Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6871/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(103)8722/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(011)-3480/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) İ ddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası təmin edilərək, 05 fevral 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub 25 dekabr 2015-ci il tarixdə doğulmuş Töhfənin və 21 fevral 2018-ci il tarixdə doğulmuş Dənizin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıya ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(103)8722/2019 saylı qətnaməsi ilə (hakimlər A.Ə.Hüseyn sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və R.Ə.Qurbanov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 01 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib, 05 fevral 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub 25 dekabr 2015-ci il tarixdə doğulmuş Töhfənin və 21 fevral 2018-ci il tarixdə doğulmuş Dənizin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçıya ödənilməsi qət edilib. İddiaçı qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı “aliment tələbinə dair” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 10 noyabr 2014-cü il tarixdə rəsmi nikah əsasında cavabdehlə ailə qurub. Birgə nikahlarından 25 dekabr 2015-ci il tarixdə Töhfə, 21 fevral 2018ci il tarixdə Dəniz adlı iki uşaqları doğulub. Cavabdehlə birgə ailə təsərrüfatının idarə olunması və ailənin qorunub saxlanılması mümkün deyil və aralarındakı nikah formal xarakter daşıyır. Bundan sonra cavabdehlə barışıb ailəni qoruyub saxlaması mümkün deyil. Cavabdehə dəfələrlə şans verməsinə baxmayaraq o, ailə başçısı kimi özündə məsuliyyət hiss etmir və ailənin problemləri ilə maraqlanmır. Cavabdeh ailəyə, uşaqların saxlanılmasına və yaşamasına heç bir maddi köməklik göstərmir. Ona görə də cavabdehdən hər ay, uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tələb edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili X kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apell yasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, cavabdehdən hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsini qət edərkən, hər bir uşaq üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericili k həmin məbləği alimentin maksimum həddi kimi müəyyən etməməsinə, əksinə alimentin miqdarının tərəflərin maddi, ailə vəziyyətləri və diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmaqla müəyyən edilməli olmasına, hazırki halda cavabdehin məcburi köçkün olmaqla, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı sayılmasına, işdə, onun daimi iş yeri və qazancı barədə heç bir mötəbər yazılı sübutun olmamasına, mövcud vəziyyətdə cavabdehdən hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulmasının cavabdehin maddi və ailə vəziyyətinə uyğun sayılmamasına istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4, 78.2-ci maddələrinin tə ləbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, tərəflər 10 noyabr 2014-cü il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından 25 dekabr 2015-ci il tarixdə Töhfə, 21 fevral 2018-ci il tarixdə Dəniz adlı iki uşaqla rı doğulub. Sonradan tərəflər faktiki olaraq ayrılmışlar və hazırda hər iki uşaq anaları İddiaçı yanında yaşayırlar. İddiaçı, cavabdehin ailənin, uşaqların saxlanılmasına və onların yaşamalarına heç bir maddi, mənəvi kömək göstərməməsini əsas tutub, ondan hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsini iddia etmişdir. Cavabdeh isə, izahatında, apellyasiya şikayətində məcburi köçkün olmaqla, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayıldığını, daimi iş yerinin və qazancının olmadığını, maddi və ailə vəziyyətinin hər ay, hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat aliment ödəməyə imkan verdiyini göstərib iddia ərizəsinə etiraz etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəs inə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Sadalanan maddi hüquq normalarının mənasına görə, valideynlər uşaqlarının zəruri dolanışıq xərclərini təmin etməyə borcludur. Valideynlərin işləməməsi və ya hər hansı qazanca malik olmamaları, yaxud qazanclarının az olması onları uşaqların ı saxlamaq, normal maddi dolanışıqlarını təmin etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsi sabit pul məbləğinin miqdarının müəyyən edilməsi üçün tərəflərin maddi, ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının əsas tutulmasını tələb edir. Qeyd olunmalıdır ki, tərəflərin maddi, ailə vəziyyəti, eləcə də diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, alimentin miqdarı ilk növbədə uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli və uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Eləcə də “ Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.1, 8.2 və 8.3-cü bəndlərində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəy yən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən a limentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarından və Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi yetkinlik yaşına çatmayan u şaqlara aliment ödənilməsi məsələsi həll edilərkən bütün hallarda azyaşlı uşaqların üstün mənafeləri rəhbər tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi, tərəflərin ailə, maddi vəziyyətlərini, cavabdehin məcburi köçkün olmaqla, dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasını, eləcə də işdə, cavabdehin hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat aliment ödəməyə maddi imkanın olmasına, həmçinin işləməsi və başqa qazancının olmasına dair heç bir möhtəbər yazılı sübutun olmamasını əsas tutub, cavabdehdən hər ay, hər uşağa görə tutulacaq alimentin məbləğini 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Daha s onra iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin faktiki halları üzrə səhv nəticəyə gəlməsini, cavabdehin hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment ödəmək üçün yetərli qazanca malik olmasını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsinin hansı maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, işin hansı faktiki halları üzrə səhv nəticəyə gəlməsini kassasiya şikayətində əsaslandırmayıb və tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlar dan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Ey ni zamanda kassasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olarsa, yəni onun qazancı və başqa gəlirləri barədə iddiaçı yeni mötəbər sübutlar əldə edərsə, o, cavabdehə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla, alimentin məbləğinin artırılmasını tələb edə bilər (Ailə Məcəlləsinin 112.1-ci maddəsi). Həmçinin işdən görünür ki, tərəflərin birgə nikahından doğulmuş Dənizin hələ üç yaşı tamam olmamışdır (o, 21 fevral 2018-ci ildə doğulub). Ailə Məcəlləsinin 85.1, 85.1.1-ci maddələrində göstərilir ki, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad, nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən alime nt ödəməyi tələb etmək hüququna malikdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin ümumi uşaqları olan Dənizin doğulduğu gündən 3 il ərzində iddiaçı məhkəmə qaydasında keçmiş əri Cavabdeh aliment ödəməyi tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilməsi alimentin miqdarının mexaniki olaraq həmin məbləğə uyğun müəyyən edilməsi üçün əsas ola bilməz. Alimentin miqdarı ilk növbədə tərəflərin təqdim etdikləri sübutlar nəzərə alınmaqla, onların maddi, ailə vəziyyətləri, həmçinin diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Beləliklə, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəl illəri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2(103)-8722/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6871/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6871/2019
15.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver