Məhkəmə qərarları › İş №2(102)-6880/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6880/2019

28.10.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6880/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyevə Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkilin kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC, iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında 10.10.2014-cü il tarixdə bağlanmış ********* nömrəli “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə əsasında yaranmış və ödənilməmiş qalan borcun ödənilməsi məqsədi ilə 10.210 manat, icbari sığorta üçün ödənilmiş haqqın əvəzi olaraq 285 manat, kasko sığortası üçün ödənilmiş haqqın əvəzi olaraq 1.470 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 30 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi, lizinq obyekti olan “Mercedes S500L” markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra - mübahisəli avtomobil) cavabdehdən alınaraq, lizinq verən İddiaçı MMC-dən aldığı vəziyyətdə İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2018 saylı iş üzrə qəbul etdiyi 25 yanvar 2018-ci il tarixli qətnaməs i ilə iddia təmin edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli, ********* saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh lizinq müqaviləsi əsasında yaranmış 10210 (on min iki yüz on) manat, icbari sığorta üçün ödənilmiş 285 (iki yüz səksən beş) manat, kasko sığortası üçün ödənilmiş 1470 (bir min dörd yüz yetmiş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 11995 (on bir min doqquz yüz doxsan beş) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməsi və lizinq obyekti olan “Mercedes S500L”, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh alınaraq onu lizinq verəndən aldığı vəziyyətdə (halda) İddiaçı MMC-yə geri qaytarılması qət edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh İddiaçı MMC-yə qarşı qarşı lıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 10.10.2014-cü il tarixli “Daxili lizinq müqaviləsinin” etibarsız hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı da icraata götürərək apellyasiya şikayəti və qarşılıqlı iddia əsasında mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi 08.08.2018-ci il tarixli qətnamə (iş № 2(103)-9278/2018) ilə apellyasiya şikayətinin təmin edilməməsini, rayon məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin dəyişdirilmədən saxlanılmasını və qarşılıqlı iddianın təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-265/19 saylı, 16 yanvar 2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mül ki Kollegiyasının iş üzrə 08 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim Q.Allahverdiyev, hakimlər İ.Xələfov və Ə.Şadıyev). Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2019-cu il tarixli, 2(103)4111/2019 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), X.Sarıyev və E.Şamayev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-733/2018 saylı iş üzrə qəbul etdiyi 25 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı MMC-nin Cavabdehə qarşı “borcun qaytarılması və sair” tələbləri barədə ilk iddiasının qismən təmin edilməsi, lizinq obyekti olan “Mercedes S500L” mar kalı, 99AF101 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən, İddiaçı alınmış vəziyyətdə İddiaçı MMC-yə qaytarılması, ilk iddianın qalan hissədə təmin edilməməsi və Cavabdehin İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi yeni qərarla “Mercedes S500L” markalı, 99AF101 dövlət nömrə nişanlı avtomobilin cavabdeh tərəfindən iddiaçıdan aldığı vəziyyətdə iddiaçıya qaytarılmasını qət edərkən gəlinmiş nəticənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7481.8-ci maddəsinin tələbləri ilə uzlaşmadığını nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinqi verənə ondan aldığı vəziyyətdə qaytarmalıdır. Hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına zidd olaraq qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin mahiyyəti üzrə yenidən araşdırılmasından ötrü apellyasiya instansiyasına qayrarılmasına dair qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəs inə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin 03 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 may 2019-cu il tarixli qətnaməsi qismən-avtomobilin qaytarılması hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməs i xahiş edilsə də, şikayətin məzmunundan aydın görünür ki, kassator qətnamənin «lizinq obyekti olan “Mersedes S500 L”, **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ondan alınaraq onu lizinq verəndən aldığı vəziyyətdə (halda) MMC-yə geri qaytarılması» hissəsinin qanuniliyini mübahisələndirmiş, qətnamənin digər hissələrinin qanuniliyini isə mübahisələndirməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinin tələbləri baxımından ümumilikdə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarımın nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəm ə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 340.2, 354.2, 431.1, 528, 747.1, 748-1.8-ci maddələrinə istinadən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh MMC-yə olan borcu artıq ödənildiyindən ilk iddianın «pul tələbi barədə» hissəsi təmin edilməməli, lakin iddianın avtomobilin qaytarılması hissəsi təmin edilərək avtomobil cavabdeh tərəfindən MMC-dən alınmış vəziyyətdə MMC-yə qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, Cavabdeh «Daxili lizinq müqaviləsinin» bağlandığı gündən 1 il ərzində onun etibarsızlığını mübahisələndirməməklə qanunla müəyyən edilmiş kəsiç i müddəti ötürdüyündən onun iddiaçı MMC-yə qarşı qarşılıqlı iddiası təmin oluna bilməz. İşin materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 10 oktyabr 20144-cü il tarixli, ********* saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinə 1 saylı Əlavədən görünür ki, alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin qiyməti 44100 manat təşkil edir. İş materiallarında olan «xxxx» MMC-nin 26 oktyabr 2017-ci il tarixli,EL/1132 saylı arayışdan görünür ki, Cavabdeh MMC-yə lizinq müqaviləsinin qrafiki ürə 10210 manat, icbari sı ğorta üzrə 285 manat,kasko sığortası üzrə 1470 manat olmaqla, cəmi 11965 manat məbləğində borcu vardır. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə müəyyən etdiyi kimi tərəflər arasında mübahisəli avtomobilin lizinqə götürülməsinə dair razılaşma olmaş, cavabdeh iddiaçı MMC qarşısında üzərinə müəyyən öhdəliklər götürmüş, hazıda MMC cavabdehin öz öhdəliklərini icra etmədiyini bəyan edərək tərəflər arasında bağlanmış müqavilənin ləğvini, cavabdehin MMC-yə olan borcunun ödənilməsini və lizinq obyekti olan avtomobilin qaytarılmasını tələb edir. Cavabdehin dəlillərindən görünür ki, o avtomobil almaq üçün iddiaçıya müraciət etmiş, iddiaçı MMC öz mülkiyyətində olan avtomobili cavabdehə hər ay hissə-hissə ödəmək şərti ilə satmışdır. Onların arasında lizinq müqaviləsi bağlan sa da lizinq münasibətləri olmamış, «xxxx» MMC-nin lizinq fəaliyyətini həyata keçirməyə səlahiyyəti olmamış, MMC lisenziyası olmadan və səlahiyyəti olmadan bank fəaliyyətini həyata keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1 -ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4- cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə liz inq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifaədlərin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyəts izdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1,140.2,164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2017-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-5-ci maddəsinə müvafiq olaraq, lizinq müqaviləsi üzrə lizinq verən satıcı (mal verən) ilə alqı satqı müqaviləsi bağlamalıdır. Alqı-satqı müqaviləsi lizinq müqaviləsindən əvvəl bağlana bilər, bu zaman həmin müqavilənin xüsusi olaraq lizinq məqsədlər i üçün bağlandığı göstərilməlidir. İşin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli, ********* saylı daxili lizinq müqaviləsinin 3.1 -ci bəndinə əsasən müqavilənin müddəti 36 ay müəyyən edilmişdir. Belə olan halda kollegiya apellyasiya instansiyası məhkəməsinin iddiaçı MMCnin iddia ərizəsi ilə məhkəməyə müraciət etmədən (30.10.2017-ci il) əvvəl artıq 10 oktyabr 20144cü il tarixli,********* saylı daxili lizinq müqaviləsinin müddətinin bitməsini (10.10.2017-ci il) və müqaviləyə avtomatik olaraq xitam verildiyi üçün müqavilənin ləğvi ilə bağlı iddia tələbinin təmin olunması üçün əsasların mövcud olmamasına dair nəticəsi ilə razılaşır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilk iddia tələbləri ilə bağlı gəldiyi digər hüquqi nəticələ ri ilə razılaşır və hesab edir ki, məhkəmə Cavabdeh MMC-yə olan borcu artıq ödənildiyindən ilk iddianın «pul tələbi barədə» hissəsinin təmin edilməməsinə dair də nəticəsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarında olan cavabdeh tərəfin təqdim etdiyi 25.10.2018-ci il tarixli «xxxx” görünür ki, cavabdehin MMC-yə yaranmış 11.995 manat məbləğində borcu X2 tərəfindən MMC-nin hesabına köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin mübahisəli avtomobilin faktiki olarq D.Yusifovun istifadəsində olmaqla MMC-yə olan borcun onun tərəfindən ödənilməsinə dair dəlillərini düzgün qiymətlənləndirərək bu qənaətə gəlmşidir ki, həm iddiaçı MMC tərəfindən bu dəlilə hər hansı bir etiraz bildirilməmiş, həm də Cavabdeh MMC-yə olan borcu artıq ödənilmiş kimi qiyimətləndirilməlidir. Çünki Mülki Məcəllənin 431.1-ci maddəsinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Məcəllənin 528-ci maddəsinə görə isə, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin Cavabdeh «Daxili lizinq müqaviləsinin» bağlandığı gündən 1 il ərzində onun etibarsızlığını mübahisələndirməməklə qanunla müəyyən edilmiş kəsiçi müddətin ötürməsinə dair nəticəsini də işin araşdırılmış hallarına uyğun, qanuni və əsaslı hesab edir. Belə ki, kollegiya qe yd edir ki, Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti ilə, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddət tamamilə fərqli anlayışlardır. Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulmuş müddətlər iddia müddəti deyil, kəsici müddət olmaq etibarı ilə hüququnun pozulması ehtimal olunan şəxsin müraciət müddətidir. Yəni qanunun tələbinə əsasən əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün hüququ pozulmuş şəxs bir il ərzində məhkəməyə müraciət edə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həm qarşılıqlı iddianın, həm də apellyasiya şikayətinin məzmunundan müəyyən olunmuşdur ki, tərəflər arasında daxili lizinq müqaviləsinin bağlandığı andan müqavilənin etibarsız hesab edilməsi üçün irəli sürülən xüsusatlar (müqavilənin əslində tərəflər ara sında olan alqı-satqı münasibətlərini pərdələmək məqsədi ilə bağlanması) Cavabdeh bəlli olmuşdur. Lakin cavabdeh onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Məhkəmə kollegiyası bunununla yanaşı hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin avtomobilin qaytarılmasına dair nəticələri işin həqiqi hallarına, mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi bu nəticəsinin maddi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 748-1.8-ci maddəsinə görə, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisənin həlli zamanı avtomobilin cavabdeh tərəfindən MMC-dən alınmış vəziyyətdə MMC- yə qaytarılmalı olması qənaətinə gələrkən istinad etdiyi maddi hüquq normasının tələblərini nəzərə almamış, bununla da maddi hüquq norması mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, avtomobilin iddiaçı tərəfə ilkin alınmış vəziyyətdə qaytarılmalı olması nəticəsi ilə qeyd edilən normanın məzmununda göstərilənlər bir-birinə ziddiyyyət təşkil edir. Apellyasiya instansiyası məhkəməsi işin bu halına qiymət verməmişdir ki, qaytarılması tələb edilən avtoma şın uzun müddəti istismar edilməsi nəticəsində ilkin vəziyyətdə qala bilməzdi və qaytarılarkən köhnəlmə (amortizasiya) hallarının olması normaldır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MM-nin 748.1.8-ci maddəsini hakim mübahisəyə düzgün tətbiq etmədiyindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi avtomaşının qaytarılması hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya h əmçinin hesab edir ki, işə ləğv olunmuş hissədə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, cavabdehin apellyasiya şikayətinin avtomaşına dair hissəsi üzrə dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 may 2019-cu il tarixli qətnaməsi lizinq obyekti olan “Mersedes S500 L” **-AF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qaytarılması hissəsində ləğv edilsin və iş ləğv olunan hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar