Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-692/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3365/2023 nömrəli, 9 oktyabr 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İ şin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 ünvanında yerləşən 0,25 hektar torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq) və iki otaqlı bağ evi iddiaçıların ataları, cavabdehin babası X9 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur.
2. X15 xx.xx.1989-cu ildə ölmüşdür. 3. 2002-ci ildə X9 varislərinin razılığı əsasında mübahisəli torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixli, 2168 №-li “Bağın icarəyə verilməsi haqqında” müqavilə əsasında iddiaçıların qardaşı, cavabdehin atası X3 adına rəsmiləşdirilmişdir.
4. X11 öləndən sonra mübahisəli torpaq sahəsi Cavabdeh mülkiyyətinə keçmişidir.
5. Cavabdeh xx.xx.2014-cü il tarixdə mübahisəli torpaq sahəsinə ******* №-li Çıxarış, xx.xx.2021-ci il tarixdə isə həm mübahisəli torpaq sahəsinə, həm onun üzərində yerləşən 117 k v metr sahəsi olan evə vahid Çıxarış almışdır (qeydiyyat nömrəsi **********).
6. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır.
7. Mübahisəli torpaq sahəsində özbaşına inşa edilmiş ikinci ev var və iddiaçılar həmin evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar X14 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabubçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinə vərəsəlik hüquqlarının tanınmasını və Cavabdeh adına verilmiş xx.xx.2014-cü il tarixli, seriya PX JVs ******* saylı çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər.
9. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabubçu rayonu,Vişnyovka qəsəbəsi ndə yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 №-li bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X15 arasında xx.xx.1980-cı il tarixli, 2168 nömrəli müqavilə bağlanmışdır. Həmin bağ sahəsi iki hissədən ibarətdir - 493 A və 493 B saylı bağ evləri olmaqla hər birinin ayrıca giriş-çıxışı, torpaq sahəsi və binası var. Həmin bağ sahəsinin ilkin icarədarı ataları olmuşdur. X15 xx.xx.1989-cu il tarixdə vəfat etmişdir. 1989-cu ildən iddiaçılar ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə hal- hazırda da orada yaşayırlar. Ataları vəfat etdikdən sonra İddiaçı2 digər ailə üzvləri ilə birlikdə bağ sahəsindən istifadə etməklə atalarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Bağ sahəsi iki hissəyə bölünmüşdür, bir hissəsində iddiaçılar, digər h issəsi isə Rəcəbəlinin istifadəsində olmuşdur. Cavabdeh əvvəlcə bağ sahəsinin bir hissəsini öz adina keçirmiş və söz vermişdir ki, qalan hissəni iddiaçının adlarına keçirəcək, Rəçəbəlinin xx.xx.2013-cü il tarixdə ölümündən sonra onun oğlu Cavabdeh bağ sahəsini bütünlüklə öz adina rəsmiləşdirmişdir. Ümumi hasar daxilində olan torpaq sahəsi ayrıayrılıqda hasarlanmışdır. İddiaçıların torpaq sahəsinin cavabdehə heç bir aidiyyətı yoxdur. Buna görə də cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilməlidir.
10. X1 ərizə verərək onun əsl İddiaçı2 ilə əvəz edilməsini xahiş etmiş, eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı1 dəqiqləşdirilmiş tələblə iddia ərizəsi verərək, Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf ol unmuş 50 min manatın, iş üzrə ödənilmiş dövlət rüsumunun və 210 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdilər.
11. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Q.Kərimovun vəfatından sonra iddiaçı və Q.Kərimovun digər övladı İddiaçı2 ilə birlikdə bağı faktiki olaraq daş hasarla iki hissəyə bölərək, ayrıca giriş-çıxış qapısı qoymaqla sahəsi 1140 kv.m olan hissə də iddiaçının, sahəsi 1360 kv.m olan hissə də digər qardaşları X4 istifadəsinə verilmişdir. İddiaçı özünə məxsus hissədə qardaşı Nəbi ilə birlikdə 3 otaq, mətbəx, hamam və sanitar qovşağından ibarət ev tikdirmişdir. 1991-ci ildə İddiaçı2 ailə quraraq daimi olaraq həmin bağ evində yaşamışdır. Onun həmin bağ evində 3 övladı dünyaya gəlmiş və böyümüşdür. Mübahisəli bağ evi iddiaçıların daimi yaşayış yeridir və bundan başqa onların digər yaşayış yeri yoxdur. 2020-ci ilə qədər cavabdehlə aralarında heç bir mübahisə olmadan yaşamışdılar. Hətta cavabdeh xx.xx.2018-ci ildə bağ sahəsini hər biri 1250 kvm. olan iki bərabər hissəyə bölünməsi barədə ərizə verib hər kəsin bağın öz adna keçirilməsi məqsədilə bölünməsini tələb etsə də, DƏDRX artıq bağın torpaq sahəsinin 1140 kv metr və 1360 kv metr olan ayrı-ayrı hasarlanaraq bölündüyündən yeni bölgü sxeminə etiraz etmişdir. Hazırda cavabdeh iddiaçılara qarşı iddia qaldıraraq, onların həmin bağt evindən çıxarılmalarını tələb etmişdir. Bu səbəbdən iddiaçılar hazırki iddianı verməyə məcbur olmuşdular. İddiaçılar 1991-ci ildnə, yəni bağ ın cavabdehin mülkiyyətinə keçməsindən əvvəl həmin e vi tikdirmiş, carhovuz, anbar və sair əlavə tikililər inşa etmişdilər. Onların 50 min manatdan artıq xərcləri çıxmışdır.
12. Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı2 iddiasını təmin edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq (Vişnyovka) qəsəbəsi, Bağ evi 493 ünvanında yerləşən bağ sahəsinin 1250 kv.metrlik hissəsinin İddiaçı2 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsini və Cavabdeh Rəcəbli oğlunun adına verilmiş Bakı şəhəri, Albalılıq (Vişnyovka ) qəsəbəsi, Bağ evi 493 ünvanına dair Çıxarışın ləğv edilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Rəcəbli oğlu tərəfindən verilmiş apellyasiya şikayətini təmin edərək adıçəkilən qətnaməni ləğv etmiş, İddiaçı2 iddiasını rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli qərarı ilə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Qətnamə qanuni qüvvəsini alandan sonra Cavabdeh Rəcəbli oğlu “Cavabdehlərin öz vəsaitləri hesabına əşyaları ilə birlikdə mülkiyyətimdə olan torpaq və yaşayış sahəsindən məcburi çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə icraat hazırki iş üzrə yekun qərar çıxarılanadək dayandırılmışdır. Adıçəkilən torpaq sahəsi və iki otaqlı bağ evi cavabdehin babası X9 icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. X15 xx.xx.1989-cu ildə vəfat edəndən sonra, ona məxsus Bakı şəhəri, Yasam al rayonu, M.AƏliyev küçəsində yerləşən 38 saylı evin heç bir şəraiti olmayan zirzəmisində ailəsi ilə birgə yaşayan cavabdehin atası X11 1990-cı ilin iyun ayında 493 saylı bağ evini abadlaşdıraraq ailəlikcə ora köçmüşdür və ömrünün sonuna kimi bağ evində yaşamışdır. 1991-ci ildə atası X11 0.25 hektar torpaq sahəsində, hazırda ailəsinin yaşadığı ikinci evi tikərək ora köçmüş, atasından qalma və özünün abadlaşdırdığı bağ evini yayda bağa dincəlməyə gələn digər ailə üzvlərinin istifadəsinə vermişdir. Yeni ailə quran İddiaçı2 1991-ci ilin yayından 493 saylı bağ evində yaşamağa başlamışdır. 2002-ci il tarixində qarşılıqlı razılaşmaya əsasən cavabdehin atası X11 ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu və atasından miras qalmış Yasamal rayonundakı evdən varislərin xeyrinə imtina edib, varisl ər isə bağ sahəsinə aid öz paylarından imtina edərək həmin vaxt heç bir dəyəri olmayan 0.25 hektar torpaq sahəsinə dair icarə müqaviləsinin X3 adına bağlanmasına notarial qaydada yazılı razılıq veriblər. Nəticədə, X11 torpaq sahəsinə dair X7 və İstismarı Birliyi ilə xx.xx.2002-ci il tarixli, 2168 saylı “Bağın icarəyə verilməsi haqqında” yeni icarə müqaviləsi imzalayıb. Atası Kərimov X2 qardaşı İddiaçı2 miras əmlak olan M.A.Əliyev küçəsindəki evin söküntüsündən alacağı vəsait hesabına özünə yaşayış sahəsi alana kimi müvəqqəti olaraq ailəsi ilə birlikdə 493 saylı bağ sahəsində yaşamasına razılıq verib. Atası X11 2013-cü ildə vəfat edəndən sonra 2500 kv.m. torpaq sahəsi olan 493 saylı bağ evi cavabdehin mülkiyyətinə keçmişdir. Atası X3 şifahi olaraq zamanında verdiyi sözə rəğmən 2018-ci ildə M.AƏliyev küçəsində yerləşən 38 saylı evin söküntüsü ilə bağlı cavabdeh özü, anası, bacısı və bacısının yetkinlik yaşına çatmış övladları miras əmlakdan imtina etməklərinə dair notariusda razılıq ərizəsi yazmışdılar. 2018-ci ildə M.AƏliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alan İddiaçı2 və digərləri faktiki yaşadıqları yaşayış və torpaq sahəsini müəyyən ödəniş müqabilində cavabdehdən almaq istədilər, lakin daha sonra ödəniş etməkdən imtina etdiklərinə görə alqı-satqı müqaviləsi baş tutmadı. Qəti olaraq bildirir ki, iddia ərizəsində göstərilənlərin əksi olaraq İddiaçı1 məhz 2018-ci ildən M.A.Əliyev küçəsində yerləşən 38 saylı evin söküntüsündən özünə çatan payı alandan sonra daimi olaraq bağ evində yaşamağa başlamışdır. Ödəniş etməkdən imtina edən qarşı tərəf 2018ci ildən etibarən əllərində kifayət qədər vəsait olduğu halda özlərinə yaşayış sahəsi almaq əvəzinə qanunsuz olaraq icazəsiz, etirazına məhəl qoymadan, həmçinin, cavabdehi mülkiyyətimdə olan torpaq sahəsinə buraxmadan orda özbaşına tikinti işləri aparmağa başladılar və yaşadıqları evi təmir etdirərək yardımçı tikililər tikdilər, küçə tərəfdən dəmir hasarı söküb daşla hasarlayaraq giriş-çıxış qapısı qoydular. Bu tikinti işlərinə 50000 manat vəsait xərclədiklərini iddia edən qarşı tərəf həmin pulla yaxın ərazidə 0.12 hektar torpaq sahəsinin içində hər bir şəraiti olan 4-5 otaqlı bir bağ evi ala biləcəyi təqdirdə nə üçün cavabdehin mülkiyyətində olan bağ sahəsinə vəsait xərcləyib? Bir daha qeyd edir ki, 0.25 hektar torpaq sahəsi hasarla iki hissəyə ayrılmır, həmin torpaq sahəsinin bir hi ssəsində sıra ilə, gələcəyi nəzərə alaraq məqsədli şəkildə atası X11 tərəfindən tikilmiş ev və yardımçı tikililər təbii hasar görüntüsü yaradır və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündə söylədiklərim öz əksini tapır. Hal-hazırda mülkiyyətində olan 493 saylı bağ sahəsinin zəbt edilmiş hissəsində İddiaçı2, X12, X19 və İddiaçı1 yaşayırlar və onlar mülkiyyətində olan torpaq sahəsində özbaşına apardıqları tikinti işlərinə görə ondan əsassız olaraq vəsait tələb edirlər.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh X10 izahat verərək qeyd etdi ki, əmisi və onun arvadı ömürlərinin sonuna qədər həmin evdə yaşaya bilərlər, lakin, onlar ondan qanunsuz tikili üçün pul istəyə bilməzlər.
14. Bakı Şəhəri Sabunçu Məhk əməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 15 dekabr 2022-cü il tarixli, 2(008)-6655/2022 nömrəli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia rədd edilmişdir.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçılar özbaşına tikilinin onlar tərəfindən inşa edildiyini sübut edə bilməmişdilər, iddiaçılar ümumiyyətlə həmin tikiliyə görə cavabdehdən hər-hansı bir pul məbləği tələb edə bilməzlər, həmin tikili cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən cavabdehin mülkiyyət hüquqlarını pozur.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 152.1, 180.1, 180.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat
17. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir, ilk öncə, birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, özbaşına tikilinin iddiaçılar tərəfindən tikilməsinə dair sübut təqdim edə bilməmişlər. Cavab olaraq bildirirlər ki, o, məhkəmə gedişatında sübut edilməsi üçün şahidlərin dəvət olunmasını xahiş etsə də, məhkəmə buna şərait yaratmamış və sübutetmə müdafiəsinin qarşısını almışdır. Bundan əlavə olaraq bildirirlər ki, cavabdeh özü qarşılıqlı iddia ilə müraciət edərək qanunsuz tikilinin iddiaçılar tərəfində n sökülməsini tələb etməsi (məhkəmə geri qaytarmışdır), cavabdehin yazılı etirazında olan son cümləsi (Hal-hazırda mülkiyyətində olan 493 saylı bağ sahəsinin zəbt edilmiş hissəsində İddiaçı2, X12, X19 və İddiaçı1 yaşayırlar və onlar mülkiyyətində olan torpaq sahəsində özbaşına apardıqları tikinti işlərinə görə ondan əsassız olaraq vəsait tələb edirlər.) əsaslı sübut edir ki, mübahisəli tikilmiş yaşayış evini iddiaçılar tikmişlər. Daha sonra məhkəmə özü yerli baxış keçirərək işə ədalətli qərar çıxaracağını bildirsə də, baxış keçirməmişdir. Məhkəmə zamanı tikilinin qiymətinin dəyərinin dəqiqləşdirilməsi üçün məhkəmədə məhkəmə tikintitexniki ekspertizanın təyin edilməsi barədə şifahi vəsatət versələr də, məhkəmə buna münasibət bildirmədən protokola qeyd etmədən üzərindən keçmişdir. Məhkəmə zamanında həm iddiaçıların izahatından həmdə cavabdehin etirazından da müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi və sonradan tikilmiş yaşayış sahəsində iddiaçılar 1989-cu ildən maneəsiz olaraq yaşayırlar daimi də sahibliyində və istifadəsində olmuşdur. Mülkiyyətçi isə mülkiyyət hüququnu 2021-ci ildə əldə etmişdir. Mübahisəli torpaq və yaşayış sahəsinin 1989-cu ildən maneəsiz olaraq iddiaçıların yaşayış yeri olması daimi də sahibliyində və istifadəsində olması cavabdehin etirazında iddiaçıların tikinti tikməsini etiraf etməsi məhkəmənin gəldiyi nəticəyə zidd olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsində tikilmiş tikilinin üzərində iddiaçıların yaşayış sahəsi tikməsi cavabdehin həmin torpaq sahəsinə mülkiyyəti təsdiq edən sənədi aldığı tarixdən dəfələrlə əvvələ düşür. Belə olan halda cavabdeh iddiaçıları torpaq sahəsindən və yaşayış sahəsində çıxarılsa, onların əmlaka sahiblik hüquqları pozulacaq və nəticədə onlar tikilinin dəyəri qədər ziyana gedəcək, yaşayış hüququndan məhrum olacaqlar. Cavabdeh isə bundan yararlanan faydalanan şəxs olacaqdır. Bu səbəbdən də tələb olunan pulu faydalanan şəxs olan cavabdeh iddiaçılara ödənilməlidir. Cavabdehin özüdə 2021-ci ilə kimi torpaq sahəsinin iddiaçıların istifadəsində olan hissəsinin və üzərində tikilmiş hissəsnin iddiaçılara məxsus olduğunu qəbul edərək hətta faktiki olaraq ayrılaraq hasarlanmış səhədə kim harda yaşayırsa ona münasibətdə özünə aid hissəyə çıxarış verilməsini DƏDRX-dən istəsə də, imtina edilmişdir. Əgər torpaq sahəsi onun idisə vaxtında elə tam da istəyərdi? Məhkəmə qətnaməsində sübutların yoxlanılması, araşdı rılması və qiymətləndirməsi hissəsində MPM-nin 14.2, 77-ci maddələrini qeyd etsə də, prosessual pozuntuya yol vermiş, işi araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Məhkəməni qısa şəkildə keçərək sübutlarının təqdim edilməsinə şərait yaratmadan tez bir zamanda da ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır.
19. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixili qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsinə dair mülkiyyətin hüquqi vəziyyəti və mövcud tikililərə dair qeydiyyatları müəyyən edən texniki sənədl ər sorğu edilməklə, mübahisə edilən halların müəyyən edilməsi üçün 2(103)3365/2023 saylı mülki iş üzrə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust 2023-cü il tarixili rəyinə əsasən: rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka qəsəbəsində yerləşən 0.25 hektar torpaq sahəsi olan 493 nömrəli bağ sahəsində iddiaçıların istifadəsində olan hissədə mövcud olan tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 15272 manat məbləğində olduğu müəyyən edil ir. Aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində müəyyən edilmişdir.
21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş ******* nömrəli RX seriyalı çıxarışa əsasən 0.25 ha sahəli Bakı şəhəri, Sabunçu rayonu, Vişnynovka bağ sahəsi. 493 saylı bağ sahəsi xüsusi mülkiyyət növü kimi tam payla X5 məxsusdur; - 30 dekabr 2002-ci il tarixində “Birlik” adlandırılan X7 və istismarı birliyinin direktoru Allahverdiyev T.T və X8 oğlu arasında bağın icarəyə verilməsi haqqında 2168 nömrəli müqavilə bağlanmışdır; ******* nömrəli RX seriyalı çıxarışa əsasən 0.25 ha sahəli Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi. 493 saylı ba ğ sahəsi xüsusi mülkiyyət növü kimi tam payla Cavabdeh Rəcəbli oğluna məxsusdur;- 18 sentyabr 2014-cü il tarixli Miras payın bağışlaması haqqında müqaviləyə əsasən X13, X6 Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixdə verilmiş, 511 nömrəli reyestr kitabının 49350-ci vərəqində qeydiyyata alınmış, **********64 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən mərhuma məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 493 saylı bağ sahəsinin 0.25ha torpaq sahəsindən torpaq sahəsinə dair Bakı şəhəri, 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü il tarixli, 2V-1258 reyestr qeydiyyatlı qanun üzrə vərəsəlk hüququ haqqında şəhadətnamə əsasında verilmiş miras payını Cavabdeh Rəcəbli oğluna bağışlamışdır.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tikiliyə çəkilmiş xərclərin maksimum 2000-3000 manat olduğu, qarşı tərəfə evdən çıxmaları müqabilində 3000 manat kompensasiya verməyə və yaxud kompensasiya verilmədən iddiaçıların ömürlərinin sonuna qədər həmin evdə yaşamalarına razı olduğunu bildirmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3365/2023 nömrəli iş üzrə 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6655/2022 saylı işi üzrə 15 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməsi,iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməsi, Sabunçu rayonu, Vişnyovka 493 saylı bağ evinin iddiaçılara məxsus hissəsində yerləşən evin tikinti təmir xəclərinə sərf olunmuş 15272(on beş min iki yüz yetmiş iki)manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, iş üzrə aparılmış ekspert tədqiqatının dəyəri olan 100(yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 24-cü maddəsinin İİİ h issəsi, 29-cu maddəsi 71-ci maddəsinin İİ hissəsi, 80-ci maddəsi; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.6; Mülki Məcəllənin 146, 152164; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77, 80-82, 88, 106, 217.4, 385-390-cı maddələrinə; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 20 mart 1952-ci il Əlavə protokoluna istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, hazırda təklif edilən kompensasiya üzrə tərəflər arasında mübahisənin həllinə yönəlik mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul ed ilməli, apellyasiya şikayəti qismən təmin edilməli, göstərilən faktiki istinadlar və təklif edilən kompensasiya məbləği iddiaçıların bağ sahəsindən maneəsiz istifadə etməsi və yaxşılaşdırmalar aparması, habelə cavabdehin iddiaçılara qarşı bağ sahəsindən çıxarılması barədə iddiası nəzərə alınmalıdır.
25. Kollegiya hesab etmişdir ki, kompensasiya tələbin irəli sürülməsindən öncə onun ədalətliliyi barədə tərəflər arasında mövcud ola bilən münasibətlər bütün mülki hüquqi ləvazimatlar barədə əhatəli təsəvvürlərin yarandığı tərzdə, müqavilə münasibətlərinə daxil olmaq imkanlarını istisna edən mötəbər və təkzibedilməz sübutlar əsasında mümkün ola bilər. Kollegiya Mülki Məcəllənin 560-cı maddəsində təsbit edilmiş əsaslara istinadən hesab edir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməli, hüq uqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin məcəllənin digər 157.5-157.8-ci maddələrinə əsasən: Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüy ü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
26. Qeyd edilənlərdən əlavə olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 81-ci maddəsinə əsasən diqqətə çatdırılmalıdır ki,torpaq istifadəçilərinin və icarəçilərinin torpaqdan istifadəyə və icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq hüquqları vardır.
27. İş üzrə apellyasiya baxışında tərəflərə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün kifayət qədər imkan yaradılaraq məhkəmə kollegiyasının iclası bir neçə dəfə təxirə salınsa da, mübah isənin danışıqlar yolu ilə nizama salınması mümkün olmamışdır. Bununla belə, müzakirələr zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, cavabdehin atası Kərimov X2 qardaşı olan İddiaçı2 müvəqqəti olaraq ailəsi ilə birlikdə bağ sahəsində yaşamasına razılıq vermiş, sonuncu isə tikinti-təmir işləri görərək yaxşılaşdırma aparmışdır. Mübahisəli hal yaxşılaşdırmanın dəyərindədir. Belə ki, iddiaçılar tikinti-təmir xərclərinə 50000 manat dəyər verdiyi halda, bunu sübut etməmiş, cavabdeh tərəf bunun maksimum 2000-3000 manat olduğunu bildirsə də, öz etirazını sübut etməmiş, işdə olan yeganə sübut mənbəyi olan ekspert rəyi ilə bağ sahəsində iddiaçıların istifadəsində olan hissədə mövcud olan tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyərinin 15272 manat məbləğində olduğu müəyyən edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3365/2023 saylı qətnaməsini ləğv edib işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslanırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qətnamə qəbul edərkən xüsusi mülkiyyətində olan 0.25 hektar torpaq sahəsinin iddiaçılar yaşayan hissəsini iddiaçılara məxsus hissə adlandırmaqla istinad etdiyi hüquq normalarını, Mülki Məcəllənin 157.5-157.8-ci,560-cı maddələrini düzgün tətbiq etməmiş, həmçinin, yeganə sübut mənbəyi kimi, n atamam olan ekspert rəyinə obyektiv qiymət verməmişdir.
30. Belə ki, həmin Məcəllənin146.1-ci maddəsində göstərilənlərdən fərqli olaraq nə atası, nə də o iddiaçılara mülkiyyətlərində olan daşınmaz əmlakla bağlı notariat qaydasında heç bir hüquq verməmişlər. Müvəqqəti olaraq ailəsi ilə birlikdə mübahisəli bağ evində yaşamasına dair atasının iddiaçıya (qardaşına) konkret şərt daxilində verdiyi razılıq isə bu proseslərdən, 2018-ci ildən sonra qüvvəsini itirib.
31. Qanuni əsaslarla sahiblik hüququ əldə etməyən iddiaçılarla bağlı ümumiyyətlə Mülki Məcəllənin 157-ci maddəsini tətbiq etmək həmin Məcəllənin146.1-ci maddəsinin tələblərinin pozulması deməkdir.
32. Mülki Məcəllənin 157.5-ci maddəsindən aydın olur ki, vicdanlı sahib əmlakı əldə edərkən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilm əyən və ya bilməli olmayan, əmlaka qanunu pozmadan yiyələnmiş şəxs hesab olunur. Vicdansız sahib isə bunu bilən və ya bilməli olan, əmlaka qanunsuz yiyələnmiş şəxsdir. Məhkəmə öz qətnaməsində Mülki Məcəllənin157.5-cimaddəsinə istinad edərkən iddiaçıların vicdanlı, yaxud vicdansız sahiblik hüquqlarına malik olduqlarına aydınlıq gətirməyib.
33. Hazırkı mülki iş onun üçün uğursuz nəticələndiyi halda, bir mülkiyyətçi kimi daha çox ona hüquq verən Mülki Məcəllənin157.5-ci maddəsinin verdiyi imkanlardan gələcəkdə yararlanmağa çalışar.
34. Mülki Məcəllənin157.6-cımaddəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra ifadəsinə diqqət yetirməklə bildirir ki, hazırda iddiaçıların istifadəsində olan əmlakdan onların təmir xərclərindən dolayı bir mülkiyyətçi kimi ona hər hansı bir gəlir gəlm ədiyinə görə Məhkəmə bu hüquq normasına istinad edə bilməzdi.
35. Mülki Məcəllənin157.7-ci maddəsinə istinadən, əgər iddiaçıların vicdanlı sahib olduqları qəbul edilirsə, bir mülkiyyətçi kimi tam əminliklə təklif edirəm ki, hal-hazırda ümumi bazar qiyməti 15000 (on beş min) manat belə olmayan mübahisəli bağ evində ümumi əmlaka zərər yetirməkdən çəkinmədən özlərinin hesab etdiklərini, hətta bütövlükdə mübahisəli bağ evini söküb apara bilərlər.
36. Əslində, ciddi maliyyə çətinliklərinə görə mülkiyyətində olan torpaq sahəsinin müəyyən bir hissəsini satmaq istəyir və həmin mübahisəli bağ evinə, altındakı torpağı nəzərə almasaq, heç kim pul verməz.
37. Məhkəmə çəkişməsi dövründə,icazəm olmadan mülkiyyətimdə olan torpaq sahəsində yerləşən mübahisəli bağ evində kosmetik təmir işləri aparmış iddia çılara verməyə nağd vəsaiti yoxdur. (Hətta, ritorik olaraq, onun borc-xərc yolla əldə etdiyi 15272 (on beş min iki yüz yetmiş iki) manat məbləğində pul vəsaitini alandan sonra da iddiaçıların mübahisəli bağ evindən çıxarılması məsələsi hazırki qətnamənin qət edildiyi hissəsində qeyd edilmədiyinə görə Sabunçu Rayon Məhkəməsində icraatı dayandırılmış 2(008)-5075/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktının onun xeyrinə çıxarılmasına, iddiaçıların apellyasiya, kassasiya hüquqlarından istifadə edəcəyini nəzərə alıb icra olunmasına 1 (bir) il vaxt sərf olunacaq.
38. Həmçinin, hazırda həmin məbləği ödəmək imkanı olmadığına görə yalnız iddiaçılar ordan çıxarılandan sonra həmin torpaq sahəsini satmaqla vəsait əldə edənə kimi qanuni qüvvəsini almış hazırki qətnaməyə görə məcburi icra tədbirlərinə məruz qalar. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası ədalətsiz qətnamə qəbul edərkən onun üçün belə bir qanuni boşluq yaradıbdır.
39. Bakı Apellyasiya Məhkəməsinin mülki Kollegiyası qətnamə qəbuledərkən yeganə sübut mənbəyi kimi ekspert rəyinə əsaslanmışdır.
40. Aşağıdakı səbəblərə görə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnamə qəbul edərkən yeganə sübut mənbəyi kimi istifadə etdiyi ekspert rəyinə istinad etmək olmaz: 1. xx.xx.2023-cü ildə mənim və vəkilimin iştirakı ilə keçirilən ekspertiza tədqiqatı cəmi 30 (otuz) dəqiqə çəkdi, heç bir ciddi təmir faktının olmadığı aydın olanda ekspertlər bizə heç bir məlumat vermədən ərazini tərk etdilər və bizişin bitdiyini güman etdik.
2. Ekspert rəyində tədqiqatın nə vaxt başlanıb bitdiyi barədə məlumat yoxdur və 30(otuz) də qiqə ərzində ekspert rəyinin smeta hissəsində yazılanları müəyyənləşdirmək fiziki cəhətdən mümkün deyildir
3. Məhkəmə tərəfindən qoyulmuş sualda“istinad mənbələri göstərilməklə” ifadəsinə əməl edilməyən ekspert rəyində, uzunluğu 11.5 metr, eni 5.5 metr, hündürlüyü 2.8 metr olan bağ evinin tikinti-təmir işlərinin hansı ildə, 2003-cü ilə kimi atası tərəfindən, yoxsa, 2020-ci ildən sonra iddiaçılar tərəfindən aparıldığına, 15272 (on beş min iki yüz yetmiş iki) manat vəsaitin kim tərəfindən xərcləməsinə dair bir cümlə də yoxdur. Belə bir iddiada bulunan iddiaçılar nə iddia ərizəsində, nə də apellyasiya şikayətində apardıqları tikintitəmir işlərinin detallarını, neçənci ildə, hansı növ tikinti, yaxud təmir işlərini apardıqlarını açıqlamayıblar və müvafiq sənədləri nə məhkəməyə, nə də ekspertə t əqdim etməyiblər. Əksinə, işdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu iltarixli “Torpaq sahəsinin planı”ndan aydın görünür ki, ekspert rəyində göstərilmiş həmin ölçülü tikili o dövrdə mövcud olmuşdur.
4. Məhkəmənin ekspertiza təyin edilməsinə dair 2(103)- 3365/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının 2-ci sualı ekspert rəyində göstərilməyib, ona görə də mənim etirazım üzrə (xüsusi biliyə malik olan şəxslərə məlum ola bilən) iş üzrə digər zəruri və əhəmiyyətli xüsusatlar müəyyən edilməyib.
5. Xüsusi mülkiyyətində olan torpağının müəyyən bir hissəsinə mülkiyyət hüququ əldə etmək istəyən, arzuları boşa çıxandan sonra, tikinti-təmir şousu yaratmaqla maksimum miqdarda ondan pul qopartmaq istəyən iddiaçılar mübahisəli bağ evində müvəqqət i yaşadıqlarını bildikləri halda təmir işlərinə evin öz dəyərindən çox vəsait xərcləməzdilər.Ondan əlavə,həmin ərazidə istənilən tikinti təmir işləri başlanan kimi müvafiq dövlət qurumları dərhal gəlib sənəd tələb edirlər. Belə bir sənədi olmayan iddiaçıların 2020-ci ildə ondan icazəsiz bağ evinin daxilində, həmin işi görən ustaların dediyinə istinadən 2000(iki) min manata yaxın kosmetik təmir işləri gördüklərini etiraf edirə.
6. Göründüyü kimi, cəmi 30 (otuz) dəqiqə ərzində aparılmış tədqiqatların müfəssəl təsvirinin verilməsi mümkün olmayan, məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməyən, isti nad mənbələri göstərilməyən, məhkəmə tərəfindən qoyulmuş 2-ci sualı ümumiyyətlə rəyə daxil etməyən, tikinti-təmir işlərinin hansı ildə, kim tərəfindən aparıldığını müəyyən edə bilməyən xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəmədə tədqiq olunub və digər sübutlarla, xüsusi ilə,1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş texniki sənədlərlə yanaşı qiymətləndirilməli olduğu halda, əsassız olaraq məhkəmə tərəfindən qətnamə çıxarılması üçün yeganə sübut kimi qəbuledilib.
41. Məhkəmədə onun ekspert rəyinə etiraz etməyi, əlavə və ya təkrar ekspertiza keçirilməsi barədə vəsatəti müzakirə edilmədən rədd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
43. Maddə 13.
44. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə 2 4.
46. İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
47. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
48. Maddə
71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılm ası dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
49. Maddə
80. Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
50. Maddə 146. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 51. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşd ırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 101-1.1. İşdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. 55. 101-1.3. Ekspert ekspertizanı sifariş etmiş şəxsə müqavilədə göstərilən müddətdə yazılı rəy verir. Ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən ma teriallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən apel lyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
66. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspertiza keçirilməsi barədə vəsatətin müzakirə edilmədən rədd edildiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində 25 sentyabr 202 3-cü il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, cavabdehin nümayəndəsi və vəkili təkrar ekspertiza təyin edilməsini istədiklərini bildirdikdən sonra işə baxılmasına sədrlik edən əsaslar olmadığını ifadə etmişdir. Eyni zamanda sədrlik edən cavabdehin nümayəndəsi və vəkilinə müstəqil ekspert rəyi də təqdim edə biləcəklərini bildirmişdir.Həmin məhkəmə iclası təxirə salınmış və iş üzrə növbəti məhkəmə iclası 09 oktyabr 2023-cü il tarixdə keçirilmişdir.
68. Cavabdeh tərəfin belə imkanları olduğu halda, təmir-tikinti işlərinin dəyərinin daha az olmasına dair alternativ sübutlar təqdim etməsi iş materialları ilə təsdiq edilmir.
69. Doğrudur, Azərbaycan Respublikasının MPM-in 102.3-cü maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar eksperti za təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Apellyasiya instansiyası məhkəməsində təkrar ekspertiza təyin edilməsi barədə cavabdehin nümayəndəsi və vəkilinin vəsatətinin rədd edilməsi barədə qərardad qəbul edilməsə də belə pozuntunun düzgün qətnamə qəbul edilməməsi ilə nəticələndiyi və ya nəticələnə bildiyi müəyyən edilmir. Belə ki, həm ekspert rəyini şübhə altına alan sübutlar apellyasiya instansiyası məhkəməsinə təqdim edilməmiş, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə təyin edilmiş tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə ekspertizanın təyin edilməsi, keçirilməsi və qiymətləndirilməsində prosessual hüquq normalarının pozuntusu müəyyən edilmir.Eləcə də məhkəmə kolle giyası qeyd edir ki, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmasa da, ekspertiza xüsusi biliklərdən istifadə edilməklə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara əməl etməklə keçirildiyindən və bunun nəticəsində rəy tərtib edildiyindən, ekspert rəyində göstərilənlərin düzgünlüyünə inam böyükdür. Həmçinin apellyasiya mAzərbaycan Respublikasının MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
70. Məhkəmə kollegiyası kassasiya şikayətinin onun borc-xərc yolla əldə etdiyi 15272 (on beş min iki yüz yetmiş iki) manat məbləğində pul vəsaitini alandan sonra da iddiaçıların mübahisəli bağ evindən çıxarılması məsələsi hazırki qətnamənin qət edildiyi hissəsində qeyd edilmədiyinə görə Sabunçu Rayon Məhkəməsində icraatı dayandırılmış 2(008)-5075/2022 saylı mülki iş üzrə yekun məhkəmə aktının onun xeyrinə çıxarılmasına, iddiaçıların apellyasiya, kassasiya hüquqlarından istifadə edəcəyini nəzərə alıb icra olunmasına 1 (bir) il vaxt sərf olunacağı barədə dəlili ilə əlaqədar qeyd edir ki, həmin dəlil də əsassızdır.Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.İş üzrə iddiaçıların bağ evindən çıxarılması barədə iddia tələbi olmadığına görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsində iddiaçıların bağ evindən çıxarılması məsələsi də həll oluna bilməzdi.
71. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müzakirələr zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir ki, cavabdehin atası Kərimov X2 qardaşı olan İddiaçı2 müvəqqəti olaraq ailəsi ilə birlikdə bağ sahəsində yaşamasına razılıq vermiş, sonuncu isə tikinti-təmir işləri görərək yaxşılaşdırma aparmışdır. Mübahisəli hal yaxşılaşdırmanın dəyərindədir. Belə ki, iddiaçılar tikinti-təmir xərclərinə 50000 manat dəyər verdiyi halda, bunu sübut etməmiş, cavabdeh tərəf bunun maksimum 2000-3000 manat olduğunu bildirsə də, öz etirazını sübut etməmiş, işdə olan yeganə sübut mənbəyi olan ekspert rəyi ilə bağ sahəsində iddiaçıların istifadəsində olan hissədə mövcud olan tikililər üzrə aparılmış təmir və yenidənqurma işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyərinin 15272 manat məbləğində olduğu müəyyən edilmişdir.
72. Məhkəmə kollegiyası hesab edir ki,apellyasiya instansiyası məhkəməsi tələbin maddi hüquqi əsası kimi Mülki Məcəlləsinin 157.7-ci maddəsini müəyyənləşdirməklə iddiaçıları vicdanlı sahib qəbul etmişdir.Belə ki, həmin maddəyə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissədə işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxa rıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası həmin hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
74. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə hesab edir ki,kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 oktyabr 2023-cü il tarixli 2(103)-3365/2023 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.