Məhkəmə qərarları › İş №2(102)-6866/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6866/2019

07.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6866/2019 07.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh vəkili X1 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli 2(103)9611/2018 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İ.Abbasova) 01.06.2018-ci il tarixli 2(011)-3432/2018 nömr əli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cehiz əmlak və qızılzinyət əşyaları” tələbinə dair iddiası təmin edilərək, iddia ərizəsində göstərilən əşyalar, qızıl-zinət əşyaları və cehiz əmlakların Cavabdeh alınaraq İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 31.10.2018-ci il tarixli 2(103)-9611/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin01.06.2018-ci il tarixli 2(011)-3432/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia təmin edilərək, qətnamənin qət etdi hissəsində göstərilən əmlakların C avabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(103)-9611/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 24.07.2019-cu il tarixli 2(103)-9611/2018 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ciiltarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməyərək, kassasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli 2(103)-9611/2018 nömrəli qərardadından kassasiya şikayə ti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2018-ci il tarixli 2(103)-9611/2018 nömrəli qətnaməsini yalnız 13.05.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət etdikdən sonra almışdır. Bundan əvvəl cavabdehə heç bir qətnamə gəlməmiş və xəbərnamə onun tərəfindən imzalanmamışdır. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli, 2(103)-9611/2018 nömrəli qərardadının ləğv edilməsi, prosessual müddətin ötürülməsinin bərpa edilməsi barədə ərizənin təmin edilərək işin Ali Məhkəmənin Mülki K ollegiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X1 oğlu kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası müddətin bərpasından imtinanı onunla əsaslandırmışdır ki, Cavabdeh kassasiya şikayəti vermək üçün müddətin bərpa edilməsi barədə ərizəsində qətnaməni 13.05.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək aldığı üçün müddətin ötürülməsinin hansı gündən sayıldığını bilmədiyini qeyd etsə də, bu hal üzrlü səbəb hesab olunmadığından ərizə təmin edilməməli, kassasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnaməni 24.11.2018-ci il tarixdə xəbərnaməyə şəxsən imza etməklə almışdır. Kassasiya kollegiyas ı, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər müddətin bərpası barədə ərizənin də əsas dəlilləri olmuş, apellyasiya kollegiyası həmin dəlillər üzrə qənaətini yuxarıda qeyd edildiyi qaydada və Azərbaycan Respublikasının MPM-nin 135 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Hazırki halda da kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyiş iklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.07.2019-cu il tarixli, 2(103)-9611/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar