Məhkəmə qərarları › İş №2(102)-6798/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6798/2019

12.11.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6798/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMCtərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Səmədov, iş № 2(006)-xx/18) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış 23.09.2014-cü il tarixli 1135 saylı alqısatqı müqaviləsinin ləğv edilməsi, 1 ədəd “xxxx” markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** xx *** olan avtomobilin Cavabdeh2 alınıb “İddiaçı MMC”-yə təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 manat əsas borc, 184 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5749 manat məbləğdə pulun alınaraq “İddiaçı MMC”-yə verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov-sədrlik edən və məruzəçi, İ.Şirinov və E.Kazımov, iş № 2(103)11251/18) iddiaçı Cavabdeh2 apellyasiya şikayəti təmin edilməyərək Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi tərəflər arasında bağlanmış 23.09.2014-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, “xxxx” markalı, ** xx *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 geri alınıb “İddiaçı MMC”-yə verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 184 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 214 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Eyni tarixli qərardadla İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın ödənlməsi tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdehlər Cava bdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 manat əsas borcun alınaraq İddiaçı MMC-yə verilməsi hissəsindən imtina edilməsinə dair ərizəsi qəbul edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-cı il tarixli qətnaməsi iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 manat əsas borcun alınaraq İddiaçı MMC-yə verilməsi hissəsində ləğv edilməklə, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdeh2 kassasiya qaydasında yalnız qətnaməni mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xx 2019-cu il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin xx xx 2018ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov-sədrlik edən və məruzəçi, X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-xx/19) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi tərəflər arasında bağlanmış 23.09.2014-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, “xxxx” markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** xx *** olan avtomobilin Cavabdeh2 geri alınıb “İddiaçı MMC”-yə verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 184 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 214 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin olunmamışdır. İddiaçı MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 23.09.2014-ci il tarixli alqı-satqı müqaviləsinin (23.09.2016-cı il tarixli müqaviləyə əlavə ilə) ləğv edilməsi, “xxxx" markalı, 2014-cü buraxılış ili, tipi sedan, rəngi gümüşü, dövlət qeydiyyat nişanı ** xx *** olan minik avtomaşının Cavabdeh2 geri alınıb İddiaçı 'MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5535 manat ziyan, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimə aylıq ödəniş məbləğin 1 % miqdarında 30 günə görə 184 manat, qalan 240 günə görə gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% 2952 manat, cəmi 8671 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili İ.İsrafilov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Cavabdehlərdən Cavabdeh2 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyası nın iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil İ.İsrafilovun izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki K ollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd edildiyi kimi hazırkı iş artıq bir dəfə kassasiya baxışının predmeti olmuş və Ali Məhkəmənin Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 08.11.2018-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əməl edərək kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri yerinə yetirmiş və Mülki Məcəllənin 337.1, 394, 650.1-ci maddələrini rəhbər tutaraq və eləcə də işin faktik i hallarına əsaslanaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin predmeti rəsmi reysestrdə qeydə alınmalı daşınar əşya olduğu üçün müqavilənin notarial qaydada təsdiq olunmaması həmin müqavilənin etibarsızlığına səbəbdir. Hazırkı işdə lizinq münasibətlərinin mövcudluğu istisna olunur. Çünki lizinq müqaviləsi əmlakdan istifadə müqaviləsidir. Lizinq müqaviləsində nəzərdə tutulan mükafat da məhz əmlakdan istifadəyə görə ödənilən haqdır. Lakin hazırkı işdə tərəflər əmlakdan müvəqqəti istifadə ilə bağlı deyil, onun alqı-satqısı barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1. maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bü tövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2. maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hər iki tərəfin iradəsi avtomobilin nisyə alqı-satqısına yönəlmişdir. Bundan başqa, Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad edərək lizinq müqaviləsinə aid şərtləri tətbiq etmək hazırkı iş üzrə yolverilməzdir. Çünki 340.2-ci maddənin dispozisiya şərtləri yalan əqdə münasibətdə tətbiq olunur. Hazırda isə heç bir əqd pərdələnməmiş, sadəcə müqavilənin notarialqaydada bağlanması ilə bağlı şərt pozulmuş dur. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı müqavilənin etibarsızlıqla bağlı şərtləri pozamaqla bağlanmış olmasına baxmayaraq hazırda nisyə alqı-satqı ilə bağlı qanunvericilik normalarının tətbiqi daha məqsədəuyğundur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər avtomobilin nisyə alqısatqı ilə bağlı razılığa gəlmişlər, bu halı hər iki tərəf bütün məhkəmə iclaslarında təsdiq etmişlər. Həmçinin tərəflər arasında etibarlılıqla bağlı mübahisə heç vaxt olmamışdır. Buna görə də müqavilənin etibarsızlılığına əsaslanaraq, mülki dövriyyə subyektlərinin azad iradə ifadəsinin təhrif edilməsi tərəflərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə tərəflərin iradə ifadəsinin həqiqi məzm ununa əsaslanmaqla qiymət verərək hesab etmişdir ki, nisyə alqı-satqı ilə bağlı aşağıda qeyd olunan müddəalara əsasən iddia tələbi rədd edilməlidir Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırkı iş üzrə satıcı əşyanın qi ymətinin tam ödənilməsini tələb edə bilər. Belə ki, iddiaçı avtomobilin qiyməti olaraq 25 768 manat müəyyənləşdirilmiş məbləğdən 23398 manat məbləğində ödəniş etmişdir. Bu hal cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzləri və iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışı ilə təsdiq olunur. xx xx 2019cu il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 20051 manat məbləğində ödəniş etmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən bəziləri (08.10.2014-cü il tarixli qəbzlə 600 manat, 24.09.2014-cü il tarixli qəbzlə 1000 manat, 25.09.2014-cü il tarixli qəbzlə 300 manat, 24.10.2014-cü il tarixli qəbzlə 210 manat, 24.10.2014-cü il tarixli qəbzlə 1200 manat) maliyyə arayışında əks olunmamışdır. Cavabdeh 21898 manat məbl əğində ödənişlə bağlı qəbzləri təqdim etmişdir. Sadəcə 1500 manat məbləğində ödənişlə bağlı qəbzin olmadığını bildirmiş və bunu onunla izah etmişdir ki, həmin məbləğ qohumu tərəfindən ödənildiyindən şirkət ödəniş qəbzini ona təqdim etməmişdir. Lakin iddiaçının təqdim etdiyi maliyyə arayışında həmin məbləğin ödənilməsi öz təsdiqini tapmışdır (06.07.2017-ci il tarixdə 500 manat, 07.07.2019-cu il tarixdə 1000 manat). Ona görə də apellyasiya instansiyası məhkəməsi 1500 manat məbləğində borcun da ödənildiyini təsdiq olunmuş hesab etmişdir. Göründüyü kimi, avtomaşının dəyərinin çox hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq iddiaçı maşının ona qaytarılmasını tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə maşının geri qaytarılması ilə bağlı iddia təmin edilm əməlidir. Çünki, cavabdeh öhdəliyin çox hissəsini icra etmiş, borc cuzi miqdarda qalmışdır. Buna görə də avtomaşının dəyəri ödənilməmiş hesab olana bilməz. Həmçinin, cavabdeh qalıq məbləğinin ödənilməsini hər vaxt yerinə yetirməyi qəbul edir. Bu baxımdan iddiaçı ödənilməmiş məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara istinad edərək hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi müqaviləni ləğv edərəkən və maşının geri qaytarılması ilə bağlı iddia tələbini təmin edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə qətnamə həmin hissədə ləğv edilməli, iddia həmin hissədətəmin edilməməli, eləcə də, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 184 manat cərimənin tutulması həmin tələbin və ic raatına xitam verilmiş tələbin hüquqi nəticəsi olaraq irəli sürüldüyündən iddia həmin hissədə də təmin olunmamalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndiril məsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları mübahisələndirilən hissədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətlə ndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə s übutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərb aycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli, 2(103)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar