Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6962/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli 2(103)4587/2019 saylı qətnaməsindən İddiaçı və cavabdeh “Cavabdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-5640/2018) İddiaçı cavabdeh “Cava bdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, maddi, mənəvi ziyanın ödənilməsi və s. tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh “Cavabdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-nin 26 iyul 2018-ci il tarixli əmri və bu əmrə əsasən iddiaçı X1 əmək kitabçasına yazılmış onunla bağlanmış əmək müqaviləsinin 27 yanvar 2016-cı il tarixdən ləğv edilməsi ilə bağlı qeydin ləğv edilməsi, 27 yanvar 2016-cı il tarixdən İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddət üçün cavabdeh “Cavabdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-dən əmək haqqının tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli qətn aməsi ilə (hakimlər: Z.Ə.Əliyev, F.Ş.Talışinski və R.Ə.Eyvazov) tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 20 aprel 2010-cu il tarixli əmək müqaviləsinə əsasən “Cavabdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC-də baş mühasib vəzifəsinə işə qəbul olunmuş və MMC-nin direktorunun 22 yanvar 2016-cı il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə cavabdehin 22 yanvar 2016-cı il tarixli əmri və bu əmrə əsasən əmək kitabçasında yazılmış qeydin ləğv edilməsi, eləcə də cavabdehdən onun xeyrinə 21 yanvar 2016-cı il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddət üçün əmək haqqı tutulmuşdur. Apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qətnamə əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə 27 aprel 2018-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdehin 26 iyul 2018-ci il tarixli əmri ilə 22 yanvar 2016-cı il tarixli əmr ləğv edilmiş, əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyi və əmək vəzifələrini kobud şəkildə pozulması əsas götürülməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçının baş mühasib vəzifəsinə götürülməsinə dair əmək müqaviləsi 27 yanvar 2016-cı il tarixdən ləğv edilmişdir. Həmin əmr ilə eyni zamanda 21 yanvar 2016-cı il tarixli əmək qabiliyyətinin olmaması vərəqəs i üzrə iddiaçının işdən azad olduğu günlər üzrə ona ödənilməmiş pul vəsaitinin miqdarının müəssisənin mühasibatlığı tərəfindən bir gün ərzində qanuna müvafiq qaydada hesablanaraq iddiaçıya təhvil verilməsi qərara alınmışdır. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyul 2018-ci il tarixli əmrin və həmin əmrə əsasən onun əmək kitabçasında aparılmış qeydlərin etibarsız hesab edilərək ləğv edilməsi, 27 yanvar 2016-cı il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddət üçün əmək haqqının ödənilməsi, 27 aprel 2016-cı il tarixli qətnamənin icra edilməməsi ilə əlaqədar ona dəymiş maddi zərərə görə 50.000 manat, mənəvi zərərə görə 50.000 manat MMC-dən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək iddianın rədd olunmuş hissəsində qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh “Cavabdehh” Sığorta və Təkrarsığorta üzrə Broker MMC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və iş üzrə müstəqi tələb irəli sürməyən üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkə məsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə əmək münasibətinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə son qoyulmuşdur. İşin müəyyən olunmuş həmin halına əsaslanan apellyasiya instansiyası məhkəməsi mübahisəni Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri baxımından həll etmişdir. Müəyyən olunmuşdur ki, 26 iyul 2018-ci il tarixli əmrdə İddiaçı tərəfindən yol verilmiş əmək funksiyasının kobud şəkildə pozulmasının konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin pozuntuların işəgötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımınca əsaslandırılmamış, Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı biri məhkəmədə öz təsdiqini tapmamışdır. Göstərilənlərlə əlaqədar məhkəmə 26 iyul 2018-ci il tarixli əmri və iddiaçı ilə ə mək müqaviləsinin 27 yanvar 2016-cı il tarixdən ləğv edilməsi ilə bağlı qeydi ləğv etmiş və xəstə olduğu müddət üçün cavabdehdən iddiaçının xeyrinə ödənilməmiş əmək haqqını tutmuşdur. İddiaçı Mərdanova tələbində cavabdehin hərəkəti nəticəsində ona maddi və mənəvi zərər dəyməsini iddia etsə də məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə iddia tələbinin əsaslı olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 03 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6962/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6962/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver