Məhkəmə qərarları › İş №2(102)-695/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-695/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-695/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi İddiaçı ərizəsinə dair (maraqlı şəxs Cavabdeh) iş üzrə QƏRARİ Açar sözlər: mediasiya, barışıq sazişinin təsdiq edilməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, ərizəçi İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6076/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azər baycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci ildə nikah bağlanmış və bu nikahdan X3, X5, X4 doğulmuşdur.

2. Birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən və sahəsi 51 kv.m olan mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

3. Bakı 5 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq olunmuşdur.

4. Barışıq sazişinin şərtlərinə əsasən X6 uşaqlar yetkinlik yaşına çatana kimi 2022-ci ilin oktyabr ayından etibarən hər ay hər bir uşaq üçün 167 manat olmaqla ümumilikdə 501 manat aliment ödəməyi (3-cü bənd), birgə nikah dövründə İddiaçı adına Azərbaycan Beynəlxalq Bankından (ABB) götürülmüş CL-EE000324534 nömrəli kredit üzrə bütün ödənişləri ödəməyi (5-ci bənd) öhdəsinə götürmüşdür. Tərəflər razılaşmışlar ki, mübahisəli mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq və əldə olunan məbləğ 55% İddiaçı, 45% məbləğ isə Cavabdeh olmaq şərti ilə bölünəcək, mənzil satılana qədər İddiaçı həmin mənzildə yaşayacaq, mənzil satılaraq tərəflər arasında yuxarıda qeyd olunmuş şəkildə bölündükdən sonra tərəflər bir-birinə qarşı heç bir əmlak iddiası etməyəcək, mənzildə mövcud olan bütün əşyalar (məişət əşyaları) İddiaçı qalacaq (6-9-cu bəndlər).

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətna məsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahda doğulmuş uşaqların analarının yanında qalmaları müəyyən edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq, uşaqları yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 167 manat, cəmi 501 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - ərizəçi) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində Cavabdeh (bundan sonra – maraqlı şəxs) ilə aralarında bağlanmış barışıq sazişinin 3, 5 6-9-cu bəndlərində əks olunmuş müddəaların məcburi icrası üçün barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizəçi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, iş üzrə maraqlı şəxslə razılığa gələrək, müvafiq olaraq mediasiya haqqında qanununa uyğun olaraq qarşılıqlı razılaşma əsasında barışıq sazişi imzalamışlar. Lakin barışıq sazişi şərtləri iş üzrə maraqlı şəxs tərəfindən qismən pozulmuş və barışıq sazişi üzrə öhdəliklərinə əməl etməmişdir. Belə ki, iş üzrə maraqlı şəxs tərəfindən müvafiq olaraq, barışıq sazişinin 3-cü bəndi pozulmuşdur. Belə ki, həmin şərtə əsasən 2022-ci ilin oktyabr ayından ümumilikdə 501 manat aliment ödəməyi öhdəsinə götürsə də, buna əməl etməmiş, həmin tarixdən məhkəmə qətnaməsində çıxarılan dövr, yəni xx.xx.2023-cü il tarixinə olan dövr üzrə olan aliment ödənilməmiş qalmışdır. Digər tərəfdən maraqlı şəxs barışıq sazişinin 5-9-cü bəndlərinə də əməl etmir və i crasından boyun qaçırır. Hansı ki, sazişin həmin hissədə icrası üçün 6 ay vaxt müəyyən edilmişdir. Ərizəçi evin alınmasına alıcı tapıb, sənədləri alqı-satqı üçün hazırlamış, lakin son anda maraqlı şəxs məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir.

8. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə qeyd olunanlara uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə 10 fevral 2023-cü il tarixdən başlayaraq maraqlı şəxsdən aliment tutulması qət edilmişdir. Ərizəçi isə barışıq sazişinin 3-cü bəndində qeyd edildiyi kimi 2022-ci ilin oktyabr ayından sözügedən qətnamə qəbul edildiyi tarixədək olan dövr ərzində razılaşdırılmış alimentin tutulması barədə şərtin təsdiq olunmasını xahiş edir.

9. Məhkəmə iclas ında maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, maraqlı şəxs barışıq sazişində razılaşdırılmış mənzillə bağlı fikrini sonradan dəyişmişdir. Belə ki, o, barışıq sazişində qarşı tərəflə sözügedən mənzilin satılması ilə bağlı razılıq əldə etsə də, hazırda mənzili satmaq fikrindən daşınmışdır və niyyəti həmin mənzili satmayaraq, gələcəkdə övladlarının xeyrinə mənzildən imtina etməkdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-793/2023 nömrəli iş üzrə 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) ərizə təmin edilmişdir.

11. Məhkəmə öz mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Mediasiya haqqında” Qanun) 34.1-ci, 34.3-cü, 34.4-cü, 34.5ci, Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 35523.1-ci, 355-23.2-ci, 355-24-cü, 355-25.1-ci, 355-25.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ərizənin rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlilləri belə əsaslandırılmışdır ki, eyni predmetlə, yəni 09 sentyabr 2023-cü il tarixli barışıq sazişi ilə bağlı məsələyə maraqlı şəxsin iddia ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində tərəflərin iştirakı ilə baxılmış, həmin vaxt ərizəçi maraqlı şəxsin bütün iddialarını, yalnız nikahın pozulması halı istisna olmaqla, digər iddiaları tamamilə qəbul etmişdir. Tərəflər həmin məhkəmədə əmlak bölgüsü məsələlərini qaldırmamağı birlikdə qərara almışlar. Nəticədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qanuni, düzgün, obyektiv və əsaslı qətnaməsi qəbul olunmuşdur. Qeyd olunan qətnamədə 09 sentyabr 2023-cü il tarixli barışıq sazişində nəzərdə tutulmuş bütün məsələlər müzakirə olunmuş və onlara hüquqi qiymətlər verilmişdir. Eyni zamanda, məhkəmə qətnaməsində alimentin məhkəməyə müraciət edildiyi-qətnamənin qəbul edildiyi tarixdən, yəni 10 fevral 2023-cü il tarixdən tutulması da qərara alınmış, qətnamə qanuni qüvvəsini almışdır. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verməmiş, onunla tamamilə razılaşmışdır. Beləliklə, MPM-in 153.3-cü maddəsinin tələblərinə uyğun olaraq, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarmalıdır.

14. Bakı Apellyasiy a Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6076/2023 nömrəli mülki iş üzrə 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Məmməd Məmmədov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla, ərizə rədd olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflərin bağladıqları barışıq sazişinin təsdiq edilməsi, onun müddəalarının mücərrədliyi və məcburi icrasının qeyri-mümkünlüyü baxımından yolverilməzdir. Belə ki, barışıq sazişinin şərtləri tərəflərin öz iradəsindən asılı edilərək, gələcəkdə həyata keçiriləcək öhdəliklərə aid edilmiş və öz iradələri vasitəsi i lə yerinə yetirilmədiyi təqdirdə öhdəliklərin icra üsulu və mülki məsuliyyət həddi müəyyən edilməyərək, məcburi icra qaydası (barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri) müəyyən edilməmişdir. Qeyd edilənlərdən əlavə olaraq, barışıq sazişi bağlanıldıqdan sonra tərəflər arasında məhkəmə prosesi olmuş və barışıq sazişi müzakirə edilməyərək, sazişdə müəyyən edilən məsələlərə qismən münasibət bildirilmişdir.

16. İddianın verilməsinə səbəb mənzillə bağlı barışıq sazişində olan şərtlərin könüllü yerinə yetirilməməsi olmuşdur. Bu hissədə sazişdə qeyd edilmişdir ki, “mənzil bu müqavilə təsdiq edildikdən sonra 6 ay ərzində ən yüksək qiymət təklif edilən alıcıya hər iki tərəfin razılığı ilə satılacaq”. Göründüyü kimi, burada ən mücərrəd ibarələr “ən yüksək qiymət təklif edilən alıcıya” və “hər iki tərəfin razılığı” olmuşdur ki, bunların da daxilində “razılıq” ifadəsi bir tərəfin əmlakın satılmasına razılıq verməmə hüququnu vermişdir. Ən yüksək qiymətin kim tərəfindən və hansı qaydada müəyyən edilməsi, habelə əmlakın hansı qaydada satılması təsbit edilməmişdir. Sazişin digər şərtində birgə nikah dövründə alınmış mənzildə mövcud olan bütün əşyaların (məişət əşyalarının) İddiaçı qalması əks edilsə də, əşyaların göstəriciləri, adları, dəyəri və sair fərqləndirici xüsusiyyətləri sazişdə təsbit edilməmişdir. Nikahın pozulması, uşağın kimin yanında qalması və alimentə aid məsələlər qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapdığından, artıq sazişin bu hissəsi ümumiyyətlə əhəmiyyətini itirmişdir.

17. Məhkəmə öz mövqeyini “Medias iya haqqında” Qanunun 3.1, 3.3, 33.1, 33.2, 33.3, 33.4, 34-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 881-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Ərizəçi (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün seçilməmiş, işin faktiki hallarına uyğun tətbiq edilməmiş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Mülki Məcəllənin 881.5-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Çünki, göstərilən maddə müqavilə iştirakçılarının hüquq münasibətlərini və ya iddiaları həyata keçirə bilməmələri ilə bağlı olub, özlüyündə mediasiya nəticəsində tərəflər arasında razılaşdırılmış müddəalara tətbiq edilmir. Habelə xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərini və həyata keçirilmə öhdəliyini tərəflər müəyyən etmişlər. Başqa sözlə, həmin şərtlər qanunvericiliyə zidd deyildir.

20. Sazişin şərtləri tərəflər üçün kifayət qədər aydındır və hər iki tərəf həmin şərtləri razılaşdırmaqla, öhdəlik daşımış və icrası baxımından da heç bir qeyri-müəyyənlik yoxdur.

21. Məhkəmə barışıq sazişinin 5-ci maddəsinə ümumiyyətlə münasibət bildirməmiş, onun icrasından hansı səbəbdən imtina etdiyini əsaslandırmamışdır. Aliment şərtinə münasibətdə məhkəmə nəzərə almamışdır ki, maraqlı şəxs həmin şərtə əsasən 2022-ci ilin oktyabr ayından ümumilikdə 501 manat alimenti ödəməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir, həmin tarixdən məhkəmə qətnaməsi çıxarılan dövrədək, yəni xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə aliment ödənilməmiş qalmışdır. Bu hissədə də barışıq sazişinin təsdiqindən imtina qanunsuzdur. Məhkəmə şəxsi mülahizələri əsasında qənaətə gəlmişdir.

22. Kassasiya şikayəti “Mediasiya haqqında” Qanunun 34.1-ci, 34.2-ci, 34.3-cü, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci, MPM-in 355-26cı maddəsinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Qanun

24. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

25. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

26. Maddə 34.3 Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllə

27. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə pr insipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etira zlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, ha belə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 35. 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:... 392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar.

36. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

37. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edil miş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

38. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

39. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəs i qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

40. Maddə 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 4 16.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin olunmamışdır.

46. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hə min sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

47. Eyni zamanda prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (MPM-in 217, 220-ci maddələri).

48. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında məhkəmənin nəticəyə gəlməsi barədə m otivləri və rəhbər tutduğu qanunlar göstərilməli, hansı dəlillərə əsasən qətnaməni ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır. 49. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə müvafiq olaraq barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə ayrı müddət müəyyən edilməyibsə, imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

50. MPM nəzərdə tutur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə ərizəyə baxarkən: barışıq sazişi və ya onun bir hissə si qanuna zidd olub-olmadığını mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıb-bağlanmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (§ 24, 26, 37, 38).

51. Hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunası barədə mövqeyini MPM-in bu cür ərizələrin rədd olunması əsaslarını müəyyən edən 355-26-cı maddəsi ilə deyil, barışıq sazişinin şərtlərinin qeyri-müəyyən və icra oluna bilməyən olduğu, həmçinin sazişin məcburi icra qaydasının (barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələrinin) müəyyən edilmədiyi ilə əsaslandırmışdır.

52. Bununla bağlı ilk növbədə nəzərə alı nmalıdır ki, barışıq sazişinin təsdiq olunması barədə ərizəyə etirazında cavabdehin nümayəndəsi onun şərtlərinin qeyri-müəyyən və ya icrası qeyri-mümkün olduğuna istinad etməmiş, etirazını onunla əsaslandırmışdır ki, maraqlı şəxs barışıq sazişində razılaşdırılmış mənzillə bağlı fikrini sonradan dəyişmiş, hazırda mənzili satmaq fikrindən daşınmışdır.

53. Göründüyü kimi tərəflər arasında bağlanmış sazişin icra edilməmə səbəbi onun qeyri-müəyyənliyi ilə bağlı olmamış, sadəcə maraqlı şəxs onu icra etməkdən birtərəfli imtina etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini, həmçinin onunla əsaslandırmışdır ki, o, evin alınmasına alıcı tapıb, müvafiq sənədləri alqı-satqı üçün hazırlamış, lakin son anda cavabdeh məlum olmayan səbəbdən barışıq sazişinin icrasından imtina etmişdir. Maraqlı şəxs ərizənin bu dəlilinə ümumiyyətlə münasibət bildirməyə zərurət görməmişdir.

54. Həmçinin nəzərə alınmalıdır ki, mediasiya prosesi çərçivəsində barışıq sazişinin imzalanması ilə tərəflər həmin sazişin predmeti olan məsələlər üzrə mübahisəni öz aralarında məhkəmədən kənar həll etdiklərindən və qanunun tələbinə əsasən həmin saziş, bir qayda olaraq, imzalandığı andan qüvvəyə mindiyi üçün eyni tərəflər arasında nikahın pozulması barədə məhkəmə mübahisəsində tərəflərin həmin məsələləri təkrar müzakirə etməsinə ehtiyac da qalmır. Lakin baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, barışıq sazişi bağlanıldıqdan sonra tərəflər arasında məhkəmə prosesi olmuş və barışıq sazişi müzakirə edilməyərək, sazişdə müəyyən edilən məsələlərə qismən münasibət bildirilmişdir.

55. Eyni zama nda mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrasının təmin edilməsi qanunla müəyyən edilir və MPM-in XLVİİ Fəsli (355-23-355-26-cı maddələr) ilə tənzimlənir. Bu baxımdan barışıq sazişində onun məcburi icrasının təmin edilməsi qaydasının əks olunmasına zərurət yoxdur və ya bu hal, ərizənin rədd olunması üçün əsas ola bilməz.

56. Tərəflər arasında bağlanmış sazişin mənzildə mövcud olan bütün (adından, dəyərindən və sair fərqləndirici xüsusiyyətlərindən asılı olmayaraq) məişət əşyalarının ərizəçiyə qalması barədə şərtinin qeyri-müəyyən olduğu barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi də anlaşılan deyildir.

57. Sazişin aliment şərtinə münasibətdə qeyd olunmalıdır ki, ərizəçinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, ərizəçi sazişin bağlandığı 2022-ci ilin oktyabr ayından aliment tutulması barədə qətnamənin qəbul edildiyi tarixədək olan dövr ərzində razılaşdırılmış alimentin tutulması barədə şərtin təsdiq olunmasını xahiş edir.

58. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəflərin alimentə aid məsələsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapdığını qeyd edərək, sazişin bu hissəsinin ümumiyyətlə əhəmiyyətin itirdiyi barədə qənaətə gəlmişdir.

59. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, MPM-in 355-26-cı maddəsi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olduğu halda onun hissəvi təsdiq olunmasını da mümkün hesab edir (§ 40).

60. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnaməsi iş materiallarına və tətbiq edilməli olan prosessual hüquq normalarına uyğun əsaslandırılmamışdır.

61. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

62. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı old uğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

63. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

64. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarla rını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar).

65. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda sadalanan prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə ə saslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Ərizəçi İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6076/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar