Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7014/2021 16.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil1 Qələndər qızının, cavabdeh "xxxx" QSC-nin vəkilləri Vəkil2 və Manafova İnara Tahir qızının, Cavabdeh 2 Sığorta Şirkəti ASC-nin vəkili Nəsirli Anar Cavanşir oğlunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7516/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Azərtunelmetrotikinti” ATSC-nin 1 saylı Tunel Tikinti İdarəsi ilə X2 arasında bağlanmış 30.03.2012-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X2 1 saylı Tunel Tikinti İdarəsində 162 №-li sahə - üçüncü dərəcəli yeraltı fəhlə vəzifəsinə işə qəbul edilmişdir. Lənkəran rayonu Liman şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən 26 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 548560 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 31.08.2012-ci il tarixdə həyatla bir araya sığmayan travma səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.09.2012-ci il tarixdə 60 № ilə qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Qələndər qızı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölümü ilə əlaqədar sığorta ödənişinin cavabdehlər "xxxx" QSC və Cavabdeh2 Sığorta Şirkəti ASC-dən tutularaq İddiaçı ödənilməsi və mənəvi təzminat olaraq 30000 manat məbləğində pulun cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 30 mart 2012-ci il tarixli əmək müqaviləsinə əsasən “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı TunelTikinti İdarəsində 1-ci növbə üzrə saat 08:00-dan 14:00-a kimi fəhlə kimi işə qəbul edilir. 31.08.2012-ci il tarixində saat 15:30-da “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel-Tikinti İdarəsinin 162 saylı sahəsində iş zamanı vəfat etmişdir. İddiaçının o zaman 12 yaşı olduğu üçün hadisələri dərk edə bilməmişdir. Yetkinlik yaşına çatdıqdan sonra atasının ölüm işini yenidən araşdırmağa, onun ölüm səbəbini öyrənməyə və pozulmuş hüquqlarının bərpasına qərar vermişdir. Bundan sonra sorğular əsasında atasının ölüm işinə dair sənədləri əldə etmişdir. Həmin sənədləri tədqiq etdikdən sonra atasının heç bir günahı olmadan istehsalat zamanı vəfat etdiyi halda, onlara atasının öz günahı olduğu üçün vəfat etməsi ilə deyilənlərin hamısının yalan olduğunu dərk etmiş və atasının ölüm işinin ümumiyyətlə araşdırılmadığının, onlara məlum olmayan maraqlarla qapadıldığının şahidi olmuşdur. Əmək müqaviləsi üzrə F.Əsgərov 1-ci növbə üzrə işə qəbul edilsə də, 2-ci növbə işə cəlb edilmiş, fəhlə kimi işə qəbul edilsə də, elektrovozçumaşinist işi gördürülmüşdür. F.Əsgərov ilə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin 1 saylı Tunel Tikinti İdarəsi arasında bağlanmış əmək müqaviləsində Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İşçinin əmək funksiyası, sığorta və digər qanunvericilik tələbləri əks olunmamışdır. F.Əsgərov iş vaxtından əlavə işə cəlb olunmuşdur. Onun əmək funksiyasının nədən ibarət olm ası bilinmir. 3-cü dərəcəli yeraltı fəhlə vəzifəsinə təyin olunmuş, bütün işçilərin yerinə işlədilmişdir. Burada bir məqam da odur ki, işəgötürənin marağı naminə F.Əsgərov öldüyü üçün bütün işçilərdən onun əleyhinə izahat almaqla, bütün işçilərin vəzifə təlimatı F.Əsgərovun üzərinə qoyulmuşdur. X4 Xidməti və Xətai rayon prokurorluğunun birgə təhqiqat sənədlərindən belə nəticəyə gəlinir ki, F.Əsgərov fəhlə kimi işə qəbul edilsə də, nəqliyyatla bağlı biliyinin olub-olmaması yoxlanılmadan ona nəqliyyatçı vəzifəsinin öhdəliyini icra etdirmişlər, hansı ki, F.Əsgərovun ölüm anı gördüyü iş elektrovoz-maşinistin vəzifə təlimatına daxil olan iş olmuşdur. Burada eyni zamanda iddiaçının bir oğlan övladı olaraq atasız böyüməsində mənəvi iztirab keçirməsini təsəvvür belə etmək çətindir. Anası təhsilsiz və sakit bir qadındır. Cavabdeh işəgötürən isə anasının bu sakitliyindən və təhsilsizliyindən istifadə edərək, onlara çatası haqqı verməmişdir. Məktəbdə hamının atası haqqında danışdığı zaman iddiaçının atası haqqında danışa bilməməsi çox çətindir. Bunu yalnız atasız böyüyən insan bilə bilər. Bu günə kimi cavabdeh işəgötürən F.Əsgərovun onun öz günahı səbəbindən vəfat etməsinə onun ailəsini inandırmaqla həm pozuntuları üstlərindən atmışlar, həm də onun ailəsinin hüquqlarını pozmuşlar. Bütün bunları öyrəndikdən sonra mənəvi iztirabı ona rahatlıq vermir. Çünki sağlam və gənc atası bir gün işə gedir və bir neçə saat sonra ölüm xəbəri verilir. İddiaçının atasının ölümünə görə vurulan mənəvi zərəri 30000 manat miqdarında dəyərləndirirlər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qə tnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva, iş № 2(006)-509/2021) cavabdeh "xxxx" QSC-dən 15227,64 (on beş min iki yüz iyirmi yeddi manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissələrdə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materialları əsasında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçının atasının vəfat etməsi müəyyən edildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığort a üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası»na əsasən sığorta ödənişi kimi ödənilməli olan 15227,64 manat məbləğində pul iddiaçıya dəymiş zərərin əvəzi kimi "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Belə ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropolitenin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, digər Cavabdeh2 Sığorta Şirkəti ASC-nin iddiaçı qarşısında hər hansı öhdəlik daşımadığından iddia tələbi ona aid hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mə nəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində və onun vəkili məhkəmə baxışı zamanı cavabdeh "xxxx" QSC-nin təqsiri nəticəsində iddiaçıya mənəvi zərərin vurulmasını qeyd etsə də, cavabdeh "xxxx" QSC tərəfindən iddiaçıya mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, iddiaçının atasının ölümündə cavabdehin təqsiri müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə əsassızdır və təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)-7516/2021) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən veril miş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli, 2(006)-509/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilən hissəsi üzrə iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh "xxxx" QSC (vəkillər Vəkil2 və Manafova İnara Tahir qızı) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instans iyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7516/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin cavabdeh "xxxx" QSC-yə aid hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin vəkilləri Vəkil2 və Manafova İnara Tahir qızı kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiya sının iclasında iştirak edən Cavabdeh2 Sığorta Şirkəti ASC-nin vəkili Nəsirli Anar Cavanşir oğlu kassasiya şikayətinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 Qələndər qızı kassasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh "xxxx" QSC kassasiya şikayəti vermiş, iddia tələbinin cavabdeh "xxxx" QSC-yə aid iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdeh "xxxx" QSC-nin şikayətində göstərilənlərə münasibətdə yoxlanmasını təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. 1118-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onu n sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm d ə zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçə kənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1119.2-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sa hibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərb aycan Respublikasının Əmək Məcəlləsi 239.1.-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2.-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə gö rə müvafiq ödənclər ödənilməlidir. 239.3.-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4.-cü maddəsinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 239.5.-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icb ari sığorta olunan işçilərə şamil olunmur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.12-ci maddəsinə əsasən sığorta hadisəsi – icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan haldır. 20.0.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddələrinə uyğun olaraq sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda sığortaçı sığor ta ödənişinin verilməsindən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən mad di hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntular ına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7516/2021 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7014/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-7014/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver