Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6988/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli 2(107)698/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Göyçay rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.A.Quliyev, iş № 2(046)-374/2018) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, 27 avqust 2014-cü il tarixli kredit razılaşmasına əsasən əsas borca görə 101.402,89 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, 27 avqust 2014-cü il tarixli kredit razılaşmasına əsasən 13.778,98 ABŞ dolları, 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 14.778,98 məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı Cavabdeh1 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, tələbin ipoteka predmetləri olan Cavabdeh1 məxsus Göyçay şəhəri, Nizami küçəs i bina 20, 2 saylı mənzilə, Göyçay şəhəri, Nizami küçəsində 20B ünvanında dövlət istifadəsində olan 0,00925 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binasına, N küçəsində xüsusi mülkiyyətdə olan 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Göyçay şəhəri, Nizami küçəsi bina 20, 2 saylı mənzilin ilkin satış qiyməti 20.000 manat, Göyçay şəhəri, Nizami küçəsində 20B ünvanında dövlət istifadəsində olan 0,00925 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 55.000 manat, N küçəsində xüsusi mülkiyyətdə olan 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satıldıqdan 1 ay ərzində ünvan 1 ünvanında dövlət istifadəsində olan 0,00925 ha torpaq sahəsində yerləşən qeyri- yaşayış binası, N küçəsində xüsusi mülkiyyətdə olan 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 27 nömrəli fərdi yaşayış evinin boşaldılması, əldə edilən vəsaitdən 116.181,87 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı, həmçinin məhkəməyə müraciət etmək üçün xərcin cavabdehlərə aid hissəsi 20 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsinin İddiaçı QSC-yə aid edilməsi, 20 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı QSC-yə ödənilməsi, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.İ.Məlikov, A.A.Mahmudov və E.Ş.Hüseynov) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Göyçay rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 0 7.03.2011-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, 27.08.2014-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə aylıq 1,5833 % hesablanmaqla 118.000 ABŞ dolları məbləğində kredit verilmiş, 02.06.2015-ci il tarixli sazişə əsasən kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. 07.03.2011-ci il tarixli, 27.12.2012-ci il tarixli və 27.08.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 Cavabdeh1 bank qarşısında öhdəliyinin tam icra olunmasını üzərlərinə götürmüşlər. Kredit razılaşmasının təminatı olaraq 27.11.2012-ci il tarixli ipoteka müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətinə olan ünvan 2 ünvanda dövlət istifa dəsində olan 0.00925 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası, 12.06.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən isə Göyçay şəhəri, H.Cavid küçəsində xüsusi mülkiyyətdə olan 0.0704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, xüsusi mülkiyyətdə olan 27 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin may ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən ondan və digər cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 158.520,43 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikay ətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətini n dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 27.08.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkət dən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmu nu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus daşınmaz əmlaklar ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışd ır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının hazırkı iş üzrə olan 13 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6988/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6988/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver