Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7034/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X3 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8432/2019 nömrəli iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon məhkəməsinin (hakim Gültəkin Əsədova) 2(005) 1887/2019 saylı 24 aprel 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası X4rşı qeyri-etik reklam lövhələrin sökülməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) 18 iyul 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə və iddia predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının X1rşı “qeyri-etik reklam lövhələrinin sökülməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-etik və mənəvi dəyərlərə bir araya sığmayan reklam bilbordları və eyni məzmunlu digər reklam lövhələrinin yığışdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, eləcə də bu reklam lövhələrinin olduğu müddət ərzində milli əxlaqi dəyərlərə vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pulun Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq, Qarabağ əlilləri və şəhid ailələrinə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna köçürülməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti “Penti” brendi ilə qadın alt geyi mlərinin istehsalçısı kimi xaricdə fəaliyyət göstərən firmanın Bakı şəhəri, eləcə də respublikanın digər şəhər və rayonlarında kütləvi reklamını və satışını həyata keçirən rəsmi nümayəndəliyidir. Sözügedən istehsalçı firma uzun müddətdir ki, öz məhsullarını cavabdeh şirkət vasitəsilə şəhərin müxtəlif küçə və prospektlərində əhalinin sıx olduğu yerlərdə heç bir tərbiyəvi, əxlaqi və mənəvi normaya sığmayan çılpaq qadın şəkilləri fonunda və daha çox bilbord formatında reklamını həyata keçirməkdədir. Xüsusilə, həmin bilbordlar Bakı şəhərinin mərkəzi və əsas yol kəsişmələrində yerləşdirilmələ qadın alt geyimlərini biədəb tərtibatla reklam edir. Bir vətəndaş olaraq, hesab edir ki, bu cür reklam daşıyıcıları min illik tarixi adət ənənələri və mənəvi dəyərləri olan azərbaycan xalqının ictimai əx laqına qarşı açıq aşkar hörmətsizlik, milli heysiyyata isə nümayişkaranə şəkildə təhqirdir və bu işi məqsədli şəkildə həyata keçirən təşkilat ədalət mühakiməsi qarşısında cavab verməlidir. Qeyd olunan reklam bilbordlarının yığışdırılması və məsul şəxslərin barəsində məsuliyyət tədbirlərinin görülməsi məqsədilə onun tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinə ərizə ilə müraciət olunmuş və 08 fevral 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki,“Agentlik tərəfindən.... mütəmadi olaraq monitorinqlər aparılır və pozuntu halları aşkar edildikdə onların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Həmçinin, məktuba əlavə etdiyi reklamların yayımı ilə məşğul olan qurumlara da “Reklam haqqında” Azərbaycan Respublikası qanunun 4.4- cü maddəs ində nəzərdə tutulan reklamda etik normalara zidd hallara yol verilməməsi tələbinə riayət edilməsi barədə məlumat verilmişdir.” Göründüyü kimi, respublika ərazisində reklam bazarının fəaliyyətinə nəzarət edən səlahiyyətli dövlət orqanı da adıçəkilən reklamların yayılmasını qanunsuzluğunu etiraf edərək qeyri-etik hesab etmişdir. Lakin, qeyd olunan xəbərdarlığa baxmayaraq, cavabdeh təşkilat təmsil etdiyi şirkətin məhsullarını etik normalara zidd formada reklamını həyata keçirməkdədir. Qüvvədə olan beynəlxalq konvensiyalar və milli qanunvericiliyi cəmiyyətin azyaşlı və yetkin üzvlərinin zorakılıqdan, süstlükdən uzaq sağlam düşüncə və əhval ruhiyyədə tərbiyələndirilməsi üçün qeyd etdiyi əxlaq və mənəvi normaların qorunmasının vacibliyini vurğulayır. Həmçinin, qeyd olunan reklam lövhələri yetki nlik yaşına çatmayan uşaqların şüuraltı psixologiyasında təhrikedici halların yaranması ilə müşayiət olunan mənəvi deqradasiya və sonrakı davranışlarında mənfi təsirlərin izini qoymaqla sağlam və vətənpərvər cəmiyyətin formalaşmasına zərbə vurmuş olur. Eyni zamanda, qeyd olunan reklam lövhələrinin kütləvi nümayişi vətəndaş(lar)ın cəmiyyətdə təşəkkül tapmış əxlaq normalarına ciddi mənəvi zərər vurduğu üçün ziyanın əvəzi də ödənilməlidir. İddia olunan hüquq pozuntusu yaşından asılı olmayaraq bütün ölkə vətəndaşlarının mənəviyyatına və tərbiyəvi psixoloji durumuna geniş miqyasda zərər vurmaqdadır. Qeyd oluanları nəzərə alıb, idanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “qeyrietik və mənəvi də yərlərlə bir araya sığmayan reklam bilbordlarının və eyni məzmunlu digər reklam lövhələrinin yığışdırılması öhdəliyinin Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətininüzərinə qoyulması, eləcə də bu reklam lövhələrinin olduğu müddət ərzində milli əxlaqi dəyərlərə vurulmuş mənəvi zərərə görə 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, onun 15000 manat hissəsinin Qarabağ əlilləri və şəhid ailələrinə ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna və 15000 manat hissəsinin isə X6 köçürülməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki ko llegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə işdə olan sübutlara tam, hərtərəfli və obyektiv qiymət verməmişdir. Tərəflərin izahatları: Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X5 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbləri nə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı cavabdeh MMC-yə qarşı “qeyri -etik reklam lövhələrinin sökülməsi və vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-etik və mənəvi dəyərlərə bir araya sığmayan reklam bilbordları və eyni məzmunlu digər reklam lövhələrinin yığışdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı bu məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət X2 Namiq Vaqif oğluna ünvanladığı 08 fevral 2019-cu il tarixli məktubunun surətindən görünür ki, onun müraciəti araşdırılaraq Bakı şəhəri ərazisində mövcud olan bilbordların üzərində yerləşdirilən qeyri-etik və mənəvi dəyərlərə zidd hesab etdiyi reklamların sökülməsi ilə bağlı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən daxil olmuş məktubuna Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində aidiyyəti üzrə baxılmışdır. Belə ki, eyni məzmunlu əvvəlki müraciəti araşdırılaraq, nəticəsi barədə Agentlik tərəfindən ona 21 dekabr 2018-ci il tarixli 02/04/18-12/671 nömrəli məktubla ətraflı cavab verilmişdir. Bir daha qeyd edilmişdir ki, Agentlik tərəfindən açıq məkanda reklam yayımı ilə bağlı qanunvericilik aktlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə mütəmadi olaraq monitorinqlər aparılır və pozuntu halları aşkar edildikdə onların qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Həmçinin qeyd edilmişdir ki, məktuba əlavə etdiyi reklamların yayımı ilə məşğul olan qurumlara da “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulan reklamda etik normalara zidd hallara yol verilməməsi tələbinə riayyət edilməsi barədə məlumat verilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını arşdıraraq hesab etmişdir ki, iddiaçı şəxsin müvafiq tələbi heç bir hüquqi əsasa söykənmir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun Reklama dair ümumi tələbləri əhatə edən 4-cü maddəsinə əsasən: 4.1. Reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır; 4.2. Reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir; 4.3. İstehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir; 4.4. Reklam dövlət əleyhinə yönələn açıq çağırışlara, dövlətə xəyanətə, terrorçuluğa, zorakılığa, təcavüzə, milli mənəvi dəyərlərə, insanların həyat və sağlamlığına, şərəf və ləyaqətinə, dini və siyasi əqidəsinə, ictimai təhlükəsizliyə, ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda Azərbaycan Respublikasının dövlət rəmzlərinin və atributlarının təhrifinə, etik normalara zidd hallara yol verilməməlidir; 4.5. Reklamda əmtəənin dövlət və yerli özünüidarəetm ə orqanları, dövlət mülkiyyətində yaxud asılılığında olan kommersiya və qeyri-kommersiya təşkilatları, publik hüquqi şəxslər, büdcədənkənar fondlar və ya onların vəzifəli şəxsləri tərəfindən dəstəklənməsinə yol verilmir; 4.6. Narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir; 4.7. Reklamda “Dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən bö yük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydə alındığı formada göstərilməlidir; 4.8. Reklam qurğuları insanların rahatlığını pozmamalı, nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratmamalı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş texniki tələblərə cavab verməlidir. Reklam qurğusundan yalnız reklamın yayımlanması məqsədi ilə istifadə oluna bilər; 4.9. Reklamda yalnız Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilmiş ölçü vahidlərindən istifadə olunmalı, əmtəələrin qiyməti Azərbaycan Respublikasının pul vahidi (rüsumsuz ticarət mağazaları istisna olmaqla) ilə göstərilməlidir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun Reklamı qadağ an olunmuş əmtəlləri əhatə edən 11-ci maddəsinə əsasən: 11.1. Azərbaycan Respublikasının ərazisində mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların, habelə reklam istehlakçısının mənəviyyatına, fiziki və psixoloji sağlamlığına mənfi təsir göstərən, onda zərərli vərdişlər aşılayan, ictimai təhlükəsizlik, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır; 11.2. Reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir və dövrü nəşrlərdə dərc etdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2016-cı il tarixli 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin” siyahısında göstərilən əmtəələr: sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmt əələr; istehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr; həkim resepti əsasında buraxılan dərman vasitələri; dopinq vasitələri; istifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları; hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər; süni mayalanma üzrə tibbi xidmətlər; tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar; satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar; keçirilməsi qadağan edilmiş stim ullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar;Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri; qumar oyunları; pornoqrafiya; “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr; “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr;ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr-istifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar; işlənilmiş batareyalar; istifadə olunmuş şinlər; işlənilmiş sürtkü və mühərrik yağları. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən etik normalara zidd hallara yol verilməsi halları baş verməmiş, bu səbəbdən iddianın “reklam lövhələrinin yığışdırılması öhdəliyinin qoyulması” hissəsi haqlı olaraq təmin olunmamışdır. Eyni zamanda iddiaçı tərəfindən verilmiş iddia tələbində cavabdehin təqsirli hərəkətlərinin olması ilə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, iddia tələbinin cavabdehdən mənəvi zərərin əvəzinin tutulması hissəsi də rədd olunmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslandırılmamaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının iddia t ələbinin əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-8432/2019 nömrəli iş üzrə 18 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-7034/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7034/2019
18.11.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver