Məhkəmə qərarları › İş №2(102)-6870/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6870/2019

06.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6870/2019 06.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X5 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(103)6299/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova, iş № 2(010)-3053/2018) İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı Çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun pozu lmasının aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək Bakı şəhəri, N saylı bağ sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət kimi qeydə alınmasına dair Çıxarışın ləğv edilməsi və N saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Y.Həsənov, iş № 2(010)-516/2019) İddiaçı Cavabdeh1, maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı adına alqı-satqı müqaviləsində nümayəndəsi kimi çıxış etmiş (müqaviləni i mzalamış) Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda 31 avqust 2016-cı il tarixdə bağlanmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Jilstroy” B/Y-nın 72 saylı bağ sahəsində yerləşən 0,05 ha torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinin Cavabdeh1 alınıb İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.04.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı Çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması tələbinə dair mülki iş, İddiaçı Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Çıxarışın ləğvi tələbinə dair mülki işlə bir icraatda birləşdirilmi ş və onlara bir icraatda baxılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, A.Q.Hüseynov və A.N.İmanov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 22 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 03 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: N saylı bağ sahəsi X4 məxsus olmuş və onun ölümündən sonra Bakı şəhəri Nizami rayon məhkəməsinin 17 iyun 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı mirası qəbul etməsi faktı müəyyən olunmuşdur. İddiaçı adına Bakı şəhəri 50 saylı Notariat Kontoru tərəfindən 23 avqust 2016-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 dekabr 2015-ci il tarixdə İddiaçı X1 adına ona məxsus əmlak üzərində sərəncam və digər hərəkətləri etmək hüququ verən etibarnamə vermişdir. 27 iyul 2016-cı il tarixdə İddiaçı adına həmin bağ sahəsinə mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarış verilmişdir. X6 İddiaçı tərəfindən ona verilmiş səlahiyyətləri etibar etmək barədə Cavabdeh2 etibarnamə vermiş və 31 avqust 2016-cı il tarixdə Cavabdeh2 İddiaçı nümayəndəsi kimi həmin əmlakın X1 arvadı Cavabdeh1 satmışdır. 2018-ci ilin mart ayında İddiaçı iddia və əlavə iddia ərizələri ilə məhkəməyə müraciət edərək ona məxsus olan bağ sahəsinin onun adına rəsmiləşdirilməsi üçün özünü bu işi bacaran şəxs kimi təqdim edən X2 həvalə edib bu məqsəd üçün ona 29 dekabr 2015-ci il tarixdə etibarnamə və eləcə də göstəriləcək xidmətin haqqı kimi 500 manat verməsini, lakin X6 bağ sahəsinin onun adına rəsmiləşdirilməsini həyata keçirtdikdən sonra bunu ondan gizlətməsini və Cavabdeh2 adına etibarnamə verməklə sonuncu tərəfindən həmin bağ sahəsinin öz arvadı Cavabdeh1 satılmaqla onun adına keçirilməsinə nail olmasını əsas göstərməklə bağ sahəsinə dair Cavabdeh2la Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun adına verilmiş Reyestrdən Çıxarışın ləğv edilməsini və bağ sahəsinin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh1 kassasiya şikayət i verərək mübahisəli bağ sahəsini 29 dekabr 2015-ci il tarixdə İddiaçı almalarını və buna görə əri N tərəfindən iddiaçının tapşırığı əsasında Na 7000 ABŞ dolları ödəməsini, aralarında alqı-satqı barədə razılığın olduğu üçün İddiaçı tərəfindən etibarnamənin Na 45 il müddətinə verilməsini, ümumi razılığa əsasən bağ sahəsini iddiaçının adına rəsmiləşdirildikdən sonra satılmasını, bağ sahəsinin rəsmiləşdirilməsinin iddiaçının tapşırığı əsasında həyata keçirilməsini, hazırkı tələbin iddia müddətinin ötürülməklə verilməsini, lakin məhkəmənin işin həmin hallarına düzgün hüquqi qiymət vermədən nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 nümayənd əsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tə rəfindən müəyyən olunmuş hallarından görünür ki, mübahisəli bağ sahəsi iddiaçının qardaşından qalmış bağın onun adına rəsmiləşdirilməsində ona yardım göstərmək üçün iddiaçı Na müraciət etmiş və bu məqsədlə ona etibarnamə vermişdir. N əvvəlcə bağı mərhum X3 adına rəsmiləşdirmiş, sonra isə iddiaçının adından mirası qəbul etmə faktının müəyyən olunması barədə məhkəməyə ərizə vermiş, ərizə təmin olunduqdan sonra bağ sahəsinə dair iddiaçının adına Reyestrdən Çıxarış almış, sonra isə iddiaçının verdiyi etibarnamədən istifadə etməklə son nəticədə bağ sahəsinin arvadı Cavabdeh1 satılmasına və onun adına Reyestrdən Çıxarış verilməsinə nail olmuşdur. Məhkəmə kollegiyasına görə Cavabdeh1 mübahisəli bağ sahəsini almasını və bu məqsədlə 7000 ABŞ dolları ödəməsini iddia etsə də, bunu sübuta yetirə bilmə mişdir. Digər tərəfdən, cavabdeh həmin pulun iddiaçıya deyil, başqasına –Na verməsini göstərmişdir. Cavabdeh mübahisəli bağ sahəsinin onlara satılmasını sübuta yetirə bilmədiyi üçün iddiaçı tərəfindən etibarnamənin 45 il müddətinə verilməsi tərəflər arasında əmlakın gələcəkdə alqı-satqısı barədə razılığın olması üçün əsas verməmişdir. Müəyyən olunmuşdur ki, cavabdehin əri N iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında əmlakın arvadının adına sənədləşdirilməsini həyata keçirməklə həmin etibarnamədən öz xeyrinə istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaq la, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasın ı başqa şəxsə etibar edə bilər. (364.1) Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. (364.2) Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, mübahisəli bağ sahəsinin alqı-satqısına görə iddiaçıya hər hansı məbləğdə pul verilməmiş və həmin müqavilənin mövcudluğu ondan gizlədilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutul muş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Kassasiya şikayətində İddiaçı tərəfindən iddia müddətinin ötürülməklə məhkəməyə müraciət olunması iddianın rədd edilməsi üçün əsas olması iddia edilsə də, məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 2018-ci ilin mart ayında Suraxanı rayon Polis İdarəsində aparılmış araşdırma zamanı bağ sahəsinin cavabdehin adına qeydiyyata alınmasından xəbər tutmuş və 27 mart 2018-ci il tarixdə - qanunda müəyy ən olunmuş 1 illik müddəti ötürmədən mülkiyyət hüququnun pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması ilə bağlandığından əqdin etibarsız sayılması əsaslı olmuşdur. İşdən görünür ki, kassasiya şikayətində göstərilən dəlillər işə apellyasiya qaydasında baxılarkən cavabdeh tərəfindən irəli sürülmüş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə onlar əsassız sayılmaqla hesab olunmuşdur ki, həmin dəlillər iddianın rədd edilməsi üçün əsas ola bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməkl ə çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar