Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6770/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli, 2(107)1969/2019 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli, 2(075)-627/2019 saylı qətnaməsi (hakim E.Mehdiyev) ilə iddia tələbi qismən təmin edilərək, 29 aprel 2 015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədi ilə cavabdeh X6 verilməsi üçün İddiaçı tutulmalı olan 2200 manat aliment borcunun ləğv edilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 30 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər A.A.Mahmudov, E.Ş.Hüseynov və V.İ.Məlikov) 12.06.2019-cu il tarixli, 2(107)-1969/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Cavabde hnə, (X8 3-cü şəxs olmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 aprel 2015-ci il təvəllüdlü X9 və 07 fevral 2017-ci il təvəllüdlü X1 üçün ondan tutulması üçün hesablanmış 4400 manat aliment borcunun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X8 ilə Şəki Rayon Qeydiyyat Şöbəsində 18 aprel 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahdan birgə yaşadıqları dövrdə, yəni 29 aprel 2015-ci il tarixdə İsmayıl adlı uşaqları anadan olmuşdur. O, cavabdeh X8 ilə ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan aralarında olan səmimi ailə münasibətləri pisləşmiş və faktiki olaraq ayrılmışlar. Ayrıldıqları vaxt İsmayıl onun yanında qalmışdır. Lakin, ayrıldıqdan sonra onların 07 fevral 2017-ci il tarixdə Cahandar adlı uşaqları olmuşdur. Bundan sonra o, cavabdeh X6 qarşı məhkəməfə nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Şəki Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 2 (075)-100/2018 saylı qətnaməsinə əsasən onunla cavabdeh X8 arasında 18 aprel 2013-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində bağlanmış 79 saylı nikah pozulmuş, birgə nikahdan olan uşaqlarından-29 aprel 2015-ci il təvəllüdlü X9 onun, 07 fevral 2017-ci il təvəllüdlü X7 isə anası X4 yanında saxlanılmışdır. Həmin qətnamədən cavabdeh X8 apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qism ən təmin edilmiş, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 09 fevral 2018-ci il tаrixli qətnaməsi qismən, yəni iddianın 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 onun yanında qalması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiа tərəflərin birgə nikаhındаn 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 cavabdeh X6 verilməsi hissəsində təmin edilmiş, birgə nikаhlarından 29 aprel 2015-ci il tarixdə anadan olmuş X9 cavabdeh X4 yanında sаxlаnılmış, 29 aprel 2015-ci il təvəllüdlü X9 və 07 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin alınaraq X6 verilməsi və alimentin tutulmasının əvvəlinin 01 mart 2017-ci il tarixdən hesablanması və alimentin tutulması hissəsində m əhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)1166/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verilsə də, kassasiya şikayəti təmin edilməmişdir. 29 aprel 2015-ci il tarixdə anadan olmuş X9 hazırda da onun yanındadır. Lakin, 23 yanvar 2019-cu il tarixədək Cavabdeh tərəfindən ona 4400 manat aliment borcu hesablamışdır. O, cavabdehin himayəsində olan uşağına könüllü olaraq aliment ödəyir. Lakin, cavabdeh himayəsində olmayan uşağı üçün ondan əsassız olaraq aliment tələb edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının hüquq və azadlıqlarını pozmuş, onun valideyin olaraq uşağın qayğısına qalmaq, onun tələbatlarının ödənilməsini təmin etmək imkanından məhrum etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün AR MPM-nin 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 12.06.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Şəki Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsini ləğv edib, iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Şəki Apellyasi ya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli icra sənədinə əsasən, cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 09 fevral 2018-ci il tаrixli qətnaməsi qismən, yəni iddianın 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiа tərəflərin birgə nikаhındаn 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 cavabdeh X6 verilməsi hissəsində təmin edilmiş, birgə nikаhındаn 29 aprel 2015-ci il tarixdə anadan olmuş X9 cavabdeh X4 yanında sаxlаnılmış, 29 aprel 2015-ci il təvəllüdlü X9 və 07 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbl əğində alimentin alınaraq X6 verilməsi və alimentin tutulmasının əvvəlinin 01 mart 2017-ci il tarixdən hesablanması və alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 2 (107)-1166/2018 nömrəli qərardadından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsinin izah edilməsi barədə X4 ərizəsi təmin edilməmişdir. Həmçinin, həmin qərardadın məzmununda İddiaçı uşağının onda qaldığı müddət ərzində yığılmış borcun ödənməməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2 (102)6968/2018 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 05 i yun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Şəki şəhər İHB-nin Olimpiya məhəllə nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2019-cu il tarixli, 38 nömrəli arayışda göstərilmişdir ki, X9 2017-ci ilin fevral ayından ünvan 1 ünvanında yaşayan İddiaçı himayəsindədir. Cavabdeh tərəfindən verilmiş 23 yanvar 2019-cu il tarixli, 1543/11 nömrəli arayışda göstərilmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)- 1166/2018 saylı, 05.06.2018-ci il tarixli 21.11.2018-ci il tarixdə Cavabdeh icraatına daxil olmuş icra sənədinə əsasən 29.04.2015-ci il təvəllüdlü X9 və 07.02.2017-ci il təvə llüdlü X5 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün 01.03.2017-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment borclu İddiaçı Siyahbər oğlundan alınaraq tələbkar X6 verilməlidir. İcra sənədi üzrə borclu İddiaçı Siyahbər oğlu tərəfindən tələbkar X6 1100 manat aliment pulu ödənilmiş və hal-hazırda 3300 manat aliment borcu qalmaqdadır. Apellyasiya baxışı mərhələsində Cavabdeh tərəfindən təqdim edilmiş 10 iyun 2019cu il tarixli, 8419/11 nömrəli məktubun məzmunundan müəyyən edildi ki, icra mərhələsində uşağın alınıb-verilməsi mümkün olmamışdır. Bundan sonra borclu 10.12.2019-cu il tarixdə Şəki rayonu İcra və Probasiya şöbəsinə gəlmişdir. İcra orqanı tərəfindən icra sənədinin məcburi icrası barədə borclu ilə söhbətlər aparılmış, məhkə mə qərarı ilə təyin edilmiş aliment pulunun hər ay tələbkara ödənilməsinin vacibliyi, bunla bağlı onun məsuliyyəti izah edilmiş və izahat alınmışdır. Arayışda sonda icra sənədinin icrası istiqamətində zəruri icra tədbirlərinin davam etdirilməsi bildirilmişdir. Apellyasiya baxışı zamanı Ramilə Süleymanova məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə nikahı pozulduqdan sonra oğlu Süleymanov İsmayıl onun yanında qalmışdır. Faktiki ayrı yaşadıqları dövrdə İddiaçı uşaqla görüşünə maneə yaratmamışdır. Bundan istifadə edən iddiaçı 04.02.2017-ci il tarixdə İsmayılı Bakıda yaşadığı ünvandan götürərək ondan xəbərsiz Şəki şəhərinə gətirmişdir. Məhkəmə qətnaməsinə əsasən uşağın ona verilməsinə baxmayaraq iddiaçı uşağı ona vermir və iradəsi ziddinə özündə saxlayır. Bu isə onu aliment öd əməkdən azad etmir. Bir ana kimi məqsədi alimenti yığaraq uşağın gələcək təhsilinə, maddi və mənəvi inkişafına sərf etməkdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 78.1-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olm adığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan son ra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericili ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə apellyasiya instanisyası məhkəməsi müəyyən etmişdir ki, Şəki Apellyasiya Məhkəməsi nin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilmiş, iş üzrə Şəki Rаyоn Məhkəməsinin 09 fevral 2018-ci il tаrixli qətnaməsi qismən, yəni iddianın 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 İddiaçı yanında qalması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiа tərəflərin birgə nikаhındаn 29 aprel 2015-ci il tarixdə anadan olmuş X3 cavabdeh X6 verilməsi hissəsində təmin edilmiş, birgə nikаhındаn 29 aprel 2015-ci il tarixdə anadan olmuş X9 cavabdeh X4 yanında sаxlаnılmış, 29 aprel 2015-ci il təvəllüdlü X9 və 07 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay hər uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimen tin alınaraq X6 verilməsi və alimentin tutulmasının əvvəlinin 01 mart 2017-ci il tarixdən hesablanması və alimentin tutulması hissəsində məhkəmə qətnaməsinin dərhal icraya yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2 (102)-6968/2018 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2 (107)-1166/2018 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara istinadən haqlı olaraq qeyd etmişdir ki, nə qədər ki, hazırki vəziyyətdə uşağın anaya (iddiaçı Ramilə Süleymanovaya) verilməsi, ananın yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin ödənilməsinə dair preyudisial qüvvəyə malik olan məhkəmə qərarları mövcuddur və iddiaçı könüllü olaraq icrası məcburi olan məhkəmə qərarını icra etməli olduğu halda bunu etməmişdir o, aliment ödəmək öhdəliyindən azad edilmir. Çünki 29.04.2015-ci il təvəllüdlü İsmayıl Süleymanovun faktiki olaraq atasının (iddiaçının) yanında qalması heç bir hüququ əsasa söykənmədən, yalnız evlər üçlüyünün arayışına əsasən sübuta yetirilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar, həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut olunmur. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdir ki, 2015-ci il təvəllüdlü İsmayıl Süleymanov heç də tərəflərin könüllü razılığı əsasında deyil, məhz iddiaçının özünün xarakteri və hərəkətləri nəticəsində Ramilə Süleymanovanın iradəsinə zidd olaraq özünün yanında saxlanılmışdır Apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə ünvanlanmış teleqramdan göründüyü kimi R.Süleymanova uşağın ona qaytarılmasında israrlıdır. Apellyasiya instanisyası məhkəməsi iddiaçının səsləndirdiyi “icra məmurları tərəfindən ona heç bir bildirişin verilməməsi, xəbərdarlıq olunmaması” fikrinə də tənqidi yanaşaraq qeyd etmişdir ki, Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış sənədlərdən görünür ki, mövcud məhkəmə qərarı üzrə 21.11.2018-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, borcluya “tələbin könüllü icrası haqqında” bildiriş təqdim edilmişdir. Bildiriş İddiaçı tərəfindən şəxsən qəbul edilərək imzalanmışdır. Hansı ki, iddiaçı israrlı şəki ldə məhkəmə iclasında ona heç bir bildiriş təqdim olunmadığını bildiridi. Bundan sonra 10.01.2019-cu il tarixdə sonuncuya “Xəbərdarlıq” olunaraq yaşadığı ünvana rəsmi (xəbərnaməli) poçt vasitəsilə göndərilmişdir. Məhkəmə kollegiyası haqqlı olaraq qeyd etmişdir ki, Ramilə Süleymanovanın “qətnaməyə izah verilməsinə” dair ərizəsinin təmin edilməməsi, heç də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını istisna etmir, çünki uşağın ananın yanında saxlanılması özü-özlüyndə həmin uşağın anaya verilməsini ehtiva edir. Lakin iddiaçı bütün bu kimi hallardan sui-istifadə edərək 2015-ci il təvəllüdlü İsmayılı anasına verməkdən yayınmaqla, süni şəkildə aliment ödəmkdən yayınmışdır. Belə olan təqdirdə iddiaçının məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməsi təkzib olunmazdır. Kassasiya ko llegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası qeyd edir ki, qanuni qüvvəsini almış və icrası məcburi olan məhkəmə qərarı ilə müəyyən edilərək hesablanmış aliment borcunun silinməsi halları Ailə Məcəlləsinin 107.2-ci maddəsi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Göründüyü kimi, aliment borcunun silinməsi şərti kimi şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyi hallar müəyyən edilmişdir. Lakin ididaçının istinad etdiyi hal bu əsaslara aid olmamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.06.2019-cu il tarixli, 2(107)-1969/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6770/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6770/2019
23.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver