Məhkəmə qərarları › İş №2(102)-6954/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6954/2019

19.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6954/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, cavabdehlərdən Cavabdeh3, vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(003)-4448/2018, hakim R.M.Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı aliment tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-3191/2019 E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 ilə 24 avqust 1981-ci il taridə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu, nikahlarından 14 iyun 1982-ci il təvəllüdlü Fədai, 19 aprel 1984-cü il təvəllüdlü Aliyə, 15 sentyabr 1990-cı il təvəllüdlü Nuranə adlı uşaqları doğ ulduğunu, nikahlarının 2000-ci ildə məhkəmə qaydasında pozulduğunu, heç bir yerdə işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu bildirərək, uşaqları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birindən hər ay 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, onun işsiz olması, İİİ qrup əlil olması, yeganə gəliri olan əlilliyə görə aldığı müavinətin məbləğinin çox aşağı olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator vəkilsiz iştirak etmiş, cavabdehlərdən Cavabdeh3 və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən,apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarına görə cavab dehlər iddiaçı ilə X1 birgə nikahlarından doğulmuş, 2000-ci ildə həmin nikah məhkəmə qaydasında pozulmuş, iddiaçı tərəfindən həmin nikahdan doğulan uşaqlar, yəni cavabdelərin saxlanılması üçün aliment ödənilməmiş, onların tərbiyəsində iştirak olunmamış, cavabdehlər analarının himayəsində böyümüşlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İİİ qrup əlil olmaqla heç bir yerdə işləmir, maddi cəhətdən köməyə ehtiyacı var, uşaqlarının hər birindən hər ay 100 manat sabit pul məbləğində tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq onların vəzifəsi kimi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Deməli, valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olmasının müəyyən edilməsi əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlardan aliment tutulması üçün əsasdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğu b 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar aid edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxx 1961-ci il təvəllüdlü iddiaçı İİİ qrup əlilliyə görə sosial müvainət alır və əmək qabiliyyətlidir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 işləmir, himayəsində iki azyaşlı uşağı var və ailə birlikdə kirayə evdə yaşayır, Cavabdeh2 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzinin “Uşaq kardio cərrahlığı” şöbəsində aylıq 152 manat əmək haqqı almaqla tibb bacısı işləyir və himayəsində 13 yaşlı övladı var, Cavabdeh3 isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində aylıq 152 manat əmək haqqı almaqla arxiv işçisidir. Digər tərəfdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.5-ci maddəsinə əsasən valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər Apellyasiya məhkəməsi işin müəyyən edilmiş hallarını nəzərə almaqla hesab etm işdir ki, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar