Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6786/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-523/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsindən C avabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında sonuncuya 60 ay müddətinə 06 noyabr 2007-ci il tarixədək 70000 ABŞ dolları məbləğində kredit xətti açılmasına dair 06 noyabr 2007-ci il tarixli 03L000000276 №li kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 29.10.2010-cu il tarixli 276 saylı Sazişə əsasən bank ilə kredit alan arasında 06 noyabr 2007-ci il tarixdə 03L000000276 № li kredit xətti müqaviləsinin 1.1 və 1.2 bəndinə dəyişiklik və əlavələr edilməklə həmin 1.1 və 1.2 bəndi aşağıdakı redaksiyada yazılmışdır: 1.1-Bank bu müqavilə ilə mü əyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 150000 ABŞ dolları məbləğində kredit xətti müqaviləsi açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında veriləcəkdir. Bu müqavilə bankın kredit vermək vədinə ifadə etmir. 1.2-Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 157 ay müddətinə, 06 dekabr 2020-ci il tarixdən gec olmayaraq verilməlidir. 06 noyabr 2007-ci il tarixli 003R********** saylı kredit razılaşmasına əsasən 06 noyabr 2007-ci il tarixli 03L000000276 № li kredit xətti müqaviləsinə əsasən İddiaçı QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 faiz olmaqla 28720 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavə də göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.2). İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə X1 arasında 07 may 2014-cü il tarixdə 03S000021027 № li zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 (borclu) və (ipoteka qoyan) arasında 29 dekabr 2010-cu il tarixdə bağlanmış 03M000000938 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı QSC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 06 noyabr 2007-ci il tarixli 03L000000276 № li kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 özünə məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda xüsusi mülkiyyətdə olan, 4 nömrəli binanın 3-cü mərtəbəsində 51.9 kvadrat metr ümumi, 32,8 kvadrat metr yaşayış, 19.1 kvadr at metr yardımçı sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzili ipotekaya qoymuşdur (bənd 2.1). Bu müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka qoyulan əmlak tərəflərin razılığı ilə 25146,45 manat məbləğində qiymətləndirilmiş, ipotekanın yüklülüyü dövlət reyestrində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 13951,71 ABŞ Dolları məbləğində kredit borcu, 15716,65 ABŞ Dolları məbləğində faiz borcu və 14137,36 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə, cəmi 43805,72 ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məb ləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 43805,72 ABŞ Dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10-manat rüsum və 20 manat xidmət haqqının AccessBank QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 götürdüyü kredit borcundan 14768.29 ABŞ Dolları ödəmiş, onun 13951.71 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini i cra etməlidir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borclarını ödəməkdən yayınırlar. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Rəşad Qoşqarlı) 25 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi üzrə 13951,71 ABŞ dolları məbləğində əsas, 15716,65 ABŞ məbləğində faiz və 1413,76 ABŞ dolları sent məbləğində cərimə borcu olmaqla, cəmi 31082,12 ABŞ dolları məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı QSC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilin ilkin satış qiyməti 25146,45 manat müəyyən ed ilməsi, mənzil açıq hərracdan satılması və onların satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 31082,12 ABŞ dolları məbləğində borc məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılması və mənzilin məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit xətti müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borc üzrə 13951,71 ABŞ dolları, faiz borcu üzrə 15716,65 ABŞ dolları, cərimə borcu üzrə 14137,36 ABŞ dolları məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə istinad edən məhkəmə kredit müqaviləsi üzrə hesablanmış 14137,36 ABŞ dolları məbləğində dəbbə pulu isə tənasübsüz surətdə yüksək hesab edərək cərimə pulunu 1413,76 ABŞ dollarına azaltmışdır. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilmə hissəsində də iddia tələbini təmin etmiş, ipoteka predmetinin açıq hərracdan ilkin satış qi ymətinin ipoteka müqaviləsində müəyyən edilmiş məbləğdə, yəni 25146,45 manat məbləğində müəyyən etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirilmədən ondan artıqlanmasına pul tutmuşdur. İşə onların iştirakı olmadan baxılmışdır. Qətnamədə mübahisəli mənzilin dəyəri ilkin satış qiyməti 25146,45 manat müəyyən edilmişdir ki, bu da hazırda həmin mənzilin real bazar dəyərinə uygunsuzluq təşkil edi r. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 23 iyun 2021-ci il tarixli 9/991 saylı rəyindən müəyyən edilmişir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli 003R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 14 yanvar 2018-ci il tarixə banka olan borcu ümumilikdə 24.364,99 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən əsas borc üzrə 18.515,34 ABŞ dolları, faiz borcu üzrə 8.849,65 ABŞ dolları. 10 avqust 2021-ci il tarixli ipoteka predmetinin qiymətləndirilməsi barədə rəyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, 4 saylı binanın 3-cü mərtəbəsində yerləşən 32,8 kvadrat metr yaşayış, 51,9 kvadrat metr ümumi, 19,1 kvadrat metr köməkçi sahədən ibarət 2 otaqlı 40 nömrəli mənzilin likvid dəyəri 6 7500 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Gülnarə Tağızadə - sədrlik edən və məruzəçi, Lətifə Məmmədova, Telman Quliyev) 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 003R********** saylı kredit müqaviləsi üzrə 13951,71 ABŞ dolları məbləğində əsas, 8849,65 ABŞ dolları məbləğində faiz və 1413,76 ABŞ dolları 76 məbləğində cərimə borcu olmaqla, cəmi 24215,12 ABŞ dolları məbləğində borc ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 nömrəli evin 40 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 67500 manat müəyyən edilməsi, mənzilin açıq hərracdan satılması və onun satışından əldə edilən pul vəsaiti hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 24215,12 ABŞ dolları məbləğində borc məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mənzildən çıxarılmaları və mənzilin məcburi qaydada boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması qət olunmuşdur. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Cavabdeh borc məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsi müvafiq ekspertizalar təyin etmişdir. Məhkəmə əsas borcu iddiaçının tələb etdiyi həcmdə təmin etmiş (MPM-in 218.3-cü maddısinin tələbini nəzərə alaraq), faiz borcunu isə ekspert rəyinə uyğun olaraq 8849,65 ABŞ dollarına dəyişdirmişdir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyi nəzərə alaraq 67500 manat (likvid dəyəri) müəyyən etmişdir. Cavabdeh1 (Vəkil Plad oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hazırda digər Cavabdeh3 ona və İddiaçı QSC-yə qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin 2(060)-6143/2021 saylı mülki iş Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş və məhkəmənin hazırlıq iclası 15 iyul 2021-ci il tarixə təyin edilmişdir. Bununla əlaqədar olaraq o, Sumqayıt Apelyasiya Məhkəməsinə poçt vasitəsi ilə mülki işin icraatınin dayandırılması barədə vəsatət verərək hazırki mülki iş üzrə icraatın dayandırılmas ını xahiş etmil, lakin məhkəmə xahişini nəzərə almayaraq prosessual pozuntuya yol vermişdir. Bundan başqa məhkəmə təkrar ekspertiza keçirilməsi barədə vəsatətini əsassız olaraq təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki halların ı araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni borcun hesablanması hissəsində mübahisələndirdiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alara q tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılması nı tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Əgər ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (269.1, 295, 317, 319.1 və 319.6-cı maddələr). “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoy anla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instan siyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi həmin vəsatəti tərəflərlə müzakirə etmiş və vəsatəti əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka müqaviləsinin etibarsızlılığıa dair həmin işin nəticəsi hazırki işə baxılması mane olmadığından apellyasiya instansiyası məhkəməsi vəsatəti rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tə tbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Təkrar ekspertizanın keçirilməsi barədə kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Cavabdeh kassasiya şikayətində təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar m övcud olmamışdır. Belə ki, MPM-nin 102.2-ci maddəsinə görə, məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-523/2021 nömrəli iş üzrə 26 iyul 2021-ci il tarixli qətnaməsi mübahisəl əndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.