Məhkəmə qərarları › İş №2(102)-6822/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6822/2021

07.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6822/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və 18 saylı Notariat Ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1, vəkili Vəkil və digər Cavabdeh3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7227/20 21 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, X1 və 18 saylı notariat kontoruna qarşı “mənzilə köçürülmə, bağışlama müqaviləsinin etibarsız hesab olunması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinə dair bağışlama müqaviləsinin, ünvan 2 kəndində yerləşən torpaq sahəsinin özgəninkiləşdirilməsin ə etiraz etməməsi barədə ərizənin, ərizələrdəki imzaların etibarsız hesab olunması və onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı 3 otaqlı mənzilinə köçürülməsi, birgə nikah dövründə əldə edilmiş əmlakların 1/2 hissədə paylara bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16.03.2009-cu il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 07.09.2014-cü ildə Rəsul, 29.01.2013-cü ildə Fidan və 03.09.2020-ci ildə Məleykə adlı uşaqları doğulmuşdur. 24.12.2020-ci il tarixdə saat 00:00 radələrində əri Cavabdeh1 onu döyərək xəsarətlər yetirmiş, rayonda yaşayan anasına zəng edə rək Bakıya çağırmış, onu əvvəlcə yaşadığı mənzildə, sonra istifadəsində olan avtomobildə döyərək Bakı şəhəri 18 saylı Notariat Ofisinə aparmış hədə-qorxu gələrək sənədləri imzalatdırmışdır. Cavabdeh1 onun lüt şəkillərini telefon vasitəsilə sosial şəbəkədə paylaşacağı və azyaşlı uşaqları ondan alması ilə təhdid etmişdir. Buna görə də o notariat orqanında həmin bağışlama müqavilələrinə imza etməyə məcbur olmuşdur. O, ünvan 2 kəndində yerləşən torpaq sahəsinin bağışlanmasına görə ərizəni 25.07.2020-ci il tarixdə və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin 22 saylı mənzilinin bağışlanmasına görə ərizəni isə 25.12.2020-ci il tarixdə vermişdir. Torpaq sahəsinin bağışlanmasına görə ərizəni ona görə vermişdir ki, o, həyat yoldaşı Cavabdeh1 güv ənmişdir. Mənzilin bağışlanmasına görə ərizəni isə ona görə vermişdir ki, cavabdeh onu başqa şəxslərlə yazışmalarını, şəkillərini paylaşması ilə təhdid etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 may 2021-ci il tarixli 2(010)-1284/2021 nömrəli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı məhkəmə iclasında 25.12.2020-cı ildə bağlanmış bağışlanma müqavilələrinin etibarsız hesab edilməsini xahiş etsə də, həmin müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı olaraq heç bir tutarlı dəlil gətirməmişdir. İddiaçı cavabdeh tərəfindən təhdid edildiyini qeyd etsə də, bununla bağlı olaraq hüquq mühafizə orqanına müraciət etməmiş, notar iat orqanında bağışlama müqaviləsini imzaladığını anlamış və hüquqi nəticələri ilə tanış olmuşdur. Bundan başqa iddiaçı üç müxtəlif vaxtlarda, yəni 23.05.2018-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evin bağışlanmasına, 25.07.2020-ci il tarixdə Cavabdeh1 məxsus ünvan 2 kəndi ünvanında yerləşən torpaq sahəsinin bağışlanmasına və 25.12.2020-ci il tarixdə isə Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evin bağışlanmasına etiraz etməmişdir. İddiaçı bunu onunla əsaslandırmışdır ki, o həyat yoldaşına etibar etmiş və bununla bağlı olaraq əmlakların başqa şəxslərin adlarına bağışlanmasına etiraz etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bağışlama müqaviləsi bağlanan zaman bununla bağlı olaraq öz iradə ifadəsini bildirmiş, o anlaqlı və fəaliyyət qabiliyyəti olan şəxsdir və notariat orqanı tərəfindən bağışlama müqaviləsinin hüquqi nəticələri ona izah olunmuşdur. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilə köçürülmə tələbi də təmin oluna bilməz, belə ki, mübahisəli mənzil hal-hazırda Cavabdeh3 mülkiyyətindədir və iddiaçı isə onun ailə üzvü hesab edilmir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 337.1, 337.2, 337.3, 337.4, 339.5, 340.2, 390.1, 390.3, 666.1, 673.1.1, 673.1.2, 673.1.3, 673.2.1, 673.2.2, 673.2.3, 673.3, 673.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, b irinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Namiq Cəfərov, Ziya Şirinov) 2(103)-7227/2021 saylı, 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(010)-1284/2021 saylı qətnaməsinin “iddianın rədd olunan” və “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzili ilə bağlı rədd edilən hissələrdə ləğv edilməsi, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın q ismən təmin edilməsi, 28.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin 22 saylı mənzilinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlama müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin 22 saylı mənzilinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh1 paylarının müəyyən edilməsi, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin 22 saylı mənzilinə köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsasl andırmışdır ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumi prezumpsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah müddətində əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilib-göstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və ya arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, tərəflər birgə nikah dövründə-yəni 27 yanvar 2018-ci ildə mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilini almış, Cavabdeh1 mülkiyyət hüquqları 13.02.2018-ci ildə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş 05.01.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı 30.12.2020ci ildə AR DİN-nin 102 xidmətinə zəng edərək, 25.12.2020-ci ildə saat 00-30 radələrində yaşadığı evdə həyat yoldaşı Cavabdeh1 tərəfindən qısqanclıq zəmnində döyüldüyünü, sonuncunun ev dən və uşaqlarından imtina etməsini tələb etməsini, məcburiyyət qarşısında qalaraq, notariusa yaxınlaşaraq, sənədləri imzalamasını qeyd etmişdir. Həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 tərəfindən döyülərək qarının və sol saidin qançırları ilə müşayət olunan xəsarət almışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 fevral 2021ci il tarixli, 3(010)-330/2021 saylı qərarın surətindən görünür ki, Cavabdeh1 25 dekabr 2020-ci il tarixdə, saat 00-30 radələrində yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi, 6 saylı evin, 22 saylı mənzilində aralarında ailə məişət zəmnində yaranmış mübahisə zamanı, arvadı İddiaçı qəsdən vuraraq, sonuncuya qarının və sol saidin qançırları ilə müşayiət olunan sağlaml ığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döyməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, İddiaçı həyat yoldaşı olan iş üzrə Cavabdeh1 tərəfindən 25 dekabr 2020-ci il tarixdə saat 00-30 radələrində döyülmüş, həmin gün saat 18-04-də 18 saylı Notariat Kontorunda mübahisəli mənzilin Cavabdeh1 tərəfindən bağışlanmasına etiraz etməməsi barədə ərizə verilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən birgə nikah dövründə əldə edilmiş mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə məcburetmə nəticəsində verildiyindən, həmin ərizənin verilməsinə iddiaçının azad surətdə iradə ifadəsi olmadı ğından, 28.12.2020-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat ofisində bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin, 22 saylı mənzilinin Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlama müqaviləsi etibarsız hesab olunmalı, sonuncunun adına verilmiş çıxarış ləğv olunmalıdır. Kollegiya işin hallarını və qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, mənzil birgə nikah dövründə əldə olunmaqla, ümumi birgə mülkiyyət olduğundan, həmin mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh1 payları müəyyən edilməli, iddiaçı həmin mənzilə köçürülməlidir. Kollegiya ünvan 2 kəndində yerləşən torpaq sahəsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” dövlət aktına (JN-400, KOD ********) əsasən 1995-ci i ldə Cavabdeh1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarından 25.07.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 kəndində yerləşən 1,58 ha kənd təsərrüfat təyinatlı əkin sahəsi X2 və Cavabdeh1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, ünvan 2 kəndində yerləşən torpaq sahəsi nikahdan əvvəl Cavabdeh1 mülkiyyətində olduğundan, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Digər tərəfdən 25.07.2020-ci il tarixdə ünvan 2 kəndində yerləşən torpaq sahəsi ilə bağlı bağışlamağa görə verilmiş ərizənin etibarsızlığı üçün məhkəmə düzgün olaraq qeyd etmişdir ki, sübutlar təqdim olunmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəl illəri Cavabdeh1 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsini tətbiq etməməli olduğu halda həmin maddəni hazırki mübahisəyə tətbiq etmişdir. Qeyd edilən maddənin məzmunundan göründüyü kimi təhlükə - törədilməli olan əqdin səbəbi olmalıdır, təhlükə real olmalıdır, yəni törədilməsi həyata keçirilmə imkanı olmalıdır, təhlükə əhəmiyyətli olmalıdır, yəni subyekt müəyyən nəticələrin baş verməsindən ehtiyat etməlidir. Eyni zaman törədilən zorakılıqla əqd arasında səbəbli əlaqə olmalıdır. Məcburetmənin məqsədi il ə vasitələri bir-birinə uyğun olmalıdır. Mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi 6 saylı evin 22 saylı mənzilini o, İddiaçı ilə nikahda olduğu zaman 28.12.2020-ci ildə bağışlama müqaviləsi əsasında anası Cavabdeh3 bağışlamışdır. Həmin əmlakı o, anası Cavabdeh3 İddiaçı Bakı şəhəri 18 nömrəli Notariat Ofisində özünün iradəsinin ifadəsi olan yazılı ərizə verməklə, razılığı ilə bağışlamış və bu zaman heç bir qanun pozuntusuna yol verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsində Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15.02.2021-ci il tarixli, 3(010)-330/2021 nömrəli qərarını əsas götürərək belə nəticəyə gəlmişdir ki, İddiaçı onun tərəfindən gecə saat 00.30 radələrində döyüldüyü üçün mübahisəli mənzilin bağışlanmasına etir az etməməsi barədə ərizəsini həmin gün saat 18.04 də imzalamışdır. Lakin döyülmə saatı kimi göstərilən gecə saat 00.30 ilə ərizənin imzalandığı vaxt 18.04-ə qədər 18 saat vaxt keçmişdir. Qeyd edilən müddət ərzində iddiaçıya onun tərəfindən zor və ya hədə-qorxu tətbiq edilməmişdir, əgər tətbiq edilsə idi bu barədə sübut məhkəməyə təqdim edilməli idi. Həm də döyülmənin məhz həmin mənzilin özgəninkiləşdirilməsinin olması işə baxılan zaman təsdiq olunmadığı halda məhkəmə MM-nin 339.4-cü maddəsini tətbiq etmişdir. Əmlakın bağışlanması barədə ərizə İddiaçı tərəfindən Bakı şəhəri 18 saylı Notariat Kontorunda verilmişdir, həmin notariat ofisində ərizə çap edilmiş, jurnala qeydiyyata salınmış, ərizənin nəticələri barədə notarius tərəfindən İddiaçı müvafiq izahlar edilmişdir və o, həmin bu işlər gör ülən zaman onun yanında olmamışdır. İddiaçı hədə-qorxu, təzyiq altında, real təhlükə qarşısında həmin ərizəni imzalayırdısa, bu barədə 18 saylı Bakı Notariat ofisinin notariusuna, işçilərinə bildirə bilərdi, onun bu barədə nə Notariat ofisində məlumat verməməsi, nə də həmin gün polisə müraciət etməməsi onu təsdiq edir ki, bağışlamaya razılıq haqqında ərizə zorakılıq və təhlükə altında verilməmişdir. Bundan başqa bağışlamaya razılıq ərizəsi ilə Bakı Apelyasiya Məhkəməsinin istinad etdiyi Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15.02.2021-ci il tarixli, 3(010)-330/2021 nömrəli qərarında göstərilən inzibati xəta tərkibli hərəkət arasında səbəbli əlaqə mövcud deyildir. Belə ki, onunla İddiaçı arasında münaqişə ailə münaqişəsi olmuş, mübahisəli əmlakın özgəninkiləşdirilməsi ilə bağlı olmamışdır. Əks təqdirdə İddiaçı bu barədə həm polisdə, həm də inzibati xəta haqqında işə baxılan zaman məhkəmədə bildirərdi. Halbuki onun tərəfindən belə ifadələr verilmədiyi halda, Bakı Apelyasiya Məhkəməsi tərəfindən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15.02.2021-ci il tarixli, 3(010)- 330/2021 nömrəli qərarına istinad etməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.4-cü maddəsini tətbiq edərək bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi qanuna ziddir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, keçmiş əri Cavabdeh1 25.12.2020-ci il tarixdə təxminən saat 00:30 radələrinə onu vəhşicəsinə döyərək xəsarətlər yetirmiş, Beyləqan rayonunda yaşayan anasını Bakı şəhərinə ça ğıraraq,səhəri günü zor tətbiq edərək Bakı şəhəri 18 saylı notariata aparmış, məcbur edərək birgə nikah dövründə əldə etdikləri mübahisələndiriən mənzildən imtina etməyi barədə ərizələri imzalatdırmışlar. Qanunazidd hərəkətlərdə onun anası və yaxın qohumları iştirak etmişlər. Cavabdeh cinayət hadisəsindən iki gün sonra, yəni 27.12.2021-ci ildə birgə nikah dövründə əldə edilmiş əmlakı-Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Müstəqilliyin 20 illiyi küçəsi ev 6, 22 saylı mənzili Bakı şəhəri 4 saylı “ASAN “Xidmətdə fəaliyyət göstərən Notariatda iş üzrə digər Cavabdeh3 (anası) bağışlayaraq özgəninkiləşdirmişdir. 25.12.2020-ci ildən başlayaraq (evdən çıxarıldığı tarixdən) 2 uşağı ilə kirayələrdə qalır və hər ay 300 manat kirayə haqqı ödəyir. Çünki başqa yaşayış sahəsi yoxdur. Cava bdeh1 və anasının ona qarşı etdiyi vəhşiliklərə görə, azyaşlı uşaqları zorla əlindən aldığına, onun barəsində heç bir qanuni tədbirlər görülmədiyi üçün 02.01.2021-ci ildə Suraxanı rayonu ərazisində “uksus” içərək intihara cəhd etmişdir. Suraxanı rayon prokurorluğunda həmin faktla bağlı cinayət işinin araşdırması getmiş və qərar qəbul edilmişdir. Suraxanı rayon məhkəməsi 15.02.2021-ci il tarixdə (hakim:Elnur Nuriyev) Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən onu döymüş və xəsarətlər yetirmiş Elnur Zeynalovu təqsirli bilmiş, 300 manat cərimə etmişdir. Həmin qərarda cavabdeh özü onunla əlbəyaxa olduğunu, xəsarətlər yetirdiyini və döydüyünü etiraf etmişdir. Verilmiş kasasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh tərəf Azərbaycan Respublikası MM-in 339.4-cü maddəsinin tətbi q edilməsindən narazıdır. Halbuki qanunda birbaşa göstərilir ki, (MPM-in 418.4.7-ci maddəsi) məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa-qətnamənin ləğvi üçün əsasdır. Bundan başqa, Suraxanı rayon məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı preyudisial xarakter daşıyır. Məhkəmənin həmin qərara hüquqi qiymət verməsi məcburidir. Məhkəmənin qərarı ilə ona qarşı zorakılıq edilməsi və iradəsinə zidd sənədlərin imzalatdırılması sübut edilir. Kasasiya şikayətindən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Qətnamə subyektiv və əsassız mülahizələrə görə ləğv edilə bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegi yası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər X2 və 18 saylı Notariat Ofisinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. İddiaçı və Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 33 7.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zor akılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 37.1. Müvafiq olaraq ər-arvad arasındakı müqavilədə başqa hal n əzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində Cavabdeh1 apelyasiya kollegiyasının qəbul etdiyi qətnaməni iddia tələbinin təmin edildiyi hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə aktı mübahisələndirilən hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, cavabdeh kasasiya şikayətində iddiaçıya qarşı mənzilin bağışlanması ilə bağlı zor tətbiq edilmədiyi, bu faktın iş materialları ilə sübuta yetirilmədiyi, zor və ya hədənin real olmalı olduğu halda, real olmadığı ilə əsaslansdırmağa çalışsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, apelyasiya kollegiyası Mülki Məcəllənin 339.4-cü maddəsini mübahisəyə tətbiq edib iddia tələbini qismən təmin etməklə hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Belə ki, iş materiallarından da görünür ki, İddiaçı həyat yoldaşı olan iş üzrə Cavabdeh1 tərəfindən 25 dekabr 2020-ci il tarixdə saat 00-30 radələrində döyülmüş, həmin gün saat 18-04-də 18 saylı Notariat Kontorunda mübahisəli mənzilin Cavabdeh1 tərəfindən bağışlanmasına etiraz etməməsi barədə ərizə verilmişdir. Cavabdeh bu halla bağlı aradan 18 saat keçməsini əsas gətirib razılaşmasa da, qeyd etmək lazımdır ki, bir şəxsin döyülüb polis orqanına müraciət etməsinin üzərindən bir neçə gün deyil, bir neçə saat keçdikdən sonra döyüldüyü şəxsə könüllü iradəsi əsasında hər hansı əmlak bağışlaması inandırıcı hal deyildir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfin dən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7227/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar