Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7089/2018 01.11.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7089/2018 şəhəri 01 noyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı2 vəkili X2, Cavabdeh1 və vəkili X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2018-ci il tarixli 2(107)454/2018 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Məhkəməsinin (hakim F.Abba sov) 22.09.2017-ci il tarixli 2(025)01/2017 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmişdir. Qəbələ rayon Məhkəməsinin (hakim F.Abbasov) 21.11.2017-ci il tarixli 2(025)01/2017 nömrəli əlavə qətnaməsi ilə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 273,00 manat pulun İddiaçı1 alınaraq Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şükürov, E.Hüseynov, R.Əliyev) 27.04.2018-ci il tarixli 2(107)-454/2018 nömrəli qətnaməsi ilə İddiaçı2 və nümayəndəsi X1 apelly asiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ rayon Məhkəməsinin 21.11.2017-ci il tarixli 2(025)-01/2017 nömrəli əlavə qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şükürov, E.Hüseynov, R.Əliyev) 27.04.2018-ci il tarixli 2(107)-454/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi X6 oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qəbələ rayon Məhkəməsinin 22.09.2017-ci il tarixli 2(025)-01/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı2 və vəkili X4 iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti icraata qəbul edilmiş və baxılması üçün 01.11.2018-ci il tarixə saat 11:05 -ə təyin edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçılar iddiadan imtina barədə ərizə göndərərək, iddiadan imtinalarının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili X4 iddiaçılar İddiaçı1 və İddiaçı2 30.10.2018-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda 8İ-3818 reyestr nömrəsi ilə təsdiq etdirdikləri iddiadan imtina ərizələrini məhkəməyə təqdim edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinalarının qəbul edilməsini, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə icla sında iştirak edən Cavabdeh1 və vəkili X5 iddiaçıların iddiadan imtinasının qəbul edilməməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, iddiaçı cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. A zərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçıların iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddiadan im tinası qəbul edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.4, 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiadan imtinaları qəbul edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.04.2018-ci il tarixli 2(107)454/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakim
Məhkəmə qərarları › İş №2(102)-7089/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7089/2018
01.11.2018 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver