Məhkəmə qərarları › İş №2(102)-6883/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6883/2019

28.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6883/2019 28.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(011)-2567/2 018 saylı qətnaməsi ilə iddia təmin edilərək, “xxxx” ASC ilə X7 arasında bağlanmış saylı, 29 sentyabr 2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka qoyulmuş, X5 məxsus ünvan 1 ünvanda yerləşən 0,05966 ha. torpaq sahəsində yerləşən 170 nömrəli, 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ipoteka yüklülüyündən azad edilərək, ipotekaya xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması qət edilmişdir (hakim N.Misirzadə). Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(011)2567/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəç i S.Hacıyev, R.Eyvazov və F.Talışinski). Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(102)373/2019 saylı qərarı ilə cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi Ə.Əliyev, hakimlər A.Kalbalıyev və V.İbayev). Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4774/2019 saylı 16 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev-sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və X.Sarıyev) Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(011)-2567/2018 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə X7 arasında 29 sentyabr 2011-ci il tarixdə bağlanmış saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti - X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mülkiyyətdə olan 0,05966 ha. torpaq sahəsində yerləşən 157,2 kv.metr ümumi sahədən, 157,2 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli 170 saylı qeyri-yaşayış binasının ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, hərracın yekunlar ına dair protokol müvafiq alqı-satqı müqaviləsi hərrac təşkilatı tərəfindən ipoteka saxlayana təqdim olunmadığından ipoteka qoyana qaytarılmalı olan pul vəsaitinin ödənilməli olduğu bank və ya hesablaşma hesabı və alıcının digər öhdəlikləri məlum olmamış, ona görə də sözügedən izahi məbləğ ipoteka qoyana qaytarmaq mümkün olmamış, iddiaçının iddia ərizəsində istinad etdiyi ipoteka predmetinin alış qiyməti ilə borc məbləği arasındakı fərqin ona qaytarılması hərrac təşkilatının hərəkətsizliyi nəticəsində baş tutmamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normalarının pozulmasını qeyd edərək Bakı Apellyasiya Məhkəməsinin 16 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və kassasiya şikayətinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə koll egiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili A.M.Məmmədov kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili R.F.Umudov kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sü butlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1, 325.1-ci maddələrinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinə, həmin maddələrin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli qərarına istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, hərrac təşkilatı “X3” MMC-nin ləğv prosesində olan Cavabdeh1 ASC-yə ünvanla dığı 1106 saylı, 13 dekabr 2017-ci il tarixli məktubda ilkin və təkrar hərracın baş tutmadığı qeyd edilmiş və ipoteka predmetinin əldə olunması ilə bağlı 30 gün ərzində münasibət bildirilməsi banka təklif edilsə də, iş materiallarında həmin məktubun ləğv prosesində olan Cavabdeh1 ASC-yə çatdırılmasını təsdiq edən sübut mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, apellyator tərəfindən ipoteka predmetinin əldə edilməsi üçün hərrac təşkilatına xidmət haqqının ödənilməsi ilə bağlı hesab-fakturanın təqdim olunması ilə müraciət etməsi, hərrac təşkilatının təqsiri ucbatından alqı-satqı müqaviləsinin bağlanmasının qeyri-mümkün olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən qanunvericiliyə əsasən ipoteka pre dmetinin əldə edilməsi üçün müddət hər hansı şərtlərlə müəyyən olunmamış və ipotekasaxlayan göstərilən müddət ərzində bütün texniki məsələləri həll etməklə, əmlakı əldə etmək vəzifəsini daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 21 avqust 2017-ci il tarixli sifarişinə əsasən X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayünvan 1 ünvanda yerləşənyri-yaşayış sahəsinin açıq hərracda satılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-97/2017 saylı, 28 mart 2017-ci il tarixli icra vərəqəsi “X3” MMC-yə göndərilmiş və qeyri-yaşayış sahəsi 23 oktyabr 2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 170000 manat, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən 04 dekabr 2017-ci il tarixdə təkrar hərracda 15% endirimlə 144500 manata açıq hərraca çıxarılsa da, iştirakçı olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı "xxxx" qəzetində elan dərc olunmuşdur. “İpoteka haqqında” Qaunun 43.7-ci maddəsinə əsasən əmlak 25% endirimlə 13 dekabr 2017-ci il tarixli 1106 saylı məktubla banka təklif olunmuş, həmin Qanunun 43.8-ci mahddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 gün müddətində əldə etmədiyi üçün sənədlər toplusu 24 yanvar 2018-ci il tarixdə Bakı şəh əri Yasamal rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. İddiaçı cavabdehin təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, iddiaçı mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini və ipoteka predmetinin yüklülükdən azad edilməsini tələb etmiş, cavabdeh isə iddiaya etiraz edərək ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin açıq hərracda satışını həyata keçirməli olan hərrac təşkilatı "X3" MMC-yə sözügedən qeyri-yaşayış sahəsinin əldə edilməsi məqsədilə müvafiq hesab-fakturanın təqdim edilməsilə bağlı dəfələrlə müraciət etsələr də, heç bir cavab ala bilməməsini eyni zamanda, hərrac təşkilatına ipoteka predmetinin əldə olunması ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsinə şərait ya radılmasını, təşkilatın xidmət haqqının ödənilməsi, hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin təmin olunması ilə bağlı etdikləri müraciətlərin də cavabsız qalmasını, yəni ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsinin hərrac təşkilatının təqsirindən baş tutmamasını göstərmişdir. İş materiallarında olan hərrac təşkilatı “X3” MMC-nin İddiaçı ünvanladığı 22 yanvar 2018-ci il tarixli məktubda qeyd edilmişdir ki, hərrac təşkilatının təklifi bank tərəfindən 05 yanvar 2018-ci il tarixli məktubla qəbul edilmiş və həmin məktub 22 yanvar 2018-ci ildə hərrac təşkilatına daxil olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-cü maddəsinə əsasən (mübahisəli hüquq münasibətləri qüvvədə olan redaksiyada) ipoteka predmetinin ipoteka saxlayan tə rəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinin əvvəlki redaksiyasına əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Qanunun 43.7-ci maddəsinin 30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilki n satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 oktyabr 2014-cü il tarixli Qərarında irəli sürülmüş mövqeyə əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka s axlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli icra vərəqəsi üzrə tələbin yönəldildiyi, ipoteka predmeti olan X5 məxsus ünvan 1 ünvanda yerləşənyriyaşayış sahəsinin satılmasına dair 04 dekabr 2017-ci il tarixə təyin edilmiş təkrar hərracı baş tutmamış və bu barədə "xxxx" qəzetinin 09 dekabr 2017-ci il tarixli qəzetində elan dərc olunmuşdur. Eyni zamanda hərrac təşkilatçısı “X3” MMC tərəfindən 13 dekabr 2017-ci il tarixdə 1106 saylı məktubla ipotekasaxlayana məktubla müraciət edilərək, ipoteka predmetinin 30 təqvim günü ərzində əldə edilməsi təklif olu nmuşdur. Həmin məktub (təklif) ipotekasaxlayanın ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu”nun əməkdaşı X3 tərəfindən 13 dekabr 2017-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarında təkrar hərracın baş tutmadıqda ipotekasaxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamasına dair qənaəti ilə ilə razılaşır. Belə ki, qeyd edilən Qanunun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o, həmin hüququndan 30 gün müddətində istifad ə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, qanunun mənasına görə ipotekasaxlayana ipoteka predmetini almaq təklifi (oferta) ayrıca sənədlə (məktubla) deyil, hərracın baş tutmamış elan olunması ilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddənin məzmunundan aydın olduğu kimi, təkrar hərracın baş tutmamasından sonra ipoteka predme tinin əldə edilməsi ipotka saxlayana təklif edilməlidir. Bu təklif (oferta), MM-in 325.1 və 408.1-ci maddələrinə müvafiq olaraq, birtərəfli əqddir və qarşı (yönəldiyi) tərəfə çatdığı andan hüquqi nəticə doğurur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1-ci maddəsinə görə, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Həmin Məcəllənin 407.1-ci maddəsinə görə, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. İşin materiallarından görünür ki, 04 dekabr 2017-ci il tarixli hərracın baş tutmamış elan olunmasının kütləvi informasiya vasitələrində 09 dekabr 2017-ci il tarixdə dərc edilməsi iş üzrə mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Re spublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC-nin 30 gün müddətində hüququndan istifadə edərək, ipoteka predmetini təkrar hərracda satış qiymətindən 25%-dək az qiymətlə almalı olsa da, cavabdeh tərəfindən 08 yanvar 2018-ci il tarixədək ipoteka predmetinin alınması ilə əlaqədar tədbirlər görülməməsinə dair nəticəsini işin araşdırılmış hallarına uyğun qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə qiymət verərək hesab edir ki, ipoteka saxlayana ayrıca xüsusi təklifin verilməsi zərurətinin olmasını qəbul edilməsi halında belə iş materialları ilə belə təklifin 13 dekabr 2017-ci il tarixdə Əmanətlərin Sığortalanması Fonduna verilməsi müəyyən olunmamasına, həmin tarixdən sonrakı müddətdə də 30 gün ərzində ipotekasa xlayan ipoteka predmetini əldə etməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və eyni zamanda hesab edir ki, məhkəmə qanunvericiliyə əsasən ipoteka predmetinin əldə edilməsi üçün müddətin hər hansı şərtlərlə müəyyən olunmaması və ipotekasaxlayanın göstərilən müddət ərzində bütün texniki məsələləri həll etməklə, əmlakı əldə etmək vəzifəsini daşımasına dair nəticəsi də qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yeni apellyasiya baxışı zamanı əvvəlki kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlərə əməl edərək müəyyən etmişdir ki, iş materiallarında ləğv prosesində olan Cavabdeh1 ASC-nin 05 yanvar 2018-ci il tarixli məktubu, həmin məktubun poçt orqanına hansı tarixdə verilməs ini təsdiq edən sənəd əlavə olunmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək haqlı olaraq bu nəticəyə də gəlmişdir ki, cavabdeh tərəfindən ipoteka predmetinin əldə edilməsi üçün hərrac təşkilatına xidmət haqqının ödənilməsi ilə bağlı hesab-fakturanın təqdim olunması ilə müraciət etməsi, hərrac təşkilatının təqsiri ucbatından alqı-satqı müqaviləsinin bağlanmasının qeyri-mümkün olması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Kollegiya həmçinin apellyasiya instansiyası məhkəməsinin bankın məktubunun bilavasitə hərrac təşkilatına verilməsi qəbul edildiyi halda qanunvericiliklə müəyyən olunmuş müddətin pozulmuş olma sına dair qənəati ilə razılaşır və hesab edir ki, ümumilikdə cavabdeh tərəf istər iddiaya etirazının, istərsə də apellyasiya və kassasiya şikayətlərinin dəlillərinin əsası kimi istinad etdiyi hal olan ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməməsi hərrac təşkilatının təqsirindən baş tutmamasına dair mötəbər və tutarlı sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün q abaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM -nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respu blikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qa nunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilinə ümumilikdə hüquqi qiymət ver ərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək cavabdeh təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən, ipotekaya xitam verilməsi, ipoteka predmetinin yüklülükdən azad edilməsi bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalı olmasına dair düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları dü zgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217,218,372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətb iqində səhvə yol verilməyərək iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bildiyi üçün iddia tələbinin təmin olunması barədə düzgün və əsaslı nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğu və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 16 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar