Məhkəmə qərarları › İş №2(102)-702/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-702/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-702/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər MKTİB-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kasasiya baxışından çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2449/2021 nömrəli iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər MKTİB-nə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müalicə xərclərinin ödənilməsi üçün sərf olunan 2200 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 aprel 2021-ci il tarixli 2(060)-175/2021 nömrəli qətnaməsi ilə (hakim Əfqan İsmayılov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Fuad Məmmədov) 07.09.2021-ci il tarixli, 2(105)-2449/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məh kəməsinin 09 aprel 2021-ci il tarixli 2(060)-175/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.09.2021-ci il tarixli, 2(105)-2449/2021 nömrəli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakim M.Əhmədova) 20.12.2021-ci il tarixli, 2(102)-7513/2021 saylı qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən, İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 09 iyul 2021-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həm in dəyişikliyə uyğun olaraq Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti 16.11.2021-ci il tarixdə tərtib edilmiş və apelyasiya məhkəməsinə ünvanlanmışdır. İşə baxmış apelyasiya kollegiyası isə MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamənin mübahisələndirilən hissəsində iddi anın qiyməti beş min manatdan azdır) kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinə əsasən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhk əməsinə qaytara bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilməli və iddiaçının vermiş olduğu kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.12.2021-ci il tarixli “işin icraata qəbul edilməsi” barədə qərardadı ləğv edilsin və iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti kasasiya baxışından çıxarılaraq Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar