Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-694/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-694/21 (Açar sözlər: cehiz əşyalarının qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı vəkili X2, Cavabdeh: Cavabdeh2, Cavabdeh1 və onların vəkili Vəkil iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)1556/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və C avabdeh3 kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən 127 adda cəmi dəyəri 20.053 manat olan cehiz əşyalarının, 5 adda cəmi dəyəri 7.850 manat olan qızıl-zinət əşyalarının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Q.Ə.Abbasov) iddia qismən təmin edilərək, cavabdehlərdən 3500 manat dəyərində mebel yataq dəsti, paltar şifoneri, çarpayı 2 nəfərlik, turmo güzgülü, tumsboçka 2 ədəd Türkiyə istehsalı, 2500 manat dəyərində mebel qonaq dəsti, komot, qorka, stol 1 ədəd, oturacaq 6 ədəd Türkiyə istehsalı, 1200 manat dəyərində mebel dəsti divan 1 ədəd, kreslo 2 ədəd Türkiyə istehsalı, 120 manat dəyərində svetilnik ağ rəngli 1 ədəd, yasəmən rəngli 2 ədəd, 350 manat dəyərində çilçıraq 18 şamdan 1 ədəd Türkiyə istehsalı, 20 manat dəyərində çılçıraq 6 şamdan 1 ədəd Türkiyə istehsalı, 120 manat dəyərində çılçıraq 3 şamdan 1 ədəd Türkiyə istehsalı, 60 manat dəyərində çılçıraq mətbəx üçün 1 ədəd Türkiyə istehsalı, 140 manat dəyərində naçnik divar üçün 2 ədəd Türkiyə istehsalı, 1000 manat dəyərində xalça 2 ədəd İran istehsalı 3mx4m, 500 manat dəyərində xalça 1 ədəd İran istehsalı 2mx3m, 250 manat dəyərində xalça 1 ədəd İran istehsalı 1mx2m, 120 manat dəyərində divan üstü 1 ədəd, kreslo üstü 2 ədəd örtük Blumer firması, 60 manat dəyərində oturacaq üstü 6 ədəd örtük Blumer firması, 100 manat dəyərində divan üstü yastıq 8 ədəd, 40 manat dəyərində divan üstü şəkil 1 ədəd, 60 manat dəyərində divan üstü saat 1 ədəd, 30 manat dəyərində divar üstü saat mətbəx üçün 1 ədəd, 150 manat dəyərində qara bokal qaşlı 6 ədəd Çexiya istehsalı, 170 manat dəyərində tünd göy bokal ayaqlı 6 ədəd Çexiya istehsalı, 250 manat dəyərində xrustal bokal 12 ədəd Çexiya istehsalı, 150 manat dəyərində meyvə qabı 2 ədəd Çexiya istehsalı, 130 manat dəyərində tom yumru qab 2 ədəd 120 manat dəyərində tom meyvə qabı 2 ədəd, 350 manat dəyərində böyük tom səbət konfet qabı 2 ədəd, 250 manat dəyərində balaca tom səbət qabı 2 ədəd, 100 manat dəyərində qara çəngər və qaşıq dəsti, 35 manat dəyərində armudu stəkan dəsti, 100 manat dəyərin də gül qabı 1 ədəd Madam Coco firması, 30 manat dəyərində qənd qabı qaşlı qızılı 1 ədəd, 40 manat dəyərində qızıl suyuna salınmış mürəbbə qaşığı dəsti 6 ədəd, 20 manat dəyərində qızıl güllü qaşıq 3 ədəd, 20 manat dəyərində salat qabı, çiyələk, limon, portağal, 15 manat dəyərində madonna tort qabı 2 ədəd, 150 manat dəyərində gümüşü padnos 3 ədəd, 40 manat dəyərində mətbəx dəsti, qaşıq, çəngəl, bıçaq, tort qaşığı 48 ədəd, 10 manat dəyərində su dəsti, qrafinka 1 ədəd, stəkan 6 ədəd, 30 manat dəyərində göz muncuğu suvenir 2 ədəd, 15 manat dəyərində fil suvenir 3 ədəd, 25 manat dəyərində çərəz qabı tünd göy rəngli 1 ədəd, 35 manat dəyərində gül qabı qəhvəyi 1 ədəd, 10 manat dəyərində süni gül 2 ədəd, 50 manat dəyərində bıçaq, qaşıq tort dəsti, 20 manat dəyərində tort boşqabları 6 ədəd, 16 mana t dəyərində tort buludu 1 ədəd, 200 manat dəyərində mürəbbə qabı 5 ədəd Çexiya istehsalı, 18 manat dəyərində göy rəngli madonna nəlbəki 6 ədəd, 18 manat dəyərində ağ rəngli madonna nəlbəki 6 ədəd, 25 manat dəyərində ağ bulud gümüşü qaşlı 1 ədəd, 14 manat dəyərində dondurma qabı 6 ədəd, 170 manat dəyərində çarpayı örtüyü yay üçün 1 ədəd, 150 manat dəyərində örtük yay üçün 1 ədəd, 100 manat dəyərində örtük qış üçün 1 ədəd, 80 manat dəyərində örtük qış üçün 1 ədəd, 100 manat dəyərində yorğan 2 ədəd, 50 manat dəyərində balınc 2 ədəd, 150 manat dəyərində yorğan dəvə yunu ilə 1 ədəd, 40 manat dəyərində balınc sintifon 2 ədəd, 25 manat dəyərində odeyal göy 2 ədəd, 35 manat dəyərində odeyal cəhrayı 1 ədəd, 55 manat dəyərində çay dəsmalları 10 ədəd, 52 manat dəyərində yumşaq oyuncaqlar 7 ədəd, 13 m anat dəyərində səbət böyük 1 ədəd,11 manat dəyərində səbət balaca 2 ədəd, 9 manat dəyərində gül qabı yaşıl 1 ədəd, 12 manat dəyərində ağ mirvari şəkil qabı 1 ədəd, 55 manat dəyərində qəhvəyi şəkil qabı 1 ədəd, 38 manat dəyərində cəhrayı rəngli ayaq altı gəvə 2 ədəd, 25 manat dəyərində hava feni 1 ədəd, 15 manat dəyərində qaşlı fen 1 ədəd, 12 manat dəyərində daraq dəsti 3 ədəd, 14 manat dəyərində balaca qəhvəyi rəngli saat 1 ədəd, 28 manat dəyərində mücrü 2 ədəd, 650 manat dəyərində pərdə dəsti qonaq, yataq, mətbəx, 24 manat dəyərində dəm çayniki 3 ədəd, 18 manat dəyərində mürəbbə üçün rozetka qabı 12 ədəd, 20 manat dəyərində müxtəlif plastik qablar 15 ədəd, 14 manat dəyərində saxlama qabları 5 ədəd, 40 manat dəyərində tava yasəməni rəngli 2 ədəd,12 manat dəyərində aşsüzən 1 ədəd, 10 mana t dəyərində ədviyyat qabı 2 ədəd, 10 manat dəyərində ədviyyat qabı meyvə 2 ədəd, 10 manat dəyərində ədviyyat qabı ayı 3 ədəd, 9 manat dəyərində pol silən göy rəngli 1 ədəd, 20 manat dəyərində soğan doğrayan 1 ədəd, 250 manat dəyərində mətbəx kombaynı Nicer Dicer 1 ədəd, 100 manat dəyərində matras 1 ədəd, 90 manat dəyərində döşək 1 ədəd, 5 manat dəyərində şpilka qabı yasəmən rəngli 1 ədəd, 14 manat dəyərində qızıl salfet qabı güllü 1 ədəd, 12 manat dəyərində çörək qabı 2 ədəd, 8 manat dəyərində limon götürən 1 ədəd, 6 manat dəyərində plastik qaşıq üçün qablar 2 ədəd, 400 manat dəyərində LC markalı televizor 82 ekran ölçülü 1 ədəd, 280 manat dəyərində Samsung markalı tozsoran 1 ədəd, 120 manat dəyərində Davo markalı ütü 1 ədəd, 150 manat dəyərində komot üstü qablar qızılı böyük 2 ədəd, 120 m anat dəyərində komot üstü qablar qızılı balaca 2 ədəd,165 manat dəyərində Hesam qabı yumru 1 ədəd, 100 manat dəyərində Hesam qabı uzun 1 ədəd, 1000 manat dəyərində Madonna serviz obedni Çexiya istehsalı, 500 manat dəyərində Madonna serviz çaynı Çexiya istehsalı, 120 manat dəyərində xrustal rumkalar Çexiya istehsalı 24 ədəd, 60 manat dəyərində xrustal gül qabı Çexiya istehsalı 1 ədəd, 70 manat dəyərində boqema səbət Çexiya istehsalı 1 ədəd, 200 manat dəyərində boqema gül qabı Çexiya istehsalı 4 ədəd, 175 manat dəyərində boqema qapaqlı qab çəhrayı Çexiya istehsalı 1 ədəd, 90 manat dəyərində şamdan qızılı 2 ədəd, 70 manat dəyərində şamdan ağ 2 ədəd, 50 manat dəyərində şamdan güllü 2 ədəd, 18 manat dəyərində suvenir şamlar 4 ədəd, 60 manat dəyərində yastıq dəsti 4 ədəd, 19 manat dəyərində dəsm al 2 ədəd, 14 manat dəyərində qətifə dəsmal 2 ədəd, 48 manat dəyərində dəsmal dəsti böyük, balaca 2 ədəd, 5 manat dəyərində kartof əzən 1 ədəd, 4 manat dəyərində kartof soyan 1 ədəd, 12 manat dəyərində hamam üçün dəst 3 ədəd, 145 manat dəyərində qazan dəsti göy rəngli 6 ədəd, 65 manat dəyərində mis qazan 1 ədəd, 100 manat dəyərində mis mecmayı 1 ədəd, 60 manat dəyərində cəm qazanlr 3 ədəd, 26 manat dəyərində çay stəkanları 12 ədəd, 15 manat dəyərində su stəkanları 12 ədəd, 80 manat dəyərində müxtəlif boşqablar 48 ədəd, 150 manat dəyərində müxtəlif hamam dəsti 4 ədəd, 45 manat dəyərində müxtəlif mətbəx dəsti 10 ədəd, cəmi 127 adda cehiz əşyalarının naturada və ya onların dəyəri olaraq 20.053 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, sözügedən cehiz əşyları iddiaçıya məxsusdur və sonuncu evdən gedərkən həmin cehiz əşyaları cavabdehlərin yaşadıqları evdə qalıb. Mübahisəli qızıl-zinət əşyalarını isə iddiaçı evdən gedərkən özü ilə aparıb və həmin qızıl-zinət əşyalarının cavabdehlərdə qalması mülki iş materialları ilə təsdiq olunmur. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2-ci maddəsinin, MPM-nin 77.1, 88, 106.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən qızıl-zinət əşyaları tələbinin rədd edilməsi hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahi ş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ə.Mehtiyev sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qismən- iddianın qızıl-zinət əşyaları tələbinin təmin edilməməsi hissəsində ləğv edilib, həmin hissədə iddia qismən təmin edilərək, cavabdehlərdən 4.500 manat dəyərində 1 ədəd 30 qram çəkidə olan 750 əyyarlı qarnitur dəsti (sırğa, bilərzik, boyunbağı, kulon), 1.400 manat dəyərində 1 ədəd çəkisi 18 qram olan, 585 əyyarlı qızıl komplekt dəsti (sırğa, boyunbağı, kulon), 500 manat dəyərində 1 ədəd 3.5 qram olan 585 əyyarlı qaşlı qızıl üzük, 1 ədəd 750 manat dəyə rində, 4 qram çəkisi olan brilyant qızıl üzük və 1 ədəd 500 manat dəyərində, 3.8 qram 585 əyyarlı olan bəzəkli qızıl üzüyün və ya onların dəyərinin tutulub iddiaçıya ödənilməsi və iddianın qalan mübahisələndirilən hissədə təmin edilməməsi qət edilib. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, qeyd olunan qızılzinət əşyalarına aid hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməyib. Belə ki, mülki iş materialları ilə müəyyən olunur ki, sözügedən qızıl-zinət əşyaları iddiaçıya hədiyyə şəklində verilib və o, evdən gedərkən qızıl-zinət əşyaları cavabdehlərdə qalıb. Bu baxımdan iddiaçı qızıl-zinət əşyalarını cavabdehlərin qanınsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəl lənin 157.2, 225.2, 666.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Cavabdehlər kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhk əmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh2, Cavabdeh1 və onların, həmçinin digər Cavabdeh3 vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Elnur Əliyev məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəlləni n 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəlikləşərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlükdə ləğv edilməsi xahiş edildiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razı laşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdehlər kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, iddianın qızıl-zinət əşyaları tələbinə aid hissəsində əsassız olduğunu göstərsələr də, kasasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır. Belə ki, işdən görünür ki, iddiaçı xx xxxx 2015-ci il tarixdə rəsmi nikah əsasında Cavabdeh1la ailə qurub və sonuncunun yaşadığı Göygöl şəhəri, M.Ə.Rə sulzadə küçəsi 03 saylı evə gəlin köçüb. Onların birgə nikahından uşaqları olmayab. xx xxxx 2018-ci il tarixdə ailədə yaranmış münaqişə nəticəsində iddiaçı valideynlərinin yaşadıqları evə qayıdıb. Bundan sonra Göygöl rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə X1 Hüseynova qarşı “nikahın pozulması” barədə iddiası təmin edilərək, onlar arasında xx xxxx 2015-ci il tarixdə bağlanmış nikah pozulub. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərdən dəyəri 4.500 manat olan qızıl qarnitur dəsti (sırğa, boynbağı, bilərzik, kulon); dəyəri 1.500 manat olan qızıl komplekt dəsti (sırğa, boynbuğa, kulon); dəyəri 600 manat olan qaşlı qızıl üzük; dəyəri 750 manat olan briliant qaşlı qızıl üzük; dəyəri 500 manat olan bəzəkli qızıl üzük tələb edir. Apelyasiya instansiyası məhkəməsi qızıl- zinət əşyaları tələbinə aidi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayıb, işə əlavə edilmiş sübutları, o cümlədən iddiaçının apelyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, xx xxxx 2018-ci il tarixdə ailədə yaranmış münaqişədən sonra iddiaçını əri Cavabdeh1 valideynlərinə məxsus olan evə aparıb və iddiaçı bir müddət gözlədikdən sonra əri Cavabdeh1 onunla maraqlanmadığı üçün nikahın pozulması barədə məhkəmədə iddia qaldırıb. Birinci instansiya məhkəməsi iddia tələbini qızıl-zinət əşyalarına aid hissədə rədd edərkən, gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmə iclasında dindirilmiş şahidlər iddiaçının evdən gedərkən qızıl sepin və üzüyün onun barmağında olduğunu göstəriblər. Eyni zamanda iddiaçı evdən gedərkən bütün sənədlə rini və özünə aid olan şəxsi əşyalarını apardığı halda, onun qızıl-zinət əşyalarını özü ilə aparmaması inandırıcı, ağlabatan görünmür. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər mübahisəli qızıl-zinət əşyalarının mövcüdluğunu mübahisələndirmədikləri üçün bu hissədə hər hansı araşdırma apamağa lüzum yoxdur. İşdən görünür ki, mübahisəli qızıl-zinət əşyalarının kimdə olması və həmin qızıl zinət əşyalarının qiyməti ilə bağlı tərəflər arasında fikir ayrılığı vardır. İddiaçı, evdən gedərkən qızıl-zinət əşylarını özü ilə aparmadığını, qızıl-zinət əşyalarının cavabdehlərdə qaldığını iddia edir. Cavabdehlər isə iddiaçının evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığını göstərib iddiaya etiraz edirlər. İşə ə lavə edilmiş xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, iddia olunan 30 qram çəkidə qarnitur dəstinin dəyəri (sırğa, bilərzik, boyunbağı, kulon) 4.800 manat, 18 qram çəkidə qızıl komplekt dəstinin (sırğa, boyunbağı, kulon) dəyəri 1.400 manat, 3.5 qram çəkidə qaşlı qızıl üzüyün dəyəri 500 manat, 4 qram çəkidə qızıl üzük brilliantın dəyəri 750 manat və 3.8 qram çəkidə bəzəkli qızıl üzüyün dəyəri 500 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, tərəflər arasında mütəmadi olaraq dava-dalaş olub və sonuncu dəfə iddiaçını valideynlərinin evinə əri Cavabdeh1 aparıb. İddiaçı evdən ev paltarında ge dib və onun üzərində qızıl-zinət əşyaları olmayıb. Bu hallar məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə də istisna olunmur. Digər tərəfdən, iddiaçı evdən gedərkən sərbəst olmayıb və evdən müvəqqəti getdiyi halda onun qızıl-zinət əşyalarını özü ilə aparması inandırıcı, ağlabatan görünmür. Çünki onun evdən daimi getmək niyyəti olmayıb. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş fotoşəkillərə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı evdən gedərkən çəkdirdiyi fotoşəkillərdə iddia olunan qızıl-zinət əşyaları aşkar edilməyib. Eyni zamanda hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi zamanı ilk növbədə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və bundan sonra işin faktiki hallarının iddia tələbinin qanuni əsasının dispozisiya şər tlərinə uyğun olub-olmaması yoxlanılmalı və işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəlikləşərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, apelyasiya şikayətinin dəlillərini arışıdırıb, işə əlavə edilmiş sübutları, o cümlədən şahid ifadələrini, mütəxəssis rəyini tədqiq edib haqlı olaraq qeyd etmişdir ki, mübahisəli qızıl-zinət əşyaları nikaha girənədək və nikah dövründə iddiaçıya hədiyyə şəklində verildiyindən və evdən gedərkən həmin qızıl-zinət əşayaları cavabdehlərdə qaldığından iddiaçı cavabdehlərin qanunsuz sahibliyindən öz qızıl-zinət əşyalarını geri tələb etməkdə haqlı olub. Birinci instansiya məhkəməsi bu hissədə iddianı rədd etməklə səhv nəticəyə gəlib və sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməyib. Cavabdehlər kasasiya şikayətində iddiaçının evdən gedərkən mübahisəli qızıl-zinət əşyalarını özü ilə apardığını göstərsələr də etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir yazılı sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehlərin kasasiya şikayəti ilə eyni məzmunlu olan etirazlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsini n qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(104)-1556/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-694/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-694/2021
16.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver