Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7023/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(006)1664/2019 saylı qətnaməsi ilə ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia təmin edilməmişdir (hakim R.Səmədov). Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən V.Sadıqov, hakimlər A.Hüseynov və A.İmanov, İş № 2(103)-7459/2019) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli 2(006)-1664/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 iyul 2014-cü il tarixli ********* saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, bank mənzili ipoteka ilə yüklü edən zaman həmin mənzilə gəlib baxış keçirməmiş və mənzil ipoteka ilə yüklü edilən zaman qiyməti bazar qiymətindən aşağı qiymətə hesablanmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsininn 03 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılmas ı hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanmış 25.07.2014-cü il tarixli, *********saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 26.07.2014-cü il tarixli, ********* saylı əlavə kredit kredit müqaviləsinə əsasən Bank iddiaçıya illik 23% olmaqla, 30 ay müddətinə, 26000 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi tərəflər arasında bağlanmış 25.07.2014-cü il tarixli, ********* saylı İpoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 5/8 saylı evin 15 saylı mənzil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir.İpoteka m üqaviləsi 26.07.2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka predmeti 39.000 manat məbləğində qiymətləndirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6364/2016 nömrəli iş üzrə 02 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı və X2 müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 16917 ABŞ dolları məbləğində əsas borcun, 3220,27 ABŞ dolları məbləğində faiz borcunun, 196,87 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 20334,14 ABŞ dolları pulun ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutul ması, tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən, 5/8 saylı evin 15 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 39 000 manat qiymətləndirilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra həmin mənzilin satışından artıq qalan pul vəsaitin İddiaçı qaytarılması, Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən, 5/8 saylı evin 15 saylı mənzili açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində İddiaçı həmin yaşayış sahəsindən çıxarılması qət olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 08.12.2017ci il tarixli, 2(105)-827/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6364/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qətnaməsinin İddiaçı və X2 müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 16917 ABŞ dolları məbləğində əsas borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 39000 manat qiymətləndirilməsi hissəsində dəyişdirilməsi, bu hissədə "xxxx” KB ASC-nin iddiasının qismən təmin olunması, İddiaçı və X2 “xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 16821,30 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan manatına olan məzənnə nisbətində manatla tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra geci 1 ay müddətində cavabdehin müvafiq olaraq həmin mənzillərdən çıxarılması, mənzilin boşaldılması hissəsində Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6364/2016 saylı, 02 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin İddiaçı və X2 müştərək qaydada iddiaçının xeyrinə kredit müqaviləsi üzrə faiz borcuna görə 3220,27 ABŞ dolları, 196,87 ABŞ dolları məbləğində cərimə borcunun ödəniləcək günə manata məzənnəsi hesablanmaqla manatla və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutulması, tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən, 5/8 saylı evin 15 saylı mənzilinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra həmin mənzilin satış ından artıq qalan pul vəsaitinin İddiaçı qaytarılması hissəsində dəyişdirilmədən saxlanılması, cavabdehlərin apellyasiya şikayəti verilməsi üçün ödədikləri 15 manat dövlət rüsumunun 7 manatının “xxxx” KB ASC-dən alınıb onlara verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 may 2018-ci il tarixli, 2(102)-2923/2018 saylı qərarı ilə cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-827/2017 nömrəli iş üzrə 08 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi nəticədən görünür ki, mübahisəli müqavilə ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur və həmin məhkəmə aktının hazırki iş üzrə preyudisial əhə miyyət daşıdığını nəzərə alan apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin aktda tutmanın İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən, 5/8 saylı evin 15 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi öz əksini tapmışdır. Həmin məhkəmə aktı ilə sözügedən ipoteka müqaviləsinin etibarlılığı və hüquqi nəticələri tanınmışdır. Hazırki iş üzrə iddiaçı Sumqayıt Şəhər Məhkəməsində işə baxılan zaman bu müqavilənin etibarlılığını mübahisələndirməmişdir. Belə olduğu təqdirdə, 25 iyul 2014-cü il tarixli, ********* saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsindən söhbət gedə bilməz. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsində işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, çünki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Eləcə də, ipoteka müqaviləsinin etibarsızlığına əsaslar olmadığından, iddiaçı tərəfindən mübahisələndirmə müddətinin (kəsici müddətin) ötürülübötürülməməsinin əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddianın əsassız olması barədə düzgün nəticəyə gəlmişdir. Mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə m üəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara işin araşdırılmış halları və qüvvədə olan qanunvericilik normalarının tələblərinə uyğun düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, bu dəlillər subyektiv mülahizə xarakterli olmaqla qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsini n nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış, sübutları tam, hərtərəfli araşdırmış, işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət vermiş, iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7023/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7023/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver