Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7040/2019 18.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh “xxxx” KB ASC-nin vəkili ***oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)-5964/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 06.02.2019-cu il tarixli, 2(006)1434/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” KB ASC-nə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: X.Sarıyev, E.Şamayev, Ş.Məhərrəmova) 08.05.2019-cu il tarixli, 2(103)-5964/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(006)-1434/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)-5964/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin h alları: İddiaçı cavabdeh “xxxx” KB ASC-nə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nə qarşı “24KLİ/14 saylı, 23.07.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 21.12.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, 24KLİ/14 saylı, 23.07.2014-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Fəttayev Ehtiram Kamal oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən bütün zəruri xüsusatlar tam araşdırılmamış, bir sıra vacib hallara qiymət verilməmişdir. Bel ə ki, iddiaçı ilə cavabdeh arasında 23.07.2014-cü il tarixdə kredit və ipoteka müqaviləsi bağlanmış, iddiaçı bankdan ABŞ dolları ilə kredit götürmüş, kreditin təminatı olaraq yaşadığı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Lakin ipoteka müqaviləsi mülki qanunvericiliyin tələblərini pozmaqla tərtib olunduğundan etibarsız sayılmalıdır. Belə ki, ipoteka müqaviləsinə nəzər yetirdikdə görünür ki, müqaviləni bir tərəfdən bank girov saxlayan kimi, digər tərəfdən iddiaçı girov qoyan kimi müqaviləyə imza etmişdir. Lakin iddiaçı həm borcalan, həm də ipoteka qoyan sayılır. Bu halda iddiaçı ipoteka müqaviləsində yalnız girov qoyan kimi deyil, həm də borcalan kimi göstərilməli idi. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2 (103)-5964/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Fəttayev Ehtiram Kamal oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin vəkili ***oğlu kassasiya şikayətinə etiraz edərək, məhkəm ədən şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)-5964/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya kollegiyası iş materiallarına və işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, iddiaçı etibarsız hesab etdiyi ipoteka müqaviləsini Bankla könüllü şəkildə bağlamış, müqavilənin bütün şərtləri və forması ilə maneəsiz tanış olaraq, müqavilə şərtləri və forması ilə razılaşdığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin apellyasiya kollegiyası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, qanunverici tərəfindən əqdin etibarsız hesab edilməsi əsasları subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnifləşdirilmişdir. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricən düzgün ifadə olunmamasını ehtiva edir. Bu baxımdan qeyd olunmalıdır ki, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Hazırkı halda iddiaçı qanunverici tərəfindən müəyyən edilmiş əqdin etibarsızlığı hallarından hər hansı birinin mövcudluğuna dair məhkəməyə sübut təqdim etməmişdir. Bunlarla yanaşı, iddiaçı öz iddia ərizəsində İpoteka müqaviləsində həm İpoteka qoyan, həm də borcalan kimi qeyd edilməli olduğuna istinad etmişdir. Bununla bağlı apellyasiya kollegiyası qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddır. Odur ki, hazırki iş üzrə mübahisə predmeti olan 23 iyul 2014-cü il tarixli, 24KLİ/14 saylı İpoteka Müqaviləsində tərəflər qismində “İpoteka saxlayan” və “ipoteka qoyan” qeyd olunması qanunvericiliyin tələbinə uyğundur. Həmçinin həmin Qanun da ipoteka ilə təmin edilən tələbin həcminə dair müddəaların öz əksini tapdığı 4-cü maddədə qeyd edilir ki, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Apellyasiya kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçı MM-nin 354-cü maddəsi ilə nəzərdə tutulmuş əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddəti də ötürmüşdür. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plen umunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayə tinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya kollegiyası həmin dəlillər üzrə düzgün hüquqi mövqedə olmuşdur. Qeyd edilən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcə llədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.05.2019-cu il tarixli, 2(103)5964/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7040/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7040/2019
18.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver