Məhkəmə qərarları › İş №2(102)-6795/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6795/2019

14.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6795/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Qoldman Tatyana Aleksandrovna və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, Cavabdeh İB-nin vəkili Vəkil iştirakı ilə, Cavabdeh İB-nin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 aprel 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim: P.M.Zamanlı; 2(011)-1189/2019) İddiaçı İdd iaçı Cavabdehnə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdehndən mənəvi zərərə görə 25 000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi və 30(otuz) manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsini qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: Z.Ə.Əliyev (sədrlik edən və məruzəçi), F.Ş.Talışınski və R.Ə.Eyvazov; 2(103)-4482/2019) iddiaçı İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, Cavabdehdən onun xeyrinə 800.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə səbəb olmuşdur. Belə ki. təqsirləndirilən şəxs X3 rayonu QİSnin 2 saylı sahəsində usta işlədiyi müddət ərzində xidməti ərazisi olan Bakı şəhəri. *************************** mənzilində qaz cihazları quraşdırılmış otaqların ventilyasiya qaydalarına uyğun olaraq quraşdırılması, evdə istifadə olunan məişət qaz cihazlarının təhlükəsiz istismarı və onların lazımi səviyyədə saxla nılması ilə əlaqədar ev sahibini təlimatlandırmamış. qurğuların və qaz avadanlıqlarının texniki müayinəsini aparmamış, bu qüsurların aşkar edilməsi və ləğv edilməsi məqsədi ilə daxili qaz avadanlığına və bütün birləşmələrə baxış keçirməyərək evdə istifadə olunan nasaz qaz cihazları və aqreqatların istifadəsini qadağan etməyərək qüvvədə olan SSRİ Dövlət X11 Komitəsi tərəfindən 26 iyun 1979- cu il tarixdə təsdiq edilmiş "Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının” 3.102.. 9.238.. 9.230., 1.13 bəndləri. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən 07 dekabr 2005-ci ildə təsdiq edilmiş "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" nın 3.1.2 bəndi. "Cavabdeh” QSC-nin sədri tərəfindən 06 mart 2006-cı il tarixdə təsdiq edilmiş " Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimatın" 1.8.. 3.2. bəndlərinin tələblərini pozmuş, yəni xidməti ərazisi olan Xətai rayonu, ********************* mənzilində qaz istismarı avadanlıqlarına texniki baxış və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməyərək qaz cihazlarına uyğun olaraq quraşdırılmış otaqların ventilyasiya kanallarının, qaz cihazlarının təhlükəsizlik istismarı və onların lazımi səviyyədə saxlanılması ilə əlaqədar texniki müayinəsini apramamış, bu qüsurların aşkar edilməsi və ləğvi məqsədi ilə daxili qaz avadanlığına və bütün birləşmələrə baxış keçirməyərək evdə istifadə olunan nasaz qaz cihazları və aqreqatların istifadəsini qadağan etməmişdir. N6 bu əməlləri ehtiyatsızlıqdan X8 23 dekabr 2008-ci il tarixdə saat 7 radələrində kirayədə yaş adığı evin hamamında çimərkən qeyd edilən nasazlıqdan yaranan dəm qazından zəhərlənərək ölümünə səbəb olmuşdur. Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 aprel 2009-cu il tarixli hökmünə əsasən X7 Azərbaycan Respublikaı Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəyinə əsasən hadisə Cavabdeh Xətai rayonu Qİİ-nin 2 saylı sahəsinin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Belə ki, hökmə əsasən X4 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2009-cu il tarixli hök mü ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Halhazıra kimi həyat yoldaşının vəfat etməsilə bağlı vurulmuş mənəvi zərərə görə heç kimsə-hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən ona heç bir müraciət belə etməmişdir. Halbuki, təqsirləndirilən şəxs X4 təqsiri cinayət işi üzrə çıxarılmış hökmlə öz təsdiqini tapmışdır. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində onun ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı iddiaçının və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər. əzab v ə əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunvericilikdə isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunması mümkün hesan edilmişdir. Bu baxımdan iddiaçı hesab edir ki. mərhum həyat yoldaşının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və sair kimi halları nəzərə alaraq ona dəymiş 800.000 (səkkiz yüz min) manat məbləğində mənəvi zərər cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında cavabdeh "Cavabdeh’' İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi və vəkili X12 iddia tələbini əsassız hesab edərək bildirilmişdir ki, X4 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iddiaçının həyat yoldaşı dəm qazından boğulma nətic əsində ölmüşdür. Baş vermiş hadisə ilə bağlı X7 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Xətai Rayon Məhkəməsinin 09 aprel 2009-cu il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O. artıq cəzasını çəkib qurtarmışdır. İddiaçı hazırkı iddiasını "Cavabdeh” İstehsalat Birliyinə qarşı deyil. X5 qarşı qaldırmalı idi. Eyni zamanda, hesab edir ki. iddia ərizəsində tələb olunan məbləğ reallığı əks etdirmir və hadisənin baş verməsindən uzun müddət keçdiyi nəzərə almarsa baş vermiş hadisənin nəticəsinə qeyri-mütənasibdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdr. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İB kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 125.7-ci maddəsinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4, 217, 386-cı maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri məlumatlandırılmalarına baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər. və vaxtı barədə lazımi qaydada heç bir üzrlü səbəb göstərmə dən Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, X7 23 iyun 2008-ci ildən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bakı şəhəri Baş İstismar Qaz İdarəsi Xətai rayon Qaz İstismar İdarəsinin 2 saylı X17 ustası vəzifəsində işləyətkən səhlənkarlıq edərək işə vicdansız və laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək qüvvədə olan SSRİ Dövlət X11 Komitəsi tərəfindən 26 iyun 1979-cu ildə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 3.102., 9.238., 9.230., 1.13. bəndləri, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən 07 dekabr 2005-ci ildə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 3.1.2. bəndi, Cavabdeh QSC-nin sədri tərəfindən 06 mart 2006-cı tarixdə təsdiqedilmiş «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimafınn 1.8., 3.2. bəndlərinin tələblərini pozmuş, yəni xidməti ərazisi olan Xətai rayonu, 5-ci Əhmədli küçəsin də 3 saylı evin 4-cü mənzilində qaz istismarı avadanlıqlarına texniki baxış və təhlükəsizliz qaydalarına əməl olunmasına nəzarət etməyərək qaz cihazları quraşdırılmış otaqların ventilyasiya kanallarının təhlükəsizlik qaydalarına uyğun olaraq quraşdırılması, evdə istifadə olunan məişət qaz cihazlarının təhlükəsiz istismarı və onların lazımi səviyyədə saxlanması ilə əlaqədar ev sahibini təlimatlandırmamış, qurğuların və qaz avadanlıqlarının texniki tədqiqini (texniki müayinəsini) aparmamış, bu qüsurların aşkar edilməsi və ləğvi məqsədi ilə daxili qaz avadanlığına və bütün birləşmələrə baxış keçirməyərək evdə istifadə olunan nasaz qaz cihazları və aqreqatların istifadəsini qadağan etməmişdir. N6 bu əməlləri ehtiyatsızlıqdan X9 23 dekabr 2008-ci ildə saat 07 radələrində kirayədə yaşadığı həmin evin hamamında çimərkən qeyd edilən nasazlıqlardan yaranan dəm qazından zəhərlənərək ölümünə səbəb olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-139/2009 saylı, 09.04.2009-cu il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması hökm edilmişdir. Həmin hökmlə müəyyən edilmişdir ki, A8 ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 18 fevral 2009- cu il tarixli, 358 saylı məhkəmə-təhlükəsizlik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş bədbəxt hadisə ilə əlaqədar 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” nın 3.101., 9.320., 1.13 bəndlərinin; 07 dekabr 200 5-ci il taridə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydalarıın 3.1.2 bəndinin; Cavabdeh QSC-nin sədri tərəfindən 06 mart 2006-cı il tarixdə təsdiq edilmiş «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat»ın 1.8., 3.2. bəndləri pozulmuşdur. 26 iyun 1979-cu il tarixdə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 3.102., 9.230., 1.13. bəndlərinin; 07 dekabr 2005-ci il tarixdə təsdiq edilmiş «Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 3.1.2. bəndinin; Cavabdeh QSC-nin sədri tərəfindən 06 mart 2006-cı tarixdə təsdiq edilmiş «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat»m 1.8., 3.2. bəndlərinin tələbləri - Xətai rayon Q1İnin hadisə baş vermiş mənzil yerləşən X17 rəisi və ustası tərəfindən pozulmuşdur. X21 hazırkı İddiaçı arvadı olmuş, onların birgə nikahından 17.11.2007-ci il təvəllüdlü X10, 17.06.2006-cı il təvəllüdlü X15 doğulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1 -ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zə rərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1099.1-ci və 1099.2-ci maddələrinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) z ərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. - 1099.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Apellyasiya instansiyası məhkəməsi düzgünolaraq hesab etmişdir ki, işəgötürən olaraq cavabdeh təşkilatın iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqa zidd olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə, zərəri v uran şəxsin cavabdehin işçisi olması və zərərin əmək funksiyalarının icrası zamanı yetirilməsi. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. İşəgötürənin delikt normaları çərçivəsində yaranan məsuliyyəti təqsirsiz məsuliyyət halıdır. Yəni, bu halda işəgötürənin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına (və ya araşdırılmasına) ehtiyac yoxdur. Çünki yuxarıda sadalanan şərtlər təsbit olunduğu halda, zərər yetirən işçini işlədən hüquqi və ya fiziki şəxsin üzərinə qoyulmuş lazımi diqqət göstərmə öhdəliyini yerinə yetirilmədiyi və zərərin bu səbəbdən meydana gəldiyi qanunda prezumpsiya olaraq qəbul edilmiş və işəgötürən bu zərərdən məsul tutulmuşdur. Hər kəs öz nəzarəti altında olan şəxslərdən istifadə edərkən lazımi diqqət və ehtiyyatlılığı göstərmə öhdəliyini daşıyır. İşçini seçərkən ona işi ilə əlaqədar təlimat verərkən və işinə nəzarət edərkən onu yoxlayarkən zərərin meydana gəlməsinin qarşısını almaq üçün lazımi diqqət yetirmədiyi halda işəgötürənin məsuliyyəti qaçılmazdır. Cavabdehin mülki hüquqi məsuliyyətini yaradan və yuxarıda sadalanan şərtlər mübahisəsiz şəkildə müəyyən edilmişdir. Belə ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti, Bakı şəhəri Baş İstismar Qaz İdarəsi, Xətai rayon Qaz İstismar İdarəsinin 2 saylı X17 ustası X7, səhlənkarlıq edərək işə laqeyd münasibət göstərib öz xidməti vəzifəsini yerinə yetirməyərək, yuxarıda qeyd edilən təhlükəsizlik qaydalarının və təlimatın müvafiq tələblərini pozmaqla, 23 dekabr 2008-ci ildə iddiaçının arvadı A8 dəm qazından zəhərlənərək ölümünə səbəb olmuşdur. Cavabdehin işçisinin məhz əmək funksiyalarının icrası zamanı təqsirli şəkildə (ehtiyyatsızlıqdan) törətdiyi hüquqazidd əməllə A8 ölümü arasında uyğun səbəbli əlaqənin olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.04.2009-cu il tarixli hökmü ilə müəyyən edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, işin qeyd edilən faktiki halları ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün mövcudluğunu və cavabdehin mülki hüquq pozuntusu törətməsinin mübahisələndirilmədiyini nəzərə alaraq, bu xüsusatlar üzrə əlavə araşdırma aparmağı zəruri hesab etməmiş, məhkəmə bu qənaətə gələrkən hökm üzrə müəyyən edilmiş faktiki halların preyudusial əhəmiyyətini də nəzərə almışdır. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə məhkəm ənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Cavabdeh, İddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstə rdiyi, rayon məhkəməsi İddiaçı mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini və s. aydınlaşdırmadan, yalnız iddiaçının şəxsi mülahizələrinə istinad etməklə qətnamə çıxarmasının doğru olmadığı mövqeyi ilə razılaşmamış, ona görə ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi də delikt normalarına söykənir və hazırkı işdə cavabdehin bu zərərə görə iddiaçıya təzminat ödəməsi üçün kifayət qədər əsas mövcuddur. Belə ki, cavabdehin nəzarəti altında olan işçinin törətdiyi qanuna zidd əməl nəticəsində iddiaçının mərhum arvadı Aidə Umarovanm ən mühüm şəxsiyyət haqlarından olan yaşamaq hüququ pozulmuşdur. İddiaçının arvadının ölümü nəticəsində dərin iztirab və üzüntü keçirərək mənəvi zərər çəkməsi (zərərin ölümlə səbəbli əla qəsi) həyatın normal axışı şərtlərinə uyğundur. Aidə Umarovanm ölməsi faktı onun ailəsinə, o cümlədən əri İddiaçı və azyaşlı övladına mənəvi zərər vurması qənaətinə gəlməsi üçün kifayət etmiş və bu faktın başa sübutlarla ehtiyacı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında şərh edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüququnun pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri -əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak ne mətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Bu mövqe, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.” Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarında da ayrı-ayrı halların, o cümlədən yaxın qohumun itirilməsi faktının mövcudluğu mənəvi zərərin vurulması qənaətinə gəlmək üçün əsas hesab edilir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntlarm xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyət i, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, məhduduyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunana digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə mənəvi zərərə görə tutulmuş təzminat məbləğini qiymətləndirərkən, mülki hüquq pozuntusunun insanın ölümü kimi mühü m itki ilə nəticələnməsini və bu hadisənin ölən şəxsin əri olan iddiaçıya və onun digər ailə üzvlərinə sarsıdıcı təsirini nəzərə alır. Cəmiyyətdə baş verən qanun pozuntuları nəticəsində insanın ölümü nəinki onun yaxınları üçün, hətta bütün cəmiyyət və dövlət üçün ağır itgi və məhrumiyyət hesab olunmalıdır. Çünki insan, bütün varlıqlar içərisində ən ali dəyərdir. Bəşəriyyət inkişaf etdikcə insanı, onun həyatını, azadlıqlarını (o cümlədən yaşamaq haqqını) ən çox hörmətə layiq olan dəyərlər kimi tanımış, onlara hörmət etməyi və qorumağı insanlığın mənəvi borcu, dövlətin isə öhdəliyi kimi qəbul etmişdir. Bu, insan hüquqlarına dair qəbul edilmiş mühüm beynəlxalq sənədlərdə açıqca bəyan edilmişdir. Ümumdünya İnsan Hüquqları Bəyyannaməsi, İqtisadi Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pak t və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt insan hüquqlarına laqeydliyin və həqarətin bəşəriyyətin vicdanını hiddətləndirən əməllərə gətirib çıxardığını vurğulamış, insanın bərabər və ayrılmaz hüquqlarını qəbul etməyin azadlığın, ədalətin və ümumi sülhün təməli olduğunu bildirmiş, bu hüquqların insan şəxsiyyətinə xas olan ləyaqət hissindən irəli gəldiyini etiraf etmiş və dövlətlərin insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət edilməsini və onlara riayyət olunmasını təşviq etməyə borclu olduqlarını təsdiqləmişdir. İnsan hüquqlarının və Əsas azadlıqlarının Müdafiəsi haqqında X1 qoşulan dövlətlər sadiq qaldıqları insan hüquqlarına, hamının anlaması və riayət etməsi ilə təmin olunan əsas azadlıqlara öz dərin sədaqətlərini təsdiq etmişlər. Azərbaycan Respublikası Konvensiyay a qoşulmaqla yanaşı, Konstitusiyasında ədalətin bərqərar edilməsi və hamının layiqli həyat səviyyəsini təmin etmək niyyətlərini bəyan edərək, 12-ci maddədə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit etmiş, 26-cı maddədə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqlarının olmasını tanımış, 27-ci maddədə yaşamaq hüququnu təminat altına almışdır. İşin qeyd olunan hallarına qiymət verərək apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, beynəlxalq və milli qanunvericilik ən yüksək statuslu hüquqi sənədlərlə insana yüksək dəyər verir, onu yaşamın mərkəzində duran ali bir varlıq kimi qiymətləndirir. Müasir dövrdə cəmiyyətin, habe lə hüquqi və demokratik dövlətin inkişaf səviyyəsi, həm də insana göstərilən qayğı və ona verilən dəyərin dərəcəsi ilə ölçülür. Yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası bu sahədə lazımi təminatları yaratmış, hüququ pozulan şəxslərin hüquqlarını bərpa edə bilmələri üçün səmərəli vasitə və imkanları təmin etmişdir. Belə olan halda, yuxarıda göstərilən ali niyyətləri və bunlar üçün təminatları praktiki olaraq reallığa çevirmək, beynəlxalq sənədlərdə və Azərbaycan Konstitusiyasında təsbit edilmiş hüquqları insanlar üçün əlçatan etmək vəzifəsi, insan hüquqlarının pozuntusu ilə bağlı işlərə baxarkən birbaşa məhkəmələrin üzərinə düşür. Çünki cəmiyyətin həyatını tənzimləyən, məqsədi ədaləti və insan şərəfini qorumaq olan hüququn düzgün tətbiqinə məhkəmələr cavabdehlik daşıyırlar. Məhkəm ələr insan hüquq və azadlıqlarını səmərəli şəkildə qorumaqla, bu hüquqların özəyini təşkil edən insan şərəfinə layiq olduğu yüksək qiyməti verməklə bu vəzifənin öhdəsindən uğurla gələ bilərlər. Hazırki işdə cavabdehin işçisinin ehtiyatsızlığı ucbatından Aida Umarovanın həyatını itirməsini adi şəkildə qəbul edilməli olan bədbəxt hadisə kimi yox, bunu ən dəyərli varlıq olan insanın yaşamaq hüququnun dolayısı ilə dövlətin ali qanunu ilə qorunan ən vacib insan haqqının pozuntusu kimi görür. Çünki, Konstitusiyada təsbit olunmuş bütün hüquq və azadlıqlar insan üçündür və bu təminatlar insan yaşadığı müddətcə məna və əhəmiyyət kəsb edir. Odur ki, digər hüquq pozuntularından fərqli olaraq, insanın yaşamaq hüququ pozulduqda onun bütün haqları əlindən alınmış olur. Bu səbəbdən işə apellyasiya qaydas ında baxan məhkəmə kollegiyası düzgün olaraq A.Umarovanın ölümünü Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci, Azərbaycan Respublikası Konstitusiyasının 27-ci, habelə Cinayət Məcəlləsinin 314.2-ci maddələrini pozan, iddiaçı və onun ailəsini dərindən sarsıdan fakt kimi qiymətləndirir və bu zərərin təzminatı kimi tutulmuş məbləği ağlabatan hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İB-nin maliyyə imkanlarını tutulmalı olan təzminatın məbləğinin artmasına təsir göstərən mühüm xüsusat kimi nəzərə alaraq, Cavabdeh İB-nin maliyyə imkanlarının böyüklüyü və bu aspektdə tutulan təzminat məbləğinin məhz həmin hüquqi şəxs üçün çox olmaması danılmazdır. Belə iqtisadi gücə malik olan bir təşkilatdan işçisinin səbəb olduğu ölüm hadisəsinə görə tutulmalı olan təzminat məbləği simvolik olmamalı, iddiaçıya dəymiş mənəvi zərəri tam aradan qaldırmasa belə, onda və ailə üzvlərində müəyyən daxili sakitlik yaratmalıdır. Odur ki, mənəvi təzminata görə cavabdehdən tutulan 25.000 manat məbləği, işin hallarına uyğun olmaqla, yuxarıda qeyd edilən dəyərlər baxımından anlamlı və ədalətlidir, həmin məbləğin dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddia tələbinin qismən təmin olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdi rilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərəəsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 24 aprel 2019-cu il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar