Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6821/2019 21.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Qoldman Tatyana Aleksandrovnadan və ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 aprel 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-3561/2017, hakim F.H.Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinə qarşı «sığorta məbləğiödənilmədiyinə görə dəbbə pulunun, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7608/2017, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, T.M.Əliyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarı ilə (iş № 2(102)-8738/2017, hakimlər A.K.Kalbalıyev, V.Ə.İbayev, Ə.Ə.Əliyev) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2017-ci il tarixli qətnaməsi maddi və mənəvi ziyan tələbi hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3450/2018, hakimlər X.Ə.Sarıyev, M.A.Məmmədov, E.E.Nağıyeva) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-6747/2019, hakimlər İ.K.Dəmirov, Ə.M.Rüstəmov, Ə.A.Əhmədov) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2018- ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-334/2019, hakimlər R.Ə.Eyvazov, Z.Ə.Əliyev, F.Ş.Talışinski) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə maddi və mənəvi ziyanın təmin edilməməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilmiş, cavabdehdən maddi ziyana görə 210 manat, mənəvi ziyana görə 1000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın tam təmin edilməsi, cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilmə si barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən İddiaçı 6600 manat məbləğində sığorta ödənişinin verilməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli qərarına əsasən Binəqədi rayon İcra şöbəsinin Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsinin icrası sahəsində hərəkətsizliyi qanunsuz hesab edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2017-ci il tarixli qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1248/2015 nömrəli icra vərəqəsinin icrası istiqamətində Binəqədi rayon İcra şöbəsinin hərəkətsizliyi qanun pozuntusu kimi tanınmışdır. İddiaçıAzərbaycan Respublika sı Dövlət Sığorta Kommersiya şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 12606 manat məbləğində dəbbə pulunun, 2200 manat maddi zərərin, 12000 manat mənəvi zərərin tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə dair etirazlar və tərəflərin izahatları: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmiş, təqdim edilmiş sübutlar qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelly asiya məhkəməsi iddianın təmin edilməsi barədə nəticəyə gələrkən iddiaçıya təyin edilən İİ qrup əlilliyin onun hərbi xidmətdən tərxis ediləndən 16 il sonra verilməsini nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən İddiaçı ödənilməsi qət edilən 6600 manat məbləğində sığorta ödənişi qətnamə qanuni qüvvəsini aldıqdan sonra vaxtında icra edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Cavabdeh məhkəmə qərarının icrasının gecikməsinin ağlabatan olması ilə bağlı məhkəməyə hər hansı dəlil irəli sürməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı maddi zərəri 2200 manat həddində tələb etsə də, həmin məbləğlə bağlı məhkəmə mötəbər sübutlar təqdim etməmişdir. Təqdim olunmuş sübutlar isə iddianın qeyd edilən hissədə yalnız 210,20 manat (nümayəndəyə faktiki ödənilmiş 50 manat, tapşırıq müqaviləsinin təsdiq olunması üçün ödənilmiş 92 manat, etibarnamələrin təsdiq olunması üçün ödənilmiş 47,50 manat, poçt göndərişlərinin xərci kimi 20,70 manat) həddində təmin olunmasına əsas verir. İddiaçı nəqliyyat xərci kimi 450 manat tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçı maddi zərərlə bağlı «xxxx» ASC-dən götürdüyü kreditin qalıq məbləğinin də cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, həmin məsələnin hazırki işlə səbəbli əlaqəsini əsaslandıra bilməmişdir. Göründüyü kimi, iddiaçı maddi ziyanla bağlı qalan hissələrdə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla bərabər, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların X1”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apellyasiya məhkəməsi mübahisənin predmetini, pozuntunun xarakterini və s. diqqətələyiq halları nəzərə alaraq hesab etmişdir ki, mənəvi zərərin məbləğinin 1000 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticə iş üzrə müəyyən edilmiş hallara və qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edi
Məhkəmə qərarları › İş №2(102)-6821/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6821/2019
21.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver