Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6811/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Arix oğlunun cavabdeh X4 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: uşaqların himayəyə verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı qızı X1 2005-ci ildə X5 ilə rəsmi nikaha girmiş və onların həmin nikahdan 18 oktyabr 2005-ci il tarixdə X6 və 18 iyun 2007-ci il tarixdə X2 adlarında iki uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İlham Məmmədovun iddiası təmin olunaraq onunla Samirə Məmmədova arasında bağlanmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmaqla onlara görə İlham Məmmədovdan aliment tutulmuşdur. 02 yanvar 2020-ci il tarixdə uşaqların anası X3 vəfat etmiş və həmin vaxtdan uşaqlar babaları olan hazırkı iş üzrə İddiaçı yanında yaşamaqda davam edirlər. Qızının vəfatından sonra İddiaçı uşaqların onun himayəsinə verilməsi üçün Yevlax şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyətinin 0 6 fevral 2020-ci il tarixli məktubu ilə uşaqların onun himayəsinə verilməsindən İlham Məmmədovun bunun əleyhinə olması ilə əlaqədar imtina olunmuş və məhkəməyə müraciət etməsi ona izah olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin noyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızının vəfatından sonra uşaqların onun yanında qalmaqla ataları ilə yaşamaqdan imtina etmələrini və ataları N uşaqları ilə maraqlanmamaqla onlara aliment ödəməkdən boyun qaçırmasını və alimentə görə 3080 manat məbləğində borcunun olmasını əsas göstərməklə uşaqların onun himayəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-185/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim: G.İ.Cava dova) iddia təmin edilmiş və uşaqlar İddiaçı himayəsinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə cavabdeh X5 qətnamədən apellyasiya şikayəti verərək onun uşaqlara aliment ödəməməsi barədə iddiaçının göstərdiklərinin həqiqətə uyğun olmamasını, uşaqları ilə maraqlanmaqla onlara aliment ödəməsini, onlarla birgə yaşayıb onların tərbiyəsi ilə məşğul olmaq istəməsini, keçmiş həyat yoldaşının ölümündən dərhal sonra uşaqları geri istəməməsini onların iddiaçının himayəsinə verilməsi üçün əsas verməməsini və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2021 saylı, 01 iyul 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.H.Şükürov (sədrlik ed ən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(039)-185/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmu ş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 52 Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Maddə 60.1 Valideynlik hüquqla rı uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. (60.2) Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəm əyə müraciət edə bilərlər. (60.3) Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.(60.4) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınl aşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə görə va lideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. (60.2) Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınma qla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. (60.3) İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh İlham Məmmədov uşaqların anası ilə boşandıqdan sonra onların taleyi ilə lazımınca maraqlanmamış, onlara qayğı göstərməmiş, məhkəmə qətnaməsi ilə ödəməli olduğu alimentin ödənilməsini lazımınca təmin etməmiş, öz valideynlik borcunun yerinə yetirilməsinə laqeyd yanaşmışdır. Uşaqlar isə analarının ölümündən sonra babaları olan iddiaçı ilə birgə yaşamış və sonuncu tərəfindən uşaqların maddi və mənəvi tələbatları ödənilmiş və onların arasında bağlılıq yaranmışdır. Ailə Məcəlləsinin 52- ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. İşdən görünür ki, uşaqlar ataları ilə birgə yaşamaqdan qəti imtina edir və babaları ilə yaşamağa üstünlük verirlər. Ailə qanunvericiliyin müddəalarına görə uşaqların taleyi ilə bağlı bütün məsələlərin həllində onların maraqları üstün tutulmalı və mənafeləri təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uşaqların iddiaçının himayəsinə verilməsi uşaqların mənafelərinə və maraqlarına uyğundur. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1266/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6811/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6811/2021
01.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver