Məhkəmə qərarları › İş №2(102)-6949/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6949/2019

30.10.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6949/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)7458/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə 28.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından 02.11.2005-ci il tarixdə Və liyulla, 06.11.2006-cı il tarixdə Sevinc, 22.08.2008-ci il tarixdə Kərim adını verdikləri uşaqlarının doğulduğunu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixdə çıxardığı qətnamə ilə nikahlarının pozulduğunu, uşaqların onun himayəsinə verildiyini və onların saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 50 manat sabit pul məbləğində alimentin tutulduğunu hazırda bu məbləğin uşaqların tələbatlarını ödəməyə kifayət etmədiyini bildirmiş, buna görə də cavabdehdən tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 120 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 28.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 02.11.2005-ci il təvəllüdlü ***, 06.11,2006cı il təvəllüdlü X2 və 22.08.2008-ci il təvəllüdlü X3 doğulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2(003)-2340/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət olunmuşdur. Hazırda cavabdehdən tutulan aliment uşağın tələbatlarını ödəmədiyindən alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Z.Ə.Axundova) 02 mart 2018-ci il tarixli, 2(003)-1008/2018 saylı qətnaməsi ilə İddiaçı cavabde h Cavabdeh qarşı aliment məbləğinin rtırılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2(003)-2340/2017 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq 02.11,2005-ci il təvəllüdlü ***, 06.11.2006-cı il təvəllüdlü X2 və 22.08.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay uşaq üçün 120(bir yüz iyirmi) manat olmaqla, cəmi 360(üç yüz altmış) sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 30.05.2019-cu il tarixli, 2(103)-7458/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, onun maddi vəziyyətində bir dəyişikliyin olmasını müəyyən etmədən iddianı təmin etməklə Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərini pozmuşdur. PROSESSUAL MƏSƏL ƏLƏR: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən, məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 30.05.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Xəzər Rayon Məhkəməsinin 02.03.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasında haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı Cavabdeh ilə 28.01.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 02.11.2005-ci il təvəllüdlü ***, 06.11,2006-cı il təvəllüdlü X2 və 22.08.2008-ci il təvəllüdlü X3 doğulmuşlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17.08.2017-ci il tarixli, 2(003)-2340/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqların onun yanında saxlanılması və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət olunmuşdur. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kolleg iyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hazırkı iddia tələbi, qanuni qüvvədə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (də. ışdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şə xsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Xəzər Rayon Məhkəməsi 17 avqust 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən sabit pul məbləğində 270 manat (hər uşaq üçün 90 manat) aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm ’iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2018-ci il üçün 154 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcə lləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olun muş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhk əməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsindən göründüyü kimi, alimentin məbləğinin artırılması hər iki valideynin deyil onlardan birincin maddi və ailə vəziyyətinin dəyişməsi ilə şərtləndirimlişdir ki, hazırki halda da apellyasiya instansiyası məhkəməsi ölkədə uşaqların saxlanması xərclərinin artması əsası ilə iddiaçının maddi vəziyyətində pisləşmənin olmasını, habelə uşağın mənafeyini nəzərə alıb haqqlı olaraq iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə ə sasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli, 2(103)-7458/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar