Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6771/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı QSC-nin vəkili ***nun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli, 2(107)521/2019 nömrəli qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia qaldıraraq cavabdehlərdən müştərək qaydada İddiaç ı QSC-nin xeyrinə 15 dekabr 2014-cü il tarixli 026R********** nömrəli kredit müqaviləsi üzrə 1888,21 ABŞ dolları əsas borc, 7438,95 ABŞ dolları faiz borcu və 22.044,89 ABŞ dolları cərimə olmaqla, cəmi 48.370,05 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Z.Quliyev) 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 15 dekabr 2014-cü il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən, əsas borca görə 18.886 (on səkkiz min səkkiz yüz səksən altı) ABŞ dolları 21 (iyirmi bir) sent məbləğində pulun ödəniş anında ö dəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi,15 dekabr 2014-cü il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən, 7.438 (yeddi min dörd yüz otuz səkkiz) ABŞ dolları 95 (doxsan beş) sent faiz, 1000 (bir min) ABŞ dolları cərimə olmaqla, cəmi 8.438 (səkkiz min dörd yüz otuz səkkiz) ABŞ dolları 95 (doxsan beş) sentinödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 məxsus***də olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 mər təbəli, 3 otaqlı, yaşayış sahəsi 48 m2, yardımçı sahəsi 81,1 m2, ümumi sahəsi 129,1 m2 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 40.000 (qırx min) manat məbləğində müəyyən edilməklə, açıq hərracdan satılması, satıldıqdan sonra 1 ay ərzində torpaq sahəsi və fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 27.325 (iyirmi yeddi min üç yüz iyirmi beş) ABŞ dolları 16 (on altı) sentinödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının, həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 (iyirmi) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manatının iddiaçıya aid edilməsi, 20 (iyirmi) manatın müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Əliyev, A.M.Eyvazov və İ.H.Şükürov) 29.05.2019-cu il tarixli, 2(107)-521/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 və iddiaçının apellyasiya şikayətləri təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılmışdır. Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin vəkili *** kassasiya şikayətinə etiraz edərək, onun rədd, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. C avabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli 26L000000516 nömrəli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 aymüddətə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır (1.1 və 1.2-ci bəndlər). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli 026R********** nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,8333 % hesablanmaqla 36 aylıq müddətə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir (1.1-ci bənd). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kre dit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26 mart 2015-ci il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir (26.03.2015-ci il tarixli saziş). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17 avqust 2015-ci il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir (17.08.2015-ci il tarixli saziş). Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər ( 30 noyabr 2011-ci il tarixli və 14 dekabr 2012-ci il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndi). Cavabdeh2 və Cavabdeh4 15 dekabr 2014-cü il tarixli kredit razılaşmasına dair ödəniş planı ilə tanış olmuş və razılıqlarını bildirmişlər (15.12.2014-cü il tarixli ödəniş planı). İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli 26M000000157 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olub bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı həmin müqavilənin 1.1-ci bəndində göstərilən öhdəliyin təminatı kimi ipotekaya qoymuşdur (müqavilənin 1.1-ci bəndi). İpotekanın predmeti***də xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evidir (2.1-ci bənd). İpoteka pr edmetinin qiyməti 16.514,40 manat məbləğində qiymətləndirilmişdir (2.4-cü bənd). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı ******* nömrəli çıxarışa əsasən***də olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat tarixi 16.11.2011). Daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 məxsus***də yerləşən 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir (qeydiyyat tarixi 30.11.2017). İddiaçı QSC Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı əra zi idarəsinə 13.07.2017-cı il tarixli ərizə ünvanlayaraq***də xüsusi mülkiyyətdə olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmiş, bildiriş bank tərəfindən 03.07.2017-ci ildə ipoteka qoyan Cavabdeh2 göndərilmiş və bildiriş 10.07.2017ci ildə Cavabdeh1 tərəfindən alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından görünür ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus***də olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş 18.07.2017-cı ildə qeydə alınmışdır. Cavabdeh1 15 dekabr 2014-cü il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə götürdü yü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 18.886,21 ABŞ dolları əsas, 7.438,95 ABŞ dolları faiz, 22.044,89 ABŞ dolları cərimə olmaqla, cəmi 48.370,05 ABŞ dolları borcu yaranmışdır. (21.08.2017-ci il tarixli maliyyə arayışı). “xxxx” MMC tərəfindən verilmiş 16.03.2018-ci il tarixli rəyə əsasən Cavabdeh2 mülkiyyətində olan ipoteka predmeti olan fərdi yaşayış evinin 16.03.2018-ci il tarixinə bazar qiyməti 40.000 manat təşkil edir. 28.08.2017-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş 14.07.2017-ci il tarixli bildirişə əsasən ipoteka predmeti olan daşın maz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlak Elektron Xidmətlər Portalından verilmiş 14.07.2017-ci il tarixli təsdiqetmə bildirişinə əsasən 20 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, İddiaçı QSC-nin Göyçay filialı ilə Cavabdeh1 arasında 30 noyabr 2011-ci ildə kredit razılaşması əsasında uzunmüddətli kredit müqaviləsi bağlanmış, bank tərəfindən Cavabdeh1 120 ay müddətə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, iddiaçı tərəfindən Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 aylıq 1,8333 % hesablanmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26 mart 2015-ci il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmiş, tərəflər arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17 avqust 2015-ci il tarixli sazişə əsasən ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmiş, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 əsas borclu Əliağa Məmədov kredit xətti müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüş, Cav abdeh2 və Cavabdeh4 15 dekabr 2014-cü il tarixli kredit razılaşmasına dair ödəniş planı ilə tanış olmuş və razılıqlarını bildirmiş, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus***də olan 0,05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini Cavabdeh1la iddiaçı arasında yaranmış öhdəliyin təminatı kimi ipotekaya qoymuş, ipotekanın predmetinin qiyməti 16.514,40 manat məbləğində qiymətləndirilmişdir. Lakin Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi nəticəsində bank qarşısında 18.886,21 ABŞ dolları əsas, 7.438,95 ABŞ dolları faiz, 22.044,89 ABŞ dolları cərimə olmaqla, cəmi 48.370,05 ABŞ dolları borcu yaranmışdır. Birinciinstansiyaməhkəməsitərəfin dənipotekapredmetiolanevinqiymətləndirilməsiapar ılmış və “xxxx” MMCtərəfindənverilmiş 16.03.2018-ciiltarixlirəyə əsasənolanipotekapredmetiolanfərdiyaşayış evinin 16.03.2018-ciiltarixinə bazarqiyməti 40.000 manatmüəyyənedilmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir (Mad. 14.2.1). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc al an) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır (Mad. 739). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (Mad. 741). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mad. 386.1). Görünüdüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsi iddia tələb i üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclu alınan borc məbləğini 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM-in 385.1-ci mad.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edil ə bilər (MM-in 421.2-ci mad.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (MM-in 425.1-ci mad.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (MM-in 442-ci mad.). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (MM-in 448.1-ci mad.). Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitinməbləğindənfaizlər ödənilməlidir (MM-in 449.1-ci mad.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (MM-in 465.2-ci mad.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (MM-in 467-ci mad.). Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci mad.). Göründüyü kimi, cavabdeh öz mənafeyini gerçəkləşdirmək üçün iddiaçı ilə kredit müqaviləsini ümumi razılaşma əsasında bağlamış, bu zaman heç kim cavabdehi bu müqaviləni imzalamağa məcbur etməmişdir. O, könüllü olaraq üzərinə götürmüşdür ki, aldığı pulu kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlində müəyyən edilmiş qaydada və vaxtda qaytaracaqdır. Kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Lakin cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 15 dekabr 2014cü il tarixli 026R********** nömrəli kredit razılaşması üzrə 18.886 ABŞ dolları 21 sent əsas, 7.438 ABŞ dolları 95 sent faiz, 22.044 ABŞ dolları 89 sent cərimə olmaqla, cəmi 48.370 ABŞ dolları 05 sent borcu yaranmışdır. “İpoteka haqqında” Azərbayca n Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. MM-in 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əs assızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.05.2019-cu il tarixli, 2(107)-521/2019 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6771/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6771/2019
23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver