur.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin qətnaməsi ilə tərəflərin nikahı pozulduqdan sonra İddiaçı bu günə kimi bir manat da aliment ödəməmişdir. İddia ərizəsində guya X16 hesaba aliment ödədiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Çünki belə b ir sübut yoxdur. İddiaçı ilə bu müddətdə bir yerdə yaşasalar da, iddiaçı heç vaxt ailəsinə baxmamış, uşağın xərclərində iştirak etməmiş, dəfələrlə iddiaçı cavabdehi döymüş, təhqir etmiş, ondan aliment tələb edəcəyi təqdirdə öldürəcəyi ilə hədələmişdir. İddiaçıdan qorxduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ödənilməli olan alimenti tələb etməmişdir. Hesab edir ki, alimenti məhkəmə icraçısı vasitəsi ilə tələb etməməsi alimentdən imtina etməsi anlamına gəlməməlidir. 2014-cü il tarixdən 2022-ci il tarixədək iddiaçı ailənin xərclərində iştirak etməmiş, bütün xərcləri cavabdeh özü çəkmiş, çətinliklə uşağına baxmışdır. Bundan başqa hesab edir ki, alimentdən azad olunmaq üçün hüquqi əsas da yoxdur. Aliment borcu iddiaçının xəstəliyi və ya digər səbəblərə görə əmələ gəlməmişdir. Ali ment borcu iddiaçının həmin borcu heç bir səbəb olmadan ödəməməsinə görə yaranmışdır. Bundan başqa, iddiaçının maddi durumu da ona imkan verib ki, bu müddətdə alimenti ödəyə bilsin. Belə ki, iddiaçı X6 böyük energetik vəzifəsində çalışır və aylıq əmək haqqısı 1881,60 manat təşkil edir. İddiaçının iddia ərizəsində Bakı şəhəri Binəqədi rayonu Zəngəzur şossesi sakinləri X13, X9 və X12 tərtib etdiyi xx.xx.2022ci il tarixli akta istinad edərək tərəflərin bir yerdə yaşadıqları və qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin iddiaçının hesabına tikildiyini göstərmişlər. Həmin aktın mötəbərliyi şübhə altındadır. Həmin şəxslər aktda göstərilənləri məhkəmədə şahid qismində ifadə verməklə təsdiqlədikdə, akt mötəbər sənəd kimi qəbul edilə bilər. Bundan əlavə, həmin şəxslər qonşu olmuş, onlar evdə baş verənləri bilə bilməzdilər. Onlar evin kimin vəsaiti hesabına tikildiyini və ya iddiaçının öz ailəsinə baxıb-baxmadığını, aliment ödəyib-ödəmədiyini bilə bilməzlər. Ona görə də iddiaçının aliment ödəməkdən azad olunmaq barədə iddiasının rədd olunmasına dair qətnamə çıxarılması xahiş olunur.
7. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib ərizədə göstərilənlərə uyğun izahat vermişdir.
8. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməmiş, iddiaya etirazında göstərilənlərə uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-1482/2023 nömrəli iş üzrə 3 may 2023-ci il tarixli qətnaməsi ilə ( hakim Səadət Səlimova ) iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün yaranmış aliment borcundan azad edilməsi, iddia ərizəsinin qalan hissədə rədd olunması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin 2014-cü ilin may ayında nikahları pozulsa da, elə həmin ilin noyabr ayında onların ailə nikah münasibətləri bərpa olunmuş və tərəflər həmin vaxtdan 2022-ci ilin avqust ayı da daxil olmaqla birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X4 ilə birlikdə bir evdə yaşamış, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşadığı evi tərk etmişdir. Cavabdeh 2014-cü ili n noyabr ayından 2022-ci ilin sentyabr ayına qədər iddiaçı ilə birlikdə yaşamasını, lakin, onların heç vaxt mehriban ailə münasibətlərinin olmadığını, iddiaçının övladına baxmadığını, iddiaçıdan qorxduğu üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ödənilməli olan alimenti tələb etmədiyini bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə biləcək hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra onlar övladları ilə birlikdə ailə şəklində yaşamış, birgə təsərrüfat aparmışlar. Tərəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra iddiaçının ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi məhkəməyə təqdim olunmuş tərəflərin birgə yaşadıqları evin kommunal xidmətlərinin onların hər ikisi tərəfindən aparılmasını təsdiq edən ödəniş qəbzləri, tərəflərin birlikdə, birgə nikahlarından olan uşaqla özlərinin, qohumlarının özəl günlərində, özlərinin istirahət etdikləri məkanlarda çəkdirdikləri fotoşəkillərlə, video çəkilişlərlə, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün iddiaçıya etibarnamələr verməsi ilə, birgə yaşadıqları səkkiz il müddətində cavabdehin alimentlə bağlı icra sənədinin icrasını tələb etməməsi ilə, Tovuz rayon İcra və probasiya şöbəsinə alimentin tutulması ilə bağlı icra sənədinin təkrarən xx.xx.2022-ci il tarixdə daxil olması ilə, təyin olunmuş alimentin artırılmasına dair cavabdehin məhkəməyə, yalnız 2022-ci ilin sentyabr ayından sonra müraciət etməsi ilə öz təsdiqini tapmışdır.
12. Məhkəməyə cava bdeh tərəfindən təqdim olunan səs yazıları ilə bağlı məhkəmə qeyd etmişdir ki, aparıldığı tarix məlum olmayan səs yazıları cavabdehin etirazında istinad olunan halları təsdiq edə biləcək mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz.
13. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddiaçının 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı da daxil olmaqla xx.xx.2009-cu il təvəllüdlü X3 münasibətdə valideynlik vəzifələrini icra etməklə yetkinlik yaşına çatmayanın maddi təminatını təmin etməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, qanunvericilik şəxsin aliment borcunun yaranmasının üzrlü səbəblərdən yaranma ehtimalını nəzərə alaraq özündə ehtiva etməklə bu halın aliment ödəməli olan şəxsin aliment borcundan tam və ya qismən az ad edilməsi üçün əsas hesab etdiyindən, cavabdeh etirazında istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, yaranmış aliment borcunu hesablamaq vəzifəsi həmin icra sənədini icra edən icra məmurunun vəzifəsi olduğundan iddia ərizəsi qismən təmin edilərək İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı da daxil olan dövr üçün yaranmış aliment borcundan azad edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 60, 71 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin ( bundan sonra Ailə Məcəlləsi) 6.1, 6.2, 106.1, 106.2, 106.3, 106.4, 106.5, 107.2 və 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların nikahı 2014-cü il tarixdə pozulduqdan sonra onların ailə münasibətləri bərpa edilməmişdir. Ailə münasibətlərinin bərpa edilməsi üçün onlar yenidən nikaha daxil olmali idilər. Onlar birgə yaşasalar da, iddiaçı ailəsinə baxmamış, onun xərclərində iştirak etməmiş və məhkəmə qətnaməsi üzrə ödəməli olduğu alimenti ödəməmişdir. Bundan başqa, onların hansısa ailə tədbirlərində birlikdə iştirak edib foto və video çəkdirmələri, onun iddiaçıya etibarnamə verməsi də onların möhkəm ailə münasibətlərində olduğunu təsdiq edən sübut deyildir və iddiaçının aliment öhdəliyindən azad olunması üçün əsas deyildir. Onun alimenti tələb etməməsi ilə bağlı isə bildirilir ki, bu onun hüququdur və alimenti nə vaxt tələb edib-etməməkdə sərbəstdir. Bu icra məmurunun vəzifəsidir və icra məmuru tələbkarın icra işi ilə maraqlanıb-maraqlanmamasından asılı olmayaraq öz vəzifələrini icra etməli və alimentin alınması üçün tədbirlər görməli idi. İcra məmurunun öz vəzifələrini icra etməməsi alimentdən azad olunmaya gətirib çıxarmamalıdır. Onu da əlavə edir ki, o, alimentdən imtina etməklə bağlı icra məmuruna müraciət etməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5937/2023 nömrəli mülki iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün 6823 (altı min səkkiz yüz iyirmi üç) manat aliment borcundan azad olunması qət edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aliment borcunun silinməsi barədə düzgün nəticəyə gəlsə də, silinməli olan məbləği aylar üzrə silinməsini müəyyən etməklə yanlışlığa yol ve rmiş və nəticə etibarı ilə iddiadan kənara çıxmışdır. Belə ki, iddiaçı öz iddia tələbində 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi 6823 manat məbləğində aliment borcundan azad olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir. Silinməli olan aliment borcunu aylar üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin sentyabr ayına kimi hesabladıqda isə daha çox məbləğ müəyyən olunur. Mülki prosessual məcəlləyə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi həcmində iddia təmin olunaraq iddiaçı 6823 manat məbləğində aliment borcundan azad olunmalıdır.
19. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yuxarıda da göstərildiyi kimi tə rəflərin ailə nikah münasibətləri bərpa olunduqdan sonra iddiaçının ailəsinin qayğısına qalması, valideynlik vəzifələrini icra etməsi məhkəməyə təqdim olunmuş tərəflərin birgə yaşadıqları evin kommunal xidmətlərinin onların hər ikisi tərəfindən aparılmasını təsdiq edən ödəniş qəbzləri, tərəflərin birlikdə, birgə nikahlarından olan uşaqla özlərinin, qohumlarının özəl günlərində, özlərinin istirahət etdikləri məkanlarda çəkdirdikləri fotoşəkillərlə, video çəkilişlərlə, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitələrinin idarə edilməsi üçün iddiaçıya etibarnamələr verməsi onların birgə təssərüfat aparmalarını təsdiq edən kifayət qədər əsaslı sübutlardır. Bunların əksini təsdiq edəcək hər hansı bir sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir.
20. Bundan başqa cavabdeh icra və probasiya şöbəs inə müraciət etmək onun hüququnun olması, icra məmuru onun müraciətindən asılı olmayaraq icra vərəqəsinin icrasını təmin etməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş üzrə cavabdeh iddiaçı ilə birlikdə yaşadığından və birgə təsərrüfat apardıqlarından o, aliment ödənilməsində maraqlı olmamışdır. Buna görə də, o, icra və probasiya şöbəsinə aliment borcunun ödənilməsi ilə bağlı müraciət etməmiş, o, yalnız iddiaçı ilə münasibətləri pozulduqdan sonra xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İcra və probasiya şöbəsi tərəfindən icra vərəqəsinin icra olunmaması səbəbi isə icra vərəqəsinin naməlum səbəbdən şöbənin icraatında aşkar edilməməsi olmuşdur.
21. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 106.1, 106.2, 106.3, 106.4, 106.5, 107.2 və 112.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın qismən, “İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Tovuz Rayon Məhkəməsinin 2(62)-851/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə 2014-cü ilin noyabr ayından 2022-ci ilin avqust ayı daxil olmaqla olan dövr üçün 6823 (altı min səkkiz yüz iyirmi üç) manat aliment borcundan azad edilməsi” hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunmuşdur ki, məhkəmə tərəfindən maddi hüquq normasının tələbi pozulmuş, iddiaçının ailə və ya maddi vəziyyətində heç bir dəyişiklik olmadığı təqdirdə ata alimentdən azad edilmişdir.
24. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Ailə Məcəlləsinin tələblərinə əsasən alimentdən azad olunmaq üçün iddiaçının xəstəliyi və ya digər üzürlü səbəb olmalı idi. Hazırki vəziyyətdə bu halları n heç biri yoxdur. Ona görə də iddiaçı aliment ödəməkdən azad edilə bilməzdi.
25. Cavabdeh şikayətini Ailə Məcəlləsinin 107.2 və 112.1-ci, Mülki Prosesual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
27. Maddə 106.3. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir.
28. Maddə 106.1. İcra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş əsasında onların təqdim edilməsindən əvvəlki dövrə görə aliment 3 illik müddət həddində tutula bilər.
29. Maddə 106.2. Al iment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər.
30. Maddə 106.4. Bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflə rdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.
31. Maddə 106.5 İcra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
32. Maddə 107.2 Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.
33. Maddə 112.1 Aliment ödənilməsi barə də saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhk əməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Cavabdehin kassasiya şikayətlərinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətlərində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən ta m, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı mad dələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı iş ə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5937/2023 nömrəli iş üzrə 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.