Məhkəmə qərarları › İş №2(102)-6782/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6782/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6782/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi, 3-cü şəxs X.X1 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-nə və “xxxx” MMC-nə qarşı “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın yenidən qiymətləndirilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 0.06.2019-cu il tarixli 2(103)-6056/2019 nömrəli qətnaməsindən 3-cü şəxs X3 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nə və “xxxx” MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 53 saylı mənzilə dair Cavabdeh1 MMC-nin 24.08.2016-cı il tarixli ƏEM/A-287/16 saylı mütəxəssis rəyinin etibarsız hesab edilməsi, həmin rəy əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokolun və eyni tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, mənzilin hərracda satış qiymətinin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 15 fevral 2019-cu il tarixli 2(005)-365/19 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov - sədrlik edən və məruzəçi, X.Mərdanova, F.Babayev) 20 iyun 2019-cu il tarixli 2(103)-6056/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)365/2019 saylı iş üzrə 15 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MMC-nin ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə dair ƏEM/A 30287/16 saylı 24 avqust 2016-cı il tarixli rəyinin etibarsız hesab edilməsi, həmin rəy əsasında “xxxx” MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokol və eyni tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, 200 manat eksper tiza xərclərinin Cavabdeh1 MMC-nə aid edilməsi qət edilmişdir. 3-cü şəxs X4 və vəkili Vəkil2 kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(103)-6056/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və məhkəmə qərəzli mövqe tutmuşdur. Belə ki, iş üzrə İddiaçı ilə X2arasında 04.06.2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən ona 30.000 (otuz min) manat borc pul verilmişdir. İpoteka müqaviləsinə əsasən iddiaçı is ə özünə məxsus evi girov qoymuş, tərəflərin razılığı ilə mənzil 35.000 (otuz beş min) manata dəyərləndirilmişdir. Evin qiyməti çox olmuş olsaydı iddiaçı müqavilədə böyük məbləğ göstərmiş olardı. Əqli cəhətdən sağlam insan idi. O, pulu aldıqdan və müqavilə bağlandıqdan sonra Azərbaycanda olmayıb. İndi onun təxminən 83-84 yaşı olar. Uzun müddətdir ki, onun barəsində heç bir məlumat yoxdur. Bəlkə də həyatda yoxdur. Onun tərəfindən etibarnamənin verilməsi də şübhəlidir. İş materiallarında olan etibarnamələr kserosurətdir. Ştamp, möhür yoxdur. Həmin etibarnamə ilə 3-4 dəfə X2qarşı iddia qaldırılıb. Hazırki şəraitdə ilk növbədə onun sağ olub-olmaması müəyyən edilməli, etibarnamənin qanuni olub-olmaması dəqiqləşdirilməlidir. X2tərəfindən ipoteka müqaviləsinin müddəti başa çatdıqdan sonra pul tə ləbi ilə bağlı iddia qaldırılmış və iddia tələbinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilmişdir. İddiaçı nümayəndəsi ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış, lakin həmin iddia təmin edilməmişdir. Pul tələbinə dair X.X1 iddia tələbi təmin edildikdən sonra mənzil hərraca çıxarılaraq qiymətləndirilmişdir. Hərracın keçirilməsindən sonra ipoteka müqaviləsinə əsasən girov qoyulmuş mənzil X.X1 adına sənədləşdirilmişdir. Mübahisəli mənzil dəfələrlə qiymətləndirmə predmeti olmuşdur. Həm hərrac keçirilərkən, həm də məhkəmə prosesləri keçirilərkən qiymətləndirmələr olmuşdur. İddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə rəyində isə qiymət həddindən artıq şişirdilib. Məhkəmə qiymətlər arasındakı fərqə istinadən Cavabdeh1 MMC-nin rəyini və hərracın nəticəl ərini etibarsız hesab edib. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi tamamilə əsassızdır. Bakı Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən, bu günədək qanuni qüvvədə olan ipoteka müqaviləsini nəzərə almayıb. Həmin müqaviləyə hüquqi qiymət verməyiblər. Bakı Apellyasiya Məhkəməsi qətnamədə göstərir ki, guya hərrac keçirilərkən iddiaçı məlumatlandırılmayıb. Hərrac vaxtı onun ünvanına bildiriş göndərilib və qəzetdə də elan verilib. İddiaçının nümayəndəsi Səbail rayon Məhkəməsində hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır, lakin həmin iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi təkcə qiymətləndirməyə deyil, həm də hərracın nəticəsi hissəsinə münasibət bildirmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3 maddəsinin tələblərini kobu dcasına pozmuşdur. İddia tələbindən kənara çıxmasını isə əsaslandırılmayıb. İddiaçının nümayəndəsinin qiymətləndirmə ilə bağlı təqdim etdiyi rəylər də qiymətlər bir neçə dəfə şişirdilib. İddiaçı öz evinin dəyərini bilmiş və bu səbəbdən ipoteka müqaviləsinə imza etməklə 30.000 min manat pulu alaraq ölkəni tərk etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: 3-cü şəxs X.X1 vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclas ına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdi r. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin faktiki halları ondan ibarətdir ki, X1 İddiaçı qarşı iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2017-ci il tarixli qətnaməsi ilə təmin olunaraq İddiaçı 30000 manat pulun Xaqani X1 xeyrinə tutulması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, onun icrasının təmin edilməsi məqsədilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilin üzərinə həbs qoyulmuş, mənzil icra məmurunun sifarişi əsasında Cavabdeh1 MMC tərəfindən 24.08.2016-cı il tarixli rəylə 31.000 manat məbləğində qiymətləndirilmiş və hərracın yekunları barədə 14.12.2016-cı il tarixli müqaviləyə əsasən həmin qiymə tə XXX satılmışdır. İddiaçı, Cavabdeh1 MMC tərəfindən mənzilin real qiymətindən daha aşağı qiymətlə qiymətləndirildiyinə əsaslanaraq qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi, həmçinin həmin rəy əsasında aparılmış hərracın nəticələri haqqında protokol və alqı-satqı müqaviləsinin ləğv edilməsini, mənzilin hərracda satış qiymətinin müəyyən edilməsi barədə tələblər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı hərracın keçirilməsi barədə ümumiyyətlə məlumatlandırılmamış, hərracın keçirilməsi barədə elan verilməmiş, hərrac barədə bildirişlərin göndərilməsi və elanların dərc olunması qaydalarına əməl edilməyərək əmlak tələbkara verilmişdir. İddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarılmışdır. Apellyasiya instansiyası məhkəmə sinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5, 415.2, 416, “İcra haqqında” Qanunun 51.1, 61.1, 61.2, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 8-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi qənaət ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərrac və onun nəticələri etibarsız hesab edilməli, əmlakın yenidən hərraca çıxarılması təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri aşağıda qeyd edilən maddi və prossesual qanunvericiliyin normalarına uyğun olmadığından əsaslı və qanuni sayıla bilməz. İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini imzalayan nümayəndənin səlahiyyətli olub-olmaması, onun tərəfindən iddia ərizəsini imzalamağa əsas verən etibarnamənin qanuniliyi məhkəmələr tərəfindən yoxlanılmamışdır. Belə ki, işin 5-6-cı vərəqində olan etibarnamə Almaniyada verilsə də, etibarnamənin özü Azərbaycan dilində tərtib edilmiş, həmin etibarnaməyə əlavə edilmiş təsdiqetmə haqqında sənədin isə alman dilindən tərcüməsi iş materiallarında olmadığından notariusun etibarnaməni, yoxsa sənəddəki imzanı təsdiq etməsini müəyyən etmək mümkün deyildir. Həmçinin etibarnamədə onun verildiyi tarix göstərilməmişdir. Mülki Prossesual Məcəllənin 149.1-ci maddəsinin iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 73.1-ci maddəsi nə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicəprofilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Mülki Məcəllənin 363.1-cü maddəsinə əsasən bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. Məhkəmə kolle giyası hesab edir ki, göstərilən normaların tələblərinə məhkəmələr tərəfindən riayət edilməmiş, iddia ərizəsinin qanuni əsasla verilməsi məsələsi yoxlanılmadan həmin iddiaya mahiyyəti üzrə baxılmışdır. Bu hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə qeyd edir ki, iddiaçının yaşını (1937-ci il təvəllüdlü olmasını), Azərbaycan Respublikası ərazisində yaşamadığını nəzərə alaraq, şəxsin Azərbaycan Respublikası ərazisini nə vaxt tərk etməsi, məhkəmə mübahisələri gedən dövrdə respublikaya gəlib-gəlməməsini araşdıraraq iddia ərizəsinin onun iradəsinə uyğun verilib-verilmədiyini müəyyən etməlidir. İkinci, iddiaçı iddia ərizəsində və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında əmlaka qoyulmuş qiymətin aşağı olmasını mübahisələndirərək, yalnız bu əsasla keçirilmiş hərr acın ləğv edilməsini xahiş etmiş olsa da, apellyasiya instansiya məhkəməsi qətnaməsində iddianın faktiki əsası kimi həm də hərracın qanun pozuntuları ilə keçirildiyinə istinad edildiyini göstərmiş, iddiaçının hərracın keçirilməsi barədə məlumatlandırılmaması, onun hərrac barədə bildirişləri almaması, hərracın onun məlumatı olmadan keçirilməsi qənaətinə gəlmişdir. Halbuki iddiaçı hərrac barədə bildirişləri almaması, hərracdan məlumatı olmadığını iddianın faktiki əsası kimi göstərməmiş, bu barədə məhkəmə iclaslarında verilən izahatlarda heç bir şey qeyd edilməmişdir. Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Üçüncü, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası MM-nin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı hərracın və hər racda bağlanmış müqavilənin etibarsızlığını deyil, ləğvini tələb etmiş və ləğvin əsaslarını iddia ərizəsində göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi isə qətnamənin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası MM-nin 416-cı maddəyə istinad edərək, iddiaçıya məxsus əmlak real dəyərindən çox aşağı qiymətlə hərraca çıxarıldığından, habelə hərracın keçirilməsi qaydaları pozulduğundan hərrac və onun nəticələrinin etibarsız hesab edilməli olduğu və əmlakın yenidən hərraca çıxarılmasının təmin olunmalı olduğu qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində hərracın nəticələri haqqında 14 dekabr 2016-cı il tarixli №Y-607 saylı Protokol və eyni tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını qət etmişdir. Bu isə qətnamənin nəticə hissəsinin qətnamənin əsaslandırıcı hissəsinə uyğun gəl mədiyini deməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi ilə, onun ləğv edilməsi ayrı-ayrı hüquqi anlayışlardır və onların hüquqi nəticələri də fərqlidir. Həmçinin müqavilənin ləğvini qanunla müəyyən edilmiş hallarda yalnız müqavilə tərəflərindən biri tələb edə bilər. Hazırki iş üzrə iddiaçı isə hərracda bağlanmış alqı-satqı müqaviləsinin tərəfi olmadığından onun bu müqavilənin ləğvini tələb etmək hüququ yoxdur. Belə ki, Mülki Məcəllənin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Dördüncü, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Alqı-satqı müqaviləsinin ləğvi tələbi birbaşa həmin müqavilənin tərəfi olan alıcı X2 yönəlmiş olsa da, həmin şəxs iddia ərizəsində cavabdeh kimi göstərilməmiş, birinci instansiya məhkəməsi tərəfindən işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmiş, məhkəmə tərəfindən iddiaçıya həmin şəxsin cavabdeh k imi iddiada göstərilməsi təklif edilməmişdir. İşdə 3-cü şəxsin prossesual hüquqları cavabdehin prossesual hüququndan fərqli olduğundan məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyət Mülki Prossesual Məcəlləsi-nin 9.1-ci maddəsində əks edilmiş ədalət mühakiməsinin tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsipinə zidd olmuşdur. Beşinci, iddiaçı iddia ərizəsində mənzilin hərracda satış qiymətinin müəyyənləşdirilməsi barədə tələb irəli sürsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən bu tələbə ümumiyyətlə qətnamədə qiymət verilməmiş, qətnamənin nəticə hissəsində həmin tələbin təmin və ya rədd edildiyi qeyd edilməmiş, bununla isə məhkəmə MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Altıncı, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı tərəfindən göstərilən əqdlərin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 1 illik iddia müddətinin buraxıldığı nəticəsinə gəlmiş, işdə 3-cü şəxs olan X.X1 nümayəndəsi iddia müddətinin mübahisəyə tətbiqi barədə ərizə vermiş, lakin apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini yoxlayarkən ümumiyyətlə bu məsələni müzakirə etməmiş və qətnaməsində iddianın qaldırılması üçün müddətin ötürülüb-ötürülməməsinə heç bir münasibət bildirməmişdir. Halbuki, apellyasiya məhkəməsinin sorğusuna əsasən alınıb surəti işə əlavə edilmiş icra işinin materiallarından görünür ki, borclu İddiaçı adından nümayəndəsi O.Orucovun Nəsimi rayon İcra Şöbəsinə icra tədbirləri ilə bağlı icraatın ona rəsmi qaydada təqdim edilməsinə dair yazdığı 18.05.2017-ci il tarixli ərizəsindən və həmin ərizədə 25.0 5.2017-ci il tarixdə yazılaraq imza edilmiş qeyddən görünür ki, o, icra işi ilə tanış olaraq lazımi sənədlərin surətlərini almışdır. (i.v.206), lakin “əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, hərracın nəticələri haqqında protokolun və alqı-satqı müqaviləsinin ləğv olunması, əmlakın yenidən qiymətləndirilməsi” tələblərinə dair iddia ərizəsi ilə 03.10.2018-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hüququnun pozulmasını bildiyi anı müəyyən edərək, hesabatın etibarsız hesab edilməsi və əqdlərin mümbahisələndirilməsi üçün iş üzrə iddia müddətinin (kəsici müddətin) buraxıbburaxmamasını müzakirə etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni, qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Sözügedən müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aid olduğu üçün bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2, 2.4-cü bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmu ş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «XXXşikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən çoxsaylı p rossesual pozuntularla qəbul edildiyindən və bu pozuntular düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, 3-cü şəxsin kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Az ərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X4 və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.06.2019-cu il tarixli 2(103)-6056/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar